90
çırpıb. Və, sanki, yalnız onda onu – çırpılan dəmir darvazanın arxasında yox olduğu anda
məğrurlaĢan, getdikcə kiçilərək deyil, nəsə adsız, əsrarəngiz bir Ģey içərisində qürub Ģəfəqi kimi
əriyib yox olan silueti gördü. Onun bu cür yox olanlar arasında nə birinci, nə də axırıncı
olmadığını öyrənənəcən bir il vaxt keçdi. Təzə donda, yaxud təzə kombinezonda, səliqəylə
bükülüb bağlanmıĢ kiçik, bəzən hətta ayaqqabı qutusundan da xırda bağlamalarla birlikdə həyət
darvazasının cırıltısı arxasında itib yox olan təkcə Alisa deyildi, baĢqaları da vardı. Elə güman
etdi ki, indi onun da baĢına məhz bu iĢ gəlir. DüĢündü ki, onların heç bir iz qoymadan belə necə
yoxa çıxdıqları indi ona aydın olur. Elə bildi ki, onları da bu cür zülmət gecədə qucaqda
aparıblar.
Hiss etdi ki, qapıya az qalıb. Qapı lap yaxındaydı; onu aparan adamın dinib-danıĢmadan,
ifrat ehtiyatla hələ neçə gözəgörünməz pillə onunla birlikdə aĢağı düĢəcəyini dəqiq bilirdi.
Yanağında o adamın sakit, ağır, ilıq nəfəsini, kürəyində isə gərilmiĢ, qaxac kimi qıclaĢmıĢ
qollarını və onun paltarlarının qaranlıqda tələm-tələsik, necə gəldi içinə yığıldığı bağlamanı hiss
edə bilirdi. Adam dayandı. O, aĢağı əyiləndə uĢağın ayaqları havada qövs cızaraq döĢəməyə
düĢdü və barmaqları dəmir kimi soyuq taxtaya dəyəndə üzüyuxarı qatlandı. “Dayan,” – adam
dedi. Yalnız bu vaxt uĢaq onun kim olduğunu baĢa düĢdü.
Onu dərhal tanıdı və təəccüblənmədi. Yalnız müdirə bu uĢağın bu adamı nə qədər yaxĢı
tanıdığını bilsəydi təəccüblənə bilərdi. UĢaq onun adını bilmirdi və Ģüurlu məxluqa çevrildiyi son
üç il ərzində onlar bir-birilə heç yüz kəlmə belə kəsməmiĢdilər. Amma o, sanki, onun üçün –
Alisa adlı qız da daxil – ətrafındakı bütün insanlar arasında ən yaxın adam idi. Hətta üç
yaĢındaykən uĢaq özü ilə bu adam arasında dilə gətirilməsinə ehtiyac belə duyulmayan bir əlaqə
olduğunu hiss etmiĢdi. Bilirdi ki, həyətdə oynayanda bu adam qazanxananın qapısı ağzında öz
kətilində əyləĢib ona baxır, diqqətlə, sayıqlığını bir an belə itirmədən onu gözdən qoymur. Əgər
yaĢı bir az böyük olsaydı, düĢünərdi O mənə nifrət edir, məndən qorxur. O qədər bərk qorxur ki,
gözünü bir an üstümdən çəkə bilmir Yenə o yaĢda, amma söz ehtiyatı bir az zəngin olsaydı, ayrı
cür düĢünə bilərdi Bax elə buna görə mən başqalarından fərqliyəm; çünki o bütün günü gözünü
məndən çəkmir Amma bu vəziyyətlə barıĢdı. Elə buna görə də gecə vaxtı onu öz yatağından
yuxulu-yuxulu götürüb aĢağı düĢürən bu adamı tanıyanda təəccüblənmədi; qapının ağzında,
zülmət və soyuq qaranlıqda həmin adam ayaq saxlayıb paltarlarını geyinməkdə ona kömək
edəndə isə, yəqin ki, bunu düĢünərdi O mənə o qədər dərindən nifrət edir ki, başıma gələcək
hansısa bir hadisənin qarşısını almağa çalışır
Tir-tir əsə-əsə, bacardığı qədər tələsə-tələsə dinməzcə geyindi; onun xırda paltarlarını tapıb
seçərkən hər ikisi bəzən nəyisə dəyiĢik saldılar, amma birtəhər geyinib qurtardı. “Bu da
çəkmələrin, – kiĢi yenə də güclə eĢidilən pıçıltıyla dedi. – Al!” UĢaq onları geyinə bilmək üçün
soyuq döĢəməyə oturdu. Ġndi kiĢi ona toxunmurdu. Amma uĢaq onun da aĢağı əyilib, nəyləsə
91
əlləĢdiyini eĢitdi, hiss etdi. “O da öz ayaqqabılarını geyinir,” – o düĢündü. KiĢi bir az özüylə
əlləĢdikdən sonra belindən yapıĢıb onu ayağa qaldırdı. UĢaq çəkmələrinin bağını bağlamamıĢdı.
Onları necə bağlamağı hələ öyrənməmiĢdi. Çəkmələrini bağlamadığını kiĢiyə demədi.
Ümumiyyətlə, səsini çıxarmadı. Sadəcə, durub gözlədi və birdən onu nəsə iri bir paltara bükdülər
– iyindən bildi ki, kiĢininkidir – sonra yenə yerdən qaldırdılar. Qapı açıldı, aralandı. Təmiz,
soyuq hava, küçə fənərlərinin iĢığı içəriyə soxuldu; o, küçə fənərlərini, çılpaq zavod divarlarını,
göydəki ulduzların fonunda hündür, tüstüsü çıxmayan boruları gördü. Məftil hasar küçə iĢığında
ac-yalavac əsgər sırasına bənzəyirdi. Kimsəsiz oyun meydançasından keçib gedərkən onun
ayaqları kiĢinin addımlarının təqtinə uyğun havada yellənir, çəkmələrinin bağları isə topuqlarını
döyəcləyirdi. Nəhayət, onlar dəmir darvazaya çatdılar və həyətdən çıxdılar.
Tramvayı çox gözləmədilər. UĢaq bir az böyük olsaydı, bu adamın vaxtı nə qədər dəqiq
hesabladığına məəttəl qalardı. Amma o, heç nəyə fikir vermədi, heç nəyə təəccüblənmədi.
Sadəcə, çəkmələrinin bağı açıq qalmıĢ, dabanlarına qədər uzanan kiĢi paltosuna bürünmüĢ,
yumru gözləri geniĢ açılmıĢ, yuxusu sakit sifətindən tamam çəkilmiĢ halda yolayrıcında kiĢi ilə
yanaĢı dayanmıĢdı. Tramvay gəldi, iĢıqlı pəncərə sırası Ģaqqıldayıb dayandı və onlar ona
minənəcən cığıldadı. Vaqon, demək olar ki, bomboĢ idi; gecə saat üçə iĢləyirdi. KiĢi yalnız indi
onun çəkmələrinin bağının açıq olduğunu gördü, əyilib onları bağladı, uĢaq isə lal-dinməz
ayaqlarını qabağa uzatdı, sakitcə dayanıb ona baxdı. Vağzal uzaqdaydı, uĢaq əvvəllər də bir dəfə
tramvaya minmiĢdi, buna görə də onlar vağzala çatmamıĢ yuxu onu apardı. Ayılanda isə onlar
artıq çoxdan qatardaydılar. Əvvəllər bir dəfə də olsun qatara minməmiĢdi, amma bunu heç kim
hiss edə bilməzdi. O, tramvaydakı kimi, baĢdan-ayağa kiĢi paltosuna bürünmüĢ halda – bircə
baĢı və ayaqları görünürdü – lal-dinməz oturub pəncərədən bayıra – təpəliklərə, ağaclara,
inəklərə baxırdı; o, onların pəncərənin önündən belə sürətlə ötüb keçdiyini heç vaxt görməmiĢdi.
Onun tam ayıldığını görən kiĢi qəzet bükülüsündən yemək çıxardı. Arasına donuz qaxacı
qoyulmuĢ çörək idi. “Al”, – dedi. UĢaq çörəyi götürüb, pəncərədən baxa-baxa yeməyə baĢladı.
Hətta üçüncü gün, polislər gəlib onu və kiĢini götürüb aparanda da o, bir kəlmə demədi,
azacıq da olsun, buna təəccüblənmədi. Ġndi onların qaldıqları ev o gecə tərk etdikləri evdən heç
nəylə fərqlənmirdi: baĢqa adları olan eyni uĢaqlar, baĢqa cür iy verən eyni böyüklər; o evi nə
üçün tərk etdiklərini bilmədiyi kimi, burda niyə qala bilmədiklərinin də səbəbini anlaya
bilməzdi. Bəlkə də, geri qayıtdığını baĢa düĢürdü; bəlkə də öz uĢaq fəhmilə kiĢinin baĢa
düĢmədiyini lap əvvəldən baĢa düĢmüĢdü: daha bu cür davam etməyəcək, davam edə də bilməz.
Və yenə də qatarda pəncərədən boylanıb – amma bu dəfə əks tərəfdə, əks istiqamətdə – eyni
təpəliklərə, eyni ağaclara, eyni inəklərə tamaĢa etdi. Polis ona yemək verdi. Yenə də arasına
donuz qaxacı qoyulmuĢ çörək idi, amma bu dəfə onu qəzet bükülüsündən çıxarmadılar. UĢaq
buna fikir verdi, amma heç nə demədi, bəlkə də, heç bu barədə düĢünmədi də.