UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
11
Qrupa məxsus olan və aktiv bazarda alınıb-satılan listinq subyekti olan səhmlər və geri alınan notlara
satılabilən investisiyalar kimi təsnifləşdirilir və ədalətli dəyərlə ölçülür. Həmçinin, Qrup aktiv bazarda
alınıb-satılmayan, lakin satılabilən maliyyə aktivləri və öhdəlikləri kimi təsnifləşdirilən və ədalətli
dəyərlə qeyd olunan (çünki Qrupun rəhbərliyi hesab edir ki, ədalətli dəyər düzgün şəkildə ölçülə
bilər) listinq subyekti olmayan investisiyalara sahibdir. Ədalətli dəyər qeyd edilmiş qaydada müəyyən
edilir (28 saylı Qeyd). Mənfəət və ya zərərdə tanınan müvvəqqəti olmayan dəyərsizləşmə zərəri,
effektiv faiz metodu ilə hesablanan faizlər, dividend gəliri və monetar aktivlər ilə bağlı xarici valyuta
əməliyyatları üzrə mənfəət və zərər istisna olmaqla, ədalətli dəyərin dəyişməsi üzrə yaranan gəlir və
zərər digər məcmu mənfəətdə tanınır və yenidən qiymətləndirilməsi üzrə ehtiyatda toplanır.
İnvestisiyanın silindiyi və ya dəyərsizləşdiyi halda investisiyaların yenidən qiymətləndirilməsi üzrə
ehtiyatda yığılmış məcmu gəlir və zərər mənfəət və zərər kimi yenidən təsnifləşdirilir.
Xarici valyutada olan monetar satılabilən aktivlər həmin valyutada müəyyən edilir və hesabat
dövrünün sonuna olan məzənnə ilə ifadə olunur. Mənfəət və zərərdə tanınmış xarici valyuta
əməliyyatları üzrə gəlir və zərər monetar aktivin amortizasiya olunmuş dəyəri əsasında müəyyən
edilir. Digər xarici valyuta əməliyyatları üzrə gəlir və zərər digər məcmu mənfəətdə tanınır.
Fəal bazarda qiyməti bəyan edilməmiş və ədalətli dəyəri düzgün ölçülə bilməyən satılabilən kapital
investisiyaları hər hesabat dövrünün sonunda müəyyən olunmuş hər hansı ehtimal olunan
dəyərsizləşmə zərəri çıxılmaqla ilkin dəyərlə ölçülür.
Kreditlər və debitor borcları
Sabit və ya müəyyən oluna bilən ödənişləri olan və fəal bazarda qiyməti bəyan edilməmiş ticarət
debitor borcları, kreditlər və digər debitor borcları “kreditlər və debitor borcları” kimi təsnif edilir. Kreditlər
və debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra
amortizasiya olunmuş dəyərdə ölçülür. Faiz gəliri, faizin tanınması cüzi əhəmiyyət kəsb etdiyi halda
qısa-müddətli debitor borcları istisna edilməklə, effektiv faiz dərəcəsini tətbiq etməklə uçotda tanınır.
Qiymətli kağızlar üzrə repo və əks-repo razılaşmaları və qiymətli kağızlar şəklində kredit
vermə əməliyyatları. Qrup, adi fəaliyyəti zamanı maliyyə aktivlərinin satışı və geri alışı (“repo”) ilə
bağlı, eləcə də maliyyə aktivlərinin alışı və geri satışına (“əks-repo”) dair razılaşmalar bağlayır. Repo
və əks-repo razılaşmaları Qrup tərəfindən xəzinənin idarə edilməsi üçün istifadə edilir.
Repo razılaşması, maliyyə aktivinin nağd vəsait və ya digər ödəniş müqabilində, eləcə də maliyyə
aktivlərinin gələcəkdə faizlə birgə ödənilmiş nağd vəsaitə və ya digər ödənişə bərabər məbləğlə
yenidən alınması üçün paralel öhdəliyin digər tərəfə ötürülməsidir. Belə razılaşmalar maliyyələşdirmə
əməliyyatları kimi uçota alınır. Repo razılaşması əsasında satılmış maliyyə aktivləri konsolidə edilmiş
maliyyə hesabatlarında qeyd edilir, belə razılaşmalara əsasən alınmış ödənişlər isə bankdakı depozit
alətləri çərçivəsində alınmış təminatlı depozitlər kimi uçota daxil edilir.
Əks-repo razılaşmaları əsasında alınmış aktivlər konsolidə edilmiş maliyyə hesabatlarında qiymətli
kağızlar və digər aktivlər ilə təmin edilmiş depozitlər kimi yerləşdirilmiş vəsaitlər olaraq qeyd edilir və
banklardan alınacaq vəsaitlər və/və ya müştərilərə verilmiş kreditlər üzrə təsnifləşdirilir.
Qrupun qiymətli kağızların yenidən alınması üzrə bağladığı razılaşmalara və apardığı qiymətli
kağızlar şəklində kredit vermə əməliyyatlarına əsasən Qrup adi bazar təcrübəsinə uyğun olaraq girov
alır və ya girovu ötürür. Azərbaycan Respublikasında və digər MDB ölkələrində repo əməliyyatlarının
standart şərtlərinə əsasən girovu qəbul edən tərəf, əməliyyat bitdikdə ekvivalent qiymətli kağızları
qaytarmaq şərtilə həmin girovu satmaq və ya təkrar girov qoymaq hüququna malikdir.
Qiymətli kağızların qarşı tərəflərə ötürülməsi yalnız mülkiyyət hüququ ilə bağlı risk və mükafatlar da
ötürüldüyü halda maliyyə vəziyyəti haqqında hesabatda əks olunur.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
12
Maliyyə aktivlərinin dəyərsizləşməsi
Maliyyə aktivlər dəyərsizləşmənin müəyyən edilməsi məqsədilə hər hesabat dövrünün sonunda
qiymətləndirilir. Maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə
nəticəsində investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığını isbat edən obyektiv sübut
yaranarsa, maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.
Listinq subyekti olan və olmayan satılabilən kimi təsnifləşdirilmiş kapital investisiyaları üçün təminatın
ədalətli dəyərinin onun öz dəyərindən əhəmiyyətli və ya uzun müddət davam edən azalması
dəyərsizləşmə üçün əsas ola bilər.
Bütün digər maliyyə aktivləri üçün, dəyərsizləşməni göstərən amillərə aşağıdakılar aid ola bilər
:
Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud
Əsas borc məbləği və ya faizlərin vaxtında ödənilməməsi və ya ödəmə öhdəliyinin yerinə
yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması; və ya
Borcalanın müflisliyə uğrayacağı və ya maliyyə strukturunun yenidən təşkil edəcəyi güman
olunduqda; yaxud da
Maliyyə çətinlikləri səbəbindən qeyd olunan maliyyə aktivinin təqdim edildiyi fəal bazar
məkanlarının yox olması.
Kreditlər və debitor borcları kimi müəyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda
dəyərsizləşməyəcəyi müəyyən edilən aktivlər, əlavə olaraq, dəyərsizləşmənin müəyyən olunması
məqsədilə kollektiv şəkildə təhlil edilir. Kreditlər və debitor borcları portfelinin dəyərsizləşdiyini
göstərən obyektiv sübutlara Qrupun ödənişlərin yığılması ilə bağlı keçmiş təcrübəsi, portfeldə vaxtı
gecikdirilən ödəmələrin sayının artması, eləcə də debitor borcu öhdəliyinin yerinə yetirilməməsi ilə
əlaqələndirilən yerli və ya ölkə iqtisadi şəraitlərində müşahidə olunan dəyişikliklər aid edilə bilər.
Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri halında, uçotda tanınmış ehtimal olunan
dəyərsizləşmə zərərinin məbləği aktivin balans dəyəri ilə maliyyə aktivinin ilkin effektiv faiz
dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyəri arasındakı
fərqdən ibarətdir.
İlkin dəyəri ilə qeyd edilən maliyyə aktivləri halında isə, ehtimal olunan dəyərsizləşmə zərərinin
məbləği aktivin balans dəyəri ilə bənzər maliyyə aktivləri üçün tətbiq olunan cari bazar gəlirlilik
norması dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri
arasındakı fərqlə ölçülür. Belə dəyərsizləşmə zərəri sonrakı dövrlərdə əvəzləşdirilmir.
Maliyyə aktivinin balans dəyəri, belə dəyərin ehtiyatlar hesabına azalmasını nəzərdə tutan kreditlər
və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal olunan
dəyərsizləşmə zərəri məbləğində azaldılır. Kreditlər və ya debitor borcu ümidsiz borc hesab
edildikdə, belə məbləğlər ehtiyatlar hesabına qarşı silinir. Əvvəllər silinmiş məbləğlərin daha sonra
qaytarılması ehtiyat hesabına kreditləşdirilir. Ehtiyatlar hesabının balans məbləğindəki dəyişikliklər
məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda tanınır.
Satılabilən maliyyə aktivlərinin dəyərsizləşməsi zamanı digər məcmu mənfəət üzrə tanınmış məcmu
gəlir və ya zərərlər dövr üzrə mənfəət və ya zərər şəklində yenidən təsnifləşdirilir.
Amortizasiya olunmuş dəyərlə ölçülən aktivlər halında, sonrakı dövrdə ehtimal olunan dəyərsizləşmə
zərəri azalarsa və bu azalmanın dəyərsizləşmənin uçotda tanındığı andan sonra baş vermiş hadisə
ilə obyektiv şəkildə əlaqələndirilə bilərsə, bundan qabaq uçotda tanınmış ehtimal olunan
dəyərsizləşmə zərəri mənfəət və ya zərər hesabına əvəzləşdirilir, bu şərtlə ki, dəyərsizləşmənin
əvəzləşdirildiyi tarixdə investisiyanın balans məbləği dəyərsizləşmə uçotda tanınmadığı təqdirdə
amortizasiya dəyərindən artıq olmasın.