39
3
haqqı var, ancaq bu haqqın nəyə əsaslandığını demək çətindi. Coys dahidi, ilahi tonqalda
yandırılmıĢ dahi. <...>
Səkkizinci məĢğələ. 13 mart 1957
<...> Sual: Mənə məlum olduğu qədər, siz 1923-cü ildə
49
, yəni Anderson, Heminquey
və digər yazıçılarla eyni vaxtda Avropada olmusunuz. Onlarla ünsiyyətdə idinizmi, əgər
deyildinizsə, niyə və hesab edirsinizmi ki, bu yazıçılar öz aralarındakı ünsiyyət nəticəsində bir-
birilərinə hansı yollasa təsir ediblər?
Folkner: Ola bilsin ki, ediblər. Mənə elə gəlir ki, sənətkara bütün ətrafı təsir edir. Bəlkə
də o, sadəcə, belə təsirə daha həssasdı, çünki ona öz yaradıcılıq binasını ucaltmaq üçün material,
vəsait lazımdı. O vaxt mən özümü yazıçı hesab etmirdim, yalnız gəzirdim, ədəbiyyatla,
ədəbiyyatçılarla maraqlanmırdım
50
. Onlarla eyni vaxtda orda olmuĢam, Coysu tanıyırdım,
haqqında bilirdim, onun tez-tez gəldiyi qəhvəxanaya getmək, ona baxmaq üçün bütün məlum
cəhdləri etməyə hazır idim.
Sual: Bir tərəfdən belə bir fikir irəli sürülür ki, “Emili üçün qızılgül” ġimalın tənqididi,
digər tərəfdən də deyirlər ki, onda Cənub tənqid olunub. Ona dövrün tənqidi desək, doğru
olmazmı?
Folkner: Bilmirəm, mən, sadəcə, insanlar barədə yazmıĢam. Yazıçı öz mühitindən, yəni
bildiklərindən istifadə edir, əgər bir kiĢinin ġimalı, onu öldürən qadının isə Cənubu təmsil
etməsində nəsə bir rəmzi məna varsa, demək istəməzdim ki, belə bir yanaĢma özünü doğrultmur
və burda rəmzi məna yoxdu; ancaq bu, müəllifin düĢünülmüĢ niyyəti olmayıb, yazıçı özünə
demir ki, hə, indi bir hekayə yazacam, onda bir xarakter rəmzi mənada ġimalı, digəri isə Cənubu
təmsil edəcək. O, sadəcə, insanlar barədə yazır, ona faciəvi, doğru görünən hekayə qələmə alır,
çünki bu iĢi ürəkdən görür, insan cəhdlərindən, insanın təbiəti ilə vicdanı arasındakı
münaqiĢədən... yəni qədim Adəmdən çıxıĢ edir. Burada münaqiĢə ġimalla Cənub arasında
olmaqdan daha çox, əgər belə demək mümkündüsə, Tanrı ilə ġeytan arasındadı.
Sual: Onda aydın deyil ki, kim kimi təmsil edir?
Folkner: MünaqiĢə miss Emilinin özündədi: o bilir ki, insanı öldürmək olmaz, belə bir
Ģüurda tərbiyə olunub ki, kimləsə qeyri-qanuni yaĢamaq olmaz. Ərə getmək lazımdı, özünə
məĢuq tapmaq düzgün deyil. O öz mühitinin bütün ənənə və qanunlarını, son nəticədə isə adam
öldürməyi qadağan edən Allah qanununu pozur. Bilir ki, Ģər iĢ törədir, öz həyatını məhv edir.
49
Əslində Folkner Avropada 1925-ci ilin avqust – dekabr aylarında olub
50
Folkner 1914-cü ildən Ģeir yazmağa baĢlayıb, mətbuatda isə ilk dəfə 1917-ci ildə çap olunub. Avropaya
gedənə qədər “Mərmər favn” kitabını nəĢr etdirib, Nyu Orlean jurnallarında seriya oçerkləri dərc olunub və “Əsgər
mükafatı” romanını yazıb. Parisdə isə yarımçıq qalan “Elmer Xocanın portreti” romanı üzərində iĢləyib
39
4
BaĢqa cür də ola bilərdi: məĢuqunu öldürəndən sonra özünə daha bir məĢuq tapa, istifadə
etdikdən sonra onu da öldürə bilərdi; amma öz günahını yumağa çalıĢır.
Sual: Amma bu cür faciəvi situasiyalarda belə halının pozmayan hər Ģeydən məmnun
qalan bir adama qarĢı mərhəmət hissi duymaq olarmı?
Folkner: Emili, bəlkə də, öz məmnundu, ancaq mənə elə gəlir ki, təəssüf hissinə layiq
obyektin özünü xoĢbəxt, məmnun hiss etməsinə əsaslanaraq ona qarĢı mərhəməti boğmaq olmaz.
Mənə elə gəlir ki, insanın öz təbiəti ilə, öz vicdanı ilə mübarizə aparmaq cəhdi əsl Ģəfqət hissinə
layiqdi. Fərdin hansısa ayrıca bir durumu yox, özü, özü kimiləri, öz ətrafı ilə münaqiĢədə olan
insan buna layiqdi. Məhz o, bizim onun dərdinə Ģərik olmağımızı haqq edir. Ġnsanın əzab
çəkməsi, məsələn, atdan yıxılması, yaxud qatar altında qalması yox, öz istəklərini, öz
məqsədlərini mənəvi özünüdərklə, öz dövrünün, yaxud öz mühitinin – böyüdüyü, yaĢadığı, ailə
qurduğu Ģəhərin ictimai Ģüuru ilə hansı yollasa barıĢdırmağa çalıĢan insan buna layiqdi. <...>
Sual: Kütləvi informasiya vasitələrinin artması səbəbindən müasir yazıçı əvvəlki
dövrlərə nisbətən daha sürətlə uğur qazanacağına ümid edə bilərmi?
Folkner: Məncə, yox. Mənə elə gəlir ki, yazıçı, ümumiyyətlə, daha böyük vaxt
kateqoriyaları ilə düĢünür. Müasirlərinin onun haqqında nə fikirləĢdikləri onu çox da
maraqlandırmır. O daha uzağa baxır, 1957-ci ilin oxucularının deyil, 2057-ci, hətta 4057-ci ilin
oxucularının rəyini nəzərdə tutur.
Sual: Yəni demək istəyirsiniz ki, sizin əsərləriniz 4057-ci ilə kimi tanınmamıĢ
qalsaydı, bundan xeyli məmnun olardınız?
Folkner: Heç Ģübhəsiz. Yəni, əlbəttə, əsərlərim mənə bir az gəlir gətirməyə baĢlayanda
bu mənim üçün çox xoĢ oldu, amma Ģöhrət və qalan Ģeylər – bunlar o qədər də mühüm deyil.
<...>
Sual: Siz rus yazıçılarını xatırlatdınız. Dostoyevski haqqında nə düĢünürsünüz?
Folkner: Dostoyevskinin nəinki mənə güclü təsiri olub, həm də onu təkrar-təkrar
oxumaqdan böyük zövq alıram, təxminən, hər il oxuyuram. Ustalığı, insan qəlbinə dərindən
nüfuz etməyi, mərhəmətli olmaq qabiliyyəti onu elə bir yazıçı eləyib ki, əgər bacarsaydılar,
çoxları ona yaxınlaĢmaq istərdi. O, silinməz iz qoyub gedənlərdən biridi. <...>
Doqquzuncu məĢğələ. 13 aprel 1957
<...> Sual: “Avqust iĢığı” romanında eyni bir mənzərə bir neçə dəfə verilir: Coanna
Berdenin evi üzərində tüstü burumları ucalır. Demək olarmı ki, romanın yazılması üçün ilkin