Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə185/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   181   182   183   184   185   186   187   188   ...   192

 

38



Sual:  Missisipi  Ģtatını  təsvir  edərkən  bütövlükdə  Cənub  haqqında  nə  dərəcədə 

yazmısınız?  

Folkner: Mən bu haqda yazmamıĢam. Ġnsanlar barədə  yazmağa çalıĢmıĢam və bu vaxt  

mənə  məlum  olan  yeganə  vasitədən  faydalanmıĢam,  yəni  tanıdığım,  bildiyim  diyarı  təsvir 

etmiĢəm. Mən sosioloji tədqiqat yazmağa can atmamıĢam və belə bir Ģey yazmamıĢam. Sadəcə, 

insanlar  haqda  yazmıĢam  –  mənim  üçün  baĢlıcası  onlardı.  Yalnız  insan  qəlbi  haqqında 

yazmıĢam,  ideyalar  haqda  yox.  Mənim  ideyalardan  baĢım  çıxmır  və  onlara  o  qədər  də 

inanmıram. <...> 



 

Ġkinci məĢğələ. 15 fevral 1957 

 

<...> Sual: Sizin fikrinizcə,  yazıçı üçün ali təhsil nə dərəcədə vacibdir?  

Folkner:  Bilirsiniz,  bu,  isti  bir  otağın  yazıçı  üçün  nə  qədər  vacib  olduğunu 

müəyyənləĢdirməyə  cəhd  etmək  kimi  bir  Ģeydi.  Bəzi  yazıçılar,  yaxud  ümumiyyətlə,  insanlar 

üçün universitet təhsili çox vacibdi, necə ki, soyuq otaqda iĢləyə bilməyən insanlar da var. Ancaq 

bu suala cavab vermək mənim üçün çətindi: özüm belə bir təhsil almadığım halda, bu haqda necə 

fikir yürüdə bilərəm? 

Sual:  Dünən  bir  kitab  oxudum,  orada  deyilir  ki,  filoloq  müəllimlər  Amerika 

ədəbiyyatının yaradıcı impulsunu boğmuĢ, onu toz basmıĢ akademik zirzəmilərdə gizlətmiĢlər. 

Folkner:  Məncə, doğru deyil. Mənə  elə  gəlir ki,  insanlar kolleclərin  malik olmadıqları 

xüsusiyyətləri  onlara  aid  etməyə  meyillidilər.  Əgər  təhsil  yazıçıya  özünü,  öz  yolunu  tapmaqda 

kömək  edirsə,  bu 

onun 


üçün

 

vacibdi,  ancaq  kolleclər  hər  Ģeydən  əvvəl  humanist  Ġnsan 



yetiĢdirməlidi, çünki humanist olmayan kəs yazıçı ola bilməz, buna görə də əgər kollec insanda 

humanizm tərbiyə  edirsə, onda təhsil  hədsiz dərəcədə  vacibdi.  Amma  əgər  yazıçı  bu keyfiyyəti 

kollec  divarlarından  kənarda  özünə  aĢılaya  bilibsə,  ona  təhsil  lazım  deyil.  Beləliklə,  mənə  elə 

gəlir  ki,  təhsilin  insanı  sənətkar  edə  bildiyini,  yaxud  onun  içindəki  sənətkarı  öldürə  bildiyini 

söyləmək düzgün deyil.  

Sual: Deməli, yaradıcı maya bu və ya baĢqa Ģəkildə, onsuz da, özünü göstərəcək? 

Folkner: ġübhəsiz. Mən deyərdim ki, təhsilin köməyi ola bilər, amma o, öz-özlüyündə 

yazıçı ola bilməyəcək insanı yazıçı edə bilməz.... <...> 

 

Sual: Siz  yazarkən hansısa müəyyən bir oxucunu nəzərdə tutursunuzmu? 



Folkner:  Yox.  Uzun  illərdi,    tanımadığım  adamların  məni  oxuyacağı  barədə 

düĢünmədən  yazmıĢam,  özümü  bu  fikrə  heç  cür  alıĢdıra  bilməmiĢəm.  Ġndi  də  o  cür  yazıram, 




 

38



çünki məni narahat edən Ģeyləri kağız üzərində  ifadə etməyə, onlardan azad olmağa məcburam. 

<...> 

 

Dördüncü məĢğələ. 25 fevral 1957 

 

Sual: Mən bir qadın tanıĢımla müzakirə etdiyim məsələ barədə sual vermək istərdim. O, 

yazıçıdı  və  çox  vaxt  bir  əsəri  əvvəlcə  baĢdan  ayağa  bütöv  Ģəkildə  düĢünüb-daĢınır,  sonra  isə  

demək olar ki, heç nəyi dəyiĢmədən onu kağıza köçürür.  Siz də bu cür iĢləyirsiniz, yoxsa baĢqa 

tərzdə?  

Folkner: Bəzən mən də o cür iĢləyirəm. Amma mənə elə gəlir ki, necə yazmağın, yaxud 

əsəri  hansı  Ģəkildə qurmağın ciddi, pozulmaz qaydası  yoxdu. Əlbəttə, baĢlıcası odur ki,  yazıçı, 

necə  deyərlər,    yazmağın  “xəstəsi”  olsun.  O,  sadəcə,  yazmalıdı,  səbəbi  məlum  olmasa  da 

yazmalıdı,  vəssalam.  Bəzən  o  bu  zərurətdən  qurtulmaq  istəyir,  amma  bacarmır.  Əsər  nədən 

baĢlayır?  Bəzən  real  hadisədən,  bəzən  də  bir  obrazdan.  Mən  heç  vaxt  ideyadan  baĢlamıram, 

çünki cürbəcür ideyalarla o qədər tanıĢ deyiləm, sadəcə olaraq, onlar məni maraqlandırmır. Məni 

insanlar  maraqlandır,  hərçənd    bir  yazıçı  kimi  əsaslandığım  təcrübə  ola  bilsin  ki,  xeyli 

məhduddu. Ancaq məni  hər Ģeydən əvvəl insanlar – özü ilə, baĢqaları ilə, öz dövrü, öz mühiti ilə 

münaqiĢədə  olan  insan  maraqlandırır.  Belə  hesab  edirəm  ki,  necə  yazmağın  heç  bir  qaydası 

yoxdu. 

Sual: Yazıçı yenicə yazmağa baĢlayan müəlliflərə nəyi öyrədə bilər?  



Folkner: Heç kəs heç kimə nəyisə öyrədə bilməz,  yazıçı hər Ģeyi özü öyrənir və əgər o, 

bu iĢin “xəstəsidirsə”, yazmaq istəyirsə, səbəbini özü də bilmədən  yazmalıdı, bu yolda qarĢısına 

çıxan hər Ģey onun üçün faydalı olacaq. O, özündən yaĢca böyük adamlardan öyrənəcək, digər 

yenicə  yazmağa baĢlayan müəlliflərdən öyrənəcək; amma məhz öyrənəcək, çünki yazıçı olmağı 

öyrətmək mümkün deyil. Bundan əlavə, mənə elə gəlir ki, yazıçı insanlara nəsə demək istəyirsə, 

onun  dərs  almağa  vaxtı  yoxdu,  bütün  fikri-zikri  öz  peĢəsini  mənimsəməklə  məĢğuldu,  bilir  ki, 

ona  nə  lazımdı,  instinkti  isə  kimdən  nəyi  götürməyi  özü  ona  deyəcək.  Yəni  onun  oturub  ustad 

dərsləri dinləməyə, sadəcə, vaxtı qalmır.  

Sual:   Üslub məsələsinə qayıdaq. MəĢğələlərin birində dediniz ki, 18 –19 yaĢlarınızda 

Dostoyevskini,  Konradı tez-tez oxuyurdunuz. Sizə elə gəlmirmi ki,  ifadə quruluĢunda çox Ģeyi 

Konraddan  götürmüsünüz?  Hekayələrinizdə,  “Ayı”  povestinin  bəzi  epizodlarında  Konradı 

xatırladan  ritmlər  eĢidilir.  Mən  onun  “Yeniyetmə  çağı”  əsərindən    “apaydın  və  qaĢqabaqlı, 

təhdidedici və ümidverici” ifadəsini xatırlayıram. Sizin əsərlərinizdə də oxĢar sifət sıralamalarına 

rast gəlmiĢəm.  




 

38



Folkner:  Bəli,  bəli,  tamamilə  doğrudur.  Mən  Konraddan  və  siz  cavanların,  bəlkə  də, 

adını  eĢitmədiyiniz  bir  adamdan  çox  Ģey  götürmüĢəm.  Bu,  Tomas  Birdi

43

.  Bəlkə,  bu  ad  sizə 



məlumdu?  

Sual: Mən tənqidçi Tomas Biri tanıyıram. “Çəhrayı onillik” əsərini o yazıb.    

Folkner: Elədi. Ondan çox Ģey öyrənmiĢəm, mənə elə gəlirdi ki, onda düzgün fəndlər, 

dəqiq tapılmıĢ sözlər, fakta düzgün yanaĢma var. Burda əvvəl də dediyim kimi, mən belə  hesab 

edirəm  ki,  yazıçı  prinsipsiz  Ģəxsiyyətdir.  O,  özünə  lazım  olan  hər  Ģeyi  götürür,  hardan  istəsə 

götürür,  özü  də  bunu  açıq-aĢkar  Ģəkildə,  vicdanla    eləyir;  ümidvardır  ki,  onun  da  kitabları 

baĢqalarının  istifadəsinə  layiqdi,  hətta  bunu  təĢviq  etməyə  də  hazırdı,  çünki  bir  Ģeyə  əmindi: 

özündən  əvvəlki  ən  yaxĢı  yazıçılar  da  onun  onlardan  nəsə  götürməyini  hökmən  bu  cür  təĢviq 

edərdilər.  

Sual:  Nə  üçün  siz  “O  gün  Ģər  qarıĢanda”  hekayəsindəki  zənci  oğlanı  Ġsus

44

 

adlandırmısınız?  



Folkner:  Bunda  bir  qədər  də  oxucunu  qəsdən  heyrətləndirmək  arzusu  vardı.  Amma 

Missisipi  Ģtatında  yaĢayan  zəncilər  arasında  Ġsus,  ümumiyyətlə,  adi  bir  addı,  yəni    tez-tez  rast 

gəlinməsə də, onda  müstəsna, qəribə heç nə yoxdu.  Hətta bununla oxucunu heyrətləndirməkdən 

daha çox,  belə bir fikrimi vurğulamaq istəmiĢəm ki, özünü ağ ailəyə həsr etmiĢ zənci qadın bilir 

ki, ağır məqamında köməyə ehtiyac duyarkən ağ adamlar ona kömək etməyəcəklər. <...> 

 

Sual:  Bu  və  ya  digər  personaj  haqqında  bütün  həqiqəti  söyləməyi  zəruri  hesab 



edirsinizmi? 

Folkner: Yox. Mənə elə gəlir ki, bir əsəri lazımi istiqamətdə inkiĢaf etdirə bilmək üçün  

insan  xarakterinin  hansı  cəhətinin  mənə  lazım  olduğunu,  təxminən  on  kitab  yazandan  sonra 

anlamağa baĢladım, buna görə də bir əsər üçün xarakterin bir,  o biri üçün isə digər xüsusiyyətini 

götürə  bilərəm.  Bu  mənim  üçün  eyni  obrazdı,  hərçənd  oxucuya  elə  görünə  bilər  ki,  onun 

xarakteri  dəyiĢib  –  mənim  üçün  isə  o,  eynilə  əvvəlki  kimi  qalır.  Sadəcə,  həmin  an  personajda  

mənə nə lazım olduğunu vurğulamaq üçün öz müəlliflik hüququmdan istifadə  etmiĢəm. 

Sual:  Sizin  fikrinizcə,  yazıçının  öz  qəhrəmanlarının  taleyinə  olan  marağı  onun  real 

insanların həyatına real Ģəkildə cəlb olunması ilə bağlıdır? 

Folkner: Mənə elə gəlir ki, bunun yaradıcılıqla heç bir əlaqəsi yoxdu. Yazıçı insanlarla 

sıx Ģəkildə bağlı ola bilər; o, içki düĢkünü də, qumarbaz da – nə istəsən ola bilər, ancaq bu onun 

yaradıcılığına  heç  cür  təsir  etmir.  Mən  lal-dinməz  və  Ģöhrətsiz  Miltonun  var  olduğuna 

                                                

43

 



 Tomas Bir (1889-1940) – Amerika yazıçısı, Stiven Kreynin bioqrafiyası, həmçinin Kreyn və onun 1890-cı 

illərdəki çevrəsi barədə “Çəhrayı onillik”  kitabının müəllifi   

44

 

 Ġsa peyğəmbərin ingilis dilində adı Ġsus Kristdir (Jesus Christ) 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə