Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə189/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   184   185   186   187   188   189   190   191   192

 

39



impuls  məhz  bu  obraz  olub?  “Hay-küy  və  qəzəb”    romanı  üçün  ilkin  impuls  ağaca  dırmaĢmıĢ 

balaca qız obrazı olduğu kimi? 

Folkner:  Yox.  Bu  romanın  əsasında  Lina  Qrouvun  –  gənc,  kasıb,  hamilə,  amma  qəti 

Ģəkildə öz sevgilisini axtarıb tapmaq qərarına gələn bir qadının tarixçəsi durur. Mən qadınların 

cəsarəti  və  mətinliyi  qarĢısında  öz  heyranlığımı  ifadə  etmək  istərdim.  Roman  yazıldıqca  ona 

yeni-yeni materiallar əlavə etmiĢəm, amma bu kitabın əsasında Lina Qrouvun tarixçəsi durur.  

Sual:  “Məbədgah”  romanındakı  Dombalangöz  obrazı  müasir  mənfəətcil  dünyanı 

simvolizə edir? 

Folkner:   Yox, bu  mənim üçün daha  bir  itirilmiĢ  məxluqdu. Əgər o, müasir dünyanda 

Ģərin  rəmzi  kimi  qəbul  edilirsə,  bu,  adi  bir  təsadüfdü.  Mən  insanlardan  yazıram,  ideyalardan, 

yaxud da simvollardan yox.   

Sual:  “Avqust  iĢığı”  romanının  adı  “hamiləliyin  sonu”  mənasını  bildirən  danıĢıq 

ifadəsindən gəlirmi?   

Folkner:  Yox,  sadəcə  olaraq,  mənim  vətənimdə  avqust  iĢığının  xüsusi  bir  keyfiyyəti 

var,  adın  bütün  mənası  da  bundadı.  Bu  adın,  ümumiyyətlə,  kitabın  süjeti  ilə  birbaĢa  əlaqəsi 

yoxdu. 


Sual: Sizin uydurduğunuz əyalətin adı necə tələffüz olunur? 

Folkner:  Əgər  hecalara  bölsən,  çox  sadə:  Yok-na-pa-to-fa.  Bu  söz  çikaso  hindu 

tayfasının dilindən götürülüb, “vadidə su sakit axır” mənasındadı. <...> 

 

Sual: “Avqust iĢığı” romanında Haytauer belə bir hisslə ölür ki, artıq nicata nail olub? 



Folkner:  O  ölmür.  O  öz  həyatını  məhv  edib.  Nikahda  uğursuzluğa  düçar  olub.  Öz 

ümidlərini doğrultmayıb, amma, hər halda, yenə də nəyisə qalıb: cəsur babası haçansa at belində 

Ģəhərə  hücum  edib,  yankilərin  anbarlarını  yandırıb;  ona  qalan  yalnız  budu.  Bundan  savayı  hər 

Ģeyini  itirib, amma keĢiĢ olduğu və  hələ də özünü Allahın qulluğunda saydığı üçün intihar  edə 

bilmir. O, həyatını məhv edib, amma özünü məhv edə  bilməz, buna hüququ yoxdur. Buna görə 

də cəsur babası haqqında təmiz və gözəl bir xatirəni yaddaĢında saxlayaraq yaĢamağa, dözməyə 

məcburdu.  <...> 

 

Sual:  “Avqust  iĢığı”  romanındakı  gözlənilməz  üslubunuz,  xüsusən  də  hadisələrin 



keçmiĢ zamanda deyil, indiki zamanda nəql edilməsi çoxlarında təəssürat oyadıb. Bu, xüsusi bir 

məna daĢıyırmı, yoxsa sadəcə olaraq, yeni nəql üsulundan istifadə etməyə çalıĢmısınız?  

Folkner:  Mənə  elə  gəldi  ki,  bu  əhvalatı  belə  daha  yaxĢı  danıĢmaq  olar.  Mən  Ģüurlu 

olaraq üslub dəyiĢməmiĢəm. Ümumiyyətlə, üslub barədə o qədər də fikirləĢən deyiləm. Mənə elə 

gəlir  ki,  yazıçının  qəlbində  çox  Ģey  yığılıb  qalanda  onun    üslub  haqqında  düĢünməyə  vaxtı 



 

39



olmur.  Əlbəttə,  əgər  sadəcə  yazmaq  xoĢuna  gəlirsə,  stilist  də  ola  bilərsən,  amma  yazıçının 

qəlbində  insanlara  danıĢmaq  istədiyi  çox  Ģeylər  yığılıb  qalanda  onun  vaxtı  və  gücü  yalnız  yör-

yöndəmsiz, məsələn,  Balzak kimi yazmağa çatır. <...> 

 

Onuncu məĢğələ.  15 aprel 1957 

 

<...>  Sual:  Yazıçı  insanlar  haqqında  yaza,  amma  onlara  öz  münasibətini  bildirməyə 

bilərmi? 

Folkner:  Sizə  necə  deyim,  mənə  elə  gəlir  ki,  əgər  insanı  –  istər  real  Ģəxsi,    istərsə  də 

yaratdığın personajı yaxĢı tanıyırsansa,  onun barəsində müəyyən hökm çıxarmağın qaçılmazdı. 

Biz burada nədəsə Allahı xatırladırıq.  Hökm çıxarmaq lazım gəlir, özün yaratdığın qəhrəmanları 

çox sevmək və onlara çox nifrət etmək lazımdı.  

Sual:  Uzun  cümlələrdən  istifadə  etməklə  hansı  məqsədi  güdürsünüz?  ġüur  axını 

təsəvvürü yaratmaq istəyirsiniz, yoxsa öz fikrinizi bu yolla ifadə etmək sizin üçün daha asandır? 

Folkner: Bu, eynilə dülgərin, əlindəki iĢ üçün hansı alətin daha uyğun olacağını seçməsi 

kimi,    texniki  məsələdi.  Bundan  əlavə,  hər  bir  insanda  öz  ölümünü  qabaqcadan  hiss  etmək 

duyğusu var: bilirsən ki, iĢ üçün ayrılan vaxtın azdı, buna görə də insan qəlbinin bütün tarixini 

bir iynə gözündə yerləĢdirməyə çalıĢırsan. Bir də ki, hər halda, mənim üçün insan öz-özlüyündə 

mövcud deyil, o, öz keçmiĢinin  məhsuludu. KeçmiĢ,  faktiki olaraq, nəsə  “vardı” kimi  mövcud 

deyil, o, “var”a keçib. Hər kiĢidə, hər qadında, hər anda keçmiĢ var. Buna görə də insan, əsərdəki 

xarakter istənilən fəaliyyət anında onu məhz bu Ģəklə salan Ģeylərin hamısını özündə əks etdirir. 

Uzun cümlə bütün keçmiĢi, imkan daxilində isə həm də gələcəyi qəhrəmanın hansı bir addımısa 

atdığı yeganə anda cəmləĢdirmək cəhdidi. <...> 

 

Sual: “Emili üçün qızılgül”  baĢlığının mənası nədir? 



Folkner:  ġəxsi  həyatı  olmayan  adi  bir  qadın  vardı.  Atası  heç  vaxt  onu  çölə-bayıra 

buraxmırdı, sonra bir sevgilisi – məĢuqu peyda oldu, o da onu atıb qaçmaq istədi, buna görə də 

onun  həmin  adamı  öldürməkdən  baĢqa  əlacı  qalmadı.  Beləliklə,  bu,  sadəcə,  Emili  üçün 

Qızılgüldü, vəssəlam. <...>   

 

On dördüncü məĢğələ.  6 may 1957 

 



 

39



<...> Sual: “Avqust iĢığı” romanındakı Co Kristmas

51

 obrazında xristian rəmzi mənası 



mövcuddurmu? 

Folkner: Yox,  yenə də bütün məsələ ondadır ki,  yazıçı deməyə çalıĢdığı Ģeyləri ifadə 

etmək üçün, sadəcə olaraq, öz ehtiyatından həmin anda ona ən uyğun görünən  materialı götürür. 

Bu  isə  belə  bir təsəvvürə  aparıb çıxarır ki,  faktiki  olaraq süjetlər azdı  və  hər bir  yazıçı gec-tez, 

artıq istifadə olunmuĢ süjetdən istifadə edir. Ġsa peyğəmbərin tarixçəsi isə bütün dövrlər ərzində 

bəĢər  tərəfindən  uydurulan  –  əlbəttə,  əgər  bunu  uydurulmuĢ  hesab  edərsək  –  ən  yaxĢı 

tarixçələrdən  biridi  və  insanların  təkrar-təkrar  ona  qayıtmaları  qaçılmazdı.  Ġsa  peyğəmbərin 

tarixçəsini və ilahi ehtirasları öz xristian irsinin tərkib hissəsi hesab edən  hər kəs vaxtı gəldikcə 

ondan  bəhrələnəcək,  material  götürəcəkdir.  Mən  isə  Ġsa  peyğəmbərin  tarixçəsini  Ģüurlu  Ģəkildə 

təkrar  danıĢmaq  niyyətində  olmamıĢam.  Mən,  sadəcə,  insanlar  haqqında  yazmağa  çalıĢmıĢam. 

Rəmzi məna isə sonradan gəlir.   

Sual: Ġsa peyğəmbərin adını nə üçün Co Kristmas kimi yaramaz bir adama vermisiniz?  

Folkner:  Nə  etmək  olar.  Məncə,  bu  və  ya  baĢqa  bir  insan  haqqında  onun  yaramaz, 

yaxud yaxĢı adam olduğunu söyləmək çox çətindi. Müəyyən istisnalar olduğunu qəbul edirəm, 

amma ümumiyyətlə, insan öz naturasının, mühitinin,  ətrafının qurbanıdı və  heç kim haqqında 

demək  olmaz  ki,  o  pisdi,  ya  da  yaxĢıdı.    Ġnsan  öz  imkanları  daxilində  yaxĢı  olmağa  çalıĢır. 

Kristmas  isə,  məsələn,  heç  kim  olduğunu  da  bilmir.  O  baĢa  düĢür  ki,  bunu  heç  vaxt  öyrənə 

bilməyəcək və özüylə  birlikdə  yaĢaya bilmək üçün onun yeganə  xilas yolu insanlıqdan imtina 

etmək,

 

səfil  kimi  yaĢamağa  baĢlamaqdı.  O  bunu  eləməyə  çalıĢır,  ancaq  heç  kəs  buna  imkan 



vermir – insanlar imkan vermirlər. Mən onu pis adam hesab etmirəm, o faciəvi adamdı. Faciəsi 

də  bundadı  ki,  kim  olduğunu  bilmir,  heç  vaxt  da  bilməyəcək  və  məncə,  bu  –  kim  olduğunu 

bilməmək insanın düĢə biləcəyi ən faciəvi vəziyyətdi. <...> 

 

Sual:  Ġnsanlara  olan  sevginizə  baxmayaraq,  haçansa  onlara  qarĢı  o  dərəcədə 



qəzəbləndiyiniz  olubmu  ki,  ürəyinizdən  Menken

52

  üslubunda  nəsə  yazmaq,  yəni  insanlara 



möhkəm bir Ģapalaq vurmaq keçsin?  

Folkner:  Mən  deyə  bilmərəm  ki,  insanları  sevirəm.  Əlbəttə,  onların  yaxĢı,  gözəl 

olduqlarını düĢünmək istərdim.  Ġnsana, onun əzab və əziyyətlərinə, səhvlərinə böyük Ģəfqətlə 

yanaĢıram, amma deyə bilmərəm ki, insanları sevirəm. Mənə elə gəlir ki, Menken kimi yazmaq 

üçün insanın düĢdüyü vəziyyətə qarĢı dərin təəssüf və nifrət hissi keçirməlisən. Bu vəziyyətə 

nifrət  etmək  mümkündü,  bir  Ģərtlə  ki,  insanın  onu  dəyiĢdirmək  istədiyinə,  dəyiĢdirməyə 

                                                

51

 



 Əvvəldə də qeyd edildiyi kimi Ġsa peyğəmbərin ingilis dilində adı Ġsus Kristdir (Jesus Christ), Kristmas 

həm də xristianların Ġsa peyğəmbərin anadan olması günü münasibətilə keçirdikləri dini Milad – Yeni il bayramının 

adıdır. 

52

 



 Menken, Henri  (1880–1956) – Amerika tənqidçisi  


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə