58
soyuq, nə də isti baxıĢlarla deyil, yalnız sınayıcı nəzərlərlə baxır; bu arada Bayron yeknəsəq bir
səslə söhbətinə davam edir, deyir ki, saat altıyadək heç bir qərara gələ bilməyib, hətta Lina ilə
birlikdə meydana yollananda belə tərəddüd içindəymiĢ. Bundan sonra Bayron sakit danıĢır, deyir
ki, artıq meydana çatanda Linanı miss Birdin evinə aparmaq qərara gəlir, Haytauerin çaĢqın
sifətinə nəsə qorxulu, pis bir niyyətin əndiĢəsi çökür. Bayronsa sakitcə danıĢır, fikirləĢir, yadına
salır. Sanki, havanın da, bu axĢamın da üstünə nəsə bulanıq bir Ģey dağılıb, tanıĢ adamların
sifətini tanınmaz eləyib və o, hələ heç nə eĢitmədən, hələ nə hadisə baĢ verdiyini bilmədən – bu
hadisədən sonra keçmiĢ çətinlikləri ona uĢaq çətinlikləri kimi görünəcəkdi – olanlardan xəbər
tutmamıĢ baĢa düĢür ki, Lina bu haqda heç nə bilməməlidir. Heç nə deyilmədən də aydın idi ki,
Bayron itkin Lukas Berçi, axır ki, tapıb; indi ona elə gəlir ki, yalnız kütlüyü və ağlının zəifliyi
bunu anlamasına mane olub . Ona elə gəlir ki, tale, təsadüf özü bu sarı tüstü sütununu ucaldaraq
bütün günü ona xəbərdarlıq edib, amma o öz axmaqlığı ucbatından bu əlaməti düzgün anlaya
bilməyib. Və budur o, heç kimi və heç nəyi – rastlaĢdıqları adamları, o hadisənin bütün ağrı-
acısını canında daĢıyan havanın özünü danıĢmağa qoymur, təki Lina eĢitməsin. Ola bilsin, elə
onda baĢa düĢüb ki, Lina gec-tez bunu öyrənəcək, eĢidəcək və müəyyən mənada bu onun öz
hüququdur. Sadəcə, ona elə gəlir ki, əgər bu qadını meydandan keçirib evə aparmaq ona
müyəssər olsa, məsuliyyət onun boynundan götürüləcək. Özünü cavabdeh hesab etdiyi Ģər iĢə
görə deyil, sadəcə, ona görə ki, hadisə törədilən axĢam bu qadının yanında məhz o olub, ona
görə ki, bu qadın otuz gün pay-piyada, pulsuz-parasız yol gəlib Ceffersona çatanda təsadüf bu
Ģəhəri təmsil etmək üçün məhz onu seçib. O bu məsuliyyətdən yayınmaq niyyətində deyildi,
buna ümid belə eləmirdi. Sadəcə, bu heyrət və dəhĢət anını özü üçün, o qadın üçün mümkün
qədər gecikdirmək istəyirdi. Bu barədə o, sakitcə, hamar, ifadəsiz bir səslə, dili topuq vura-vura,
baĢını qaldırmadan danıĢır, Haytauer isə stolun üzərindən ona baxa-baxa əvvəlki kimi qorxu
içində və könülsüz ona qulaq asır.
Nəhayət, onlar pansiona çatıb içəri girdilər. Sanki, o anda qadının da qəlbində nəsə xoĢ
olmayan, pis bir duyğu oyandı; onlar dəhlizdə dayanıb gözləyəndə, diqqətlə onun üzünə baxa-
baxa ilk dəfə dilləndi:
– Onlar, o adamlar sizə nə demək istəyirdilər? Yanğında nə olub ki?
– Heç, elə bir Ģey olmayıb, – o cavab verdi, öz səsi özünə mənasız və darıxdırıcı gəldi. –
Guya, miss Berden əzilib.
– Necə əzilib? Bərk əzilib?
–
Yox, deyəsən. Bəlkə də, heç nə olmayıb. Çox güman ki, ağıllarına gələni danıĢırlar. –
Onun üzünə baxa, baxıĢlarına tab gətirə bilmirdi. Amma hiss edirdi ki, qadın ona baxır, özünün
isə, sanki, qulağı səsə düĢmüĢdü: elə bil, bütün Ģəhəri – o qadını tələm-tələsik keçirməyə
çalıĢdığı meydanı, adamların dinc, adi iĢıqların arasında topa-topa yığıĢıb bu hadisə barədə
59
danıĢdıqları hər küncü, bucağı boğuq, gərgin səslər bürümüĢdü. Evdə də adi səslər, baĢlıcası isə
çaĢqınlıq, qorxunc matı-qutu qurumuĢluq hökm sürürdü və o, zəif iĢıqlanmıĢ dəhlizə göz
gəzdirə-gəzdirə fikirləĢdi Axı bu niyə gəlib çıxmır? Niyə gəlib çıxmır axı? Nəhayət, miss Bird
gəlib çıxdı: səliqə-sahmanlıydı, qırmızı əlləri və dağınıq, dən düĢmüĢ saçları vardı.
–
Bu missis Berçdir, – Bayron dedi. Ġnadkar, iti baxıĢları, demək olar ki, alıĢıb-yanırdı. – O,
Alabamadandır, Ģəhərə elə indicə gəlib. Burada öz əri ilə qarĢılaĢacağına ümid edir. Onu hələ
tapa bilməyib. Bura gətirdim ki, bir az dincəlsin; nə qədər ki onu Ģəhərin cəncəlli iĢlərinə
qarıĢdırmayıblar, bir az dincəlsə yaxĢıdır. Hələ Ģəhərdə olmayıb, heç kimlə söhbət eləməyib.
FikirləĢdim ki, adamlar onu sorğu-sualla yormamıĢdan əvvəl siz ona burda bir yer ayırasınız,
istirahət eləyə və... – Onun sərrast, inadcıl, eyni Ģeyi təkrarlayan səsi kəsildi, dondu. Ona elə
gəldi ki, ev sahibəsi onu baĢa düĢdü. Yalnız sonra fərqinə vardı ki, ev sahibəsi təzə xəbərlər
barədə – artıq onun da bunları eĢitdiyinə əmin idi – heç də onun xahiĢinə görə deyil, yalnız
qadının hamilə olduğuna diqqət yetirdiyinə görə susub və buna görə də istənilən halda nəsə
danıĢmaqdan çəkinərdi. Ev sahibəsi Linanı bir anlığa, artıq dörd həftədir tanıĢ olmayan digər
qadınların ona diqqətlə nəzər saldığı kimi iti, sınayıcı baxıĢlarla baĢdan-ayağa süzdü.
–
Nə qədər qalmaq fikrindədir? – Miss Bird soruĢdu.
–
Ġki gecə, – Bayron dedi. – Bəlkə də, yalnız bu gecəliyə. Ərini tapacağına ümid eləyir.
Elə indicə gəlib, hələ kimdənsə, nəsə soruĢub öyrənməyə vaxt tapmayıb... – Onun səsinin ahəngi
israrlı, çoxmənalıydı. Miss Bird indi də onu diqqətlə süzür. Bayron fikirləĢir ki, bu qadın hələ də
onun iĢarəsini anlamağa çalıĢır. Miss Bird isə onun dilinin necə dolaĢdığına diqqət yetirərək
fikirləĢir (ya da fikirləĢməyə çalıĢır) ki, bu çaĢqınlığın tamam baĢqa mənası, baĢqa səbəbi var.
Sonra o, yenə Linaya tərəf baxır. Bu baxıĢlar heç də soyuq deyil. Amma onlarda hərarət də
yoxdu.
–
Məncə, indi onun harasa yollanmalı halı da yoxdur, – miss Bird dedi.
–
Mən də bu fikirdəyəm, – Bayron dərhal onun sözündən tutmağa çalıĢdı. – Hara getsə, bu
söz-söhbətləri, həyəcanlı hadisələri eĢitməli olacaq, o isə belə Ģeylərə hələ öyrəĢməyib... Əgər bu
gün sizdə bütün yerlər tutulubsa, bəlkə, onu mənim otağımda yerləĢdirəsiz?
–
Hə, – miss Bird dərhal cavab verdi. – Siz onsuz da indi çıxıb gedəcəksiniz, otağınız boĢ
qalacaq. Ġstəyirsiniz, bazar ertəsinəcən – siz qayıdanacan orda qalsın?
–
Bu gün mən getməyəcəyəm, – Bayron dedi. BaxıĢlarını ondan yayındırmadı. – Bu dəfə
gedə bilməyəcəyəm. – O, gözlərini ev sahibəsinin soyuq, artıq Ģübhəli baxıĢlarına zilləyərək
ümid elədi ki, miss Bird, heç olmasa, bu dəfə öz ağlına gələni yox, onun baxıĢlarının ifadə
etdiyi mənanı oxuyacaq. Deyirlər yalnız təcrübəli yalançılar adamı aldada bilir. Amma təcrübəli,
vərdiĢkar yalançı çox vaxt yalnız özünü aldadır; bütün həyatı boyu düzlük qandalının buxovunda
gəzən adamın yalanına isə daha asan inanırlar.