Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə192/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   184   185   186   187   188   189   190   191   192

 

40



sonra  Böyük  Britaniya  ingiliscəsi  ilə  Amerika  ingiliscəsi  arasındakı  fərq  qədim  və  yeni  yunan 

dilləri  arasındakı  fərq  qədər  böyük  olacaq.  Əlbəttə,  əgər  hər  iki  dil  məhv  olmasa,  bir-birinə 

qarıĢıb vahid dilə çevrilməsə, belə olan təqdirdə isə həmin dil öz növbəsində daim inkiĢaf edəcək 

və təkmilləĢəcək. <...> 

 

Ġyirminci məĢğələ.  30 may 1957 

 

<...> Sual: Siz bu gün adlardan danıĢdınız. “Avqust iĢığı” adı necə yarandı? 

Folkner:  Hə, onu deyirsiz?! Avqust ayının ortalarında Missisipidə bir neçə gün ərzində 

birdən  payız  nəfəsi  duyulur,  hava  açıq,  sərin  olur,  nəsə  xüsusi  bir  Ģüa  ilə  iĢıqlanır,  adama  elə 

gəlir  ki,  o  bugünkü  iĢıq  deyil,  uzaq  keçmiĢdən,  Yunanıstandan,  Olimpdən  bizə  gəlib;  adamın 

gözünə  favnlar,  satirlər,  allahlar  görünür.  Bu,  bir  və  ya  iki  gün  çəkir,  sonra  hər  Ģey  yox  olub 

gedir, hər il avqustda belə olur.  Adın bütün mənası da bundadı. Mənim üçün bu, sadəcə,  gözəl 

və  adamı  düĢünməyə  sövq  edən  bir  addı,  o,  insanın  yaddaĢında  baĢqa  dövrləri,  baĢqa  iĢığı  – 

xristian  sivilizasiyasının  iĢığından  daha  qədim  bir  iĢığı  oyadır.  Ola  bilsin  ki,  bu  adın,  hər  Ģeyi 

qəbul  etmək  kimi  bütpərəst  xasiyyətə  malik  Lina  Qrouvla  da  müəyyən  əlaqəsi  var.  Onun  öz 

uĢağını doğmaq arzusu ilə... axı o bu uĢağa, onun,  bir növ,  bic olmasına görə heç bir xəcalət 

hissi  keçirmir,  zamanın  mütləq  buyruğunu  yerinə  yetirir,  bilir  ki,  ata  gec-tez  tapılacaq.  Özünə 

gəldikdə isə,  bu ata ona o qədər də lazım deyil, 

yəni, o

 öz evi, uĢağının atası barədə Yupiterdən 



hamilə qalan qadınlar qədər  narahatçılıq keçirir. Ona bircə Ģey lazımdı: uĢağı doğulsun. Yalnız 

bu onun üçün əhəmiyyət kəsb edir, sivilizasiyanın bu iĢığı, bu bərqi bizimkindən xeyli qədimdi.  

Sual: “Emili üçün qızılgül” hekayəsi baĢdan-ayağa uydurmadırmı?  

Folkner: Bəli. Hər Ģey uydurmadı, artıq demiĢ olduğum səbəbə görə. Əgər yazıçı, bircə 

dəfə də olsun, kiməsə tanıĢ görünə  bilən bir Ģey yazarsa, dərhal etiraz məktubu alar;  hələ zənn 

etsələr ki, onun pulu da var, məhkəməyə verərlər, buna görə də son dərəcə ehtiyatlı olmaq, özün 

gördüyün, yaxud kiminsə sənə danıĢdığı Ģeylər barədə yazmamaq lazımdı.  

 

Ġyirmi dördüncü məĢğələ.  20 fevral 1958 



 

VĠRCĠNĠYALILARA MÜRACĠƏT 

 

...  Yüz  il  bundan  əvvəl    Avraam  Linkoln  deyib:  “Bizim  millət  yarıquldar,    yarıazad 



yaĢaya bilməz”. Əgər sağ olsaydı, o bu ifadəni bu cür dəyiĢərdi: “Bizim millət, onun azlıq təĢkil 

edən bir hissəsi: nə az, nə çox – on faizi təkcə zahiri görünüĢünə görə ikinci növ vətəndaĢ hesab 

olunduğu bir vəziyyətdə yaĢaya bilməz”.  Yaxud ona nisbətən daha az görkəmli Ģəxsiyyət bunu 



 

40



belə  ifadə  edərdi:  nə  bizim  ölkəmiz,  nə  də  istənilən  baĢqa  bir  ölkə  və  ya  cəmiyyət  əhalinin  on 

faizinin tam özbaĢınalıq səbəbindən hələ də assimilyasiya olunmadığı bir vəziyyətdə dinc yaĢaya 

bilməz. Əgər beĢ min nəfər əhalisi olan bir Ģəhərin küçələrində beĢ yüz azğın at dolaĢarsa, o da 

eynilə, dinc yaĢaya bilməz, yaxud, deyək ki, beĢ min itdən və beĢ yüz əhliləĢdirilməmiĢ piĢikdən 

–  ya  da  əksinə  –  ibarət  olan  bir  icma  dinc  yanaĢı  yaĢaya  bilməz.  Dinc  yaĢamaq  üçün  əhali 

eynicinsli:  ya  hamı  birinci,  ya  da  hamı  ikincidərəcəli  vətəndaĢ  olmalıdı;  ya  hamısı  insan,  ya 

hamısı at, ya hamısı piĢik, ya da hamısı it olmalıdı. 

Deyirlər ki, zənci hələ yalnız ikincidərəcəli vətəndaĢlığa qadirdi, onun faciəsi bundadı 

ki,  o,  bərabərliyə  yalnız  damarlarında  olan  ağ  qanın  nisbətinə  uyğun  dərəcədə  qadirdi.  Hətta 

belədirsə, yenə də  ikincidərəcəli vətəndaĢ problemi mövcud olaraq qalır. Hətta zəncilərin özləri 

ikincidərəcəli  vətəndaĢ  rolunda  qalmaları  ilə  razılaĢsalar  belə,  bu  problem  həll  edilməyəcək. 

Onlar buna razılaĢdıqları halda da hakimiyyət əhalinin yalnız 90 faizini birləĢdirmiĢ olardı. Və 

bu cür 90 faizlik birlik Ģəraitində biz bizə düĢmən kəsilən, lap elə öz düĢmənçiliyi əsasında  bizə 

qarĢı birləĢən  bir dünya ilə toqquĢmuĢ olardıq, yenə də yaĢamağa ümid edərdik! Amma biz bizə 

düĢmən kəsilən 10 faizə qarĢı 90 faiz də toplaya bilmərik, çünki düĢmən dünya həmiĢə bizdən 

güclü  olacaq,  çünki  məsuliyyətdən  məhrum  edilmiĢ  10  faiz  vətəndaĢın  yaĢama  problemi  bizim 

gücümüzü sorur və əlimizdən alır. <...>   

 

Ġyirmi yeddinci məĢğələ.  24 aprel 1958 



 

GƏNC YAZIÇILAR MÜRACĠƏT  

 

<...> Yəqin ki, hər bir yazıçı “sinəsinin dolu” çağında həddən artıq çox iĢləyir, qəlbində 

yığılıb  qalanları  tez  bir  zamanda  ifadə  etməyə  çalıĢır,  gənc  müəllifləri,  ondan  sonra  yazmağa 

baĢlayanları  oxumur  –  bəlkə  də,  bunun  səbəbi  eynilə  sprinteri,  yaxud  stayeri  idarə  edən 

motivlərdi: onların arxadan gələnlərə, hətta yanaĢı qaçanlara dönüb baxmağa vaxtı olmur, onlar 

yalnız  qabağa  baxırlar.  Hər  halda,  mənim  baĢıma  bu  gəlib,  iyirmi  il  ərzində  müasir  yazıçıları, 

demək olar ki, oxumamıĢam.  

Buna  görə  də  lap  bu  yaxınlarda  müasir  ədəbiyyatı  oxumağa  baĢlayarkən,  mənim  ona 

yanaĢma tərzimə təkcə məlumatsızlıq deyil, həm də bir növ səmimilik, 

önyarğılardan

 azad Ģəxsi 

rəy, maraq adlandırıla biləcək yeni baxıĢ xas idi. Eyni zamanda, oxuduğum ilk hekayə məndə elə 

bir  təsəvvür  oyatdı  ki,  bu,  sonralar  da  inadla  təkrar  olundu  və  onun  əsasında  ümumi  bir  nəticə 

çıxarmağı  özümə  rəva  bilirəm.  Yəni  bizim  mədəniyyətin  müasir  durumu  –  mən  məhz  bunu 

müəyyən  etməyə  çalıĢırdım  –  gənc  yazıçını  elə  yazmağa  məcbur    edir  ki,  elə  bil,  onun  üçün, 

ümumiyyətlə,  insanlıq  mövcud  deyil.  Onun  personajları  adi  insan  əzab-əziyyəti  və  həyəcanları 



 

40



ilə  yaĢamır,  mübarizə  aparmırlar, halbuki  bizim öz  iĢinin ustaları olan  sələflərimiz  –  bu peĢəni 

öyrəndiyimiz ustad yazıçılar məhz belə eləyirdi, onlar bir legiondu: Dikkens, Fildinq, Tekkerey, 

Konrad,  Tven,  Smollet,  Hotorn,  Melvill,  Ceyms...  Onların  yaratdıqları  personajlar  varlığı 

tükənməz  və  inadkar  insan optimizminin təsdiqi  olan adi  insan  əzab-əziyyəti  və  həyəcanları  ilə 

doğulub, bəslənib. Bu kiĢilər və qadınlar, hətta ikrah hissi doğuran hərəkətlərə yol verəndə, adam 

öldürəndə,  soyğunçuluq  və  satqınlıq  edəndə  belə  onları  yaradanların  özləri  kimi  aydın  və 

doğmadılar, çünki onlarda həmin adi insan ehtirasları, ümidləri və qorxuları görünür. Bu hissləri 

təĢkilat,  yaxud  məcburiyyət  boğmayıb,  onlar  bütün  insanlığın  əzab-əziyyət  və  həyəcanlarını 

yalnız  qorxu-ürküsüz  deyil,  həm  də  həvəslə,  məmnunluqla  və  ziyan  çəkməkdən  qorxmadan 

qəbul  ediblər.  Zira  onların  baĢına  gələ  biləcək  ən  pis  Ģey    baĢlarına    yalnız  baĢqa  birisinin 

baĢından, dirsək və yaxud dizlərinə baĢqa birisinin dirsək və ya dizindən dəyəcək zərbə ola bilər. 

Bu  adi  insan  əzab-əziyyəti  və  həyəcanları  içərisində  yaĢayarkən  onlar  müxtəlif  baxıĢları  deyil, 

mənəvi prinsipləri qəbul edir, onlara hörmətlə yanaĢırlar və həqiqət onlar üçün birdi, kiminsə ona 

hansı nöqteyi-nəzərdən baxmasından asılı deyil, nəsə dəyiĢilməz bir xassə, təzahürdü: yəni əgər 

bu  həqiqəti  qəbul  etməsəniz,  yaxud  ona,  ən  azı,  hörmətlə  yanaĢmasanız,  o,  sadəcə  beyninizi 

dağıda bilər.  

Müasir yazıçıların personajları, bir qayda olaraq, təkcə insanlardan uzaq deyil, həm də 

əsl  təcrid  Ģəraitində  yaĢayırlar;  bütün  insan  qəlblərinin  əzab-əziyyət  və  ümidlərinə  nüfuz  edən 

milyon-milyon digər  insanlarla  birlikdə deyil,  bir  neçə  sadə, aydın  həqiqət və  mənəvi prinsipin 

mövcud olduğu dünyada deyil, vakuumda, özlərinin seçmədikləri faktlarla birlikdə yaĢayırlar və 

tərsinə çevirilmiĢ qədəh altına salınan milçək kimi, bu faktlardan heç cür qaça, qurtula bilmirlər. 

Bir daha təkrar edirəm:  mən indiki nəslin bütün kitablarını oxumamıĢam;  hələlik buna 

vaxtım  olmayıb.  Buna  görə  də  yalnız  bildiyim  kitablar  haqqında  danıĢacam.  Selincerin 

“Çovdarlıqda uçurumdan qoruyan”ını xatırlayıram, mən bu kitabı ən yaxĢı kitab hesab edirəm, 

bəlkə  də  ona  görə  ki,  o,  indi  mənim  burda  deməyə  çalıĢdığım  Ģeyi  tam  ifadə  edir,  bu  kitab 

gələcəkdə bir çoxlarından ağıllı və zərif olacaq, olmalı olan, sevən (o özü “instinktiv” deməzdi, 

çünki  bəlkə  də,  Allahın  ona  bəxĢ  etdiyi  bu  keyfiyyətə  malik  olduğundan  xəbərsizdi),  insanları 

sevən  və  insanlığın  bir  hissəsi  olmaq,  insanlığa  qarıĢmaq  istəyən,  insan  cinsi  ilə  birləĢməyə 

çalıĢan  və  bunda  uğursuzluğa  düçar  olan  yeniyetmə  bir  oğlandan  bəhs  edir.  Mənə  görə,  onun 

faciəsi bunda deyil ki,  insanlığın onu qəbul etməsi üçün özünün də  hesab etdiyi kimi, dözümü 

və  cəsarəti  çatmır.  Onun  faciəsi  bundadı  ki,  o,  insan  cinsi  ilə  birləĢməyə  cəhd  edəndə  insanlıq 

orda  olmadı.  Buna  görə  də  ona  Ģiddətli  bir  yalqızlıq  içərisində,  milçək  kimi  altında  qaldığı 

qədəhin  divarları  arasında  qeyzlə  vızıldamaqdan  –  özü  dayanana,  yaxud  da  özünü  məhv  edənə 

qədər  vızıldamaqdan  savayı  heç  nə  qalmır.  Burada  adamın  yadına  dərhal  baĢqa  bir  yeniyetmə, 

indi artıq xeyli yaĢa dolmuĢ gənc insanların atası ola biləcək  Hek Finn düĢür. Amma Hek yalnız 



 

40



öz boyunun qısalığı ilə mübarizə aparır, bunu isə zaman düzəldəcək, vaxtı gələndə o da əvvəllər 

münaqiĢədə olduğu adamlarla eyni boyda olacaq. Axı böyük dünyasının ona vura biləcəyi zərər 

yalnız burnunun yüngülcə əzilməsindən ibarətdi.  Ġnsanlıq, insan cinsi onu qəbul etməyə hazır idi 

və qəbul etdi də, ondan yalnız bir Ģey – böyümək tələb olunurdu.  

Mənim  fikrimcə,  gənc  yazıçıların  problemi  məhz  bundadı.  Və  təkcə  onların  deyil, 

bizim  hamımızın  qarĢısında  insan  qəlbini  xilas  etmək,  ayğırları,  donuzları  yaxud  öküzləri  

axtaladıqları  kimi  onu  axtalamalarına  imkan  verməmək,    hələ  vaxt  var  ikən  və  insan  deyilən 

məxluqda  insanlıq  hələ  yox olmamıĢkən  fərdiliyi  simasızlaĢmaqdan  xilas etmək  vəzifəsi durur. 

Axı  insanlığı  yazıçıdan,  Ģairdən,  sənətkardan  savayı  kim  xilas  edə  bilər,  onlardan  çox  kim 

insanlığın itirilməsindən qorxmalıdı?! Zira insanlıq yaradıcılığın qaynar qanıdı. <...>  



 

Otuz üçüncü məĢğələ.  8 may 1958 

 

Sual:  Məncə,  ov  sizin  üçün  dərin  məna  kəsb  edir.  Bilirəm  ki,  uĢaqlıqda  çoxlu  ov 

eləmisiniz. Ov sizin üçün  nə deməkdir? 

Folkner: Mənim üçün ov eləmək məqsədə çatmaq rəmzidir. Ġnsan həyatının böyük bir 

hissəsi  hansısa  məqsədə  çatmaq  cəhdindən  ibarətdir.  Bu  mənada  ki,  həyatın  yeganə  alternativi  

hərəkətsizlik,  yəni ölümdü. Ov eləmək, neçə  ki  insan sağdı, onun təbii  halını təĢkil edən  təqib 

rəmzidi;  və  bunu  yaxĢı  bələd  olduğum,  mənə  dramatik  görünən  vasitələrin  köməyi  ilə  ifadə 

etməyə  çalıĢmıĢam

55

.  BaĢ  qəhrəman  hökmən  ayı  deyil,  istənilən  kəs  ola  bilərdi.  Mən,  sadəcə, 



insan yaĢamı üçün təbii, normal bir hadisəni mənə tanıĢ və maraqlı olan vasitələrlə, ona  heç bir 

rəmzi məna vermək niyyətində olmadan nəql etmiĢəm. Burada, sadəcə olaraq, bir uĢaq haqqında, 

onun böyüklərin dünyasına uyğunlaĢmasının zəruriliyindən, qaçılmazlığından danıĢmıĢam. Onun 

bunu  necə  eləyəcəyindən,  böyüklərin  dünyasına  uyğunlaĢmağa  can  atarkən  buna  tab  gətirib-

gətirməyəcəyindən,  məhv  olub-olmayacağından  və  yaxud  boyunun  qısa  olmasına  baxmayaraq, 

gücü çatdığı dərəcədə ona uyğunlaĢacağından söz açmıĢam. ÇalıĢmıĢam  ki, o, bunları hökmən 

baĢa düĢsün: ovu təkcə təqib etmək deyil, həm də onu yaxalamaq lazımdı, sonra isə ona acımaq 

və    onu  öldürməmək,  sadəcə,  tutmaq,  əllə  toxunmaq  və  buraxmaq  lazımdı.  Çünki  onda  sabah 

yenidən  təqibə  baĢlamaq  olar.  Əgər  yaxaladığını  öldürsən,  hər  Ģey  korlanacaq,  məhv  olacaq. 

Bəzən  mənə  elə  gəlir  ki,  ələ  keçirməyə  çalıĢdığını  məhv  etməmək  qabiliyyəti  insanın  baĢlıca 

ləyaqətidi,  hər  halda,  əsas  sevinc  bundadı.  Ələ  keçirəcəyin  ov,  qənimət  yox,  təqibin,  məqsədə 

can atmağın özü əhəmiyyətlidi. <...> 

 

Otuz dördüncü məĢğələ.  12 may 1958 

                                                

55

 

 S



ö

hbət Folknerin “Ayı ” povestindən gedir 




 

40



 

Sual:  Bizə  müəyyən  qrammatik  qaydalara  əməl  etməyi,  durğu  iĢarələrini  yerində 

qoymağı, ifadələri düzgün qurmağı öyrədirlər. Hesab edirsinizmi ki,  bu qaydalara riayət etmək 

yazıçını hansı dərəcədəsə sıxır, onun üslubunu məhdudlaĢdırır?     

Folkner:  Yox,  mən  elə  fikirləĢmirəm.  Bəlkə  də,  onun  yalnız  eksperiment  imkanlarını 

məhdudlaĢdırır?!    Mənə  elə  gəlir  ki,  istənilən  dil  bütün  dövrlərdə  canlı  olaraq  qalmalıdı,  yəni 

həmiĢə  inkiĢaf  etməlidir,  qrammatika  və  punktuasiya  da  dilin  inkiĢafında  iĢtirak  edir.  Köhnə 

üsulların  daha  yaxĢı  olub-olmadığını,  yaxud  bəlkə  də,  onları  dəyiĢmək  lazım  gəldiyini 

eksperiment  vasitəsilə    müəyyən  edə  bilirsən.  Mən  deməzdim  ki,  bu,  yazıçı  üslubunu  nədəsə 

məhdudlaĢdırır,  çünki  üslub    –  dilin  daim  dəyiĢən,  cari  vəziyyətidi.  Ümumiyyətlə,  həyatda  hər 

Ģey hərəkətdə olduğu kimi, üslub da hərəkətdə olmalıdı. Əgər üslub yerində donub-qalarsa, ölər, 

yalnız ritorika qalar. Üslub yazıçının demək istədiklərinə uyğun olaraq dəyiĢməlidi. Onun demək 

istədiyi Ģey faktiki olaraq üslubu müəyyən edir.  <...> 

 

Otuz altıncı məĢğələ.  23 may 1958 

 

<...> Sual: Əhdi-Ətiqdə sizin ən çox xoĢunuza gələn  nədir?  

 Folkner: Ġbrahimin tarixçəsi. Bu tarixçədə  hər Ģey mənim xoĢuma gəlir. Maraqlıdı ki, 

ozamakkı əclaflar və fırıldaqçılar özlərini tamamilə bugünkü insanlar kimi aparırlar. 

Sual:  “Kənd”  romanında  adamda  simpatiya  oyada  biləcək  bir  personaja  da  rast 

gəlmədim. Onların hər biri bu və ya baĢqa səbəb üzündən digərinə qarĢı qəzəblidir. Bu, insanlar 

üçün tipik haldırmı? 

Folkner:  “Kənd”  romanının  qəhrəmanları  üçün  tipikdi.  Ümumiyyətlə,  onlar  yazıq 

adamlardı.  Ancaq  yazıçı adamları  ittiham  edə  bilməz, o, bütün insanlara qarĢı  mərhəmət hissi 

duymalıdı,  əks təqdirdə  pis  yazıçıdı.  Bunlar,  əlbəttə, xoĢ adamlar  deyil,  mən özüm də onlarla 

münasibətdə  olmaq  istəməzdim,  ancaq  hər  halda,  məni  onların  da  nə  elədikləri,  niyə  elədikləri 

maraqlandırır. Axı onlar da insandılar və bütün adamlar kimi öz həyati məsələlərini həll etməyə 

çalıĢırlar. 

Sual: Sizin həyat konsepsiyanız nikbindirmi? 

Folkner:  Bəli. 

Sual: Amma fərdə münasibətdə yox? 

Folkner:    Fərd  o  qədər  də  çox  Ģey  deyil,  bir  ovuc  küldü;  insan  yer  üzərində  uzun 

yaĢamır;  amma  onun  arzuları,  ona  bənzər  insanlar  qalır.  Nə  qədər  ki  yer  üzərində  insanlar 

yaĢayacaq, onların arasında həmiĢə yeni Bax, yeni ġekspir olacaq adam tapılacaq.     

 



 

40



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

M Ü N D Ə R Ġ C A T 

 

 

 



 

 

 

Uilyam Folkner və onun Yoknapatofa saqası .................................... 

 

Roman: 



  

       Avqust  iĢığı ................................................................................ 

 

Hekayələr: 

 

      Ġki əsgər....................................................................................... 

      Quraq sentyabr............................................................................ 

      Emili üçün qızılgül....................................................................... 

      O gün Ģər qarıĢanda...................................................................       

                          



Nitq və müsahibələr:  

 

      U. Folknerin Nobel nitqi.................. 

      Cin Staynla müsahibə................................................................. 

      Folkner Virciniya Universitetində.............................................. 



 

 

 

 




 

40



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə