10
4
Balaca, alçaq bir kətildə, baĢını inəyin böyrünə əymiĢ halda otursa da, boyca kiĢidən geri
qalmadığı aydın sezilirdi. Amma Makiçern bunu görmürdü. Gördüyü bir Ģey vardısa, o da on iki
il bundan qabaq, bir dekabr səhəri arabada yanında ürkək, donmuĢ və laqeyd halda itatəkarcasına
oturmuĢ olan beĢ yaĢlı körpə uĢaq idi. “Mən sənin düyəni görmürəm”, – Makiçern dedi. Co
cavab vermədi. O, badyaya, ĢırhaĢır axan süd Ģırnağına sarı əyilmiĢdi. Makiçern arxa tərəfdə
oğlanın baĢı üzərində dayanıb, yuxarıdan-aĢağı ona baxırdı.
– Deyirəm ki, sənin düyən ortalıqda görünmür.
–
Bilirəm, – Co dedi. – Yəqin çay kənarındadı. Bir halda ki, o mənimdi, ona özüm
baxmalıyam.
–
Aha, – Makiçern dedi. Amma səsini qaldırmadı. – Əlli dollarlıq bir düyə gecənin bu
vaxtında çay kənarında qala bilməz.
–
Ġtsə, ziyan mənə dəyəcək, – Co dedi. – Axı o mənim düyəm idi.
–
Ġdi? – Makiçern təkrar soruĢdu. – Deyirsən ki, inək sənin
idi?
Co baĢını qaldırmadı. Süd Ģırnağı sakit bir Ģırıltıyla onun barmaqlarının arasından badyaya
tökülürdü. Arxa tərəfində Makiçernin ordan aralandığını eĢitdi. Amma inəyi sağıb qurtaranacan
dönüb arxasına baxmadı. Yalnız iĢini qurtarandan sonra dönüb arxa tərəfə baxdı. Makiçern
qapının ağzında taxta məhəccərin üstündə oturmuĢdu.
– Sən əvvəlcə südü evə apar, – o dedi.
Co yerindən qalxdı; badya əlində yellənirdi. Ġnadlı, amma sakit bir səslə dedi:
– Sabah onu taparam.
– Əvvəlcə südü evə apar, – Makiçern təkrar etdi. – Mən səni burda gözləyəcəm.
Co bir saniyə də yerində dayanıb qaldı. Sonra geri döndü. Tövlədən çıxıb mətbəxə
yollandı. Əlindəki badyanı masanın üstünə qoyanda missis Makiçern gəlib çıxdı.
– ġam yeməyi hazırdı, – o dedi. – Mister Makiçern evdədir?
Co qapıya sarı döndü.
– Ġndi gələr, – dedi. Qadının ona baxdığını hiss etdi.
Qadın narahatlıq içərisində, cəsarətsiz halda dedi:
– Sən də onacan yuyunarsan.
– Ġndi gəlirik. – O, tövləyə qayıtdı. Missis Makiçern qapıya çıxıb onun ardınca baxdı. Hava
hələ tamam qaralmamıĢdı və o, tövlənin qapısı ağzında ərinin profilini gördü. Amma onu
çağırmadı. Sadəcə, dayanıb iki kiĢinin qarĢı-qarĢıya dayandığına baxırdı. Onların nə danıĢdığını
eĢidə bilməzdi.
– Deməli, deyirsən ki, o, indi çay kənarında olar, eləmi? – Makiçern soruĢdu.
–
Mən dedim ki, orda ola bilər. Otlaqda nə çox yer...
–
Aha, – Makiçern dedi. Hər ikisi sakit danıĢırdı. – Səncə, o, indi harda ola bilər?
10
5
–
Bilmirəm. Mən ki, düyə deyiləm. Bilmirəm o, harda ola bilər.
Makiçern getdi.
– Gedək, baxaq, – dedi. Co da onun arxasınca otlağa çıxdı. Çayacan milin dörddə biri
qədər yol vardı. Sahil boyu sıralanmıĢ ağac topalarının qaranlığında arabir iĢıldaquĢlar parlayıb-
sönürdü. Ağacların tuĢuna çatdılar. Onların gövdələri hətta gündüzlər belə keçilməz olan
bataqlıq çəngəlliyində zorla nəfəs alırdı. – Hayla onu, – Makiçern dedi. Co dinmədi. Yerindən
tərpənmədi. Üz-üzə dayanmıĢdılar.
– Düyə ki mənimdi, – axır ki, dedi, – siz onu körpəykən mənə vermiĢdiniz. Onu mən
böyütmüĢəm, mənim mülkiyyətimə vermiĢdiniz.
– Bəli, – Makiçern dedi. – VermiĢdim. Əmlaka, mülkiyyətə sahib olmaq məsuliyyətini sənə
öyrətmək üçün vermiĢdim. Sahibkarın, Allahın rizası ilə sahib olduğu mal-mülk üçün məsuliyyət
daĢıdığını, tədbirli olmağı, onu çoxaltmağı sənə öyrətmək üçün vermiĢdim. Hayla onu.
Hələ də üz-üzə dayanmıĢdılar. Bəlkə də, bir-birinə baxırdılar. Sonra Co çevrilib, bataqlığın
kənarı ilə irəli getdi, Makiçern də onun arxasınca yollandı.
– Niyə onu haylamırsan? – o dedi. Co cavab vermədi. Sanki o, çaya, bataqlığa baxmırdı.
Əksinə, gözü ev tərəfdə, tənha iĢıq gələn tərəfdəydi, hərdənbir isə dönüb, gəldikləri yolu
ölçürmüĢ kimi, kiĢiyə baxırdı. Sürətlə getmirdilər, amma tezliklə otlağın sərhədini bildirən
hasarın önünə gəlib çıxdılar. Artıq tamam qaranlıq çökmüĢdü. Hasara çatanda Co geri döndü.
Ġndi onlar bir-birinə baxırdı. Yenə də üz-üzə dayanmıĢdılar. Sonra Makiçern dedi:
– Düyəni neyləmisən?
– SatmıĢam, – Co dedi.
– Aha. Deməli, sən onu satmısan. Əvəzində nə almısan, bunu mənə deyə bilərsən?
Artıq bir-birilərinin sifətini seçə bilmirdilər. Onlar, demək olar ki, eyni boylu iki kölgə
kimiydilər, sadəcə, Makiçern daha enliydi. Köynəyinin yuxarısında ağ ləkə kimi görünən baĢı
VətəndaĢ müharibəsi abidələrindəki mərmər top mərmilərini xatırladırdı.
– O düyə mənim öz malım idi, – Co dedi. – Əgər mənim deyildisə, onda niyə belə
deyirdiniz? Onu mənə niyə vermiĢdiniz?
– Tamamilə haqlısan. O sənin idi, sənin Ģəxsi malın idi. Hələ ki onu satmağına görə səni
danlamamıĢam, əlbəttə, əgər yaxĢı qiymətə satmısansa. Hətta əgər səni aldadıblarsa – on səkkiz
yaĢlı oğlana qarĢı, çox güman ki, elə belə də ediblər – yenə də mən səni buna görə tənbeh
etmərəm. Hərçənd, həyatı səndən daha yaxĢı bilən böyüklərlə bunu məsləhətləĢməliydin. Ancaq
sən də çox Ģeyi mənim kimi özün öyrənməlisən. Mən indi səndən yalnız bunu soruĢuram: pulu
hara qoymusan? – Co cavab vermədi. Onlar qarĢı-qarĢıya durmuĢdular. – Bəlkə, onu saxlamaq
üçün analığına vermisən?