64
ki, o öləndən sonra nə eləmək lazımdı. Orada yazıbmıĢ ki, ġimalda, onun gəldiyi yerdə –
nəslinin gəldiyi Ģəhərdə – qardaĢı oğlu var. QardaĢı oğluna teleqram vururlar, iki saatdan sonra
cavab gəlir ki, o, qatili tapıb tutana min dollar mükafat verəcək .
Kristmasla Braun isə qaçıb gizlənirlər. ġerif onların komada yaĢadıqlarını öyrənir, çünki
hamı dərhal Kristmasla Braun haqqında bildiklərini danıĢmağa baĢlayır; bunların biri, ya da elə
ikisi də bir yerdə bu xanımı öldürdükləri ana qədər susanların hamısının indi birdən-birə dili
açılır. Dünənə kimi nə onu, nə də bunu tapmaq mümkün olmamıĢdı. Kəndçi kiĢi isə o evdə
qarĢılaĢdığı sərxoĢ adamın Braun olduğunu bilmirdi. Adamlar belə fikirləĢiblər ki, onlar qaçıblar
– o da, Kristmas da. Amma dünən axĢam Braun üzə çıxıb. Artıq ayılıbmıĢ; saat səkkizdə Ģəhər
meydanında peyda olub və dərhal da dəli kimi qıĢqırmağa baĢlayıb ki, onu Kristmas öldürüb,
min dolları mənə verin. Polisləri çağırırlar, onu Ģerifin hüzuruna aparırlar. Orda deyirlər ki,
Kristması tutub təhvil versə və sübut edə bilsə ki, qadını Kristmas öldürüb, pul onun olacaq.
Bunu eĢidən kimi Braunun dili açılıb. O, Kristmasın artıq üç ildi – hələ onunla tanıĢ olmamıĢdan
qabaq – miss Berdenlə ər-arvad kimi bir yerdə yaĢadığını onlara açıb deyib. Braun əvvəlcə bunu
danıĢıb ki, Kristmasın komasına köçəndə, o ona həmiĢə burda, bu komada gecələdiyini bildirib.
Sonra deyib ki, bir gecə yata bilmirmiĢ, buna görə də Kristmasın yataqdan qalxdığını, sanki,
nəyəsə qulaq asırmıĢ kimi, gəlib onun yatağının qırağında dayandığını, sonra da barmağının
ucunda səssizcə qapıya tərəf gedib onu ehmalca açaraq bayıra çıxdığını eĢidib. Braun deyib ki, o
da yerindən qalxıb, Kristmasın dalınca düĢüb və onun böyük evə yaxınlaĢdığını, arxa qapıdan
içəri girdiyini görür – ya o qapını onun üçün açıq saxlayıblarmıĢ, ya da onda bu qapının açarı
varmıĢ. Braun komaya qayıdıb yatağına uzanıb. Ancaq, bundan sonra heç cür yuxuya gedə
bilməyib, Kristmasın onu aldada bilmədiyini yadına saldıqca onu gic gülmək tutub. Təxminən
bir saat beləcə yerin içində uzanıb ayıq qalandan sonra Kristmas geri qayıdıb. Və onda, Braun
deyib, gülməkdən özümü heç cür saxlaya bilmədim, Kristmasa dedim: “Sən nə yaramazın
biriymiĢsən!” Bunu eĢidəndə Kristmas qaranlıqda yerindəcə donub qalıb; Braun özü isə yataqda
uzanıb Kristmasa gülürmüĢ – yəni, sən heç o qədər də fərasətli, fəndgir deyilsənmiĢ! Və baĢlayıb
ağarmıĢ saçlardan danıĢmağa, deyib ki, əgər Kristmas istəyirsə, həftəlik ev kirəsini ödəmək
hesabına o da bu iĢi növbə ilə görməyə razıdır.
Sonra deyib ki, Kristmasın gec-tez o qadını, ya da baĢqa birisini öldürəcəyini məhz o
gecə baĢa düĢüb. Deməli, yerində uzanıb, elə hey gülür və elə bilirmiĢ ki, Kristmas indi gedib
yatacaq; Kristmas isə birdən kibrit çəkib yandırır. Deyib ki, dərhal gülməyimi kəsdim, dinməzcə
yerimin içində uzanıb ona baxırdım. Kristmas fənəri yandırır, onu gətirib Braunun çarpayısının
böyründəki yeĢiyin üstünə qoyur. Braun deyib ki, daha gülmürdüm, eləcə uzanmıĢdım, Kristmas
isə onun çarpayısının baĢı üzərində dayanıb yuxarıdan-aĢağı ona baxırmıĢ. “Deməli, lağa
qoymağa adam tapmısan, hə?! – Kristmas ona deyib. – Əsl gülməli Ģey sabah axĢam, sən
65
bərbərxanada onu hamıya danıĢanda olacaq”. Braun deyib ki, əvvəlcə Kristmasın qəzəbləndiyini
baĢa düĢməyib, o da onun bu sözünü cavabsız qoymayıb, amma o dərəcədə yox ki, onu özündən
çıxarsın və birdən Kristmas həmiĢəki kimi sakitcə ona deyib: “Deyəsən, sən yaxĢı yata
bilmirsən. Çoxdandı yuxuya gedə bilmirsən. Sən gərək çox yatasan”. – Braun isə soruĢub: “Nə
qədər çox?” Kristmas deyib: “Bəlkə də – həmiĢəlik”. Dediyinə görə, Braun onda baĢa düĢüb ki,
Kristmas bərk hirslənib, onu daha da qıcıqlandırmaq lazım deyil və ona deyib: “Bəs biz dost
deyilik? Axı mən baĢqasının sirrini niyə kiməsə danıĢmalıyam? Sən mənim sözümə
inanmırsan?” Kristmas isə deyib: “Bilmirəm. Heç bilmək də istəmirəm. Ancaq sən mənim
sözümə inana bilərsən”. Və diqqətlə Braunun üzünə baxıb. “Ġnana bilərsən?” Braun ona “Hə”
deyib.
Deyib ki, o gündən Kristmasın haçansa bir gecə miss Berdeni öldürəcəyindən qorxurmuĢ;
Ģerif də soruĢub ki, bəs onda o nə üçün bu Ģübhələri barədə vaxtında onlara xəbər verməyib,
Braun isə deyib ki, elə bilirmiĢ, əgər bu barədə heç kimə heç nə deməsə, orada qalıb yaĢaya və
bu iĢə mane ola bilər, polisi də narahat eləməz; Ģerifsə, sanki, mızıldanırmıĢ kimi ona bildirib ki,
əgər belə etmiĢ olsaydı, onda çox xeyirxah iĢ görmüĢ olardı və yəqin ki, miss Berden də bunu
bilsəydi, ona çox-çox təĢəkkür edərdi. Məncə, bax onda Brauna çatıb ki, deməli, onun da iĢi
yaĢdır. Çünki dərhal danıĢmağa baĢlayıb ki, maĢını Kristmasa miss Berden alıb, özü də neçə dəfə
Kristması yola gətirməyə çalıĢıb, neçə ki iliĢməyiblər, viski alverinin daĢını atmağı məsləhət
görüb; polislər diqqətlə ona baxır, o isə getdikcə daha tez-tez, daha çox Ģeylər danıĢırmıĢ – guya
o, Ģənbə günü səhər tezdən yuxudan ayılanda Kristmasın sübh obaĢdan durub evdən çıxdığını
görüb. Guya, Kristmasın hara getdiyini dəqiq bilirmiĢ; saat yeddidə Kristmas komaya qayıdır,
orda dayanıb Braunun üzünə baxır. Sonra deyir: “Bu iĢi birdəfəlik bitirdim”. Braun soruĢur: “Nə
iĢi, hansı iĢi?” Kristmas isə deyir: “Get gir evə, orda görərsən”. Braun deyib ki, o anda möhkəm
qorxsa da nə baĢ verdiyini heç ağlına da gətirməyib. FikirləĢib ki, ən uzağı Kristmas o qadını
möhkəm əziĢdirə bilər. Dediyinə görə, Kristmas təzədən bayıra çıxır; o da durub geyinir, səhər
naharı hazırlamaq üçün ocaq qalayanda, təsadüfən qapıdan bayıra baxır və böyük evdə bütün
mətbəxin od tutub yandığını görür.
– Onda saat neçə olardı? – Ģerif soruĢur.
– Yəqin ki, səkkiz, – Braun deyir. – Adam nə vaxt yuxudan oyanır? Əgər zəngin deyilsə.
Mən isə, bir Allah bilir ki, onlardan deyiləm.
– Ancaq yanğın haqda, – Ģerif deyir, – yalnız saat on birdə məlumat veriblər. Saat üçdə
isə ev hələ də yanırdı. Ġndi sən nə demək istəyirsən, köhnə, taxta-Ģalbandan tikilmiĢ bir ev – nə
qədər böyük olur olsun – altı saat yana-yana qala bilər?
Braun oturub döyükmüĢ halda ora-bura baxır, onlarsa – ətrafdakılar ondan gözünü
çəkmirlər, onu üzük qaĢı kimi dövrəyə alıblar. Braun onlara: “Mən sizə düzünü deyirəm. Axı siz