Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

53 


 

Hesabat seqmentlərinə aid olan aktivlərin cəmi aktivlər ilə üzləşdirilməsi aşağıdakı cədvəldə göstərilir: 

 

 

31 dekabr  

2013-cü il 

 

31 dekabr  

2012-ci il 

 

 



 

 

Cəmi hesabat seqmenti aktivləri 



685,569 

 

515,964 

 

 



 

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinə verilmiş avanslar 



113 

 

1,884 



Təxirə salınmış mənfəət vergisi aktivləri 

2,260 


 

3,083 


Bina, avadanlıq və qeyri-maddi aktivlər 

48,186 


 

43,307 


Digər maliyyə aktivləri 

2,423 


 

710 


Digər aktivlər  

11,999 


 

13,411 


 

 

 



 

Cəmi konsolidə edilmiş aktivlər  

750,550 

 

578,359 

 

 

Düzəlişlərə aşağıdakılar aiddir:  



 

  Vergilər Nazirliyinə verilmiş avanslar, mənfəət vergiləri, digər aktivlər və digər maliyyə aktivləri rəhbərliyə 

daxili hesabat üçün hesabat seqmentləri üzrə bölüşdürülmür. 

  Binalar,  avadanlıqlar  və  qeyri-maddi  aktivlər  rəhbərliyə  hesabatların  hazırlanması  zamanı  hesabat 

seqmentləri üzrə bölüşdürülmür. 

 

Hesabat seqmentlərinə aid olan öhdəliklərin cəmi öhdəliklər ilə üzləşdirilməsi aşağıdakı cədvəldə göstərilir: 



 

 

31 dekabr 2013-

cü il 

  31 dekabr 2012-

ci il  

 

 



 

 

Cəmi hesabat seqmenti öhdəlikləri 



657,381 

 

522,714 

 

 



 

 

Digər maliyyə öhdəlikləri 



6,347 

 

1,816 



Təxirə salınmış vergi öhdəliyi 

521 


 

Cari mənfəət vergisi öhdəliyi 



5,241 

 



Digər öhdəliklər 

6,959 


 

2,236 


 

 

 



 

Cəmi konsolidə edilmiş öhdəliklər 

676,449 

 

526,766 

 

Düzəlişlərə aşağıdaklar aiddir:  



 

  Cari  mənfəət  vergisi  öhdəliyi,  digər  maliyyə  öhdəlikləri  və  digər  öhdəliklər  rəhbərliyə  hesabatların 

hazırlanması zamanı hesabat seqmentləri üzrə bölüşdürülmür. 

  Təxirə salınmış vergi öhdəliyi rəhbərliyə hesabatların hazırlanması zamanı hesablanmır. 

 

Qrupun  əməliyyatlarının  böyük  hissəsi  Azərbaycan  Respublikasında  həyata  keçirildiyinə  görə  o,  coğrafi 



seqmentlər haqqında məlumatı təqdim etmir.   

 

(f) Gəlirlərin məhsul və xidmətlər üzrə təhlili  



 

Qrupun gəlirlərinin məhsul və xidmətlər üzrə təhlili 19 saylı Qeyddə (faiz gəlirləri) və 20 saylı Qeyddə (haqq 

və komissiya gəlirləri) təqdim edilir. 

 

 



25.  MALİYYƏ RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ 

 

Qrup  daxilində  risklərin  idarə  edilməsi  funksiyası  maliyyə,  əməliyyat  və  hüquqi  risklər  ilə  əlaqədar  həyata 



keçirilir.  Maliyyə  risklərinə  bazar  riski  (o  cümlədən  xarici  valyuta,  faiz  dərəcəsi  və  digər  qiymət  riskləri), 

kredit  riski  və  likvidlik  riski  daxildir.  Maliyyə  risklərinin  idarə  edilməsi  funksiyasının  əsas  məqsədi  risk 

limitlərinin  müəyyən  edilməsi  və  bu  limitlərə  riayət  edilməsidir.  Əməliyyat  və  hüquqi  risklərin  idarə 

edilməsində  məqsəd,  bu  risklərin  azaldılması  üçün  nəzərdə  tutulan  daxili  qayda  və  prosedurlara  müvafiq 

qaydada riayət edilməsini təmin etməkdən ibarətdir. 

 

Qrup  maliyyə  riskləri,  o  cümlədən  kredit,  likvidlik,  bazar  və  əməliyyat  risklərinə  məruz  qalır.  Risklərlə 



üzləşmə Qrupun fəaliyyətinin ayrılmaz hissəsidir.  


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

54 


 

Risklərin  idarə  edilməsi  funksiyasının  məqsədi  risk  və  mənfəət  arasında  müvafiq  balansın  təmin  edilməsi 

və Qrupun maliyyə fəaliyyətinə mümkün mənfi təsiri azaltmaqdan ibarətdir. 

 

Riskləri idarəetmə sistemi   



 

Risklərin idarə edilməsi funksiyası Qrupun daxil nəzarət sisteminin ayrılmaz hissəsidir və mərkəzləşdirilmiş 

qaydada  həyata  keçirilir.  Qrupun  riskləri idarəetmə  siyasətinin  və  yanaşmalarının  məqsədi  Qrupun  məruz 

qaldığı  risklərin  müəyyənləşdirilməsi,  təhlil  edilməsi,  azaldılması  və  idarə  edilməsindən  ibarətdir.  Bu,  risk 

səviyyəsi  üzrə  müvafiq  limitlərin  və  nəzarət  mexanizmlərinin  yaradılması,  risk  səviyyələrinin  davamlı 

monitorinqi,  limitlər  və  prosedurlara  riayət  edilməsi  və  bununla  biznes  proseslərinin  düzgün 

formalaşdırılması vasitəsilə yerinə yetirilir. 

 

Risklərin  idarə  edilməsi  siyasəti  və  prosedurları  bazar  şərtləri,  təklif  olunan  məhsul  və  xidmətlərdə  baş 



verən  dəyişikliklərin  əks  etdirilməsi  və  “qabaqcıl  təcrübənin”  tətbiq  edilməsi  məqsədilə  müntəzəm  olaraq 

nəzərdən  keçirilir.  Qrup  risk  siyasətinin  bir  hissəsi  kimi  konservativ  nəzarət  mühitini  qoruyub  saxlamaq  və 

davamlı olaraq inkişaf etdirmək məqsədilə etibarlılıq, idarəetmə və peşə standartlarına xüsusi diqqət yetirir. 

 

Riskləri idarəetmə strukturu 



 

Riskləri  idarəetmə  siyasəti,  qiymətləndirmə,  təsdiqləmə,  monitorinq  və  nəzarət  mexanizmləri  Qrupun 

nəzdində  fəaliyyət  göstərən  bir  sıra  ixtisaslaşmış  bölmələr  tərəfindən  aparılır.  Bu  bölmələr,  həmçinin, 

Bankın törəmə lizinq müəssisəsinin riskləri idarəetmə siyasətinə və nəzarət mexanizmlərinə nəzarət edirlər. 

Qrup  Azərbaycan  qanunvericiliyinə,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  təlimatlarına  və  qabaqcıl 

təcrübəyə uyğun icra strukturları, komitələr və departamentlər yaratmışdır. 

 

Qrupun Müşahidə Şurası riskləri idarəetmə sisteminə nəzarət, əsas risklərin idarə edilməsinin monitorinqi, 



risklərin idarə edilməsi siyasəti, eləcə də bəzi əsas risk limitlərinin, o cümlədən böyük kredit riskləri, iqtisadi 

və  sənaye  sektoru  üzrə  risk  limitlərinin  təsdiqlənməsi  səlahiyyətlərinin  nəzərdən  keçirilməsi  və 

təsdiqlənməsinə  görə  ümumi  məsuliyyət  daşıyır.  Şura  həmçinin  İcraedici  Şura  və  Kredit  Komitəsinə 

müəyyən səlahiyyət səviyyələrini həvalə etmişdir.  

 

İcraedici  Şura,  Riskləri  İdarəetmə  Komitəsi,  Audit  Komitəsi  (“AK”),  Daxili  Audit  Departamenti,  Kredit 



Komitəsi  və  Aktiv  və  Passivlərin  İdarə  Edilməsi  Komitəsi  (“APİK”)  Müşahidə  Şurası  tərəfindən  yaradılır, 

təyin edilir və birbaşa ona hesabat verir.  

 

İcraedici Şura risklərin azaldılması tədbirlərinin həyata keçirilməsi və monitorinqinə görə məsuliyyət daşıyır 



və Qrupun müəyyən edilmiş risk parametrləri çərçivəsində fəaliyyət göstərməsini təmin edir. Risklərin idarə 

edilməsinə görə məsuliyyət daşıyan İcraedici Şuranın üzvü həmin Direktora hesabat verən Risklərin İdarə 

Edilməsi Departamenti ilə birlikdə risklərin idarə edilməsi üzrə ümumi funksiyalara görə məsuliyyət daşıyır 

və  maliyyə  və  qeyri-maliyyə  risklərinin  müəyyən  edilməsi,  ölçülməsi,  azaldılması,  idarə  edilməsi    və  bu 

risklərə dair hesabatın hazırlanması üzrə ümumi prinsiplərin və metodların tətbiq edilməsini təmin edir.  

 

Risklərin  İdarə  Edilməsi  Komitəsinə  risklərin  idarə  edilməsinə  görə  məsuliyyət  daşıyan  İcraedici  Şuranın 



üzvü  sədrlik  edir.  Bu  Komitə  risklərin  idarə  edilməsi  metodologiyalarının  hazırlanmasına  görə  məsuliyyət 

daşıyır  və  Qrupun  riskə  meylliliyini  strateji  və  biznes  planlarında  düzgün  əks  etdirilməsini  təmin  edir.  Bu, 

bütün  risk  yanaşmaları  və  prosedurları  üzrə  dəyişikliklərin  İcraedici  Şura  və  Müşahidə  Şurası  tərəfindən 

müzakirə  edilməsi  və  tövsiyələrin  verilməsi  üçün  vacib  forumdur.  Bu  forum  Qrupun  üzləşdiyi  bütün 

potensial risklərin Risklərin İdarə Edilməsi Departamenti, Kredit Komitəsi, APİK və İcraedici Şura tərəfindən 

nəzərdən keçirilməsini və bu məsələlərlə bağlı Müşahidə Şurasına hesabatların hazırlanmasını təmin edir. 

 

Audit  Komitəsi  Qrupun  daxili  nəzarət  sisteminin  nəzarət  və  monitorinqi,  eləcə  də  Qrupun  daxili  nəzarət 



sisteminin  ayrılmaz  hissəsi  olan  risklərin  idarə  edilməsi  siyasəti  və  prosedurlarının  adekvatlığının 

qiymətləndirilməsinə  görə  məsuliyyət  daşıyır.  Müstəqil  peşəkar  auditor  olan  Audit  Komitəsinin  Sədri  və 

digər  iki  Komitə  üzvü  iki  səhmdarın  nümayəndəsidir.  Audit  Komitəsinin  üzvləri  Qrupun  işçiləri  və  ya 

idarəetmə  strukturunun  tərkibində  ola  bilməzlər.  Onlar  daxili  nəzarət  sisteminin  inkişafına  dair  İcraedici 

Şura,  Risklərin  İdarə  Edilməsi  Komitəsi  və  Müşahidə  Şurasına  təkliflər  verir  və  risklərin  idarə  edilməsi 

funksiyasının keyfiyyətinə və müəyyən edilmiş siyasət, prosedurlar və limitlərə riayət edilməsi ilə bağlı rəy 

bildirirlər. Audit Komitəsi birbaşa ona hesabat verən Daxili Audit Departamentinin fəaliyyətinə nəzarət edir. 

Daxili  Audit  Departamentinin  iş  planları,  audit  yoxlamaları  və  hesabatları,  o  cümlədən  planlaşdırılmamış 

audit yoxlamalarının qrafiki Audit Komitəsi tərəfindən diqqətlə təhlil və təsdiq edilir.  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə