66
özünüz bunu xahiĢ etdiniz”, – deyir. Özü isə oyan-buyana baxır, baĢını bulayır. Sonra isə,
demək olar ki, var gücüylə çığırır: “Mən nə bilim saat neçəydi? Nədi, bəlkə, siz elə bilirsiniz ki,
yonqar sexində zənci, kölə kimi hamballıq edən bir adam qolunda saat gəzdirəcək qədər
varlıdı?”
– Sən heç bir yonqar sexində-zadında iĢləmirsən, ümumiyyətlə, heç yerdə iĢləmirsən, –
polis deyir, – əgər bir adam bütün günü Ģəhərdə təzə maĢında kefi istədiyi kimi gəzməyi özünə
rəva görürsə, onda o, bir-iki dəfə məhkəməyə getməyi də, saatın neçə olduğunu bilməyi də özünə
rəva görə bilər.
“Axı sizə dedim ki, o mənim maĢınım deyil! – Braun deyir. – Bu onun maĢınıdır. Onu
öldürdüyü o qadın alıb verib ona”.
“Bunun mətləbə dəxli yoxdur, – Ģerif deyir. – qoyun sözünə davam eləsin”.
Və Braun sözünə davam eləyir, getdikcə daha bərkdən, daha becid danıĢmağa baĢlayır,
sanki o, Co Braunu Kristmas barədə danıĢdıqlarının arxasında gizlətməyə çalıĢır, ta o vaxtacan
ki, Braun min dolları qamarlamaq Ģansını əldən verməsin. Bilirsiniz maraqlı olan nədir: bəzi
adamlar elə fikirləĢirlər ki, pul qazanmaq və yaxud pul əldə etmək qaydasız oyun kimi bir Ģeydi.
Sonra da deyir ki, yanğını gördüyü anda o qadının nəinki ölüsünün, heç dirisinin də içəridə
olduğunu ağlına belə gətirməyib. Deyir ki, heç evə girib baxmaq da ağlına gəlməyib: o, yalnız
yanğını necə söndürmək barədə düĢünürmüĢ.
“Bu hadisə – Ģerif deyir, – səhər saat səkkizdə olub. Siz belə deyirsiniz. Hemp Uollerin
arvadı isə yanğın barədə düz saat on birdə məlumat verib. Yalın əllə bu yanğını söndürə
bilməyəcəyinizi anlamağınız üçün, deyəsən, sizə xeyli çox vaxt lazım olub”. Bu qədər adamın
(qapını arxadan bağlasalar da, cürbəcür sifətlər pəncərələrdən içəri boylanırmıĢ) arasında qalan
Braunun çaĢqınlıqdan gözləri oyan-buyana səyriyir, hirsindən dili-dodağı əsməyə baĢlayır.
“Hempin dediyinə görə o, qapını qırıb içəri girəndə, orada artıq bir adam varmıĢ, – Ģerif deyir, –
və bu adam onu yuxarı qalxmağa qoymurmuĢ.” O isə hələ də onların arasında oturub, gözləri
hələ də o yan bu yana səyriyə-səyriyə, devikə-devikə qalıb.
Bu andan etibarən o, elə bilirəm ki, ümidini itirməyə baĢlayıb. DüĢünürəm ki, təkcə min
dolların yavaĢ-yavaĢ əlindən necə çıxdığını deyil, həm də kiminsə artıq onu ələ keçirdiyini
gözləri önünə gətirib. Bəlkə də, cibində hesab etdiyi min dolların artıq baĢqa birisi tərəfindən
xərcləndiyi də gözünə görünüb. Çünki, deyilənə görə, bundan sonra dediklərini sanki o, qəsdən
bu an, bu məqam üçün gizlədib saxlayıbmıĢ. Elə bil, əvvəlcədən bilirmiĢ ki, əgər iliĢsə, bu onu
xilas edəcək; hərçənd etiraf etdiyi Ģey ağ adam üçün qətlin özündə günahlandırılmaq qədər ağır
bir aqibətlə də nəticələnə bilərdi. “YaxĢı, – deyib. – Buyurun. Məni günahlandırın. Sizə kömək
etmək istəyən, bildiklərini danıĢan ağ adamı günahlandırın. Ağ adamı günahkar hesab edin,
zəncisə azad gəzsin. Ağ adamı günahlandırın, zənci isə qoy qaçıb canını qurtarsın”.
67
“Zənci? – Ģerif deyib. – Zənci?”
Sanki, məhz bu anda baĢa düĢüb ki, onlar artıq onun əlindədir. Sanki, onu nədə Ģübhəli
bilsələr də, bütün bunlar indi onun o birisi haqda danıĢacaqlarının yanında boĢ Ģey olacaq. “Siz
yaman da ağıllısınız, – deyib. – Bu Ģəhərdəkilərin hamısı yaman ağıllıdılar. Üç ildir sizi avam
yerinə qoyublar. Üç ildir ona əcnəbi deyirsiz, mənsə elə üçüncü günü baĢa düĢdüm ki, o elə
mənim kimi əcnəbidir. O özü bunu mənə açıb deməmiĢdən qabaq baĢa düĢdüm”. Hamı diqqətlə
ona baxıb, arada bir-biriylə göz-gözə gəlsələr də, sonra yenə də baxıĢlarını ona çeviriblər.
“Bura bax, ağ adam haqqında danıĢanda sözlərinə fikir ver, – polis ona xəbərdarlıq edib.
– Dəxli yoxdur, qatil olsun, olmasın”.
“Mən Kristmasdan danıĢıram, – Braun cavab verib. – Ağ qadını o öldürüb, özü də bütün
Ģəhərin gözü qabağında onunla üç il bir yerdə yaĢayandan sonra; axı siz burda oturub, məni –
onu tapa biləcək yeganə adamı, onun nələr törətdiyini yaxĢı bilən birini bu qədər uzun-uzadı
sorğu-suala çəkənəcən, o bu Ģəhərdən, sizdən daha çox uzaqlaĢmıĢ olacaq. Onda zənci qanı var.
Mən bunu ilk baxıĢdan baĢa düĢmüĢdüm. Sizsə – tanıĢlar-dostlar, ağıllı Ģeriflər və ilaxır, burada
oturub... Bir dəfə o özü bunu mənə etiraf etdi. Bəlkə də, sərxoĢ idi, ona görə təsadüfən ağzından
qaçırdı, bilmirəm. Ancaq səhəri gün mənə yaxınlaĢıb dedi (o indi birnəfəsə, ara vermədən, dairə
boyu gah bunun, gah da onun sifətinə diĢlərini ağarda-ağarda, piĢik kimi gözlərini parıldada-
parıldada danıĢırmıĢ), dedi ki: “Dünən axĢam mən bir səhv eləmiĢəm. Bax, sən də onu təkrar
eləmə!” Mənsə dedim: “Nə səhv?” O dedi: “Bir az ağlını iĢlət”. Elə bildim ki, biz Memfisdə
olanda o gecə törətdiyi Ģeydən danıĢır; axı bilirdim ki, ona qarĢı çıxsam, mənim həyatımın onun
üçün bir qara sent qədər dəyəri olmayacaq, ona görə də dedim: “Səni baĢa düĢdüm. Özgəsinin
iĢinə qarıĢmaq fikrim yoxdur. Mən bilən, indiyəcən heç vaxt belə bir Ģeyə yol verməmiĢəm”.
Əgər onunla bir komada qalmıĢ olsaydınız, Braun deyib, siz də belə deyərdiniz; orda
qıĢqırsaydın da səni heç kim eĢitməzdi. Siz də mənim kimi qorxardınız, çünki kömək etmək
istədiyiniz adamların özgənin törətdiyi qətli sizin boynunuza yıxmasını istəməzdiniz”. Eləcə,
orada oturmuĢ halda gözlərini elə hey oyan-buyana səyirdə-səyirdə qalıb, onlar da gözlərini ona
zilləyiblər, bayırda isə cürbəcür sifətlər pəncərəyə yapıĢıb qalıb.
“Zənci, – polis deyib. – Mən həmiĢə fikirləĢirdim ki, bu oğlanda nəsə bir qəribəlik var”.
ġerif yenə də söhbətə qarıĢıb: “Deməli, siz buna görə orda baĢ verənlər haqda indiyə kimi
susmusunuz?”
Braunsa onların arasında oturub, diĢlərini ağardıb, ağzının qırağındakı xırda çapıq sütül
qarğıdalı dənəsi kimi ağappaq ağarıb. “Siz mənə elə bir adam göstərin ki, – deyib, – mənim
yerimə olsa, baĢqa cür hərəkət edərdi. Sizdən xahiĢim yalnız budur. Elə bir adam göstərin ki, o
da bu adamla mənim qədər bir yerdə yaĢadıqdan, onu mənim qədər tanıdıqdan sonra baĢqa cür
hərəkət edə biləcəyini söyləsin”.