Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə191/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   184   185   186   187   188   189   190   191   192

 

40



Sual: Bunda ümumi bir qayda yoxdumu: müəyyən yerin, mühitin adamları ədəbiyyata 

gətirilməkdən həmiĢə narazı qalırlar?        

Folkner:  Elədi. Belə  bir  yerli özünüqoruma  instinkti  mövcuddu, amma digər tərəfdən,  

bəyəm 


 

Toro,  yaxud  Emerson

 

kimi  adamların  həmvətənləri  onlara  görə  böyük  iftixar  hissi 



keçirmirlərmi? Yoxsa belə bir hissi yalnız 

Nyu Ġnqlədin

 təhsilli ziyalıları keçirib? <...> 

 

Sual:  Mən  bir  Ģeyi  soruĢmaq  istərdim:  cənub  iqlimi,  ölkənin  coğrafi  xüsusiyyətləri 



ədəbiyyatın xarakterinə təsir edirmi?  

Folkner:  Ümumiyyətlə,  hə,  insanın  istifadə  etdiyi  dil  kimi  onlar  da  eynilə  bu  və  ya 

baĢqa dərəcədə ədəbiyyatın xarakterini müəyyən edir. Amma hesab etmirəm ki, ədəbiyyatı təkcə 

coğrafi xüsusiyyətlər doğurur, digərləri – yox. Hərçənd, əlbəttə...  <...> 

Sual:  Bilirəm  ki,  Vulfu  çox  yüksək  qiymətləndirirsiniz.  Sizə  elə  gəlmirmi  ki,  yaxın 

dövrlərin hadisələrinə müraciət etməklə o, bir romançı kimi xeyli əvvəllər baĢ vermiĢ hadisələrin 

təsvir olunduğu əsərləri ilə müqayisədə çox Ģey itirib? 

Folkner:  Bilirsiniz,  bütün  bunlara  səbəb  çoxdan  və  ümumiyyətlə,  təsadüfən  dediyim  

sözlərdi. Məsələ  bundadı ki,  mənim Vulfa  qarĢı  heç  bir  xüsusi  münasibətim  yoxdu. Bu hadisə 

belə  olub.  Bir  neçə  il  bundan  qabaq  bir  gecədə  məndən  müasir  yazıçılar  haqqında  nə 

düĢündüyümü soruĢdular. Cavab verdim ki, hələlik bu barədə mühakimə yürütmək çətindi. Mənə 

etiraz etdilər:  bəyəm   sizin onlar  haqqında  heç  bir fikriniz  yoxdu?   “Axı onlar deyəndə  kimləri 

nəzərdə tutursunuz?” – dedim. Vulfun, Dos Pasosun, Erskin Kolduellin, Heminqueyin və bir də 

mənim  adımı  çəkdilər.  YaxĢı,  olsun  dedim,  mən  onları  belə  qiymətləndirərdim:  Vulf,  Folkner, 

Dos Pasos, Kolduell, Heminquey. Hər Ģey  burdan baĢladı  və  iyirmi  ildi  mən  bunu  izah etməyə 

çalıĢıram. 

Sual: Məcazi dillə desək, atlar cıdırın dördəbir hissəsini  keçəndən sonra  sizdən yarıĢın 

necə  nəticələnəcəyini  soruĢublar.  Ġndi  isə  cıdırın,  demək  olar  ki,  yarısı  arxada  qalıb.  Siz  indi 

həmin ad sırasını dəyiĢərdinizmi?  

Folkner:  Yox,  çünki  mən  əsərin  uğurlu,  yaxud  dəyərli  olmasını  yox,  yalnız  edilən 

cəhdin  cəsarətliliyini  nəzərə  almıĢdım.  Onların  cəhdində  cəsarət  çatıĢmırdı.  Fikrimcə,  bütün 

əsərlərim  uğursuz  nəticələnib,    o  qədər  də  yaxĢı  alınmayıb  və  məni  hər  dəfə  yeni  bir  kitab 

yazmağa sövq edən yeganə Ģey də məhz budu. Çünki “yazıçılıq” öz-özlüyündə o qədər də xoĢ 

məĢğuliyyət  deyil,  bunu  deyərkən  yaradıcılıq  mexanizmini  nəzərdə  tuturam:  hər  Ģeyi  kağız 

üzərində  sözlə  ifadə  etmək    heç  də  xoĢ  məĢğuliyyət  deyil.  Böyük  məmnunluqla  məĢğul  olmaq 

istədiyim  çox  iĢin  adını  çəkə  bilərəm.  Ancaq  belə  bir  dəyiĢiklik  üçün  elə  bir  əsas  görmürəm. 

Əgər biz hamımız yazmağa son qoyandan sonra gələcəkdən keçmiĢə baxmaq mümkün olsaydı, 

onda  mən  bizim  iĢimiz  haqqında  öz  Ģəxsi  fikrimi  söyləyə  bilərdim.  Ancaq  elə  bilirəm  ki,  indi  




 

40



söyləsəm, bu, vaxtından qabaq olar. Vulf yazmağa son qoyub, vəfat edib, amma qalanları sağdı. 

Mənə elə gəlir ki, Kolduell bir çox illər bundan əvvəl tükənib, əlbəttə, bunu onun ilk kitablarına 

aid etmək doğru olmaz, ilk kitabları – “Ġlahi odun meĢəliyi” və qısa hekayələri isə az Ģey deyil. 

Ġstənilən kəs yalnız bunlarla da məmnun ola bilərdi, amma yazıçıları tanıdığım üçün əminəm ki, 

mən  öz  əsərlərimdən  məmnun  olmadığım  kimi,  o  da  məmnun  deyil.  Mən  yalnız  bunu  demək 

istəyirəm ki, Heminquey baĢqalarından daha ağıllıdı – o, elə bir metod tapıb ki, onu tam Ģəkildə 

özünə  tabe edə  bilib, ona artıq güc  sərf  etmək  lazım gəlməyib,  belə  bir  məcburiyyət qarĢısında 

qalmayıb, heç bir daxili səs onu daha böyük bir Ģey yaratmağa cəhd göstərməyə məcbur etməyib.  

Buna görə də  bizlərin arasında  ən  bitkin,  ən  bütöv  əsərləri,   bəlkə də,  o  yaradıb.  Amma onlar 

bəĢər  ruhunun  bütün  tarixçəsini,  necə  deyərlər,  bir  iynənin  gözündə  yerləĢdirməyə  çalıĢan 

Vulfun yaratdığı dahiyanə və ağır, iri həcmli əsərlərə bənzəmir. <...> 

 

On səkkizinci məĢğələ.  13 may 1957 

 

<...> Sual: Heminquey haqqında hansı fikirdəsiniz? 

Folkner:  Bu  adam  yazıçı  olmaq  üçün  zəruri  olan  bütövlüyə  malikdi.  Heminquey  ona 

yazmaq  imkanı  verən  bir  metodu  çox  erkən  mənimsəyib  və  bir  dəqiqə  də  olsun  ondan  imtina 

etməyib, bu metod onu təmin edib, ondan çox asanlıqla  yararlanıb. Gələcəkdə, bəlkə də, yaxĢı 

yazacaq. Mənə elə gəlir ki,  onun sonuncu kitabı – “Qoca və dəniz” ən uğurlu əsəridi; məhz ona 

görə  ki,  əvvəllər  tapmadığı  bir  Ģeyi  –    Allahı  burda  tapıb.  Bu  vaxta  qədər  onun  qəhrəmanları 

vakuumda  fəaliyyət göstərirdilər, onların keçmiĢi  yox  idi, amma   “Qoca və  dəniz”də o, birdən-

birə, gözlənilmədən  Allahı  tapdı. O  əsərdə  iri  bir balıq  var  –  Allah tutulmaq üçün  iri  bir  balıq 

yaradıb,  onu  tutmalı  olan  qocanı  da,  o  balığı  yeməli  olan  akulanı  da  Allah  yaradıb  və  Allah 

onların  hamısını  sevir;  əgər  Heminquey  bununla  kifayətlənməsə,  daha  yaxĢı  Ģeylər  yazacaq  – 

buna  isə  heç  də  hər  yazıçı  ümid  edə  bilməz.    Çoxları  faciəvi  dərəcədə  çox  erkən  tükənirlər  və 

buna  görə  də  onların  həyatı  baĢdan-ayağa  iĢgəncəyə  çevrilir.  Fitsceraldın,  ġervud  Adresonun 

aqibəti də belə olub. <...> 

 

Sual: Hesab edirsinizmi ki, amerikan dili öz inkiĢafında getdikcə ingilis dilindən daha 



çox uzaqlaĢır? 

Folkner: Heç Ģübhəsiz. Onun neçə  nəsildən, yaxud neçə əsrdən sonra  tamamilə baĢqa 

bir  dilə  çevriləcəyini  demək  çətindi,    amma  əgər  dil  inkiĢaf  etmirsə,  o,  məhvə  məhkumdu. 

ĠnkiĢaf və tərəqqinin yeganə alternativi  ölümdü. Hərçənd bunun əksi də baĢ verə bilər:  müasir 

sürət  sayəsində  dünyada  hər  Ģey  bir-birinə  yaxınlaĢır,  yəni  bizim  dillərimiz  arasındakı  fərq  də 

azala bilər. Amma hər halda, düĢünürəm ki, dəyiĢmə prosesi davam edəcək və müəyyən vaxtdan 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə