Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə33/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   29   30   31   32   33   34   35   36   ...   192

 

68 


“Belə-belə  iĢlər,  – Ģerif deyib,  – axır ki, deyəsən, sözün düzünü dediniz. Ġndi  isə Bakla 

gedin, yaxĢı-yaxĢı yatıb yuxunuzu alın. Kristmasla  mən özüm məĢğul olaram”. 

“Deməli, həbsxanaya, eləmi? Mən elə  belə də bilirdim,  – Braun deyib.  – Deməli,  məni 

həbsxanaya,  barmaqlıqlar arxasına göndərirsiniz, özünüz isə mükafat dalınca qaçırsınız, eləmi?” 

“Dilini  dinc  saxla,  –  Ģerif  hirssiz-qəzəbsiz  ona  deyib.  –  Əgər  sənə  mükafat  düĢərsə,  

çalıĢacam ki, onu alasan. Bak, apar onu burdan”. 

 Polis  Brauna  yaxınlaĢıb,  əlini  onun  çiyninə  qoyub,  o  da  ayağa  qalxıb.  Onlar  qapıdan 

çıxanda,  pəncərədən  içəri  baxanlar  onları  dövrəyə  alıblar.  “Bak,  onu  tutmusunuz?  Deməli,  bu 

odu?” 

“Yox, – Bak  onlara deyib. – DağılıĢın,  uĢaqlar, gedin evinizə. Yatmaq vaxtıdır”.  



Bayronun səsi tutulur. Sakit, yeknəsəq kəndli nitqi sükut içərisində qırılır. O, yanımcıl və 

narahat nəzərlərlə Haytauerə sarı baxır, qarĢısında oturmuĢ gözüyumulu, sifətindən göz yaĢı kimi 

tər axan adamı müĢahidə edir. Haytauer deyir: 

– Bu dəqiqdirmi? Sübut olunubmu ki, onda zənci qanı var? Heç bilirsiniz, Bayron, bu nə 

deməkdir?! Əgər camaat  bilsə ki... əgər onu tutsalar... bədbəxt insan. Bədbəxt bəĢəriyyət. 

– Braun elə deyir, – Bayron sakitcə, birbaĢa, əminliklə cavab verir. – Axı yalançını da elə 

qorxutmaq olar ki, axırda o, məcbur qalıb düzünü desin; eləcə də əksinə: düz adamı zorla yalan 

danıĢmağa məcbur etmək olar. 

 –  Elədi,  –  Haytauer  deyir.  O,  gözüyumulu,  dimdik  oturub.  –  Ancaq  onu  hələ  tuta 

bilməyiblər. Onlar hələ onu tuta bilməyiblər, Bayron. 

Bayron da ona sarı baxmır. 

– Hələ yox. Axırıncı dəfə eĢitdiyim Ģey budur ki, onu hələ tuta bilməyiblər. Bu gün onlar 

iz axtaran itləri də gətiriblər. Amma hələ tutmayıblar. Axırıncı dəfə eĢitdiyim Ģey bu olub. 

– Bəs Braun?  

–  Braun,  –  Banç  deyir.  –  O...  O  da  onlarla  getdi.  Bəlkə  də,  o  bu  qətli  törətməkdə 

Kristmasa  kömək  eləyib.  Ancaq  inanmıram.  Elə  bilirəm  ki,  onun  gücü,  olsa-olsa  ancaq  evi 

yandırmağa  çatar.  Əgər  onu  yandırıbsa  da,  elə  bilirəm  ki,  bunu  nə  üçün  elədiyini  heç  özü  də 

bilməyib.  Bəlkə  də,  o  ümidlə  eləyib  ki,  hər  Ģey  yanıb  kül  olsa,  onda  heç  nəyin  izi  qalmaz  və 

onlar yenə də həmiĢəki kimi təzə maĢında Ģəhərdə istədikləri cür gəzə, kef çəkə bilərlər. Məncə, 

o elə fikirləĢib ki, Kristmasın  törətdiyi Ģey ağır günah yox, adi bir səhvdir. –  Sifəti kütləĢir, üzü 

aĢağı  sallanır.  Yenə  də  ondan  yorğun,  acı  bir  istehza  ötüb  keçir.  –  Ġndi  ona,  yəqin  ki,  heç  nə 

olmaz. Ġndi bu qadın özü onu istədiyi vaxt tapa bilər – əgər bu zaman o, Ģeriflə,  izaxtaran itlərlə 

birlikdə adam ovuna çıxmamıĢ olsa. Daha heç yana qaçmaz; niyə də qaçsın, axı min dollar, necə 

deyərlər, düz burnunun ucundadır. Elə  bilirəm ki,  indi  Kristması  hamıdan çox o tutmaq  istəyir. 

Təsəvvür  edirsiniz,  onlar  onu  həbsxanadan  çıxarır,  o  da  onlara  qoĢulub  gedir,  sonra  isə  geri 



 

69 


qayıdanda onu təzədən  həbsxanaya  salırlar. Həqiqətən gülməlidir. Elə  bil, qatil  mükafat almaq 

üçün  özü-özünü  tutmağa  çalıĢır.  Ancaq  o  bunun  əleyhinə  deyil,  bircə  Ģeyə  təəssüflənir  ki,  iz 

dalınca qaçmaq əvəzinə, həbsxanada oturub gözləyəndə vaxtı hədər gedir. Bəli. Sabah o qadına 

deyəcəm.  Təkcə bunu deyəcəm ki, o hələlik həbsxanadadır – o və bir cüt izaxtaran it. Bəlkə də, 

Ģəhərə  apardım,  qoy  gedib  onların  hər  üçünün  bir  xaltada  olduqlarını,  o  xaltanı  dartıĢdıra-

dartıĢdıra necə hürdüklərini öz gözləri ilə görsün.   

         –  Siz hələ ona deməmisiniz. 

–  Nə ona demiĢəm, nə buna. Çünki mükafat bir yana, Braun onun burda olduğunu bilsə,  

dərhal  Ģəhərdən qaçar.  Amma o, Kristması tutsa və  buna görə  mükafat alsa,  bəlkə  də, onda  bu 

qadınla  vaxtında  evlənə  bilər.  Qadın  hələ  heç  nə  bilmir;  hər  halda,  dünən  meydanda  arabadan 

düĢəndə  bildiyindən  artıq  heç  nə  bilmir.  Qarnı  burnunda,  yad  bir  adamın  arabasından  yavaĢ-

yavaĢ  ehmalca  yerə,  tanımadığı  adamların  arasına  düĢəndə,  sanki,  gördüklərinə  sakitcə 

təəccüblənərək  –  ancaq  elə  bilirəm  ki,  təəccüblənib-eləməyib,  çünki  bura  kimi  o  qədər  yolu 

yavaĢ-yavaĢ, pay-piyada gəlib, söz-söhbət isə onu o qədər də yoran deyil – öz-özünə deyirmiĢ: 

“Belə-belə iĢlər... Gör hardan gəlirəm, – düz Alabamadan; deyəsən, axı doğrudan da Ceffersona 

gəlib çıxmıĢam”. 

 

                                            



 

Gecə yarısıydı. Kristmas iki saat idi ki, yataqda uzanmıĢdı, amma hələ yuxuya getməmiĢdi. 



O, Braunun gəldiyini görməmiĢdən qabaq eĢitdi. Braunun komaya necə  yaxınlaĢdığını, qapıdan 

içəri  girərkən  yıxılmamaq  üçün  onun  çərçivəsində  siluet  kimi  necə  iliĢib  qaldığını  gözü  ilə 

görməmiĢdən  qabaq  qulağı  ilə  eĢitdi.  Braun  ağır  nəfəs  alırdı.  O,  çərçivənin  kənarlarından 

yapıĢıb, Ģirinliyi turĢumuz  iyrənc tenor səsilə zümzümə eləməyə baĢladı. Hətta onun ləngər səsi 

belə, elə bil, spirt iyi verirdi. “Mumla!”,  – Kristmas dedi. O bunu yerindən tərpənmədən, səsini 

yüksəltmədən  dedi.  Ancaq  Braun  dərhal  susdu.  O,  hələ  də  yıxılmamaq  üçün  qapıdan  tutub 

durmuĢdu,  içəri  girməmiĢdi.  Sonra  qapını  buraxdı  və  Kristmas  onun  ayağı  bir-birinə  dolaĢa-

dolaĢa necə içəri girdiyini eĢitdi; bir saniyə sonra o, nəyləsə toqquĢdu. Ağır, xırıltılı və fısıltıyla 

dolu uzun bir fasilə yarandı. Sonra Braun, kökündən kəsilmiĢ ağac kimi əcaib bir Ģaqqıltıyla yerə 

aĢdı, yıxılarkən Kristmasın çarpayısına dəydi və sərsəm bir gülüĢ otağı baĢına götürdü.  

Kristmas çarpayıdan qalxdı. Qaranlıqda gözlə görünməyən, gülməyi hələ də kəsilməyən və 

yerdən qalxmağa cəhd belə göstərməyən Braun hardasa onun ayaqlarının altındaydı. “Mumla!”, 

– Kristmas dedi. Braun isə gülməyinə davam etdi. Kristmas Braunun üstündən adlayıb, əlini stol 

kimi  istifadə  etdikləri  taxta  yeĢiyə  uzatdı  –  fənər  və  kibriti  orda  saxlayırdılar.  Ancaq  yeĢiyi 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə