UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
57
- Yuxarıdakı limitlərdən aşağı olan kreditlər filial direktoru tərəfindən təhlil edilərək təsdiqlənir.
Müşahidə Şurası risklərin diversifikasiyasına nəzarət etmək və onu idarə etmək üçün ümumi kredit
limitlərini təsdiqləyir:
Portfel üzrə limitlər: korporativ kreditlər, fiziki şəxslərə verilmiş kreditlər və banklararası kreditlərin ümumi
portfelə faiz nisbəti;
Portfel üzrə limitlər: təminatlı və təminatsız kreditlərin ümumi portfelə və fiziki şəxslər üzrə kredit
portfelinə faiz nisbəti; və
İqtisadi sektor və məhsul üzrə risklərin korporativ və fiziki şəxslərin kredit portfellərinə faiz nisbəti.
İcraedici Şura həmçinin kredit limitlərini və risklər üzrə səlahiyyət səviyyəsini aşağıdakı qaydada təsdiqləyir:
Filiallar üzrə;
Təminatın növü və kreditin təminata nisbəti üzrə;
Fiziki şəxslərin səlahiyyəti üzrə.
31 dekabr 2013-cü il tarixinə kredit portfelinin iqtisadi sektorlar və məhsullar üzrə təhlili 5 saylı Qeyddə
göstərilir.
Kredit risklərinin idarə edilməsi
Kredit siyasəti Qrupun risk profili və strateji planlarına uyğun olaraq Risklərin İdarə Edilməsi Departamenti
və İcraedici Şura tərəfindən hazırlanır. Kredit siyasəti Müşahidə Şurası tərəfindən təsdiqlənir.
Kredit siyasətində aşağıdakılar əks etdirilir:
Qarşı tərəfin risklərinin yaradılması, təhlil edilməsi, yoxlanılması və təsdiqlənməsi üzrə prosedurlar;
Qarşı tərəflər üzrə kreditin qiymətləndirilməsi metodologiyası;
Qarşı tərəflər üzrə kredit reytinqi metodologiyası;
Təminatın qiymətləndirilməsi və nəzarəti metodologiyası;
Kreditlərin sənədləşdirilməsi üzrə tələblər;
Kreditlərin idarə edilməsi prosedurları;
Kredit riskləri üzrə müntəzəm nəzarət prosedurları;
Ətraf mühit siyasəti; və
Kredit zərəri üzrə ehtiyatın yaradılması siyasəti.
Kredit alınması üçün sənədlər toplusu (ərizələr) müştəri ilə iş üzrə menecerlər və kredit mütəxəssisləri
tərəfindən hazırlanır. Ərizələr müəyyən edilmiş limitlər çərçivəsində filiallar və ya müvafiq biznes vahidləri
tərəfindən təsdiqlənir. Təsdiq olunmuş sənədlərin surətləri nəzarət prosesi, o cümlədən reytinqin müəyyən
edilməsi və monitorinq cədvəlinə daxil edilməsi üçün Risklərin İdarə Edilməsi Departamentinə təqdim edilir.
Müəyyən edilmiş risk limitlərindən yuxarı olan ərizələr Risklərin İdarə Edilməsi Departamentinin Kredit
Qrupuna göndərilir. Kredit Qrupu ikinci dəfə təhlili aparır və hesabat, reytinq və rəy təqdim edir. Əgər tələb
olunan kredit məbləği müəyyən edilmiş limitdən aşağı olarsa və Risklərin İdarə Edilməsi Departamenti
tərəfindən müsbət rəy verilərsə, eləcə də müvafiq işçilər tərəfindən imzalanarsa, kredit ərizəsi təsdiqlənmiş
hesab edilir. Əgər Risklərin İdarə Edilməsi Departamenti tərəfindən mənfi rəy verilərsə, kredit ərizəsi
yenidən baxılmaq üçün Kredit Komitəsinə təqdim edilir. Təsdiqlənmiş kredit ərizəsində nəzərdə tutulan
məbləğ Kredit Komitəsinin səlahiyyətindən yuxarı olarsa, həmin ərizə təsdiqlənmək üçün İcraedici Şuraya
təqdim edilir. Yuxarıda qeyd edildiyi kimi, böyük məbləğdə kreditlər üçün ərizələr təsdiqlənmək üçün
Müşahidə Şurasına təqdim edilir.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ
KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)
(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə)
58
Qrup kiçik və orta ölçülü müəssisələrə verilən kreditlər üçün 100 ballıq şkaladan istifadə edir. Böyük
məbləğdə korporativ kreditlər üçün isə 120 ballıq şkaladan ibarət reytinq sistemindən istifadə edir.
Müştərinin reytinqi dörd əsas meyarın təhlilinə əsasən müəyyən edilir: ödəmə qabiliyyəti, maliyyə
göstəriciləri, kredit tarixçəsi və digər risklər.
Balansdankənar maliyyə alətləri üzrə kredit riski həmin maliyyə aləti üzrə əməliyyatların digər iştirakçısı
tərəfindən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində zərərin yaranması ehtimalı
kimi müəyyən edilir. Qrup şərti öhdəlikləri və balans üzrə maliyyə alətləri ilə əlaqədar əməliyyatların
təsdiqlənməsi prosedurları, riskləri məhdudlaşdıran limitlərdən istifadə və monitorinq prosedurlarına
əsaslanan eyni kredit siyasətini tətbiq edir.
Fiziki şəxslərə verilmiş bəzi kredit məhsulları üçün 6 pilləli (STOP, NEGATIVE, STANDARD, STANDARD+,
POSITIVE və SUPER) kredit tarixçəsinin qiymətləndirilməsi sistemindən və 100 ballıq şkaladan, potensial
riskli müştərilərin müəyyən edilməsi üçün öz daxili məlumat bazasından və Azərbaycan Respublikası
Mərkəzi Bankının idarə etdiyi məlumat bazasındakı məlumatlardan istifadə edir.
Kreditlər portfel üzrə qiymətləndirilir və bu zaman kreditin məbləği və müddət limitləri, təsdiqləmə
prosedurları, məhsulların növləri, öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı məlumatlar, kredit/girov
əmsalları (əgər tətbiq edilərsə) və qiymətləndirmə kimi amillərə daha çox diqqət yetirilir.
Girov və digər kredit təminatları
Kredit riski həmçinin əmlak üzrə ipoteka tələbi formasında girovun, girov qoyulmuş aktiv və qiymətli
kağızların, eləcə də depozitlər, hüquqi və fiziki şəxslərə verilmiş zəmanətlər daxil olmaqla digər girov
növlərinin əldə olunması, nəzarəti və monitorinqi vasitəsilə qiymətləndirilir və idarə edilir.
Kredit riskinin qiymətləndirilməsində girovun əsas faktor olmasına baxmayaraq, Qrupun kredit siyasəti
kreditləri müştərilərin yalnız təklif etdiyi girova deyil, onların ödəniş qabiliyyətinə əsasən müəyyən
etməkdən ibarətdir. Girov kreditin qaytarılması üçün ikinci ödəniş mənbəyi hesab edilir. Kreditlər nadir
hallarda müştərinin maliyyə vəziyyətindən və ya kredit məhsulunun növündən yaxud həcmindən asılı
olaraq təminatsız ola bilər. Qrup risk portfelinin təminatsız kreditləri üzrə müxtəlif limitlər müəyyən etmişdir.
Qrupun qəbul etdiyi əsas girov növləri aşağıdakılardır:
Kommersiya əmlakı
Yaşayış binaları
Korporativ kapital aktivləri
Korporativ likvid aktivlər
Nəqliyyat vasitələri
Müddətli depozitlər
Digər, o cümlədən qiymətli metallar
Qrupda qəbul edilmiş bütün girov növləri üzrə dəqiq qiymətləndirmə, sənədləşdirmə və tətbiq edildikdə
qeydiyyat prosedurları mövcuddur. Kreditlərin girova nisbəti İcraedici Şura tərəfindən təsdiqlənir və
Risklərin İdarə Edilməsi Departamenti tərəfindən nəzarət edilir: 31 dekabr 2013-cü il tarixinə kredit-təminat
nisbəti üzrə limitlər aşağıdakılardır:
Girovun növü
Kredit məbləğinin girovun likvid dəyərinə nisbəti
Daşınmaz əmlak
70%-ə qədər
Qiymətli metallar
80%%-ə qədər
Maşın, avadanlıqlar
50%%-ə qədər
Inventar
60%%-ə qədər
Avtomobillər, nəqliyyat
70%%-ə qədər
Müddətli depozit
90%%-ə qədər