10
8
Bəzən təklikdə olanda qadına açıb demək istəyirdi; əmin idi ki, bu qadın öz əlacsızlığı
ucbatından onun dediyini nə baĢqa cür yoza, nə də ona biganə qala biləcək; sadəcə, bir sirrə agah
olacaq və onu hökmən ərindən gizli saxlamağa məcbur qalacaq; çünki ərinin dərhal və
əvvəlcədən gözlənilən reaksiyası o xəbərin özünü elə ört-basdır edə və silə bilərdi ki, bir daha
onun üstünə qayıtmaq mümkün olmazdı. Yemək istəmədiyi halda ona xəlvətcə yedirtdiyi
yeməklərin əvəzini xəlvətcə ödəmək xatirinə o qadına xəlvətcə demək istəyirdi ki: “Qulaq as.
Ərin deyir ki, naĢükürün, kafirin birini saxlayıb böyüdüb. Bax indi bütün cəsarətini topla, get ona
kimi saxladığını, kimi əziyyət çəkib böyütdüyünü de. O öz damı altında, öz süfrəsinin çörəyi ilə,
əslində, bir zənci balasını saxlayıb böyüdüb”.
Qadın ona qarĢı həmiĢə mehriban olmuĢdu. Amansız, qəddar, hakim təbiətli kiĢi isə onun
özünü müəyyən tərzdə aparacağına və buna görə də müəyyən mükafat və ya cəza alacağına
güvənirdi; oğlan da kiĢiyə elə o cür, özünün müəyyən düz və yanlıĢ hərəkətlərinə onun müəyyən
tərzdə reaksiya verəcəyinə güvənə bilərdi. Məsələ qadında, onun ən adi, ən məsum hərəkətlərə
belə cüzi də olsa, Ģeytani çalar qatmasında, xəlvəti iĢlərə olan qadın marağında, qadın həvəsində
idi. Qadın onun çardaqdakı otağının divarında, sınıq-salxaq taxta lövhənin arxasında dəmir
qutuda pul gizlətmiĢdi. Bu, o qədər də çox pul deyildi və məlum idi ki, onu ərindən baĢqa heç
kimdən gizlətmir; hərçənd oğlana görə ər üçün bunun elə bir əhəmiyyəti yox idi. Özü üçün isə bu
heç zaman sirr olmamıĢdı. Hələ uĢaq vaxtlarında qadın onu özüylə birlikdə xəlvətcə, gizlənqaç
oynayan uĢaqlar kimi min bir ehtiyatla, oğrun-oğrun çardağa çıxarar və gətirdiyi, barmaqla
sayılan beĢ və ya on sentlik miskin (Allah bilir, hansısa, hətta dünyada heç kimin etiraz belə
etməyəcəyi, xırda bicliklərin, yalanların məhsulu olan) sikkələri öz gizlin saxlancına atardı; o isə
ciddi, yumru gözləri ilə, hətta dəyərini belə anlaya bilmədiyi bu dəmir pulların cingildəyərək o
qabın içərisinə necə düĢdüyünə tamaĢa edərdi. Qadın ona etibar edirdi və bu etibarını ona zorla
verdiyi yeməklər kimi zorla qəbul etdirməyə çalıĢırdı: birlikdə, bir-birinin yanında görülən hər
gizlin, xəlvəti iĢin özü bu etibar aktının təsdiqinə çevrilməliydi.
Məsələ nə onun nifrət etdiyi ağır iĢdə, nə də cəza və haqsızlıqlarda idi. Belə Ģeylərə o, hələ
onların ikisini də tanımamıĢdan qabaq öyrəĢmiĢdi. BaĢqa bir Ģey də gözləmirdi; belə Ģeylər onu
nə təəccübləndirir, nə də hirsləndirirdi. Məsələ qadında, onun yumĢaqlığında, mehribanlığında
idi; ona elə gəlirdi ki, ömrü boyu bunun qurbanı olaraq qalacaq – ən qəddar, amansız kiĢi
məhkəməsindən də çox məhz buna nifrət edirdi. “Bu qadın istəyir ki, mən ağlayım”, – əllərini
baĢının arxasına qoyub, əl-ayağı buz kimi qıc olmuĢ halda, ay iĢığı altında öz çarpayısında
uzanarkən düĢündü; kiĢinin israrlı donqultusunu, sanki, onun otağına qalxan pilləkənlərlə
göylərə ucalmaq istəyən səsini eĢitdi. “Ġstəyir ki, mən ağlayım. FikirləĢir ki, onda mən həmiĢəlik
onların əlində olacam”.
10
9
8
Səs salmadan, ehtiyatla kəndiri gizlətdiyi yerdən çıxardı. Ġç tərəfdən pəncərəyə bərkitmək
üçün onun bir ucuna əvvəlcədən ilgək vurmuĢdu. Artıq bir anın içindəcə ordan yerə düĢə, elə o
cür də geri qayıda bilərdi; indi, bir illik, bəlkə, ondan da çox təcrübə sayəsində həmin kəndirlə,
divara bircə dəfə belə toxunmadan, kölgəyəbənzər piĢik yüngüllüyü, piĢik cəldliyilə sürüĢüb yerə
düĢə bilirdi. BaĢını pəncərədən çıxardı, kəndirin açıq ucu xıĢıltıyla yerə düĢdü. Ay iĢığında
kəndir hörümçək torundan da nazik görünürdü. Sonra bir-birinə bağlanmıĢ ayaqqabılarını
arxadan kəmərinə keçirib, həmin kəndirlə cəld aĢağı sürüĢdü, Makiçernlərin yatdıqları otağın
pəncərəsi önündən bir anlıq kölgə kimi Ģığıyıb keçdi. Kəndir düz onların pəncərəsi önündən
aĢağı sallanırdı. Yerə düĢən kimi onu çəpinə bir kənara çəkib tarım bağladı. Sonra ay iĢığında
tövləyə tərəf getdi, samanlığa qalxıb, gizlətdiyi yerdən təzə kostyumu çıxardı. Kostyum səliqəylə
kağıza bükülmüĢdü. Kağızı açmamıĢ onun qatlarını əli ilə yoxladı. “Tapıb”, – fikirləĢdi. “Bilir”.
Sonra pıçıltıyla dedi: “Əclaf. OğraĢ”.
Qaranlıqda tələm-tələsik geyindi. Artıq gecikirdi, çünki düyə üstündəki dava-dalaĢdan
sonra onların haçan yuxuya gedəcəklərini gözləməli olmuĢdu, günah isə qadındaydı, hər Ģeyin
bitdiyi, ya da, ən azı, sabaha saxlandığı bir anda təzədən iĢə qarıĢmıĢdı. Bükülünün içində bir ağ
köynək və qalstuk da vardı. Qalstuku cibinə soxdu. Pencəyi ağ köynəyin üstündən elə geyindi ki,
ay iĢığında çox da seçilməsin. AĢağı düĢüb, tövlədən çıxdı. Dəfələrlə yuyulmaqdan yumĢalıb
əldən düĢmüĢ kombinezondan sonra təzə paltarda özünü rahat hiss etmirdi, elə bil, o, əyninə bir
qədər böyük, həm də qabaydı. Ay iĢığında ev qara, anlaĢılmaz, bir qədər də xəyanətkar bir Ģey
kimi görünürdü. Elə bil, canlı, heybətli və anlaĢılmaz bir məxluqa çevrilmiĢdi. Onun yanından
keçib, yola çıxdı. Cibindən bir dollarlıq saatını çıxardı. Onu üç gün əvvəl düyədən qazandığı
pula almıĢdı. Amma əvvəllər saatı olmadığı üçün qurmağı unutmuĢdu. Dəxli yox idi, saatsız da
bilirdi ki, xeyli gecikir.
Yol ay iĢığında ağacların arasıyla uzanıb gedirdi, budaqların kölgəsi yumĢaq toz üzərinə
düĢmüĢ qara ləkə kimi dolğun və aydın idi. Sürətlə addımlayırdı; ev xeyli arxada qalmıĢdı, indi
evdən baxsaydılar, onu görə bilməzdilər. Bir qədər irəlidə yol Ģoseyə çıxırdı. MaĢın hər dəqiqə
Ģütüyərək ordan ötüb keçə bilərdi, çünki qıza demiĢdi ki, əgər yolayrıcına vaxtında gəlib
çatmasa, onu birbaĢ məktəbdə, rəqs təĢkil edilən yerdə qarĢılayacaq. Ancaq maĢın görünmürdü,
Ģoseyə çıxandan sonra da heç nə eĢitmədi. Yol da, gecə də kimsəsiz idi. “Bəlkə də, artıq keçib
gedib”, – o düĢündü. ĠĢləməyən saatını təzədən cibindən çıxarıb baxdı. Saat ona görə iĢləmirdi
ki, onu qurmağa mane olmuĢdular. Qocaların ucbatından gecikirdi, məhz onlar saatı qurmağa
imkan verməmiĢdilər; buna görə də indi bilmirdi ki, gecikir, ya yox. Arxada – yolun qaranlıq
ucunda, artıq gözlə görünməyən evdə qadın, yəqin ki, çoxdan yuxuya getmiĢdi; niyə də