Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə48/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   44   45   46   47   48   49   50   51   ...   192

 

98 


“Yox”, – oğlan dedi. – Səsi xeyli zəif idi, sifəti ağappaq ağarmıĢdı. 

“Götür  kitabı,”  –  Makiçern  onu  oğlanın  əlinin  içinə  qoyub  dedi.  Missis  Makiçern 

pəncərədə göründü, o yenə  evdən bayıra çıxmıĢdı. Ġndi o, uzun, bozarmıĢ don geyinmiĢ, baĢına 

həsir  Ģlyapa  qoymuĢdu,  əlində  sidr  ağacından  badya  var  idi.  Onlara  sarı  baxmadan  pəncərənin 

önündən keçdi və gözdən itdi. Bir qədər sonra bu ibadət günün səssizliyində quyu çarxının dinc 

və  qəribə,  uzun  cırıltısı  eĢidildi.  Sonra  o,  badyanın  ağırlığından  qaməti  əyilmiĢ  halda  yenidən 

gəlib pəncərənin önündən keçdi, tövləyə tərəf baxmadan evə girib gözdən itdi. 

Düz  bir  saat  sonra  Makiçern  gözünü  saatdan  çəkdi.  “Öyrəndin?”  –  deyə  soruĢdu.  Oğlan 

cavab  vermədi,  yerindən  qımıldanmadı.  Makiçern  ona  yaxınlaĢanda  gördü  ki,  oğlan, 

ümumiyyətlə, səhifəyə baxmır, onun gözləri tamam dayanıb və ağ vərəq kimi bomboĢdur. Kitabı 

onun əlindən almaq istəyəndə baĢa düĢdü ki, oğlan kəndir və yaxud dirək kimi ondan bərk-bərk 

yapıĢıb  buraxmır.  Kitabı  zorla  dartıb  onun  əlindən  alanda  o,  tirtap  yerə  aĢdı  və  bir  daha 

tərpənmədi. 

Ayılıb  özünə  gələndə  gün  batmaq  üzrəydi.  Çardaqda,  maili  damın  altındakı  otaqda  öz 

çarpayısında  uzanmıĢdı.  Ətrafda  sakitlik  hökm  sürürdü,  axĢam  toranı  içəri  dolmaqdaydı.  Ġndi 

halı yaxĢıydı, yatağında uzanıb sakitcə gözlərini baĢı üzərindəki çəp tavana zilləmiĢdi, buna görə 

də  kiminsə  yanında  oturduğunu  dərhal  hiss  eləmədi.  Bu,  Makiçern  idi.  Ġndi  o  da  bayır 

paltarındaydı – tarlaya geydiyi kombinezonda deyil, bozarmıĢ, tərtəmiz yaxalıqsız köynəkdə və 

bozarmıĢ, tərtəmiz xaki rəngli Ģalvardaydı. “Yatmamısan ki”, – o dedi. Əlini uzadıb, adyalı onun 

üstündən kənara çəkdi. “Dur”, – dedi. 

Oğlan yerindən tərpənmədi. “Siz məni yenə döyəcəksiniz?” 

“Dur, – Makiçern dedi. – Qalx”. Oğlan çarpayıdan düĢdü, ayaq üstə durdu – xaĢa kimi enli 

çit alt paltarında lap arıq görünürdü. Makiçern də yör-yöndəmsiz, ağır-ağır yerindən tərpəndi, elə 

bil, əzələləri əl-qolunu bağlamıĢdı, ən adi bir hərəkət üçün hədsiz güc sərf etməli olurdu; oğlan 

uĢaq  marağı  ilə,  amma  təəccüblənib-eləmədən  onun  necə  yavaĢ-yavaĢ,  necə  ağır-ağır  dizi  üstə 

çökdüyünə  tamaĢa  edirdi.  “Diz  çök”,  –  Makiçern  dedi.  Oğlan  çökdü;  ikisi  də  –    əllə  kəsilib 

qısaldılmıĢ alt paltarındakı oğlan da, Ģübhə və mərhəmətin nə olduğunu bilməyən qəddar kiĢi də 

dar alaqaranlıq otaqda diz çökmüĢdülər. Makiçern dua etməyə baĢladı. O, yeknəsəq, usandırıcı, 

yuxuladıcı bir səslə uzun-uzadı dua etdi. Allahdan dilədi ki, bu dəfə bazar günü kilsə ibadətinə 

gedə bilməməyinin və Allaha əziz olan yetim bir uĢağa əl qaldırmağının günahını ona bağıĢlasın. 

Sonra  dilədi  ki,  uĢağın  inadkar  qəlbi  yumĢalsın  və    böyük  sözünü  dinləmədiyinin  günahını  – 

nifrət etdiyi,  sözünü eĢitmədiyi  adamın  vəkaləti  ilə – ona  bağıĢlansın  və Cənabı  Haqdan onun 

özü kimi comərd olmasını, mərhəmət və iltifat göstərməsini istədi. 

Duasını  oxuyub  qurtardı,  sonra  zorla,  ağır-ağır  ayağa  qalxdı.  Oğlan  dizi  üstə  qaldı. 

Ümumiyyətlə,  yerindən tərpənmədi.  Ancaq gözləri açıq (sifətini  bir dəfə də olsun  nə gizlətmiĢ, 



 

99 


nə  də  aĢağı  salmıĢdı),  sifəti  isə  tamam  sakit  idi:  sakit,  dinc,  tamamilə  ifadəsiz.  KiĢinin  masada 

nəyisə  qurdaladığını  eĢitdi,  çıraq  onun  üstündəydi.  Kibrit  dənəsi  cızz  eləyib  alıĢdı.  Alov  ĢüĢə 

Ģarın  altındakı  plitə  ilə  bərabərləĢdi,  kiĢinin  çıraq  ĢüĢəsini  tutan  əli,  sanki,  qana  bulaĢmıĢdı. 

Kölgələr  ora-bura  sayrıĢıb  sonra  sakitləĢdi.  Makiçern  masanın  üstündən,  çırağın  yanından  nəsə 

götürdü – katexizis idi. Oğlana tərəf döndü: almacıqlar üzərində qranit qaya çıxıntısına bənzəyən 

burun, eynək ĢüĢələrilə örtülmüĢ göz yuvacıqlarının kənarlarına qədər tük basmıĢ sifət. 

“Götür kitabı”, – o dedi. 

 

Bu  hadisə  bazar  günü,  səhər  yeməyindən  əvvəl  baĢlamıĢdı.  Eləcə  bütün  günü    yemək 



yeməmiĢdi;  amma  nə  o,  nə  də  Makiçern  bir  dəfə  də  olsun  yemək  haqqında  düĢünməmiĢdilər. 

Makiçern  də    heç  nə  yeməmiĢdi,  hərçənd,  stolun  baĢına  keçib  qida  və  qidalanmağın  zəruriliyi 

barədə üzr duası oxumuĢdu. Naharı da oğlan  əsəb sarsıntısından yatıb qaldığı üçün buraxmıĢdı. 

ġam vaxtı isə nə o, nə də bu yemək barədə düĢünürdü. Oğlan hətta ona nə olduğunu, özünü nə 

üçün bu cür zəif,  süst hiss etdiyini də baĢa düĢmürdü. 

Ġndi çarpayıda uzanarkən yalnız bunları hiss edirdi. Çıraq yanırdı; amma ona elə gəldi ki, 

baĢını  yana  döndərsə,  ikisinin  də  –  özünün  də,  kiĢinin  də  çarpayının  böyründə  diz  üstə 

çökdüyünü,  ya  da,  ən  azı,  iki  cüt  dizin  xalı  üzərində  açdığı  və  içərisi  maddi  heç  nəylə 

doldurulmamıĢ çalacıqları görəcək. Elə bil, hava özü də hələ yuxulu adam donqultusuna bənzər o 

yeknəsəq səslə doluydu – o, elə hey danıĢır, yalvarır, kimləsə, xalça üzərində hətta Ģəffaf iz belə 

buraxa bilməyən birisilə höcətləĢirdi. 

Beləcə,  o, arxası üstə, əllərini sinəsində çarpazlayıb, qəbirüstü daĢ heykəl kimi yatağında 

uzanmıĢdı, birdən yenə dar nərdivanda kiminsə addımlarının səsini eĢitdi. KiĢi addımları deyildi:  

Makiçernin  axĢam  toranında  arabada  kilsəyə  –  presviterian  kilsəsinə  deyil,  yaxınlıqda,  üç  mil 

aralıda yerləĢən kilsəyə – səhərki hadisələr üçün üzr duası oxumağa getdiyini çoxdan eĢitmiĢdi. 

BaĢını  çevirmədən  missis  Makiçernin  pilləkənlə  necə  ağır-ağır,  hıqqına-hıqqına  yuxarı 

qalxdığına qulaq verdi. Sonra çarpayısına yaxınlaĢdığını hiss etdi. Ona tərəf baxmırdı, amma çox  

keçmədən qadının kölgəsi qarĢıdakı divara düĢdü, göründü və o, missis Makiçernin əlində  nəsə 

gətirdiyini gördü. Məcməyi idi, içində yemək vardı. Qadın məcməyini çarpayının üstünə qoydu. 

O  isə  bir  dəfə  də  olsun  qadına  tərəf  baxmadı.  Yerindən  tərpənmədi.  “Co”,  –  qadın  dedi.  O 

tərpənmədi. “Co”, – qadın yenə dedi. Oğlanın gözlərinin açıq olduğunu gördü. Amma əlini ona 

toxundurmadı. 

– Mən ac deyiləm, – oğlan dedi. 

Missis  Makiçern  yerindən tərpənmədi. Əlini önlüyünün altına soxub durmuĢdu. Elə  bil, o 

da ona baxmırdı. Elə bil, üzünü çarpayının üstündən divara tutmuĢdu. “Bilirəm nə fikirləĢirsən. 

Yox.  Sənə  yemək  gətirməyi  o  deməyib.  Özüm  bu  barədə  fikirləĢdim.  Onun  xəbəri  yoxdu.  Bu 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə