Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə184/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   180   181   182   183   184   185   186   187   ...   192

 

38



gün sonrayamı  saxlayım? Beləliklə,  əgər burada nəsə bir rəmzi məna varsa, onu, təxminən, bu 

cür təsəvvür etmək olar. <...> 

 

Sual: Hansı kitabınızı birinci oxumağı tövsiyə edərdiniz?  



Folkner:    Mənə  belə  bir  sual  verməsəniz,  yaxĢıdı,  çünki,  əlbəttə  ki,  mən  ən  çox 

xoĢlandığım  kitabımdan  baĢlamağı  məsləhət  görəcəyəm,  o  isə  sizin  məqsədiniz    üçün 

yaramayacaq. Amma bu suala obyektiv cavab vermək lazımdısa, yəqin ki, “Məğlubedilməzlər”i.  

Sual: Nə üçün məhz “Məğlubedilməzlər”i? 

Folkner: Çünki bu kitab asan oxunur. Yəni baĢqa kitablarımla müqayisədə. 

Sual:  Mən  sizdən  Kventinin  öz  atası  ilə  münasibətləri  barədə  soruĢmaq  istərdim.  

Məncə, oxucuların çoxunda  belə  bir təsəvvür  yaranır ki, atası  Kventinə  həyatda ona dəstək ola 

biləcək  dəyərlər  sistemini  aĢılaya  bilməyib,  bu  səbəbdən  də  o,  kitabda  olduğu  kimi  bir  adama 

çevrilib. Kventinin son hərəkətinin səbəbi nədir? 

Folkner:  Kventinin  öz  təsəvvürünə  görə,  bu,  ona  atası  tərəfindən  təlqin  edilib.  Bunda 

nəsə  ilkin bir məğlubiyyət də rol oynayıb:  briqadir babası VətəndaĢ müharibəsində uğursuzluğa 

düçar olub. Bu  ilkin  məğlubiyyət hissi  Kventinə  atasından  irsən, daha doğrusu, doğma atasının 

arzusundan  asılı  olmayaraq  keçib.  Birinci  Kompsonun  ölümündən  sonra,  Kventin 

doğulmamıĢdan  hələ  əvvəl  nəsə  qırılıb.  Amansız  və  cəsarətli  bir  adam  olan  birinci  Kompson 

Missisipi Ģtatına gələrək  azad meĢə sakininə çevrilib, yəni  istədiyi vaxt  istədiyi yerdə qarətlə 

məĢğul  olmağa  baĢlayıb,  bir  nəslin  əsasını  qoyub,  onun  fikrincə,  bu  nəsil  əsl  kral  nəslinə 

çevrilməliymiĢ, ancaq  “kral nəsli” sonra iflasa uğrayıb. <...> 

 

Sual:  Ġnsan  hər  Ģeyə  tab  gətirib  yaĢamını  davam  etdirəcək  deyərkən,  siz  onu  bir 



Ģəxsiyyət, yoxsa cəmiyyət üzvü kimi nəzərdə tutursunuz? 

Folkner: Vahid həyatın bir hissəciyi kimi.  

Sual: Amma, məsələn, Kventin götürək, hər Ģey onun əleyhinədir, o məhkum.... 

Folkner:   Bəli,  bəli,  anasının  əlindən  heç  nə  gələn deyil, qardaĢı  ağıldankəmdi, amma 

hər  halda,  ailədə  Dilsi  var,  o  heç  bir  əvəz,  mükafat  gözləmədən  inadla  ailəni  dağılmaqdan 

qoruyur; baĢqa sözlə, insan təslim olmamıĢdan, öz məğlubiyyətini qəbul etməmiĢdən əvvəl onun 

yaĢamaq cəhdi digər, daha “aĢağı” bir kanalla  davam edə, qaradərili insanda, zənci irqində ifadə 

oluna bilər.     

Sual:  Siz  bizi  inandırmağa  çalıĢırsınız  ki,  insan  kamildir  və  o,  hər  Ģeyə  rəğmən,  öz 

yaĢamını  davam  etdirə  biləcək.  Bəs  onda  dini  və  siyasi  sferalar  da  daxil  olmaqla  gündəlik 

həyatda müĢahidə etdiyimiz kütləvi qəddarlıqları nə ilə izah edək?  



 

38



Folkner:  Mən  insanın  mütləq  Ģəkildə  kamil  olmağından  danıĢmamıĢam,  yalnız  bunu 

demiĢəm ki, insan zəfər çalacaq və bunun üçün ona yaxĢı olmağa çalıĢmaq lazımdır. BəĢəriyyət 

insanın  mütləq  kamilliyə  çatacağı  dövrlərə  qədər  yaĢayacaqmı  –  bunu  heç  kəs  bilmir.  Ancaq 

insan  yaxĢılığa doğru inkiĢaf edəcək, çünki tərəqqinin yeganə alternativi ölümdür. Məsələn, biz 

indi  görürük  ki,  uĢaqlar  iĢləməyə  məcbur  deyillər,  satıcı  isə  xarab  olmuĢ  ərzaq  məhsulunu 

satmayacaq.  Bunlar  o  qədər  də  əhəmiyyətli  olmasa  da,  hər  halda,  nailiyyətdir!  Ġndi,  bizim 

yaĢadığımız  günlərdə  çörək  oğurluğuna  görə  adamı  dar  ağacından  asmırlar.  Ġnsanları  borc 

həbsxanasına  salmırlar.  Əlbəttə,  atom  bombası  ilə  müqayisədə  bütün  bunlar  çox  xırda 

irəliləyiĢlərdir. Amma, hər halda, irəliləyiĢdir. Ġnsan yaxĢılığa doğru irəliləyib.   

Sual:    Sizə  elə  gəlmirmi  ki,  hansısa  bir  fanatik  kütlənin  aldadılmıĢ  hissilə  oynayaraq 

bütün bunların üstündən  xətt çəkə bilər. 

Folkner:  Yox,  elə  gəlmir.  Mənim  təsəvvürümə  görə,  belə  insanlar  da  lazımdı,  insan 

ölümsüzlüyünün yoğurulduğu xəmirin mayasına onlar da daxildir. 

Sual: Deməli, belə hesab edirsiniz ki, insan özünüməhv qüvvələrinə qalib gələcək? 

Folkner: Bəli, insan özünüməhvlə mübarizədə tab gətirəcək.  

Sual:  Bəs təbiət qüvvələri? 

Folkner:  Deməli,  belədi,  əgər  Yer  kürəsi,  torpaq  insanlara  tab  gətirməkdən  bezməsə, 

bit-birədən qurtulmaq istəyən qoca bir it kimi onlardan azad olmaq istəməsə, insan yaĢayacaq. 

Sual:  Ġnsanın ən güclü silahı nədir – ağıl, yoxsa ürək? 

Folkner: Mən ağıla o qədər də inanmıram. Ürəyi aldada bilməzsən, ağıl əzəl-axır adamı 

pis vəziyyətdə qoyacaq, ürək isə yox. <...> 

 

Sual:  Məni  sizin  personajların  romandan  romana  necə  dəyiĢdiyi  maraqlandırır. 



Məsələn, Narsissa Benbou “Sartoris” romanında kifayət qədər xoĢ bir adam, “Məbədgah”da isə 

acıdil, acıqlı bir qadındır. Bunu necə izah edərdiniz? 

Folkner: Mən ifadə etməli olduğum Ģeyi ifadə edə bilmək üçün  bir qayda olaraq,  mənə 

ən  rahat  görünən  fəndlərdən  istifadə  etmiĢəm.  Mənim  təsəvvürümdə  mütləq  mənada  pis  və  ya 

yaxĢı  insan  yoxdu,  hesab  edirəm  ki,  bütün  insanlar  əslində  olduqlarından  daha  yaxĢı  olmağa 

çalıĢırlar  və  bəzən  buna  nail  ola  bilirlər.  Ġnsanda  müəyyən  bir  xüsusiyyəti  təsvir  etmək  lazım 

gələndə,  adətən,    mən  bunu  onda  tapıram.  Bu  xüsusiyyəti    insanda,    necə  deyərlər,  qabartmaq, 

üzə çıxarmaq olar və buna görə də o, hansı məqamdasa xoĢ görünməyəcək; ancaq mənə elə gəlir 

ki, bu, Ģəxsiyyəti məhv etmir, ona xələl gətirmir.  

Sual: BaĢqa sözlə, xarakter dəyiĢməyib, sadəcə, siz ona yeni nəzərlə  baxmısınız?   

Folkner:  Tamamilə doğrudu. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə