12
0
də, qəfil rastlaĢdığımıza görə. ġənbə günü küçədə. Nə isə, hansı gün olduğunu unutmuĢam.
Yalnız siz çıxıb gedəndən sonra yadıma düĢdü.
Onun da səsi qızınkı kimi sakit idi.
– Bərk xəstəsiniz? Evdə dərman-zad yoxudu atasınız?
– Dərman atam... – Onun səsi qırıldı. Sonra dedi: – Bir iĢə bax. – Birdən dedi: – Artıq
gecdi. Siz hələ dörd mil yol getməlisiniz.
– Mən artıq o yolu gəlmiĢəm. Artıq burdayam. – Onun səsi sakit, yumĢaq, ümidsiz idi. –
Məncə, bir azdan gec olacaq, – o dedi. Sonra nəsə dəyiĢdi. Qız bu dəyiĢikliyi ona baxmadan, səsi
sərtləĢməmiĢdən qabaq hiss elədi: – Sizin nəyiniz xəstədir ki?
Qız dərhal cavab vermədi. Sonra baĢı aĢağı, yerindən tərpənmədən dedi:
– Sizin heç vaxt qız dostunuz olmayıb. And içərəm ki, olmayıb. – O cavab vermədi. –
Olmayıb, eləmi? – O, cavab vermədi. Qız onun üstünə yeridi. Ġlk dəfə ona toxundu. Əlini əlinə –
iki əli ilə, ehmalca. Yuxarıdan qıza baxarkən, o, aĢağı sallanmıĢ, sanki, boyun üzərində
anadangəlmə düz oturmayan baĢın siluetini gördü. Qız dili topuq vura-vura, kələ-kötür sözlərlə,
özünə məlum olan beĢ-üç kəlməylə hər Ģeyi ona izah etdi. Ancaq o, bütün bunları çoxdan
eĢitmiĢdi. Ġndi isə öldürülmüĢ qoyunun, bu xilaskar qurbanın yanından sürətlə ötüb geriyə – çay
kənarında oturduğu günə doğru qaçırdı; onda o, heç nədən inciməmiĢ, heç nəyə
təəccüblənməmiĢdi, daha çox qəzəblənmiĢdi. Qızın tutduğu əl birdən sərt hərəkətlə geri dartınıb,
ondan azad oldu. Qız bu əlin onu vuracağını güman etmirdi; əslində o əldən baĢqa Ģey
gözləyirdi. Amma bunun nəticəyə dəxli olmadı. Oğlan – fiqur, kölgə – qaranlıqda əriyib yox
olanda, qıza elə gəldi ki, o qaçır. Gözdən tamam itsə də onun addım səslərini hələ bir müddət
eĢidə bildi. Qız ordan dərhal çıxıb getmədi. Oğlan onu tərk etdiyi anda olduğu kimi hərəkətsiz,
baĢı aĢağı durub qaldı, elə bil, hələ də ona dəymiĢ Ģilləni gözləyirdi.
O qaçmırdı. Amma yeyin-yeyin, sürətlə gedirdi – burdan beĢ mil aralıdakı evə tərəf yox,
əks istiqamətə üz tutmuĢdu; pəncərəsindən atılıb qaçdığı otağa necə qayıdıb girəcəyi haqda hələ
də düĢünmürdü. Bir xeyli gedəndən sonra yoldan çıxdı, çəpərin üstündən tullanıb əkin tarlasına
düĢdü. Tarlada nəsə bitmiĢdi. Ondan sonra ağaclar, meĢə gəlirdi. MeĢəyə çatdı, özünü qalınqabıq
ağac gövdələrinin arasına, budaqlarla örtülmüĢ, dərin sükutu və kəskin iyi adamın nəfəsini kəsən
gözəgörünməz cəngəlliyə verdi. Sanki, qaranlıq mağaradaymıĢ kimi görünməzlik və bilinməzlik
içərisində birdən ona elə gəldi ki, ay iĢığında ağara-ağara getdikcə uzaqlaĢan bir dəstə yaraĢıqlı
güldan görür. Onların heç biri qüsursuz deyildi. Hamısının çatı vardı və bu çatlardan nəsə ölü
rəngli, çirkli maye axırdı. Ağaca toxundu, əllərilə onun gövdəsinə söykəndi, yenə də önündə ay
iĢığına bürünmüĢ güldan cərgəsi gördü. Onu qusmaq tutdu.
12
1
Növbəti bazar ertəsi axĢamınacan özünə kəndir tapdı. Yenə həmin tində durub gözləyirdi;
yenə xeyli tez gəlmiĢdi. Sonra qızı gördü. Qız düz onun yanına gəldi. “Elə bilirdim, burda
olmayassınız”, – dedi.
– Doğrudan? – Qızın əlindən tutub onu yola apardı.
– Hara gedirik? – qız soruĢdu. Heç nə demədi, qızı dartıb arxasınca apardı. Onunla
ayaqlaĢa bilmək üçün qız, az qala, yüyürmək məcburiyyətində qaldı. Heyvan kimi, amma
naĢıcasına yorğaladı; onu baĢqa heyvanlardan fərqləndirən əlamətləri – ayaqqabıları, paltarı,
bəstəboyluğu buna əngəl törədirdi. Qızı yoldan kənara, bir həftə əvvəl üstündən tullandığı
çəpərə sarı dartıb apardı. – Dayan... – qız dedi. Sözlər kəsik-kəsik çıxırdı. – Çəpər... Mən
burdan... necə... – Qız aĢağı əyilib, onun üstündən atlandığı tikanlı çəpər məftilinin altından
keçmək istəyəndə donu iliĢdi. O da aĢağı əyildi, donun iliĢən yerindən var gücüylə dartıb onu
cırıltıyla qopardı.
– Təzəsini alaram, – dedi. Qız heç nə demədi. Onu hansısa bitkilərin, Ģırımların arasıyla
ağaclığa, meĢəyə tərəf dartıĢdıran, aparan gücə təslim oldu.
Səliqəyə dolayıb bir həlqəyə yığdığı kəndiri çardaqda – öz otağında, missis Makiçernin
xırda pulları gizlətdiyi yerdə, sınıq-salxaq taxta lövhənin arxasında saxlayırdı; yalnız onu daha
dərində – missis Makiçernin əlinin çatmayacağı qədər dərində gizlətmiĢdi. Bu fikri də elə o
qadından əxz eləmiĢdi. Bəzən, qocalar aĢağıda öz otaqlarında yuxuda xoruldayarkən kəndiri
sakitcə ordan çıxaranda o bu ziddiyyət barədə düĢünürdü. Bəzən hətta bu sirrini qadına açmaq,
bu günah alətini ondan öyrəndiyi, ondan mənimsədiyi üsulla, onun saxlanc yerində necə
gizlətdiyini ona demək istəyirdi. Ancaq onu da bilirdi ki, açıb desə, qadının istədiyi yeganə Ģey
yenə ona kömək etmək olacaq; istəyəcək ki, o bu günahı iĢləməkdə davam eləsin; çünki yalnız o
halda bu günahın gizli qalmasında ona kömək edə, onun iĢinə yaraya bilərdi; bilirdi ki, qadın bu
barədə onunla o qədər pıçıldaĢacaq, o qədər göz-qaĢ edəcək ki, əvvəl-axır Makiçern istər-istəməz
bu iĢdən duyuq düĢəcək.
Beləcə, oğurluğa, qadının saxlancından xəlvətcə pul götürməyə baĢladı. Çox güman ki, onu
bu iĢə o qız təhrik etməmiĢdi, çünki qız onunla pul barədə danıĢmamıĢdı. Çox güman ki, o heç
kef üçün pul ödədiyini də baĢa düĢmürdü. Sadəcə, uzun illər boyu missis Makiçernin öz pulunu
bəlli bir yerdə gizlətdiyini gözləriylə görmüĢdü. Sonra özü də nəyisə gizlətməli olmuĢdu; çünki
gizlətmək məcburiyyətində idi. Onu bildiyi ən təhlükəsiz yerdə gizlətmiĢdi. Və hər dəfə kəndiri
ordan çıxaranda və ya qaytarıb yenə orda təkrar gizlədəndə gözü istər-istəməz miss Makiçernin
dəmir pul qutusuna sataĢmıĢdı.
Birinci dəfə əlli sent götürdü. Bir qədər tərəddüd etdi, bilmədi əllimi, yoxsa iyirmi beĢmi
götürsün. Axırda əlli sent götürdü, ona elə bu qədər lazım idi. Bu pula o, köhnə, üstünü milçək