Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə56/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   52   53   54   55   56   57   58   59   ...   192

 

11



yorğun,  peĢəkar  madyanların  arasına  düĢmüĢ  cavan  ayğır  kimi  sadəlövh  və  coĢqun  bir  heyrət 

içərisində  seçib-seçələmədən  əxz  edir,  mənimsəyirdi,  əvəzində  isə  özü  də  bu  adsız,  saysız-

hesabsız kiĢilərin qurbanına çevrilirdi. 

Ancaq bütün bunlar hələ olmamıĢdı, xeyli sonralar olacaqdı. Pulu ovcunda bərk-bərk sıxıb 

piĢtaxtaya  yaxınlaĢdı.  Əmin  idi  ki,  kiĢilər  indi  susub  ona  baxırlar,  çünki  mətbəx  qapısının 

arxasında qəzəblə  cızıldayan tavanın  səsindən  baĢqa  heç  nə eĢitmirdi;  fikirləĢdi  O qız ordadır. 



Buna  görə  onu  görmürəm    Ehmalca  kətilin  üstünə  qalxdı.  Əmin  idi  ki,  indi  hamının  gözü 

ondadır.  Siqaret  vitrininin  arxasındakı  sarıĢın  qadın  ona  baxır,  restoran  sahibi  gözünü  ondan 

çəkmir və tənbəl tüstü burumu indi, yəqin ki, onun sifətinin önündə donub qalıb. Restoran sahibi 

sonra tək bircə kəlmə dedi. Co bildi ki, bu sözü deyərkən o, yerindən  tərpənmədi, heç siqaretinə 

də əl vurmadı. “Bobbi,” – restoran sahibi dedi. 

KiĢi adıdı. O bunu düĢünmədi. Bu, bir göz qırpımında, özü də birdən baĢ verdi: Qız yoxdu.  



Onun  yerinə  kişi  xeylağı  götürüblər.  Pul  da  havayı  getdi,  o  dediyi  kimi  Ona  elə  gəldi  ki,  indi 

dönüb  burdan  çıxa  bilməz;  çıxmaq  istəsə  də,  sarıĢın  qadın  onu  saxlayacaq.  Ona  elə  gəldi  ki, 

piĢtaxtanın  o  biri  baĢındakı  kiĢilər  də  bunu  baĢa  düĢür,  ona  gülürlər.  Və  eləcə  gözlərini  yerə 

dikib,  pulu  ovcunun  içində  möhkəm  sıxa-sıxa,  tərpənmədən  kətilə  yapıĢıb  qaldı.  Ġki  iri  əl 

piĢtaxtanın üstündə, onun gözləri önündə peyda olmayanacan ofisiant qızı görmədi. Yalnız onda 

ofisiant  qızın  paltarındakı  naxıĢları,  onun  önlüyünü  və  həmin  iki  iri,  sümüklü  əli  gördü; 

piĢtaxtanın  qırağına  qoyulan  bu  əllər  elə  tərpənməz  idi  ki,  elə  bil,  onlar  da  qızın  mətbəxdən 

gətirdiyi qablar kimi bir Ģey idi. “Qəhvə, bir də piroq”, –  Co dedi. 

Qızın səsi çox məyus, tamam anlamsız çıxdı. “Limonlu, Ģokoladlı, kakaolu”. 

Səsin  gəldiyi  hündürlüyə  nəzərən,  sanki,  bu  əllər  heç  cür  onun  ola  bilməzdi.  “Hə”,  –  Co 

dedi.  

Əllər  yerindən  tərpənmədi.  Heç  səsdə  də  heç  bir  dəyiĢiklik  olmadı.  “Limonlu,  Ģokoladlı, 



kakaolu. Hansından?” Kənardan baxanlara onlar, yəqin ki, qəribə görünürdülər. Qara, üstü ləkəli, 

yağlav,


 parıldayana qədər sürtülmüĢ piĢtaxtanın biri bu, digəri o tərəfində üz-üzə dayanmıĢdılar, 

bir  az  da,  ibadət  edənlərə  oxĢayırdılar:  tərtəmiz,  amma  səfil-sərgərdan    geyimli,  utancaqlıqdan 

simasına  nəsə  maddi  dünyaya  aid  olmayan,  günahsız  bir  ifadə  çökmüĢ  kəndçisifət  yeniyetmə 

oğlan  və  onun  önündə  məyus  halda,  intizar  içində  donub  qalmıĢ,  bapbalaca  bir  qız...  O  qədər 

balaca ki, sanki, ona da qeyri-maddi dünyanın həmin möhürü vurulmuĢdu. Qızın arıq, sivriləĢmiĢ 

sifəti  vardı.  Almacıq  sümüklərinin  ətrafında  dərisi  tarım  dartılmıĢdı,  gözlərinin  altına  qara 

dairələr çökmüĢdü. Yarıyumulu gözləri, elə bil, dibsiz idi,  heç iĢığı da əks etdirmirdi. Alt çənəsi 

o qədər sivri görünürdü ki, sanki, bu qədər diĢ ora heç cür sığa bilməzdi.  

“Kakaolu”,  –  Co  dedi.  Daha  doğrusu,  dili  dedi,  çünki  dərhal  da  bu  sözdən  imtina  etmək 

istədi.  Çünki  cəmi  on  sent  pulu  vardı.  Ancaq  o  pulu  ovcunun  içində  elə  möhkəm  sıxmıĢdı  ki, 




 

11



onun  on  sent  olduğunu  da  unutmuĢdu.  Pulu  sıxan  ovcu  tərlədi,  nəmləndi.  Əmin  idi  ki,  kiĢilər 

yenə də ona baxır, yenə də ona gülürlər. O, onların səsini eĢitmir, onlara tərəf baxmırdı. Amma 

bunun  məhz  belə  olduğuna  əmin  idi.  Əllər  piĢtaxtanın  üstündən  çəkildi.  Sonra  geri  qayıtdı, 

önünə  bir  boĢqab  və  fincan  qoyuldu.  Ġndi  o,  qıza  –  onun  sifətinə  baxırdı.  “Piroq  neçəyədi?”  – 

dedi. 

“Piroq  on  sentədir.”  Qız  piĢtaxtanın  arxasında,  onun  önündə  dayanmıĢdı,  əlləri  yenə  də 



qara  taxtanın  üstündəydi,  duruĢu  hələ  də  yalnız  yorğunluq  və  intizar  ifadə  edirdi.  Bir  dəfə  də 

olsun ona baxmadı. Co alçaqdan, ümidsiz bir səslə dedi: “Deyəsən, mən daha qəhvə istəmirəm”. 

Qız  bir  müddət  yerindən  tərpənmədi.  Sonra  iri  əl  piĢtaxtanın  üstündən  çəkildi,  qəhvə 

fincanını  götürdü;  əl  də,  qəhvə  də  yox  oldu.  Oğlan  da  baĢını  aĢağı  salıb  tərpənməz  qalmıĢdı, 

gözləyirdi.  Və  nəhayət,  eĢitdi.  Restoran  sahibinin  səsini  yox.  Siqaret  vitrininin  arxasında 

dayanmıĢ qadının səsini. 

– Nə olub? – həmin qadın dedi. 

– O, qəhvə istəmir, – ofisiant qız dedi. Onun səsi, danıĢığı get-gedə uzaqlaĢırdı, elə bil, sual 

onu yolda haqlamıĢdı. Bu səs həm də boğuq, sakit idi. SarıĢın qadın da sakit danıĢırdı. 

– Bəyəm o, əvvəldən qəhvə sifariĢ verməmiĢdi? – deyə o soruĢdu. 

–  Yox,  –  ofisiant  qız  hamar,  get-gedə  uzaqlaĢan,  aralanan  səslə  dedi.  –  Mən  düz  baĢa 

düĢməmiĢəm. 

Ordan  çıxanda,  siqaret  vitrininin  arxasındakı  qadının  buz  kimi  soyuq  sifətinin  yanından 

birtəhər, gözə dəymədən siviĢib keçmək istəyərkən bütün ruhu təhqir və qəzəbdən alıĢıb-yananda 

əmin idi ki, bir daha o ofisiant qızı  görmək istəməyəcək, heç görə bilməyəcək də. O qızı bir də 

görmək, yaxud o küçəyə, o çirkli qapıya uzaqdan da olsa, bir də göz atmaq üçün haçansa özündə 

güc  tapacağına  heç  cür  inana  bilmirdi;  amma  hələ  bunu  da  düĢünmürdü  Cavan  olmaq  çox 

dəhşətli  şeydi.  Çox  dəhşətli  şeydi.  Çox  dəhşətli  ġənbə  günləri  yaxınlaĢanda  Ģəhərə  getməkdən 

boyun  qaçırmaq  üçün  min  bir  səbəb,  bəhanə  axtarıb  tapmağa  çalıĢırdı,  Makiçern  isə  hələ  heç 

nədən  Ģübhələnmədən  ona  baxır,  göz  qoyurdu.  Co  günlərini  gərgin,  həddindən  artıq  gərgin 

iĢləməklə  keçirirdi;  Makiçern  ondakı  bu  dəyiĢikliyə  mat-məəttəl  qalmıĢdı.  Ancaq  səbəbini  heç 

cür anlaya, bundan nəsə  bir nəticə çıxara bilmirdi. ĠĢləmək ona qadağan edilməmiĢdi. Gərgin iĢ 

ona  gecələri  də  rahat  keçirməyə  imkan  verirdi,  çünki  o  qədər  möhkəm  yorulurdu  ki,  yatmaya 

bilmirdi.  Zaman  ötüb  keçdikcə  ümidsizlik,  qəzəb  və  xəcalət  hissi  korĢalır,  təsirini  itirirdi. 

Restoranda  baĢ  verənləri  yenə  tez-tez  xatırlayır,  təzədən  yaĢayırdı.  Amma  indi  onlar  səsi 

cığıldayan, kimin nə oxuduğu yalnız melodiyanın ritminə görə bilinən köhnə patefon valı kimi 

saralıb solmuĢdu. Nəhayət, Makiçern də vəziyyətlə barıĢmaq məcburiyyətində qaldı. Dedi: 

– Axır vaxtlar sənə çox fikir vermiĢəm. Heç nə baĢa düĢə bilmirəm; ya gərək öz gözlərimə 

inanmayam,  ya da elə biləm ki,  nəhayət, Allahın  sənin taleyinə  yazdıqlarını artıq qəbul etməyə 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə