Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   17   18   19   20   21   22   23   24   25

18. XAÇ YÜRÜŞLƏRİ. 
QRANADA ƏMİRLİYİNİN SÜQUTU
Roma Papası Katolik kilsəsi Pravoslav kilsəsi indulgensiya inkvizisiya Qüds Səlahəddin
Əyyubi Əndəlüs Qranada əmirliyi
Xaç yürüşləri orta əsrlər tarixində mühüm yer tutur. Bu yürüşlərdə
katolik kilsəsinin böyük rolu olmuşdu. Xaç yürüşlərini tarixdə
«Səlib* yürüşləri» də adlandırırlar. Xaçlıların türk-müsəlman
ölkələrində kütləvi qırğınlara və dağıntılara yol açan səkkiz yürüşü
oldu. Avropada yeganə müsəlman dövlətinin varlığına da elə
səlibçilər son qoydular.
Xaç yürüşləri kimə qarşı yönəlmişdi? Bu yürüşlərin Avropa və
katolik kilsəsi üçün hansı nəticələri oldu?
Xristian kilsəsi
nə üçün
parçalandı?
Xristian kilsəsi XI—XIII əsrlərdə. Roma imperiyası parçalandıqdan sonra Qərbi
Avropada kilsənin başçısı Roma Papası, Şərq kilsəsinin başçısı isə Konstantinopol
patriarxı oldu. Kilsəyə başçılıq etmək və onun gəlirini bölüş - dürmək üstündə papa ilə
patriarx arasında mübarizə gedirdi. Bunun nəticəsi olaraq, 1054-cü ildə xristian kilsəsi
Qərb və Şərq kilsələrinə ayrıldı. Qərb kilsəsi katolik kilsəsi (yəni ümumdünya kilsəsi),
şərq kilsəsi isə pravoslav kilsəsi (yəni «həqiqi din» kilsəsi) adlanmağa başladı. Hər iki
kilsə müstəqil oldu.
Roma Papası ilə hökmdarlar arasında tez-tez münaqişələr baş verirdi. III İnnokentinin
zamanında papaların hökmranlığı özünün ən qüdrətli dövrünü keçirirdi. İngiltərə,
Polşa, İsveç və Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər. Katolik
kilsəsi Avropada ən böyük torpaq sahibi idi. Ruhaniləri və məbədləri saxlamaq üçün
əhalidən onda bir vergisi alınırdı. Din - darlar dini mərasimləri icra etmək üçün kilsəyə
haqq ödəyirdilər. Kilsədə günahların bağışlanması haqqında kilsə fərmanları —
indulgensiyalar — «cənnət qəbzləri» satılırdı.
Kilsə təlimini qəbul etməyənlər də var idi. Ruhanilər belə adamları bidətçi, yəni
dinindən dönən («dönük») adlandırırdılar. Bidətçi-ər onda bir vergisinə və bahalı kilsə
mərasimlərinə qarşı çıxırdılar.


Səlibçilər
yürüşlərinə
necə haqq
qazandırırdılar?
Bidətçilərə qarşı mübarizə aparmaq üçün kilsə məhkəməsi — inkvizisiya yaradılmışdı.
Xaç yürüşləri. Roma Papası 1095-ci ildə İsanın qəbrini kafirlərin (onlar müsəlmanları
belə adl andırırdılar) əlindən xilas etməyə çağırdı. Xristian rəvayətinə görə, İsa
Fələstindəki Qüds (Yerusəlim) şəhərində dəfn olunmuşdu. Şərqə yürüşlərin
iştirakçılarını xaçlılar (səlibçilər), yürüşləri isə Xaç (Səlib) yürüşləri adlandırmağa
başladılar.
Xaç yürüşlərində iştirak edən avropalıların hər təbəqəsinin öz məqsədi var idi.
Kəndlilər ağalarından yaxa qurtarmaq, dolanışıqlarını yaxşılaşdırmaq üçün çıxış yolunu
Şərqə yürüşdə görürdülər. Feodallar isə yeni torpaq mülkləri ələ keçirmək, Şərqin
zəngin şəhərlərini qarət etmək niyyətində idilər. Roma Papası isə Şərq ölkələrini
xristianlaşdırmaq, asılı hala salmaq istəyirdi.
XI—XIII əsrlərdə səlibçilər Şərqə səkkiz dəfə yürüş etdilər. İlk Xaç yürüşünə 1096-cı
ildə Qərbi Avropa kəndliləri başladılar. Onlar səlcuqlar tərəfindən darmadağın edildilər.
1096-cı ilin payızında Almaniya, Fransa və İtaliya cəngavərləri Şərqə doğru hərəkət
etdilər. Səlibçilər Qüdsdə müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törətdilər. Aralıq
dənizinin sahilləri boyunca, o cümlədən Suriya və Fələstində səlibçilər öz dövlətlərini
yaratdılar. Bu dövlətlərdən biri Qüds krallığı idi.
İkinci Səlib yürüşü uğursuz oldu. Misir hökmdarı Səlahəddin Əyyubi səlibçi qoşunlarını
məğlub edib, onları Qüdsdən qovdu. «Müqəddəs şəhəri» geri qaytarmaq məqsədilə
təşkil edilən üçüncü Səlib yürüşü də uğursuzluqla nəticələndi.
Dördüncü Səlib yürüşünə XII əsrin sonunda Papa III İnnokenti özü rəhbərlik edirdi. Bu
dəfə səlibçilər Fələstinə dəniz yolu ilə getmək qərarına gəldilər. Onlar «dəniz kraliçası»


Venesiyadan gəmilər kirayəyə götürdülər. Bu dövrdə Şərq ölkələri ilə ticarətdə
vasitəçilik etmək üçün Venesiya ilə Bizans arasında mübarizə gedirdi.


Venesiyalılar Bizansa zərbə vurmaq üçün səlibçilərə kömək etdilər. 1204-cü ildə
səlibçilər Konstantinopolu ələ keçirdilər. Müqəddəs Sofiya kilsəsi qarət edildi.
Səlibçilərin qarətçilik və işğalçılıq məqsədləri bu yürüşdə özünü daha qabarıq göstərdi.
Onlar 1261-ci ildə Konstantinopoldan qovuldular.
XIII əsrin sonlarında sonuncu — səkkizinci Xaç yürüşü oldu. Lakin Qərb feodalları işğal
etdikləri torpaqlardan tamamilə çıxarıldılar.
Xaç yürüşlərinin nəticələri. Səlib yürüşlərinin Avropa üçün bir sıra nəticələri oldu.
Aralıq dənizində ticarət daha da canlandı. Ticarətdə birincilik Şimali İtaliya şəhərlərinin
əlinə keçdi. İtaliya tacirlərinin Şərq ölkələrində ticarət məskənləri yarandı.
Avropalılar yel dəyirmanlarından istifadəni Şərqdən götürdülər. Onlar ipək parçalar
toxumağı və güzgü istehsalını öyrəndilər. Avropada çəltik, qarabaşaq, limon, ərik,
qarpız becərilməsinə başlanıldı. Onların qida məhsulları sırasına şəkər də daxil oldu.
Avropalılar kağız, barıt, kompas ilə tanış oldular. Səlib yürüşləri o dövrki katolik
kilsəsinin iç üzünü açıb göstərdi və Papa hakimiyyətinin nüfuzu sarsıldı.
Xaç yürüşləri Şərqdə böyük dağıntılara, inkişaf etmiş şəhərlərin, mədəniyyətin
tənəzzülünə səbəb oldu. Minlərlə türk-müsəlman əhali kütləvi surətdə qırılıb məhv
edildi, məscidlərə doldurulub yandırıldı. Xaç yürüşlərinə məruz qalmış Şərq ölkələri
bundan sonra uzun müddət özünə gələ bilmədi.
Xristian kilsəsinin Avropada müsəlmanlara qarşı Xaç yürüşü. Ərəb
İspaniyasında (müsəlmanlar buranı Əndəlüs adlandırırdılar) keçmiş Roma
əyalətlərinin sakinlərinin nəsilləri, vestqotlar, ərəblər, bərbəri ər və yəhudilər birgə
yaşayırdılar. Əndəlüsdəki müsəlman xilafətinin zəifləməsindən istifadə edən xristian
kilsəsi Pireney yarımadasının bütün xristian əhalisini müsəlmanlara qarşı qaldırdı.
Kordova xilafəti bir neçə müstəqil əmiriliyə parçalandı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə