Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə188/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   184   185   186   187   188   189   190   191   192

 

39



haqqı  var,  ancaq  bu  haqqın  nəyə  əsaslandığını  demək  çətindi.  Coys  dahidi,  ilahi  tonqalda 

yandırılmıĢ dahi. <...> 

 

Səkkizinci məĢğələ.  13 mart 1957 

 

<...> Sual:  Mənə  məlum olduğu qədər, siz 1923-cü  ildə

49

, yəni  Anderson, Heminquey 



və  digər  yazıçılarla    eyni  vaxtda  Avropada  olmusunuz.    Onlarla  ünsiyyətdə  idinizmi,  əgər 

deyildinizsə,  niyə və  hesab edirsinizmi ki,  bu yazıçılar öz aralarındakı ünsiyyət nəticəsində bir-

birilərinə hansı yollasa təsir ediblər?  

Folkner: Ola bilsin ki, ediblər. Mənə elə gəlir ki, sənətkara bütün ətrafı təsir edir. Bəlkə 

də o, sadəcə, belə təsirə daha həssasdı, çünki ona öz yaradıcılıq binasını ucaltmaq üçün material, 

vəsait  lazımdı.  O  vaxt  mən  özümü  yazıçı  hesab  etmirdim,  yalnız  gəzirdim,  ədəbiyyatla, 

ədəbiyyatçılarla  maraqlanmırdım

50

.  Onlarla  eyni  vaxtda  orda  olmuĢam,  Coysu  tanıyırdım, 



haqqında  bilirdim,  onun  tez-tez  gəldiyi  qəhvəxanaya  getmək,  ona  baxmaq  üçün  bütün  məlum 

cəhdləri etməyə hazır idim.  

Sual: Bir tərəfdən belə bir fikir irəli sürülür ki, “Emili üçün qızılgül” ġimalın tənqididi, 

digər  tərəfdən  də  deyirlər  ki,  onda  Cənub  tənqid  olunub.  Ona  dövrün  tənqidi  desək,  doğru 

olmazmı?        

Folkner: Bilmirəm, mən, sadəcə, insanlar barədə yazmıĢam. Yazıçı öz mühitindən, yəni 

bildiklərindən  istifadə  edir,  əgər  bir  kiĢinin  ġimalı,  onu  öldürən  qadının  isə  Cənubu  təmsil 

etməsində nəsə bir rəmzi məna varsa, demək istəməzdim ki, belə bir yanaĢma özünü doğrultmur 

və  burda  rəmzi  məna  yoxdu;  ancaq  bu,  müəllifin  düĢünülmüĢ  niyyəti  olmayıb,  yazıçı  özünə 

demir ki, hə, indi bir hekayə yazacam, onda bir xarakter rəmzi mənada ġimalı, digəri isə Cənubu 

təmsil edəcək. O, sadəcə, insanlar barədə  yazır, ona faciəvi, doğru görünən hekayə qələmə  alır, 

çünki  bu  iĢi  ürəkdən  görür,  insan  cəhdlərindən,  insanın  təbiəti  ilə  vicdanı  arasındakı 

münaqiĢədən...  yəni  qədim  Adəmdən  çıxıĢ  edir.  Burada  münaqiĢə  ġimalla  Cənub  arasında 

olmaqdan daha çox, əgər belə demək mümkündüsə,  Tanrı ilə ġeytan arasındadı.  

Sual: Onda aydın deyil ki, kim kimi təmsil edir?    

Folkner: MünaqiĢə miss Emilinin özündədi: o bilir ki, insanı öldürmək olmaz, belə bir 

Ģüurda  tərbiyə  olunub  ki,  kimləsə  qeyri-qanuni  yaĢamaq  olmaz.  Ərə  getmək  lazımdı,  özünə 

məĢuq tapmaq düzgün deyil. O öz mühitinin bütün  ənənə və qanunlarını, son nəticədə isə adam 

öldürməyi  qadağan  edən  Allah qanununu pozur.  Bilir ki,  Ģər  iĢ törədir, öz həyatını  məhv edir. 

                                                

49

 

 Əslində Folkner Avropada  1925-ci ilin avqust – dekabr aylarında olub  



50

 

 Folkner 1914-cü ildən Ģeir yazmağa baĢlayıb, mətbuatda isə ilk dəfə 1917-ci ildə çap olunub. Avropaya 



gedənə qədər “Mərmər favn” kitabını nəĢr etdirib, Nyu Orlean  jurnallarında seriya oçerkləri dərc olunub və “Əsgər 

mükafatı”  romanını yazıb. Parisdə isə yarımçıq qalan “Elmer Xocanın portreti” romanı üzərində iĢləyib     




 

39



BaĢqa  cür  də  ola  bilərdi:  məĢuqunu  öldürəndən  sonra  özünə  daha  bir  məĢuq  tapa,  istifadə 

etdikdən sonra onu da öldürə bilərdi; amma öz günahını yumağa çalıĢır.  

Sual:  Amma  bu  cür  faciəvi  situasiyalarda  belə  halının  pozmayan  hər  Ģeydən  məmnun 

qalan bir adama qarĢı mərhəmət hissi duymaq olarmı? 

Folkner: Emili, bəlkə də,  öz məmnundu, ancaq mənə elə gəlir ki, təəssüf hissinə layiq 

obyektin özünü xoĢbəxt, məmnun hiss etməsinə əsaslanaraq ona qarĢı mərhəməti boğmaq olmaz. 

Mənə elə gəlir ki, insanın öz təbiəti ilə, öz vicdanı ilə mübarizə aparmaq cəhdi əsl Ģəfqət hissinə 

layiqdi.  Fərdin  hansısa ayrıca  bir durumu  yox, özü, özü kimiləri, öz  ətrafı  ilə  münaqiĢədə olan 

insan  buna  layiqdi.    Məhz    o,  bizim  onun  dərdinə  Ģərik  olmağımızı  haqq  edir.  Ġnsanın  əzab 

çəkməsi,  məsələn,  atdan  yıxılması,  yaxud  qatar  altında  qalması  yox,  öz  istəklərini,  öz 

məqsədlərini mənəvi özünüdərklə, öz dövrünün, yaxud öz mühitinin  –  böyüdüyü, yaĢadığı, ailə 

qurduğu Ģəhərin  ictimai Ģüuru ilə hansı yollasa barıĢdırmağa çalıĢan insan buna layiqdi.  <...> 

 

Sual:  Kütləvi  informasiya  vasitələrinin  artması  səbəbindən  müasir  yazıçı  əvvəlki 



dövrlərə nisbətən daha sürətlə uğur qazanacağına ümid edə bilərmi?    

Folkner:  Məncə,  yox.  Mənə  elə  gəlir  ki,  yazıçı,  ümumiyyətlə,  daha  böyük  vaxt 

kateqoriyaları  ilə  düĢünür.  Müasirlərinin  onun  haqqında  nə  fikirləĢdikləri  onu  çox  da 

maraqlandırmır. O daha uzağa baxır,  1957-ci ilin oxucularının deyil, 2057-ci, hətta 4057-ci ilin 

oxucularının rəyini nəzərdə tutur.  

Sual:  Yəni  demək  istəyirsiniz  ki,  sizin  əsərləriniz  4057-ci  ilə  kimi    tanınmamıĢ 

qalsaydı, bundan xeyli məmnun olardınız? 

Folkner: Heç Ģübhəsiz. Yəni, əlbəttə, əsərlərim mənə bir az gəlir gətirməyə baĢlayanda 

bu  mənim  üçün  çox  xoĢ  oldu,  amma  Ģöhrət  və  qalan  Ģeylər  –  bunlar  o  qədər  də  mühüm  deyil. 

<...> 

 

Sual: Siz rus yazıçılarını xatırlatdınız. Dostoyevski haqqında nə düĢünürsünüz? 



Folkner:  Dostoyevskinin  nəinki  mənə  güclü  təsiri  olub,  həm  də  onu  təkrar-təkrar 

oxumaqdan  böyük  zövq  alıram,  təxminən,  hər  il  oxuyuram.  Ustalığı,  insan  qəlbinə  dərindən 

nüfuz  etməyi,  mərhəmətli  olmaq  qabiliyyəti  onu  elə  bir  yazıçı  eləyib  ki,  əgər  bacarsaydılar, 

çoxları ona yaxınlaĢmaq istərdi. O, silinməz iz qoyub gedənlərdən biridi. <...> 

 

Doqquzuncu məĢğələ.  13 aprel 1957 

 

<...>  Sual:  “Avqust  iĢığı”  romanında  eyni  bir  mənzərə  bir  neçə  dəfə  verilir:  Coanna 

Berdenin  evi  üzərində  tüstü  burumları  ucalır.  Demək  olarmı  ki,  romanın  yazılması  üçün  ilkin 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə