Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə61/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   57   58   59   60   61   62   63   64   ...   192

 

12



bildiklərini söylədi. Üç  il  bundan  əvvəl taxta-Ģalban zavodunda zənci qızla olan  əhvalatdan söz 

açdı.  O  bunları  sakit-sakit,  məmnunluq  içərisində  danıĢır,  danıĢdıqca  da  əlini  yanındakı  qızın 

bədənində  gəzdirirdi.  Yəqin  ki,  o,  qızın  ona  qulaq  asıb-asmadığını  da  dəqiq  deyə  bilməzdi. 

Sonra: “Sən heç mənim dərimin rənginə, saçlarıma fikir vermisən?” – deyə soruĢdu və əlini qızın 

bədənində gəzdirə-gəzdirə onun cavabını gözlədi. 

Qız pıçıltıyla cavab verdi.  

– Hə. FikirləĢirdim ki, yəqin əcnəbi-zadsan. Hər halda, bizim tərəflərdən deyilsən. 

– Yox, heç də elə deyil. Əcnəbi-zad deyiləm. Amma sən bunu çətin anlarsan. 

– Bəs onda kimsən? Necə yəni  əcnəbi-zad deyilsən?! 

– Özün tap.  

Onlar astadan danıĢırdılar. Ətrafa  qatı sükut çökmüĢ, gecə  yarını çoxdan keçmiĢdi,  istək, 

yorğunluq arxada qalmıĢdı.  

– Mən tapa bilmirəm. Axı sən kimsən? 

Onun əli qızın görünməyən yanı üstə yavaĢ-yavaĢ, sakitcə gəziĢirdi. Dərhal cavab vermədi. 

Ona görə yox ki, qızın marağını bir az da coĢdurmaq istəyirdiSadəcə, bundan sonra deyəcəyini 

hələ  yaxĢı-yaxĢı  düĢünüb  götür-qoy  eləməmiĢdi.  Qız  təkrar  soruĢdu.  Bu  dəfə  o  dedi:  “Məndə 

zənci qanı var”. 

Bunu eĢidəndə qız  yerin  içində  hərəkətsiz düĢüb  qaldı;  amma  bu,  baĢqa  bir  hərəkətsizlik 

idi.  Co  isə,  elə  bil,  bunu  hiss  etmədi.  O,  sakitcə  uzanmıĢdı,  əli  isə  qızın  bir  yanı  boyu  yavaĢ-

yavaĢ aĢağı-yuxarı gəziĢirdi. 

– Nə? – qız heyrətlə dedi.  

– Yəqin ki, məndə zənci qanı var. – Gözləri qapalıydı, əli hələ də yorulub usanmadan qızın 

bədənində gəziĢirdi. – Dəqiq bilmirəm. Amma fikirləĢirəm ki, var.  

Qız yerindən tərpənmədi. Amma dərhal dedi:  

– Sən məni aldadırsan. 

–  Aldadıb-eləmirəm,  –  o  da  tərpəĢib-eləmədən  cavab  verdi;  əli  isə  hələ  də  qızı 

tumarlamaqdaydı.  

– Ġnanmıram, – qaranlıqda qızın səsi eĢidildi. 

– Ġnanmırsan,  heç inanma, – o dedi; əli hələ də onu tumarlamaqdaydı. 

Növbəti bazar günü miss Makiçernin qutusundan yarım dollar da götürdü, onu ofisiant qıza 

verdi. Bir-iki gündən sonra, missis Makiçernin pulların yox olduğunu baĢa düĢdüyünü və bu iĢdə 

məhz  ondan  Ģübhələndiyini  düĢündü;  çünki  buna  əsası  vardı.  Çünki  həmin  gün  qadın  mister 

Makiçernin 

onların söhbətini eĢitməyəcəyinə tam əmin olduğu anadək səbrini basıb gözləmiĢdi. 

Sonra demiĢdi: “Co.” O isə bir anlıq iĢinə ara verib, qadının ona tərəf baxmayacağını bilə-bilə 

üzünü  ona  sarı  çevirmiĢdi.  Qadın  isə  yenə  də  ona  tərəf  baxmadan  zəif,  heysiz,  yumĢaq  səslə 




 

12



demiĢdi:  “Mən  bilirəm,  cavan  adama...  böyüyəndə    pul  lazımdı.  Mister  Makiçernin  ver...  sənə 

verdiyindən  daha  çox  pul...”  Qadının  səsi  öləziyib  tamam  kəsilənədək  onun  üzünə  baxmıĢdı. 

Yəqin ki, səsin haçan kəsiləcəyini gözləmiĢdi. Sonra demiĢdi: 

– Pul? Pul mənim nəyimə lazımdı? 

Növbəti Ģənbə günü qonĢuya odun doğrayıb iki dollar qazandı. Hara getmək istədiyi, harda 

olduğu, nə iĢ gördüyü barədə Makiçernə yalan danıĢdı. Pulu ofisiant qıza verdi. Makiçern odun 

haqq-hesabından xəbər tutdu. Bəlkə də, fikirləĢdi ki, Co pulu gizlədib saxlayır. Ya da ola bilsin 

ki, missis Makiçern ona belə demiĢdi. 

Co  həftədə  iki  gecəni  ofisiant  qızla  –  onun  otağında  keçirirdi.  Ġlk  vaxtlar  bu  otağa ondan 

baĢqa kiminsə girə biləciyini təsəvvürünə belə gətirmirdi. Son ana qədər elə bilirdi ki, bu istisna 

yalnız  ona,  onun  xatirinə  edilib.  Son  ana  qədər,  bəlkə  də,  bu  fikirdəydi  ki,  Maksla  Meymin 

könlünü almaq lazımdı; ona görə yox ki, onun ofisiant qızla əlaqəsi vardı, ona görə ki, bu evə 

rahatca gələ  bilirdi. Lakin həmin gündən sonra bir daha onlarla o evdə rastlaĢmamıĢdı;  hərçənd 

orda,  o  evdə  olduqlarını  dəqiq  bilirdi.  Onun  bura  gəlməsindən  evdə  olmasından,  yaxud  konfet 

qutusuyla  bağlı  hadisədən  sonra  da  gəlməsindən  xəbərdar  olub-olmadıqlarına  isə    tam  əmin 

deyildi. 

Adətən,  onlar  küçədə  görüĢür,  sonra  isə  tələsmədən  ya  qızın  yaĢadığı  o  evə,  ya  da  baĢqa 

yerə gedirdilər. Bəlkə də o, son ana qədər elə güman edirdi ki, bu qaydanı özü qoyub. Amma bir 

axĢam qız görüĢ yerinə gəlmədi. Co məhkəmə binasındakı saat on ikini vuranacan dayanıb onu 

gözlədi. Sonra qızın yaĢadığı evə yollandı. Bundan əvvəl heç vaxt belə etməmiĢdi, hərçənd qızın 

ona evə təkbaĢına gəlməyi qadağan etdiyini də xatırlamırdı. Hər halda, həmin gecə ora təkbaĢına 

yollandı,  ümid  edirdi  ki,  ev  zülmət  qaranlıq  içində  olacaq.  Ev,  doğrudan  da,  qaranlığa 

bürünmüĢdü, amma yatmamıĢdı. O dərhal anladı. Dərhal anladı ki, qaranlıq pərdələrin o tayında, 

qızın otağında hələ də yatmayıblar və qız orda tək deyil. Bunu necə anladığını özü də dəqiq deyə 

bilməzdi. Və anladığı Ģeyin doğru olduğunu ömründə  heç özünə  belə etiraf etməzdi. “Yəqin ki, 

Maksdır, – o fikirləĢdi. – Yəqin ki, bu,  Maksdır”. Amma eyni zamanda, həm də buna inanmırdı. 

Dəqiq  bilirdi  ki,  otaqda  qızın  yanındakı  kiĢi  xeylağıdır.  Düz  iki  həftə  görüĢ  yerinə  getmədi, 

halbuki qızın onu orda gözlədiyini bilirdi. Sonra bir axĢam həmin tinə getdi; qız da gəlib çıxdı. 

Bir kəlmə deyib-danıĢmadan ona bir yumruq iliĢdirdi; yumruğunun nəyə  və  necə dəydiyini özü 

də  yaxĢı hiss etdi. Ġndi o, bu günədək inanmaq istəmədiyi Ģeyin həqiqət olduğunu dəqiq bilirdi. 

Qız çığırdı. Bir də vurdu. Qız pıçıltıyla dedi: “Burda yox. Burda vurma”.  Sonra onun ağladığını 

gördü.  Xatırladığı  qədər,  özü  bu  vaxtacan  ömründə  ağlamamıĢdı.  Ġndi  isə  ağlayır,  söyüĢ  söyə-

söyə  onu  döyürdü.  Sonra  qız  onu  qucaqladı.  Artıq  onu  döyməyə  heç  bir  səbəb  qalmamıĢdı. 

“YaxĢı, di bəsdi,  – qız deyirdi, – bəsdi, bəsdi”. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə