13
1
DemiĢdim axı, bir gün öldürəcəm! Bunu ona demiĢdim axı!” Kətili sağa-sola qovzaya-qovzaya,
sifətində sakit bir ifadə, dalı-dalı qapıya tərəf getdi. “Heç kim yerindən tərpənməsin!” – dedi,
gözlərini sürətlə, ara vermədən, sanki, maska taxılmıĢ sifətlərin üzərində gəzdirdi. Sonra əlindəki
kətili yerə atıb geri döndü, cəld qapıdan bayıra, yumĢaq və xal-xal ay iĢığına bürünmüĢ torpağın
ağuĢuna atıldı. Qızı, maĢına minəndə haqladı. Möhkəm tövĢüyürdü, ancaq səsi hələ də sakit idi:
sifəti, elə bil, yuxuya getmiĢdi, amma ağır nəfəs alırdı, eĢitmək olurdu. “Get, Ģəhərə qayıt, – o
dedi. – Mən də ora gələcəm, qoy...” Güman ki, hələ nə dediyinin, nə hadisə baĢ verdiyinin
fərqində deyildi: qız maĢının qapısı ağzında geri dönüb, onu Ģapalaqlamağa baĢlayanda
yerindən tərpənmədi, səsi də əvvəlki kimi sakit çıxdı: “YaxĢı. Düzdü. Orda olacam, qoy...” Sora
geri dönüb ordan qaçdı, qız isə hələ də onu ĢapalaqlayırmıĢ kimi əllərini havada oynadırdı.
Makiçernin atı harda saxladığını, ümumiyyətlə, bura atla gəlib-gəlmədiyini heç cür bilə
bilməzdi. Ancaq, hər halda, düz o atın üstünə qaçdı, sanki, atalığının hadisələrin daim bir axarda,
heç bir istisnasız gərdiĢ etdiyinə möhkəm inamı ona da sirayət etmiĢdi. Dərhal atın belinə
sıçrayıb Ģoseyə tərəf çapdı. MaĢın artıq o yola çıxmıĢdı. Ora çatanda onun qırmızı iĢıqlarının
getdikcə kiçilərək gözdən itdiyini gördü.
Qoca qoĢqu atı asta, ahəngdar, dördnala qaçıĢla evə qayıdırdı. Yeniyetmə oğlan onun
belində rahat, sərbəst oturmuĢdu, xeyli qabağa əyilərək özünü rahatca tarazlamıĢdı və yəqin ki,
bütün qadağaları, Olmazları həmiĢəlik bir kənara atdığı, Ģərəf və qanun məngənəsindən, axır ki,
birdəfəlik qurtulduğu üçün Faust kimi sevinirdi. Hərəkətdə ikən kəskin at tərinin kükürd
qoxusuna bənzər iyi burnuna vururdu; gözlə görünməyən külək üzünə əsirdi. O, ucadan qıĢqırdı:
“Axır ki, mən bunu elədim! Axır ki, mən bunu elədim! DemiĢdim axı eləyəcəm!”
ġosedən cığıra dönüb, atın sürətini azaltmadan ay iĢığı altında evə doğru çapdı. FikirləĢirdi
ki, ev qaranlıq olacaq, amma qaranlıq deyildi. Heç bir tərəddüd keçirmədi; indi gizlətdiyi kəndir
də Ģərəf və ümid kimi, on üç ildir ən baĢlıca düĢmənlərindən biri olan və budur, hələ də yuxuya
getməyib onu gözləyən bu zəhlətökən qarı kimi artıq onun üçün yaĢanmıĢ, geridə qalmıĢ həyatın
bir hissəsinə çevrilmiĢdi. Qarıyla Makiçernin yataq otağında iĢıq yanırdı, qadın özü isə gecə
köynəyində çiynində Ģal qapının ağzında dayanmıĢdı. “Co?” – o dedi. Oğlan yeyin addımlarla
dəhlizə girdi. Sifəti Makiçernin kətil baĢına çırpılan zaman gördüyü sifət kimiydi. Bəlkə də,
qadın hələ ona əməlli-baĢlı diqqət yetirə bilməmiĢdi. “Nə olub? – qadın dedi. – Atan ata minib
getdi. Mən onun...” Bu anda oğlanın sifətini gördü. Ancaq geri çəkilməyə macal tapmadı. O,
qadını vurmadı, sadəcə, onu qapıya gedən yoldan dərhal, tələm-tələsik yox etmək üçün əliylə
kobudcasına kənara itələdi. Sanki, qapı önünə çəkilmiĢ pərdəni hirslə kənara çəkdi.
“O rəqsdədir, – Co dedi. – Çəkil yolumdan, qarı”. Qadın geriyə döndü, bir əliylə Ģalını
sıxıb, o biri əliylə qapıdan yapıĢdı, Co otağın içindən keçib, pilləkənlərlə qaça-qaça çardaqdakı
otağına çıxanacan onun ardınca baxdı. Yuxarı qaçarkən Co bir dəfə dönüb arxaya boylandı. Bu
13
2
zaman qadın lampa iĢığında onun diĢlərinin necə parıldadığını gördü. “Orda rəqsdədir, eĢidirsən?
Ancaq rəqs-zad eləmir”. Arxaya dönüb, lampaya tərəf baxa-baxa qəhqəhə çəkdi; sonra baĢını
qabağa döndərib gülməyinə və qaçmağına ara vermədən, yenə də qaça-qaça, gülə-gülə gözdən
itdi – əvvəlcə baĢı, sonra isə bütün bədəni yox oldu; sanki, qaça-qaça elə bir Ģeyə çırpıldı ki, o
Ģey onu yazı taxtasına tabaĢirlə çəkilmiĢ Ģəkil kimi silib yox elədi.
Qadın hıqqına-hıqqına pilləkənlə onun ardınca yuxarı qalxdı. Elə dərhal, Co yanından ötüb
keçən kimi dalınca düĢdü; sanki, ərini burdan aparan qarĢısıalınmaz qüvvə oğulluğu ilə birlikdə
evə qayıtmıĢ, ərindən ona keçmiĢdi. Bir əliylə məhəccərdən yapıĢıb, o biri əliylə Ģalını sinəsinə
sıxa-sıxa, dinib danıĢmadan, arxadan onu səsləmədən dar pilləkənlərlə yuxarı dırmaĢdı. Bu anda
o, mövcud olmayan hökmdarın əmrini yerinə yetirən ruha bənzəyirdi. Co lampanı
yandırmamıĢdı. Amma otağa zolaq-zolaq ay iĢığı düĢürdü, hərçənd qadın onun nə etdiyini
bunsuz da görə bilərdi. Divardan yapıĢmıĢdı, ayaq üstə güclə dura bilirdi, əlini divarda gəzdirə-
gəzdirə birtəhər çarpayının yanına çatanda isə çökdü, onun üstündə əyləĢdi. Bunacan xeyli vaxt
keçdi, çünki qadın öz saxlancına tərəf boylananda Co artıq çarpayıya yaxınlaĢmıĢdı; qadın ay
iĢığında onun dəmir qutunu necə ağzı üstə çevirdiyini, xırda sikkələri, kağız pulları necə
qarmaladığını, onları cibinə necə soxduğunu gördü. Yalnız bu anda Co ona – bir əliylə çarpayıya
dirsəklənən, o biri əliylə isə Ģalından yapıĢıb bir qədər arxaya əyilərək oturan qadına tərəf baxdı.
“Mən özüm qəsdən bunları səndən xahiĢ edib istəmədim, – o dedi. – Yadında saxla. Özüm
istəmədim, qorxdum ki, verəcəksən. Onları özüm götürdüm. Bunu unutma”. Və sözünü
bitirməmiĢ, dönüb qaçmağa baĢladı. Qadın onun aĢağıdan gələn iĢığı necə yarıb keçdiyinə,
pilləkənlə necə aĢağı düĢdüyünə arxadan tamaĢa elədi. Oğlan gözdən itsə də, onu hələ də
eĢidirdi. Sonra dəhlizdən qaçaraq ayaq səslərini, bir qədər sonra isə həyətdən yüyəni buraxılmıĢ
at ayaqlarının tappıltısını duydu, çox keçməmiĢ bu tappıltılar da kəsildi, eĢidilməz oldu.
Gecə saat birin zəngi eĢidiləndə Co qoca, artıq yorulub əldən düĢmüĢ atı Ģəhərin mərkəzi
küçəsilə çapırdı. At çoxdan təngnəfəs olmuĢdu, tez-tez büdrəyirdi, amma Co yoğun dəyənəklə
onun sağrısına həmahəng zərbələr endirir, zorla qaçmağa məcbur edirdi. Bu, qamçı deyildi,
sınıq
süpürgə sapıydı, bundan əvvəl miss Makiçern onu çiçək ləkində hansısa bitkiyə dayaq
vurmuĢdu. At hələ də dördnala qaçsa da, onun sürəti piyada yeriyən adamın sürətindən azca iti
olardı. Elə dəyənək də o cür yorğun, son dərəcə yavaĢ-yavaĢ qalxıb-enirdi, atın belindəki cavan
oğlan isə hələ də bütün bədənini qabağa əyib onun yalmanına sinmiĢdi, elə bil, atın necə əldən
düĢdüyündən xəbərsiz idi; ya da ay iĢığında ala-bulaya çalan küçədə ayaqlarını zorla, yavaĢ-
yavaĢ yerə basan bu yorğun, heydən düĢmüĢ heyvanı zorla irəli qovurdu. Bu vəziyyətdə onlar –
at və onun belindəki oğlan – qəribə, ilğımlı bir görünüĢ almıĢdılar; onlar oğlanın, bəlkə də, bu
qədər basqılı olmayan, amma ən azı, bu qədər hövsələsiz, bundan da cavan istəyinə ram olub