Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə187/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   184   185   186   187   188   189   190   191   192

 

39



hissəsi olan oxuculardadı. Və çox güman ki, onların hamısının udduğu hava da kitaba öz təsirini 

göstərir.  Əgər  insanlar  sadə  və  aydın  olan  qədim  yunan  qaydalarına  əsasən  yazsaydılar,  çox 

gözəl olardı, amma indi bu, köhnəlmiĢ görünərdi. Bir vaxtlar belə yazıblar, indi o cür yazmırlar, 

amma əgər həyat doğrudan da siklvari inkiĢaf edirsə, ona hələ qayıdacaqlar. <...> 

 

Sual:  Mən  “Avqust  iĢığı”  romanı  haqda  sual  vermək  istəyirəm.  Haytauerin  həyat 



tarixçəsini nə üçün romanın əvvəlində, o, meydana çıxanda deyil, əsərin sonunda verdiyinizi izah 

edə bilərsinizmi? 

Folkner:  Bunun  səbəbi  belə  ola  bilər:  əgər  bir  kitabda,  məsələn,  macəra  romanındakı 

kimi,  ardıcıl  inkiĢaf  etdirilən  süjet  xətti  yoxdursa,  o,  epizodlar  seriyasını  əks  etdirir.  Bu,  bir 

vitrini  tərtib  etmək  kimidir.  Bütün  əĢyaları  elə  yerləĢdirməlisən  ki,  onların  hər  biri  digərinin 

yanında kölgədə qalmasın, aydın seçilsin, bunun üçün isə müəyyən təsəvvür və zövq  sisteminə 

malik  olmaq  lazımdı.  Mənə  elə  gəldi  ki,  həmin  hissə  üçün  ora  ən  uğurlu  yerdi:  Kristmasın 

tarixçəsinin  faciəviliyini  onun  əksini  təĢkil  edən  qəhrəmanın  faciəsi  ilə  bir  az  da  qabartmaq 

istəyirdim. Haytauer öz gözündə yaxĢı olmağa çalıĢan  adamdı.  Ailə həyatında iflasa uğrayıb və 

ona  qalan  son  Ģey  Allaha  qulluq  etməkdi,  buna  görə  də  özü  üçün  təsəllini  keçmiĢdə,  nəslinin 

cəsur  bir  üzvünün  öz  Ģansını  əldən    buraxmadığı  dövrdə  axtarır.  Mən  bu  tarixçəni  kitabın 

sonunda yerləĢdirdim, məncə, o burada daha uduĢlu görünür.  

 Sual:  Necə  bilirsiniz,  kiĢi  xarakterinə  nisbətən,  qadın  xarakterini  yaratmaq  daha 

çətindirmi? 

Folkner: Qadınlar haqqında yazmaq daha maraqlıdı, çünki qadınlar qəribə məxluqdular, 

mən onları pis tanıyıram, bəli, kiĢilərə nisbətən qadınlar haqqında yazmaq maraqlıdı,  amma həm 

də çətindi. <...> 

 

Sual:  “Emili  üçün  qızılgül”  hekayəsinin  qəhrəmanları  –  Homer  Berron  və      Emiliyə 



ġimalla  Cənubun  mücəssəməsi  kimi  baxmaq  olarmı?  Nə  dərəcədə  siz  burada  ġimalla  Cənub 

arasındakı toqquĢmanı  və rəmzi  mənada Emili  ilə təmsil olunan Cənubun  həmin toqquĢmadan 

məğlub  olmadan  çıxdığını  –  hətta  ən  qeyri-adi  vasitələrlə  olsa  belə  –  göstərmək  niyyətində 

olmusunuz?   

 Folkner: Əgər belədirsə, bu, təsadüfən alınıb. Mənə elə gəlir ki, yazıçı birdən canlana, 

hərəkətə gələ bilən personajlar yaradarkən özünü tamamilə bu iĢə  sərf edir, buna görə də onun 

öz  yazdığına  hansısa  rəmzi  məna  verdiyi,  ümumiyyətlə,  bütün  bunlardan  hansı  məna  çıxarıla 

biləcəyi  haqda  düĢünməyə  vaxtı  qalmır.  Yəni  çətin  ki,  eyni  bir  müəllif  eyni  vaxtda  həm 

inandırıcı,  dolğun  xarakterlər  yaratmağa,  həm  də  müəyyən  bir  ideyanı  həyata  keçirməyə  qadir 

olsun, buna görə də seçim etməli olursan:  ya müəyyən bir ideyanı həyata keçirirsən, ya da əzab 




 

39



çəkən,  mübarizə  aparan  insanların  dolğun,  canlı  xarakterlərini  yaradırsan.  Hər  bir  insan  öz 

keçmiĢinə söykənir, öz-özlüyündə mövcud deyil, o öz keçmiĢinin məhsuludu, əgər belə bir ifadə 

sizi  qane  edirsə,  həm  də  gələcəyin  məhsuludu.  Cənubla  ġimal  arasındakı  mübarizə,  bunu  nə 

dərəcədə dərk etməyimdən asılı olmayaraq, yəqin ki,  mənim mənəvi irsimin, təcrübəmin  tərkib 

hissəsidir. <...> 

 

Sual:  Əvvəlki  məĢğələlərin  birində  siz  necə  oldusa,  dediniz  ki,  romanlarınız,  adətən, 



hansısa bir, yaxud da bir neçə obrazdan baĢlayıb. Bəs hekayələriniz? Onlar da bu cür yaranır?  

Folkner: Bəzən hər Ģey insan obrazından, bəzən də faktdan baĢlayır, amma  böyük kitab 

kimi  qısa  hekayəni  də  ətraflı    düĢünürsən.  Yazı  ustasının  üzləĢdiyi  ilk  Ģey  demək  istədiyini 

mümkün  qədər  qısa  və  sadə  tərzdə  ifadə  etməkdi,  əgər  o,  məsələn,  Çexov  kimi  əsl,  birinci 

dərəcəli  sənətkardısa,  buna  iki-üç  min  söz  sərf  edəcək,  yox,  əgər  belə  bir  bacarığı  yoxdursa, 

bunun  üçün  ona  səkkiz-on  min  söz  lazım  ola  bilər.  Bununla  belə,  hər  iki  yazıçı  tipi  bir-birinə 

bənzəyir, axı ikinci də onun içini tərpədən, ona doğru görünən Ģeyi mümkün qədər qısa yazmağa 

çalıĢır, gec-tez  son nöqtəni qoyur. 

DüĢünmürəm ki, hansısa yazıçı – istər kiĢi, istərsə də qadın olsun – masanın arxasına 

əyləĢib  özünə  desin:  “Bax  indi  hekayə  yazacam”,    yaxud  “Ġndi  də  roman  yazmağa  baĢlayım”. 

Hansısa  bir  fikir,  obraz,  fakt    yazıçıya  ideya  verir,  həmin  ideya  elə  o  andaca,  ildırım  sürətilə 

müəyyən  bir  forma  almağa  baĢlayır  və  sənətkar  dərhal  anlayır  ki,  yazdığından  hekayə,  yoxsa 

roman  alınacaq.  Bəzən  belə  olur.  Bəzənsə  baĢqa  cür.  Bəzən  fikirləĢirsən  ki,  hekayə  alınacaq, 

amma  onu  yaza  bilmirsən.  Yaxud  sənə  elə  gəlir  ki,  roman  alınacaq,  amma  bir  az  iĢləyəndən 

sonra əmin olursan ki, hər Ģeyi iki min – beĢ min sözün köməyi ilə deyib qurtara bilərsən. Burada 

elə bir qayda yoxdu. <...> 

 

Sual:  Yazıçının  xüsusi  bir  dil  yaratmağa  –  məsələn,  Coys,  ya  da  Eliot  kimi  –  haqqı 



varmı? Axı onlar qəbul olunmuĢ ifadə normalarının öz məqsədlərinə  uyğun gəlmədiyini görəndə 

məhz belə eləyiblər.  

Folkner: Yazıçının bir Ģərtlə buna haqqı var: bu zaman kiminsə onu anlayacağına iddia 

etməməlidi.  Mən  Uitmenin  sözləri  ilə  demək  istəyirəm,  məncə,  məhz  o  deyib:  “YaxĢı  Ģairlərin 

olması üçün yaxĢı oxucular olmalıdı”, ya da nəsə buna bənzər bir Ģey... Bu ifadə kimi yadındadı? 

Sual: Uitmen “yaxĢı dinləyicilər” deyib.  

Folkner:  Beləliklə,  yazıçı elə  yazmalıdı ki, onu anlaya  bilsinlər, bu onun borcudu,  öz 

istedadından  irəli  gələn  borcu...  Bu  heç  də  o  demək  deyil  ki,  səni  hər  cür  ağıldankəm,  ibtidai 

məktəb korafəhmi də anlamalıdı, ancaq bütün insanlar üçün eyni məna daĢıyan sözlərdən ibarət 

olan ümumi dildən  istifadə etmək  lazımdı.  “Finneqana ehsan” və “Uliss”in,   yəqin ki,  yaĢamaq 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə