Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə186/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   182   183   184   185   186   187   188   189   ...   192

 

38



inanmıram

45

.



  Əgər  insanın  istedadı  varsa,  deməyə  sözü  varsa,  o,  hökmən  yazacaq,  kiminsə  nə 

üçün yazıçı ola bilmədiyinə isə həmiĢə bəhanə tapmaq mümkündü. Çox tez-tez eĢidirsən: “Əgər 

evli  olmasaydım,  uĢaqlarım  olmasaydı,  mən  də  yazıçı  ola  bilərdim”,  yaxud  nəyəsə  qurĢanma-

saydı, o da yaza bilərdi. Bununla razılaĢmıram. Mənə elə gəlir ki, yazmaq istəyirsənsə, yazacaq-

san, heç nə səni saxlaya bilməz. Bəzən  həyat səni öz burulğanına çəkir, amma nə qədər dərinə 

çəksə,  bir o qədər  yaxĢıdı. Bəlkə  də,  yazıçı  fil  sümüyü qülləsinə qalxmamalıdı,  əksinə,  həyatın 

dibinə baĢ vurmaq lazımdı ki, böyür-baĢın bir qədər əzilə, bəlkə də, bu,  daha faydalıdı. 

Sual:  “Qırmızı  yarpaqlar”  hekayəsində  zənci  əsir  hindulardan  qaçarkən  təqibdən 

qurtulmaq üçün  bataqlıqda gizlənir, sonra  isə  imkan  verir ki,  ilan  əlini  çalsın.  Ancaq  hindular, 

hər halda, onu tuturlar. Bu, o deməkdirmi ki, insan öz taleyindən qaça bilməz?  

Folkner: Yox. Ġlanla bağlı epizod ölümün qaçılmazlığını hiss edən insanın,  sanki,  onu 

qəbul  etdiyini,  əslində  isə  etmədiyini  göstərmək  üçün  lazımdı.  Zənci  öz-özünə  deyir:  mən 

ölmüĢəm, indi mənim üçün heç nəyin əhəmiyyəti yoxdu, ilan məni çalsa da,  əhəmiyyəti yoxdu – 

mən  ölmüĢəm;  amma,  hər  halda,  son  ana  qədər  öz  ölümünü  gecikdirmək  istəyir.  Ġnsan  həmiĢə 

həyatda  qalmaq,  yaĢamaq  istəyəcək,  acı  və  yoxluq  arasında  seçim  etmək  məcburiyyətində 

qalarkən həmiĢə acını  seçəcək. <...> 

     

Sual: Siz belə hesab edirsiniz ki, yazıçı ürəkdən yazmalıdı. Bundan fərqli olaraq insan 



instinktlərinə müraciət edən yaradıcılıq haqqında da danıĢırsınız. Ġnsanın qəlbinə deyil, instinktiv 

tələbatlarına müraciət edərək uğurlu əsərlər yaratmaq olarmı? 

Folkner:  Bəli,  əlbəttə  olar:  məsələn,  Spilleyn

46

  soyadında  bir  müəllif  var,  yaxud  cina-



yətkarlıqdan  yazan  müəlliflər,  amma  bu,  əsl  ədəbiyyat  deyil,  mənim  fikrimcə,  bununla  məĢğul 

olmağa dəyməz. Özlüyündə bunlar, əlbəttə, uğurlu əsərlərdi, amma onunla məĢğul olmağa dəy-

məz.  Ġnsan  qəlbinə  müraciət  etməyin  zəruriliyindən  danıĢarkən  nəyi  nəzərdə  tuturdum?  Məhz 

ürək insanın yaxĢı adam olmasını istəyir, xeyirlə Ģərin fərqini məhz o bilir, məhz ürək bizə yaxĢı 

adam olmağı təlqin edir. Ürəkdən yazın, qəlbdən yazın deyəndə mən bax, bunu nəzərdə tuturam. 

Öz ürəyi sayəsində insan qorxaq görünməkdən çəkinərək cəsur olmağa can atır, o öz ürəyi sayə-

sində  səxavətli  olmaq  istəyir,  hətta  bacarmayacağını  hiss  etdiyi  anlarda  belə,  mərhəmət  gös-

tərmək istəyir.  Mənə elə gəlir ki, ağıla tabe olsaq, təxminən, belə düĢünmək olar:  “Hansı daha 

faydalı olar  –  mərhəmət göstərsəmmi, göstərməsəmmi?  Mənim üçün  hansı  xeyirlidi  – cəsur ol-

maqmı, yoxsa ondan imtina etməkmi?” Amma ürək həmiĢə istəyir ki, insan yaxĢı olsun.  

                                                

45

 



 ... lal-dinməz və şöhrətsiz Milton  – ingilis sentimentalist Ģairi Tomas Greyin (1716-1771) “Kənd 

qəbiristanlığı” Ģerindən götürülmüĢ  ifadədir  və heç kim tərəfindən tanınmamıĢ qalan istedad haqqında iĢlədilir  

46

 

 Spilleyn Miki  – 1918-ci ildə anadan olub, o vaxtlar ABġ mətbuatında geniç təbliğ olunan populyar 



romanlar müəllifi  


 

39



Sual: “Emili üçün qızılgül” hekayəsinin əsasında fikir durur, yoxsa obraz? Hekayə necə 

yarandı? 

Folkner:  Bir dəfə  Ģüurumda  bir  mənzərə  – balıĢ üzərində  bir dəstə 

saç tükü


 mənzərəsi 

yarandı. Bu hekayə xəyalatlar barədədi. Onun əsasında obraz durur: xaraba qalmıĢ bir evdə balıĢ  

üzərində bir dəstə 

saç tükü.

 <...>  

 

Altıncı məĢğələ.  9 mart 1957 



 

<...> Sual: Hesab edirsinizmi ki, “Persi Qrimm”

47

 hekayəsinə  daxil etdiyiniz insan tipi 



bu gün Cənubda, deyək ki, Ağ VətəndaĢlar ġurasında

48

 daha çoxdu?  



Folkner:  Mən  deməzdim  ki,  o,  Cənub  üçün  tipikdir,  çünki  bu  cür  adamlar  hər  yerdə 

mövcuddur. O kitabı 1932-ci ildə yazmıĢam və təbii ki, o vaxt Hitlerin basqınçıları haqda hələ 

heç  nə  eĢitməmiĢdim,  bunun  nə  olduğunu  bilmirdim.  Bəli,  belə  adamlar  hər  yerdə  var,  amma  

deyə  bilmərəm ki, onlar Cənubda daha çoxdu,  hərçənd ola  bilsin ki,  Ağ  VətəndaĢlar ġurasında 

həqiqətən çoxdular. Amma, hər halda, belə adamlar hər yerdə, hər ölkədə, bütün dünyada var.   

Sual: Persi Qrimm törətdiyi cinayətə görə cəzalandırılıbmı? 

Folkner:  Məncə,  istənilən  basqınçı  vaxtı  gələndə  öz  payını  alır.    Onu  heç  kəs 

cəzalandırmır,  göydən  düĢən  ildırım  vurmur,  amma  o,  bütün  bunlarla  birlikdə  yaĢamalıdı  və 

vaxtı gələndə  nə törətdiyini  anlamağa  məcburdu. Adətən,   bu,  insanın  ahıl  yaĢlarında,  artıq  bu 

cür  əməllərdən  isterik  məmnunluq  hissi  duymadığı  vaxtlarda  baĢ  verir,  onda  nə  törətdiyini 

xatırlamağa  baĢlayır  və  düĢünürsən:  “Aman  Allah!  Mən  niyə  bunu  elədim?!”  Axı  insan  bu 

əməlləri  ilə  birlikdə  yaĢamağa  məcburdu...  Məncə,  anlaĢılmaz  intiharlar  da  çox  vaxt,  sadəcə, 

bununla izah olunur: cavanlığında belə bir bəd əməl törədən insan  illər ötdükcə bu qənaətə gəlir 

ki,  o əmələ görə daxilən bu qədər əzab çəkməkdənsə, yaĢamasa yaxĢıdır.. 

Sual:  Siz  Qədim  Yunanıstan  haqqında  danıĢdınız.  Deyin  görək,  müasir  ədəbiyyatda 

həqiqi  faciə  qəhrəmanı  yarana  bilərmi,  yoxsa  bizim  dövrün  qəhrəmanları  qaçılmaz  dərəcədə 

xırda və sadədir? 

Folkner:  Mürəkkəb  sualdır.  Məncə,  yazıçı  öz  ətrafının  hüdudları  daxilində  iĢləməyə 

məcburdu; yeri gəlmiĢkən, bu ətraf təkcə əraf mühitdən  deyil, həm də oxuculardan ibarətdi. Axı 

həmiĢə  səni kimin oxuyacağını düĢünmədən  yazmaq olmaz,  buna görə  də  yazıçı özü  istəsə də, 

istəməsə  də,  qeyri-ixtiyari  olsa  da,  öz  oxucularına  istiqamətlənərək  yazır.  Kim  bilir,  indi  ağıllı 

dinləyicilər olsaydı, yenə gözəl Ģairlər meydana çıxardı. Deməli, əgər bir yazıçı o qədər də yaxĢı 

kitab  yazmayıbsa,    günah  təkcə  onun  özündə  deyil,  həm  də  ətrafındadı,  yazıçı  aləminin  bir 

                                                

47

 

 “Persi Qrimm”  – “Avqust iĢığı” romanından bir parçaya verilən ad, bu parça həm də həmin ad altında 



ayrıca hekayə kimi Folknerin iki seçilmiĢ əsərləri toplusuna  (1946, 1953)  daxil edilib  

48

 



 Ağ VətəndaĢlar ġurası – o dövrdə ABġ Cənub Ģtatlarında  fəaliyyət göstərən irqçi təĢkilat 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə