Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə45/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   41   42   43   44   45   46   47   48   ...   192

 

92 


Sonra  o,  evdəydi.  Bəlkə  də,  evə  qayıdan  kimi  onu  cəzalandıracaqlarını  gözləyirdi;  hansı 

cinayətə  görə  –  bunu  heç  öyrənmək  niyyətində  də  deyildi,  zira  çoxdan  əxz  etmiĢdi  ki,  uĢaqlar 

böyükləri böyük kimi qəbul edə bilsələr də, böyüklər uĢaqları böyük kimi qəbul etməkdən baĢqa 

heç  nəyə  qabil  deyillər.  O    artıq  diĢ  məcunu  əhvalatını  unutmuĢdu.  Bir  ay  bundan  əvvəl  hər 

dəqiqə  özünü  diyetçı  tibb  bacısının  gözünə  soxmağa  çalıĢdığı  kimi,  indi  ondan  qaçmağa,  onun 

gözünə  görünməməyə  çalıĢırdı.  Bu  iĢə  o  qədər  aludə  olmuĢdu  ki,  səbəbi  tamam  yadından 

çıxmıĢdı və tezliklə o gecəki səfəri də unutdu; zira bu iki hadisənin bir-birilə əlaqəli olduğunu o, 

heç  vaxt  bilməyəcəkdi.  O  gecəki  səfəri  arabir  dumanlı,  qarmaqarıĢıq    xatırlayırdı.  Və  bu 

təsadüfən qazanxananın qapısına baxanda, həmiĢə orda oturub ona göz qoyan, indi isə həmiĢəlik 

və  bu  evi  tərk  edənlərin  adətinə  uyğun  olaraq  heç  bir  iz  qoymadan,  hətta    hörmə  kətili  belə 

qapının ağzında saxlamadan yox olan kiĢini yadına salanda olurdu. Bu adamın hara yox olduğu 

da onu maraqlandırmırdı, bu heç onun ağlına da gəlmirdi. 

Bir axĢam onlar sinfə girib onu ordan çıxardılar. Ġki cavan qız – diyetaçı tibb bacısı onların 

arasında yox idi – onu hamama apardılar, çimizdirdilər, əyninə təmiz kombinezon geyindirdilər, 

yaĢ  saçlarını  yaxĢı-yaxĢı  daradılar,  sonra  isə  müdirənin  kabinetinə  gətirdilər.  Orda  bir  kiĢi 

oturmuĢdu,  yad  idi. O,  bu kiĢiyə  baxan kimi,  müdirə ağzını açmağa  macal tapmamıĢ  hər Ģeyi 

baĢa düĢdü. Bəlkə də, yaddaĢ bilirdi, bilgi xatırlamağa baĢlamıĢdı; bəlkə də, arzusu dilə gəlmiĢdi; 

zira hər əlacsızlıqda bir ümid  görməyi öyrənmək üçün beĢ yaĢ hələ çox az idi. Bəlkə də o, dərhal 

qatardakı səfəri və yeməyi xatırladı, çünki hətta yaddaĢ da bundan uzağa gedə bilməzdi. “Cozef, 

– müdirə dedi, – sən kəndə getmək, orda yaxĢı adamlarla bir yerdə yaĢamaq istərdinmi?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

Əynində

 

təzə  kombinzon,  qulaqları,  sifəti  ucuz  sabunla  yuyulmuĢ,  qaba  əl-üz  dəsmalı  ilə 



sürtülməkdən qıpqırmızı qızarmıĢ halda, od tutub yana-yana dayanıb yad adama qulaq asırdı. O 

adama  bircə  dəfə  baxdı  və  qarĢısında  qalın  qəhvəyi  saqqallı,  saçları  çoxdan  olmasa  da  qısa 

kəsilmiĢ, iri, cantaraq bir kiĢi gördü. Saqqal da, saçlar da cod, gur idi, onlarda bir dənə də olsun, 

ağ tük görünmürdü, sanki,  sifətinə  yazılmıĢ qırxdan çox  yaĢın onlara  heç  bir təsiri olmamıĢdı. 

Açıq rəngli, soyuq gözləri  vardı. Tünd-qara rəngli, zabitəli kostyum geyinmiĢdi. Qara  Ģlyapası 

dizinin  üstündəydi,  təmiz  kor-kobud  əl  onu,  bu  yumĢaq  parçanı  belə  ovcunun  içində  bərk-bərk 

sıxaraq  tutub  saxlamıĢdı.  Jiletinin  üstündən  ağır,  gümüĢü  saat  zənciri  sallanırdı.  Ġri,  qara 

ayaqqabıları döĢəmənin üstündə yan-yana dayanmıĢdı; onları əllə sürtüb parıldatmıĢdılar. Hətta 

beĢ  yaĢında uĢaq  belə,  baxan kimi  bu adamın tütün çəkmədiyini  və  baĢqalarının da çəkməsinə 

dözmədiyini dərhal anlayardı. Ancaq uĢaq ona baxmırdı – gözlərindən çəkinirdi. 

Lakin bu adamın soyuq, iti, qəsdən  olmasa da, zəhmli baxıĢını öz üzərində hiss edirdi. Bu 

cür  baxıĢla  o,  bir  atı,  yaxud  iĢlənmiĢ  bir  kotanı  yoxlaya  bilərdi,  çünki  onu  hökmən  alacağını, 

buna  görə  də    onda  bir  qüsur  tapacağını  hökmən  əvvəlcədən  bilirdi.  Səsi  ağır,  hökmlü  və 

ləngərliydi və o, dediklərinə diqqətlə, heç olmasa, dinməzcə qulaq asılmasını tələb edən adamın 




 

93 


səsinə  bənzəyirdi.  “Deməli,  siz onun  əsli-kökü barədə  ya  bundan artıq  heç  nə  deyə  bilmirsiniz, 

ya da demək istəmirsiniz”. 

Müdirə ona baxmadı. Onun eynək ĢüĢələrinin arxasından baxan gözləri həlməĢik yeməyin  

suyu kimi bulanıq idi – ən azı,  bu anda. Dərhal, hətta həddindən artıq tez cavab verdi: 

– Biz burda uĢaqların əslini, kökünü axtarmaqla məĢğul olmuruq. Əvvəl də dediyim kimi, 

onu beĢ il iki həftə bundan qabaq yeni il gecəsində, pilləkənlərin üstündə tapıblar. Əgər əsil-kök 

sizin üçün bu qədər vacibdirsə, onda, ümumiyyətlə, övladlığa uĢaq götürməsəniz yaxĢıdır. 

– Mən o cür demək istəmirdim, – yad adam etiraz etdi. Ġndi onun səsi azca yumĢalmıĢdı. 

Öz əqidəsindən bir misqal da olsun, geri çəkilmədən bir andaca üzrxahlıq etməyi bacardı. – Elə 

bilirəm, miss Atkinsonla da (diyetaçı tibb bacısının soyadı beləydi) söhbət eləməliyəm, çünki bu 

barədə Ģəxsən onunla yazıĢmıĢam. 

Müdirə  yenə  də  ona  soyuq,  bir  an  belə  gecikmədən,  az  qala  o,  sözünü  bitirməyə  macal 

tapmamıĢ cavab verdi: 

– Mən həm bu uĢaq, həm də bizim digər uĢaqlar barədə sizə, yəqin ki, miss Atkinsondan az 

məlumat  vermərəm,  çünki  miss  Atkinsonun  burda  rəsmi  vəzifəsi  yalnız  mətbəx  və  yeməkxana 

iĢlərilə məhdudlaĢır. Sadəcə, elə alındı ki, bu məsələylə bağlı sizinlə yazıĢmalarımızda katibəlik 

etməyə o özü məmnuniyyətlə razılıq verdi. 

– Bunun elə bir əhəmiyyəti yoxdu, – yad adam dedi. – Elə bir əhəmiyyəti yoxdu. Sadəcə, 

fikirləĢirdim ki... 

–  Nə  fikirləĢirdiniz?  Biz  heç  kimi  bizdən  uĢaq  götürüb  saxlamağa  məcbur  etmirik,  elə 

uĢaqları da öz iradələrinin əksinə olaraq – əgər bunun üçün ciddi dəlilləri varsa – harasa getməyə 

zorla  məcbur eləmirik. Bu, elə  bir  məsələdir ki, tərəflər onu öz aralarında  həll etməlidirlər. Biz 

yalnız məsləhət görürük. 

–  Hə,  hə,  –  yad  adam  dedi.  –  Yenə  də  deyirəm,  bunun  elə  bir  əhəmiyyəti  yoxdu.  ġübhə 

etmirəm ki, bu körpə bizə öyrəĢəcək. O mənim və missis Makiçernin Ģəxsində özü üçün yaxĢı bir 

ailə tapacaq. Biz artıq o qədər də cavan deyilik, sakit, dinc yaĢamağı xoĢlayırıq. O bizdə havayı 

yeyib,  avara  həyat  sürməyəcək.  ĠĢi  də  o  qədər  çox  olmayacaq,  özü  üçün  nə  qədər  faydalıdır,  o 

qədər  iĢləyəcək.  Heç  Ģübhəm  yoxdur  ki,  öz  mənĢəyinə  baxmayaraq  o,  bizim  yanımızda  Allah 

qorxusu altında, avaralığa, fani Ģeylərə qarĢı ikrah hissilə böyüyəcək. 

Beləliklə,  iki  ay  bundan  əvvəl  diĢ  məcunu  ilə  imzalanan  borc  öhdəliyinə,  axır  ki,  xitam 

verildi  və  o  öhdəliyi  hələ  də  xatırlamayan  borc  sahibi  indi  təmiz  at  çuluna  bürünmüĢ  halda, 

dekabr  ala-toranında  buz  bağlamıĢ  çala-çuxurlarla  irəliləyən  arabada  bapbalaca,  biçimsiz, 

tərpənməz bir əĢya kimi oturub qalmıĢdı. Bütün günü yol getdilər. Günorta kiĢi içərisində üç gün 

bundan  əvvəl  hazırlanmıĢ  kənd  xörəyi  olan  karton  qutunu  oturacağın  altından  çıxarıb  onu 

yedizdirdi.  UĢaqla  yalnız  indi  danıĢdı.  Qamçını  ovcunun  içində  sıxıb  saxladığı  əlcəkli  əliylə 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə