Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə190/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   184   185   186   187   188   189   190   191   192

 

39



çalıĢdığına,  hətta  bəlkə  də,  dəyiĢdirə  biləcəyinə  inanasan;  eyni  zamanda,    insanın  bir  gün 

içərisində dəyiĢmədiyini görəndə bundan qəzəblənməyəsən. Mənə elə gəlir ki, Menkenin səhvi 

də məhz bundadı. O, demək olar ki, təslim olub. Arxasını çevirib gedib: guya, insan üfunət iyi 

verir, həmiĢə də üfunət iyi verəcək. Mənsə, bununla razılaĢmıram. <...>   

  

On altıncı məĢğələ.  8 may 1957 

 

<...>  Sual:  Ġnsanları  öyrənən  və  anlayan  bir  adam  kimi  həyata  yenicə  qədəm  qoyan 

gənclərə nəyi məsləhət görərdiniz? 

Folkner:  Bir  dəfə  ağıllı  bir  adam  mənə  dedi:  “Heç  vaxt  heç  kimə  heç  nəyi  məsləhət 

görmürəm:    birdən  bu  adam  mənim  məsləhətimdən  istifadə  etdi?”  Əvvəllər  onun  nə  demək 

istədiyini  anlamamıĢdım,  amma  indi,  deyəsən,  anlayıram.  Bilirsinizmi,  baĢqasının  hesabına 

günahdan  təmizlənmək  olmaz,  bunu  özün  eləməlisən.  Məsləhətlərə  əməl  edərək  təcrübə 

qazanmaq olmaz, təcrübə nəsə  osmosa

53

 bənzər bir proses vasitəsilə qazanılır. Məsələn, siz onu 



oxuduğunuz kitablardan, öz universitet həyatınızdan əldə edirsiniz. Yəni hər bir insan öz ayağı 

üstə durmalıdı; indi mən, yəqin ki, heç kəsin məsləhətinə qulaq asmaram. Səhv eləyərəm, amma 

o  səhvin  qarĢısını  ala  biləcək  məsləhəti  qəbul  etmərəm,  çünki  bilirəm:    səhv  etmək  o  qədər  də 

qorxulu bir Ģey deyil.  

Sual: Axı bu özü də yaxĢı məsləhətdi. 

Folkner: TəĢəkkür edirəm. <...> 

    

On yeddinci məĢğələ.  13 may 1957 

 

Sual:  VətəndaĢ  Müharibəsi  dövründə  Valter  Skotun  cənubluların  Ģüuruna  təsir  etməsi 

barədə müxtəlif fikirlər mövcuddu. Sizin ən romantik qəhrəmanlarınızdan birinin adı Kventindir. 

Bununla  onun  Valter  Skotun    təsirinə  məruz  qalan  cənublu  tipinə  mənsub  olduğunumu 

vurğulamaq istəmisiniz ?..  

Folkner:


 

Heç də belə deyil. Mənə elə gəlir ki, Cənubda Skota maraq cənubluların kitab 

almağa  pulu  olmadığı  illərdə  böyük  olub,  digər  tərəfdən,  Skotun  təsvir  etdiyi  dağlıq 

ġotlandiyanın  həyatı  müəyyən  mənada  Rekonstruksiya dövründən  sonrakı  Amerika  cənubunun 

həyatını  xatırladırdı:  həm  o,  həm  də  bu  diyar  bu  yerlərin  dilində  danıĢan  insanlar  tərəfindən 

dağıdılmıĢ,  viran  edilmiĢdi  –  belə  bir  Ģey  isə  çox  nadir  hallarda  baĢ  verir.  Buna  görə  də 

cənublular  kitab  almağa  pul  tapanda  Skotu  alırdılar:  əllərində  olan  pula  nəsə  dəyərli  bir  Ģey  – 

                                                

53

 

 Osmos – fizika terminidir, mayelərin üzvi pərdə və toxumalardan sızıb keçməsi hadisəsini bildirir. 




 

39



yəqin ki, daha çox söz almaq istəyirdilər. Hər halda, özünü azca da olsa,  savadlı sayan hər ailədə 

Valter Skot vardı.  

   Sual: Siz hesab edirsinizmi ki, Cənub ədəbiyyatı indiki yüksəliĢinə görə 20-ci illərdə 

Parisdə  yaĢayan  gənc  yazıçıların  fransız  ədəbiyyatının  güclü  təsirinə  məruz  qalması  faktına 

borcludur?   

Folkner:


 

Bilmirəm.

 

Mənə  elə  gəlir  ki,  20-ci  illərdə  Parisdə  yaĢayan  ekspatriantlar



54

 

arasında  cənublular  çox  az  olub.  Tanıdıqlarımın,  demək  olar  ki,  hamısı  Ģimallıydı.  Orada  



mühüm  rol  oynayan  bir  cənublunu  belə  xatırlamıram.  Ancaq  məncə,  Cənub  ədəbiyyatının 

yüksəliĢinə  səbəb  olan  faktorlar  bundan  hələ  xeyli  əvvəllər  meydana  çıxıb,  formalaĢıb.  Məsələ 

də elə bundadı: VətəndaĢ müharibəsindən sonra Ģimallılar, ümumiyyətlə, yadellilər cənubluların 

necə insan olmaları barədə qəribə, yanlıĢ təsəvvürə düĢdülər, necə deyim, çoxlu anlaĢılmazlıqlar 

oldu.  Və  bunda,  cənub  ədəbiyyatının  yüksəliĢində,  bəlkə  də,  cənubluların    instinktiv  surətdə 

yadellilərə  bizim  kim  olduğumuzu,  qələbə  çalacağımıza  heç  bir  ümid  olmadığını  özümüzün  də 

anladığımız dörd illik müharibəni bir kənara qoysaq, bizim də, həqiqətən, böyük istedada malik 

olduğumuzu  göstərmək  arzusu  rol  oynamıĢdır.  Yəni  içimizdə  nələr  olduğunu,  nələrə  qabil 

olduğumuzu göstərmək istəmiĢik.  Belə hesab edirəm ki,  Cənub ədəbiyyatının yüksəliĢinə çox 

faktorlar səbəb olub və heç kəs sizə onun məhz nədən baĢladığını dəqiq deyə bilməz. Mən belə 

düĢünürəm  ki,    həyatının  kasadlığı  səbəbindən  cənublu  təxəyyülə  müraciət  etmək,  öz    xüsusi 

Karkassonunu yaratmaq məcburiyyətində qalıb.    

Sual:  Amerikanın  Cənub  yazıçılarının  yaradıcılığına  onların  əsasən  ġimalda  oxunub 

nəĢr olunması faktı təsir edirmi?  

Folkner:

 

Heç  Ģübhəsiz.  Cənub  yazıçısının  Ģüurunda  həmiĢə  belə  bir  düĢüncə  qalır  ki,  



naĢir  ġimal  Ģtatlarından  olacaq.  NaĢir  və  müəyyən  dərəcədə  həm  də  oxucular  ġimaldan  olur. 

Mənə  elə  gəlir  ki,  Cənub  yazıçılarının  əksəriyyəti  bilir  ki,  yazdıqları  istənilən  halda  yerli 

sakinlərin xoĢuna gəlməyəcək. Yazıçılar faktiki olaraq onlar üçün yazmırlar: cənublular, sadəcə, 

kitab oxumurlar. Onlar yaxĢı adamlardı, amma kitab oxumurlar.  

Sual:  Sizin  fikrinizin  davamı  olaraq  hesab  etsək  ki,  Cənub  ədəbiyyatının  yüksəliĢi 

cənubluların  özlərini  izah  etmək  cəhdinə  borcludu,  onda  sizə  elə  gəlmirmi  ki,  Cənubun 

romanlaĢdırılmasından imtina cənublu oxucuların  hökmən xoĢuna gəlməməlidi? 

Folkner: Tamamilə doğrudu. Heç nə  yazmayan, ticarət palatasının buraxdığı 

prospekt-

lərdən 


savayı  heç  nə,  heç  bir  kitab  oxumayan  cənublu,  əlbəttə,  baĢa  düĢür  ki,  onun  vətənində 

özünün də qürur duya bilməyəcəyi Ģeylər var, amma onun təsəvvüründə bunu el içinə çıxarmaq 

pis Ģeydi.  

                                                

54

 

 Ekspatriant – vətənini tərk etmiĢ adam 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə