Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə20/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   16   17   18   19   20   21   22   23   ...   192

 

42 


Qadın  döĢəkcənin  üstündə  oturub  dinməzcə,  maraq  içində  ona  qulaq  asır.  Elə  düĢünmək 

olardı ki, bu gün bazar günüdür və bu cütlük bayır-bacaq paltarında kənd evinin önündə yumĢaq, 

paxır təbəqəylə örtülmüĢ torpağın üstündə həsir  kətildə oturublar. 

– O birinin də adı Codur? 

– Bəli. Co Braun. Bəlkə də, bu onun əsl adıdır. Çünki  Co Braun adlı adam haqda fikirləĢən 

kimi    dərhal  ağlına  elə  o  cür  –  daim  yerli-yersiz  hırıldayan,  hay-küynən  danıĢan  zəvzəyin  biri 

gəlir. Ona görə də elə bilirəm ki, bu, onun əsl adıdır, hərçənd Co Braun əsl ad kimi həddən artıq 

tələm-tələsik,  sadə  səslənir.  Ancaq elə  bilirəm  bu onun  əsl  adıdı.  Çünki  boĢboğazlığa görə  ona 

əmək  haqqı  ödəsəydilər,  çoxdan  bu  sexin  sahibi  olmuĢdu.  Hərçənd,  deyəsən,  camaatın  ondan 

xoĢu gəlir. Ən azı, Kristmasla yola gedə bilir. 

Qadın  gözünü  ondan  çəkmir.  Sifəti  əvvəlki  kimi  apaydındı,  amma  indi  çox  ciddidi  – 

baxıĢları çox ciddi və çox diqqətlidi. 

– Onlar nə iĢlə məĢğuldular? 

–  Elə  bir  iĢlə  ki,  məncə,  onu  görməməlidilər.  Hər  halda,  onları  hələ  o  iĢ  üstündə 

yaxalamayıblar.  Braun,  əgər  belə  demək  mümkündüsə,  hırıldamaqdan,  onu-bunu  lağa 

qoymaqdan boĢ vaxt tapanda elə burda iĢləyirdi. Sonra Kristmas iĢdən çıxdı. O da onun ardınca. 

Onlar  hardasa,  bax,  orda,  o  ev  yanan  yerdə  yaĢayırlar.  Pul  qazanmaq  üçün  nəylə  məĢğul 

olduqları  barədə  çox  Ģey  eĢitmiĢəm.  Ancaq,  əvvəla,  mənim  nə  iĢimə,  kim  neyləyir,  özü  bilər. 

Ġkincisi  də,  insanlar  bir-biri  haqqında  getdikcə  daha  çox  yalan  Ģeylər  danıĢırlar  –  əsas  olan  da 

budu. Deyəsən, heç mən özüm də onlardan geri qalan deyiləm.  

Qadın gözünü ondan çəkmir. Heç gözünü də qırpmır. 

– Deməli, o deyir ki, adı Braundu. – Bu, bəlkə də, sual idi, amma cavabını gözləmir. – Bəs 

siz onların nə iĢlə məĢğul olduqları barədə nə eĢitmisiniz? 

–  Camaatın  adına  qara  yaxmaq  istəməzdim.  Nahaq  yerə  bu  söhbəti  açdım.  Doğrudan  da 

belədi, adam ki iĢdən çıxdı, dərhal onun dalınca ağızlarına gələni danıĢırlar. 

– Axı siz nə eĢitmisiniz? – qadın soruĢur. O, yerində  belə qurcalanmır. Səsi çox rahatdır, 

ancaq  Bayron,  hələ  özü  bilməsə  də,  artıq  aĢiq  olub.  O  ona tərəf  baxmasa  da,  bu  qadının  ciddi, 

diqqətli baxıĢlarını öz sifətində, dodaqlarında hiss edir. 

– Buralarda danıĢırlar ki, guya, onlar viski satırlar. Onu, bax o, ev yanan yerdə gizlədirlər. 

Hələ  bunu  da  danıĢırlar  ki,  bir  dəfə  Ģənbə  günü  axĢam  Braun  Ģəhərdə  sərxoĢ  imiĢ,  az  qalıb 

ağzından nəsə qaçırsın, halbuki o Ģeyi danıĢmaq olmazmıĢ – Kristmasla birlikdə haçansa bir gecə 

Memfisdəmi,  yoxsa  Memfisə  çatmamıĢ  yoldamı,  gecə  qaranlığında,  tapançayla  nəsə 

eləyiblər...Yoxsa  iki tapançamı olub.  Ancaq  Kristmas dərhal  iĢə qarıĢıb, onun ağzını  yumub  və 

oradan  aparıb.  Bir  sözlə,  orada  elə  bir  Ģey  olub  ki,  Kristmas  onun  aləmə  car  çəkilməsini 

istəmirmiĢ.  Elə  Braun  da  içkili  olmasaymıĢ,  bunu  dilinə  gətirməməli  olduğunu  ağlı  kəsərmiĢ. 



 

43 


Mən  belə  eĢitmiĢəm.  Özüm  orda  olmamıĢam.  –  BaĢını  qaldıranda  birdən  dərk  edir  ki,  qadının 

baxıĢları ilə qarĢılaĢmamıĢdan qabaq gözlərini yerə dikib. Sanki, o – burda, bu sexdə, Ģənbə günü 

iĢ  saatı  bitdikdən  sonra,  təkbaĢına  qaldığı  vaxt  bir  baĢqasına  pislik  etmək,  ya  da  ona  ziyan 

vurmaq  fürsəti  olmayacağına  inanan  bir  adam  –  nəsə  geri  qaytarılması,  düzəldilməsi  mümkün 

olmayan bir Ģey baĢ verdiyini qabaqcadan hiss edir, duyur. 

– O, boy-buxundan necə adamdı? – qadın soruĢur. 

– Kristmasmı? Deməli... 

– Kristması demirəm. 

–  Hə-ə,  Braunu  deyirsən.  Belə  də.  Ucaboy,  cavan  oğlandı.  Qarabənizdi;  qadınlara  daha 

maraqlı  görünür  –  həm  də  deyilənlərə  görə  onların  çoxuna...  Deyib-gülmək,  Ģıltaqlıq  eləmək, 

baĢqalarını lağa qoymaqdan ötrü ölür. Mənə qalsa...– Səsi birdən kəsilir. Gözünü qaldırıb onun 

üzünə baxmağa, qadının inadkar ayıq baxıĢlarına tab gətirməyə taqəti çatmır. 

– Co Braun, – qadın deyir. – Onun ağzının qırağında, bax, burasında belə, ağımtıl bir çapıq 

yoxdu ki? 

Gözlərini yuxarı qaldırmağa taqəti çatmır; taxta qalağının üstündə əyləĢib, ancaq ağzından 

çıxanı daha geri qaytarmaq mümkün deyil və o bu dəqiqə dilini kəsib atmağa hazırdır. 

 

                                                 3 



 

 

Kabinetin  pəncərəsindən  küçəni  yaxĢı  görür.  Çox  uzaq  deyil,  çünki  çəmənlik  ensizdi. 



Xırdadı,  cəmi  beĢ-altı  qısaboy  Ģam  ağacı  var  orda.    Ev  də  –  bomboz,  rənglənməmiĢ,  sadə, 

birmərtəbəli,  artırmalı  tikili  də  xırdadı,  qapısı  da  bağlıdı,  ətrafını  mirtalar,  alteylər,  bağça 

yasəmənləri  basıb,  yalnız  onun  küçəyə  baxdığı  pəncərənin  önü  açıqdı.  Evin  ətrafı  o  qədər 

basırıqdı ki, hətta küçə fənərinin iĢığı belə bura güclə düĢür.  

O pəncərədən öz abidəsi  adlandırdığı  lövhəni də  görə  bilir. Həyətin künc  tərəfindəki, çox 

da hündür olmayan bu lövhənin üzü küçəyə baxır. Uzunsov, eni yarım, hündürlüyü bir metr olan 

bu  taxta  parçasının  üzü  küçədən  ötənlərə,  arxası  isə  ona  tərəfdir.  Ancaq  o  lövhədə  yazılanları 

oxumağın onun üçün heç bir əhəmiyyəti yoxdur, çünki o lövhəni çəkicin, miĢarın köməyi ilə özü 

düzəldib –  o yazıları onun üstünə səliqəylə, ciddi səylə özü yazıb – çörək, odun və paltar almaq 

üçün  ona  pul  lazım  olduğunu  baĢa  düĢəndən  sonra.  Seminariyanı  atanda  atasındanqalma 

kapitaldan  bir  az  gəliri  vardı,  amma  kilsəyə  keĢiĢ  təyin  ediləndən  sonra  öz  rüblük  kapital 

çeklərini  dərhal  Memfisdəki  qızlar  üçün  islah  düĢərgəsinə  köçürməyə  baĢladı.  Sonra  kilsəni 

əlindən aldılar, Kilsəni aldılar və  onun  üçün həyatında ən acı Ģey – ən ağır itkidən, ən böyük 

rüsvayçılıqdan  da  acı  Ģey  –  bundan  sonra  islah  düĢərgəsinə  əvvəlki  məbləğin  yalnız  yarısını 

göndərə biləcəyini xəbər verən məktub oldu.   



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə