Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə180/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   176   177   178   179   180   181   182   183   ...   192

 

37



dözmək,  sinə  gərmək  olar»  deyən  qoca  fransız  generalı,  kvartirmeyster

34

  və  «BaĢ  verən  bu 



hadisələr  dəhĢətdi  və  mən  buna  qarĢı  nəsə  etməyə  çalıĢmalıyam»  deyən  ingilis  batalyonunun 

rabitəçisi təĢkil edir. 

   S u a l: «Yabanı palmalar»da ilk baxıĢdan bir-birilə bağlı olmayan iki əhvalatın birləĢ-

dirilməsində  hansısa rəmzi  məna  varmı? Bəzi tənqidçilərin güman etdiyi kimi  bu,  müəyyən  bir 

estetik kontrapunktdur, yoxsa iki əhvalatın  fəsilləri  təsadüfi Ģəkildə bir-birinə qarıĢdırılıb?  

   F o l k n e r: Yox, təsadüfi Ģəkildə qarıĢdırılmayıb. Əsərin əsasını hər Ģeyi məhəbbətə 

qurban verən, sonra bu məhəbbəti itirən ġarlotta Rittenmayer və Harri Uilbornun tarixçəsi təĢkil 

edir.  Bu  kitabı  yazmağa  baĢlamamıĢdan  qabaq  təsəvvür  etməzdim  ki,  iki  müxtəlif  əhvalat 

alınacaq. Ancaq «Yabanı palmalar»ın indiki birinci hissəsinin sonuna çatanda, birdən anladım ki, 

nəsə çatmır,  onu hansı yollasa nəzərə çarpdırmaq, baĢqa cür səslənməyə məcbur etmək lazımdı, 

yəni, nəsə  musiqi kontrapunktuna oxĢar bir Ģey gərəkdi. Onda onu bir kənara qoyub  «Qoca»nı 

yazmağa  baĢladım.  Bu  əhvalatı  o  məqama  qədər  yazdım  ki,  «Yabanı  palmalar»  yeni  güclə 

dillənməyə baĢladı. Bu, «Qoca»nın indiki birinci hissəsinin hardasa sonlarında baĢ verdi, təzədən 

«Yabanı  palmalar»a  qayıtdım  və  onu  təkrar  zəif    səslənməyə  baĢlayana  qədər  yazdım,  sonra 

antitezanın – qismətinə sevgi düĢən, amma nəyin bahasına olursa-olsun, hətta özünü təhlükəsiz 

hiss  etdiyi  həbsxanaya  könüllü  surətdə  qayıtmaqla  da  olsa,  bütün  ömrünü  bu  sevgidən  qaçıb 

qurtulmağa sərf edən bir insanın tarixçəsinin köməyi ilə onun ahəngini yenə müəyyən yüksəkliyə 

qaldırdım.  Beləliklə,  demək  olar  ki,  iki  süjet,  sanki,  bir  zərurət  kimi,  öz-özünə  yarandı,  əsərin 

əsasında isə  ġarlotta ilə Uilbornun tarixçəsi durur. 

   S u a l: Sizin yaradıcılığınız nə dərəcədə Ģəxsi təcrübəyə əsaslanır? 

   F o l k n e r: Bunu deyə bilmərəm. Heç vaxt hesablamamıĢam. Çünki burada «dərəcə» o 

qədər  də vacib  deyil. Yazıçıya üç Ģey lazımdı: təcrübə, müĢahidə qabiliyyəti və təxəyyül, ancaq 

bəzən  bu  komponentlərdən  ikisi,  yaxud  hətta  biri  üçüncüdəki  çatıĢmazlığı  kompensasiya  edə 

bilər.  Əsər,  adətən,  hansısa  bir  fikirdən,  xatirədən,  obrazdan  baĢlayır.  Yazmaq,  əslində,  bu 

həlledici  məqama  qədər  olanları  bərpa  etmək,  bunların  niyə  məhz  baĢqa  cür  yox,  bu  cür  baĢ 

verdiyini izah etmək, sonra da onların nəylə nəticələndiyini göstərməkdi. Yazıçı  ixtiyarında olan 

ən  yaxĢı  ifadə  vasitələrinin  köməyi  ilə  inandırıcı  Ģəraitdə  fəaliyyət  göstərən  canlı  personajlar 

yaratmağa  çalıĢır.  Buna  görə  də  tamamilə  aydın  məsələdi  ki,  o,  daha  yaxĢı  tanıdığı  mühitdən 

istifadə edir. Mən deyərdim ki, musiqinin köməyi ilə özünü ifadə etmək hər Ģeydən daha asandı: 

musiqi  bəĢər  tarixinin  ən  ilkin  mərhələsində  yaranıb.  Ancaq  mənim  qismətimə  söz  düĢdüyü 

üçün,  tərtəmiz  musiqi  səslərinin  xeyli  yaxĢı  ifadə  edə  biləcəyi  Ģeyləri  sözlərin  köməyi  ilə 

yöndəmsiz, kobud Ģəkildə   ifadə  etməyə  məcburam.  Bununla  belə,  mən sözdən  istifadə  etməyə 

üstünlük  verirəm,  eləcə  də  mütaliəni  dinləməkdən  üstün  tuturam.  Mənim  üçün  sükut  səsdən 

                                                

34

 

  Kvartirmeyster – keçmiĢdə qoĢunu ərzaqla təchiz edən və onu mənzillərdə yerləĢdirən hərbi qulluqçu 




 

37



üstündü, sözlərlə  ifadə  olunmuĢ obraz  isə sükutda mövcuddur. Yəni  nəsrin ĢimĢəyi  və  musiqisi 

səssizdi. 

   S u a  l:  Siz  yazıçı üçün təcrübənin,  müĢahidə  qabiliyyətinin  və təxəyyülün vacibliyin-

dən danıĢdınız. Ġlhamı buraya qatmırsınız?   

   F  o  l  k  n  e  r:  Ġlham  haqqında  heç  nə  deyə  bilmərəm,  çünki  nə  olduğunu  bilmirəm. 

Haqqında eĢitmiĢəm, amma onunla tanıĢ deyiləm. 

   S u a l: Deyirlər ki,  bir yazıçı kimi zorakılıq və qəddarlıq  sizi daha çox cəlb edir.  

   F  o  l  k  n  e  r:  Bu,    “Dülgəri  öz  çəkici  daha  çox    cəlb  edir”  demək  kimi  bir  Ģeydi. 

Qəddarlığın təsviri yalnız ifadə vasitələrindən biridi. Ancaq nə yazıçı, nə də dülgər tək bir alətlə 

iĢləyə bilməz. 

   S u a l: Necə yazmağa baĢladığınız barədə danıĢa bilərsinizmi? 

   F o l k n e r: Mən o vaxt Nyu Orleanda yaĢayırdım, dolanıĢığımı təmin edə bilmək üçün 

cürbəcür  iĢlərdə  çalıĢırdım.  Sonra    ġervud  Andersonla

35

  tanıĢ  oldum.  Adətən,  Ģəhəri  dolaĢıb, 



adamlarla söhbət eləyirdik. AxĢamlar görüĢür, önümüzdə  bir ĢüĢə  içki söhbət edirdik; o danıĢır, 

mən qulaq asırdım. Səhərlər onu görmürdüm – xəlvətə çəkilib iĢləyirdi. 

   Səhəri  gün  hər  Ģey  yenidən  təkrar  olunurdu.  FikirləĢdim  ki,  əgər  yazıçılar    bu  cür 

yaĢayırlarsa,  onda belə  bir həyat mənə də yarayar. Beləcə, ilk kitabımı yazmağa baĢladım. Bu 

məĢğuliyyət  dərhal  xoĢuma  gəldi.  Hətta  mister  Andersonla  üç  həftədi  görüĢmədiyimi  də 

unutmuĢdum, axırda o özü yanıma gəldi. Bu, onun mənim yanıma ilk gəliĢi idi. «Nə olub? Yoxsa 

məndən incimisən?» – deyə   soruĢdu. Dedim ki, kitab yazıram. «Aman  Allah!» – deyib evdən 

çıxdı. O kitabı – bu, «Əsgər mükafatı» idi – yazıb qurtarandan dərhal sonra küçədə missis An-

dersonla rastlaĢdım. O, kitabla maraqlandı, biləndə ki, onu artıq bitirmiĢəm, dedi: «ġervudun bir 

Ģərti  var:  əgər  siz  onu  öz  əlyazmanızı  oxumağa  məcbur  etməsəniz,    onu  qəbul  etmək  üçün  öz 

naĢiri ilə danıĢar». Dedim: «Razıyam» və beləliklə, yazıçı oldum. 

   S u a l: DolanıĢığınızı təmin etmək üçün hansısa təsadüfi iĢlə məĢğul olmusunuz, o nə iĢ 

idi? 

   F  o  l  k  n  e  r:  Nə  iĢ  oldu.  Hər  Ģeydən  bir  az  baĢım  çıxırdı:  motorlu  qayıq  sürmək, 



rəngsazlıq, təyyarə sürmək. Mənə çox pul lazım deyildi, çünki o vaxt Nyu  Orleanda yaĢayıĢ çox 

ucuz  idi,  mənimsə  tələbatım  çox  deyildi  –  baĢımı  daldalamağa  bir  yer,  bir  az  yemək,  tütün  və 

viski bəsim idi. Ġki, üç günə qazandığım pula ayın axırına qədər dolana bilirdim. Xaraktercə mən 

avara  və  tənbəl adamam. Pulu o dərəcədə sevmirəm ki,  yalnız onu qazanmaq  naminə    iĢləyəm. 

Həyatda  bu qədər çox  iĢləməyə  məcbur qalmaq sarsaq Ģeydi. Ən kədərlisi də  budu ki,  iĢ  –  hər 

gün dalbadal səkkiz saat uğraĢa bildiyin yeganə məĢğuliyyətdi. Səkkiz saat ara vermədən yemək, 

                                                

35

 



 ġervud Anderson (1876 – 1941) – Amerika yazıçısı, “Uaynsburq, Ohayo”, “Yumurtanın təntənəsi”, “Atlar 

və insanlar” kimi hekayə kitablarının və “Tutqun gülüĢ” romanının müəllifidir   




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə