11
6
baĢlamısan. Amma haqqında dediyim bu xoĢ sözlər səni yoldan çıxarmamalıdır, mən buna
imkan verə bilmərəm. Bir gün məni bu dediklərimə görə peĢman etmək üçün, təzədən tənbəllik
və avaralıq girdabına yuvarlanmaq üçün sənin hələ xeyli vaxtın və fürsətin olacaq; elə istəyin də;
buna heç bir Ģübhəm yoxdur. Lakin cəza kimi mükafat da insan üçün Allah tərəfindən buyrulub.
O düyəni görürsən? Bu gündən o sənindir, Ģəxsi malındır. Elə et ki, haçansa bunu sənə verdiyimə
görə peĢman olmayım”.
Co ona təĢəkkür etdi. Ġndi o, düyəyə baxıb ucadan deyə bilərdi: “Bu mənim özümündür, öz
malımdır”. Ona baxdı və yenə də, sanki, düĢünmədən, bir göz qırpımında, özü də birnəfəsə
içindən keçdi Bu hədiyyə deyil. Bu heç vəd də deyil, təhdiddir və fikirləĢdi: “Bunu mən xahiĢ
etmədim. Özü verdi. Mən ondan xahiĢ etmədim”, çünki içində bir əminlik vardı Allah özü
şahiddir, mən onu öz alın tərimlə qazandım
Bir ay keçdi. ġənbə günü səhər tezdən idi. “Elə bilirdim Ģəhərə getmək daha sənin xoĢuna
gəlmir”, – Makiçern dedi.
– Bir dəfə getməklə mənə heç nə olmaz, – Co cavab verdi. Cibində yarım dollar pulu vardı.
Bunu ona missis Makiçern vermiĢdi. Düzdü, özü beĢ sent istəmiĢdi. Qadın isə zorla onu yarım
dollar götürməyə məcbur etmiĢdi. O da pulu alıb, soyuq bir ikrahla ovcunda gizlətmiĢdi.
– Elədi heç nə olmaz, – Makiçern dedi. – YaxĢı da iĢləmisən. Amma Ģəhərə getmək öz
həyat yolunu hələ dəqiq müəyyən eləməmiĢ, hələ tamam biĢməmiĢ cavan üçün pis vərdiĢdi.
Ora gizlincə qaçıb getmədi, hərçənd, lazım gəlsəydi, o cür də edərdi, hətta zor da iĢlədərdi.
Makiçern özü onun iĢini yüngülləĢdirdi. Cəld, tələm-tələsik restorana yollandı. Bu dəfə içəri
girəndə ayağı büdrəmədi. Ofisiant qız orada yox idi. Bəlkə də, bunu salona fikir verəndən sonra
anladı. SarıĢın qadının oturduğu siqaret vitrininin önündə ayaq saxladı, əlindəki yarım dollarlığı
onun üstünə qoydu. “Sizə beĢ sent borcum var. Bir fincan qəhvəyə görə. Mən o vaxt ondan həm
qəhvə, həm də piroq istəmiĢdim, amma bilmirdim ki, o, on sentədir. Buna görə sizə beĢ sent
borcluyam”. PiĢtaxtaya tərəf baxmadı. ġlyapalarını yan qoyub, damaqlarında siqaret tüstülədən
kiĢilər yenə orda oturmuĢdular. Belinə çirkli önlük bağlamıĢ restoran sahibi də ordaydı; Co,
nəhayət, onun siqaret tüstüsünün arasından keçib gələn səsini eĢitdi.
– Nolub orda? Ona nə lazımdı?
– Deyir ki, Bobbiyə beĢ sent borcu var, – qadın cavab verdi. – Bobbiyə beĢ sent vermək
istəyir. – Qadın sakit danıĢırdı. Restoran sahibinin də səsi sakit idi.
– Ġlahi, sən özün saxla, – o dedi. Coya elə gəldi ki, salonda hər Ģey səs-küyə çevrilib. Qulaq
asmadan eĢidir, baxmadan görürdü. Qapıya tərəf yollandı. Yarım dollarlıq sikkə ĢüĢə vitrinin
üstünə atılıb qalmıĢdı. Restoran sahibi uzaqdan da olsa, onu görə bildi, dedi:
– Bəs o nə üçündü?
11
7
– Deyir ki, bir fincan qəhvəyə görə bizə borcu var, – qadın izah elədi.
Co artıq qapıya çatmaq üzrəydi.
– Bura bax, Cek, – restoran sahibi onu arxadan səslədi. Co dayanmadı. – Onun pulunu
özünə qaytar, – restoran sahibi hələ də yerindən tərpənmədən yumĢaq səslə dedi. Heç bir
hərəkətin təsirinə məruz qalmayan siqaret tüstüsü, yəqin ki, sifətinin önündə yenə də öz ahəngi
ilə yuxarı qalxırdı. – Qaytar ver özünə, – o, dedi. – Bilmirəm onun nə bicliyi var. Ancaq burda
keçməz. Qaytar pulunu. Ey, kəndçi, sən öz fermana çıxıb getsən yaxĢıdı. Orda beĢ sentə, bəlkə,
hansısa qızın baĢını tovlaya bilərsən.
Və budur, artıq küçədədir, araba təkəri kimi iri, yarım dollarlıq sikkə tər içində çimir,
əlində islanırdı. GülüĢ səsləri isə onu arxadan qovurdu. KiĢilərin istehzalı gülüĢü altında qapıdan
çıxmıĢ, oranı tərk etmiĢdi. Bu gülüĢ küçədə də onu haqladı, sanki, yerdən qaldırıb bir müddət
özüylə apardı; sonra sürətlə irəliyə Ģığıdı, öləziyib sönəndə isə onu yerə – səkiyə atdı. Və o,
ofisiant qızla üz-üzə qaldı. Qızın əynində qara palto, baĢında Ģlyapa vardı, baĢını aĢağı salıb
yeyin-yeyin gedirdi, onu dərhal görmədi. Amma görən kimi ayaq saxladı; o vaxt restoranda
olduğu kimi yenə də baĢını qaldırmadı, ona tərəf baxmadı, amma baxıbmıĢ kimi hər Ģeyi anladı.
Dedi: “Aha-a. Deməli, siz mənə pul verməyə gəlmiĢdiniz. Özü də onların gözü qabağında. Onlar
da sizə güldülər, eləmi? Bir iĢə bax”.
– FikirləĢdim ki, birdən o pulu siz özünüz ödəməli olarsınız... FikirləĢdim ki...
– Bir buna bax. Bəlkə, bunu unudasan, hə?! Unut getsin.
Üz-üzə dayansalar da bir-birinə baxmırdılar. Onları bağçada seyrə dalarkən bir-birinə rast
gəlmiĢ iki rahibə bənzətmək olardı.
– Mən, sadəcə, fikirləĢirdim ki...
– Siz harada yaĢayırsınız? – qız soruĢdu. – Kənddəmi? Bir iĢə bax. Adınız nədir?
– Makiçern deyil, – o dedi. – Kristmasdır.
– Kristmas? Bu sizin soyadınızdı? Kristmas! Bir iĢə bax...
Yeniyetmə vaxtlarında da, ondan sonra da özü kimi dörd-beĢ uĢaqla Ģənbə günləri ova, ya
da balıq tutmağa gedərdi. Qızları isə ancaq bazar günləri kilsədə görürdü. Qız deyəndə ağlına
yalnız bazar günləri, bir də kilsə gəlirdi. Buna görə də onlara diqqət yetirmək ağlına belə
gəlmirdi. Fikir verə bilmirdi. Diqqət yetirsəydi, bu – hətta onun üçün – dinə nifrətdən imtina
etmək olardı. Amma oğlanlarla birlikdə olanda öz aralarında qızlardan danıĢırdılar. Bəlkə də,
onların hansısa (məsələn, o vaxt zənci qızla danıĢıb onu yola gətirən oğlan) bu haqda bilirdi.
“Onlar hamısı bunu istəyir, – o, qalanlarına demiĢdi. – Ancaq bəzən bunu eləyə bilmirlər”.
Qalanları bunu bilmirdi. Onlar bilmirdilər ki, qızların hamısı bunu eləmək istəyir, bunu eləyə
bilmədikləri vaxtların olduğundan isə tamam bixəbər idilər. Onlar bu iĢi baĢqa cür təsəvvür