Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

57 


 

- Yuxarıdakı limitlərdən aşağı olan kreditlər filial direktoru tərəfindən təhlil edilərək təsdiqlənir. 

 

Müşahidə  Şurası  risklərin  diversifikasiyasına  nəzarət  etmək  və  onu  idarə  etmək  üçün  ümumi  kredit 



limitlərini təsdiqləyir: 

 

  Portfel üzrə limitlər: korporativ kreditlər, fiziki şəxslərə verilmiş kreditlər və banklararası kreditlərin ümumi 



portfelə faiz nisbəti;  

  Portfel  üzrə  limitlər:  təminatlı  və  təminatsız  kreditlərin  ümumi  portfelə  və  fiziki  şəxslər  üzrə  kredit 

portfelinə faiz nisbəti; və 

  İqtisadi sektor və məhsul üzrə risklərin korporativ və fiziki şəxslərin kredit portfellərinə faiz nisbəti.  

 

İcraedici Şura həmçinin kredit limitlərini və risklər üzrə səlahiyyət səviyyəsini aşağıdakı qaydada təsdiqləyir: 



 

  Filiallar üzrə; 

  Təminatın növü və kreditin təminata nisbəti üzrə;  

  Fiziki şəxslərin səlahiyyəti üzrə.  

 

31  dekabr  2013-cü  il  tarixinə  kredit  portfelinin  iqtisadi  sektorlar  və  məhsullar  üzrə  təhlili  5  saylı  Qeyddə 



göstərilir. 

 

 



Kredit risklərinin idarə edilməsi  

 

Kredit siyasəti Qrupun risk profili və strateji planlarına uyğun olaraq Risklərin İdarə Edilməsi Departamenti 

və İcraedici Şura tərəfindən hazırlanır. Kredit siyasəti Müşahidə Şurası tərəfindən təsdiqlənir.  

 

Kredit siyasətində aşağıdakılar əks etdirilir: 



 

  Qarşı tərəfin risklərinin yaradılması, təhlil edilməsi, yoxlanılması və təsdiqlənməsi üzrə prosedurlar; 

  Qarşı tərəflər üzrə kreditin qiymətləndirilməsi metodologiyası;  

  Qarşı tərəflər üzrə kredit reytinqi metodologiyası; 

  Təminatın qiymətləndirilməsi və nəzarəti metodologiyası; 

  Kreditlərin sənədləşdirilməsi üzrə tələblər; 

  Kreditlərin idarə edilməsi prosedurları; 

  Kredit riskləri üzrə müntəzəm nəzarət prosedurları; 

  Ətraf mühit siyasəti; və 

  Kredit zərəri üzrə ehtiyatın yaradılması siyasəti. 

 

Kredit  alınması  üçün  sənədlər  toplusu  (ərizələr)  müştəri  ilə  iş  üzrə  menecerlər  və  kredit  mütəxəssisləri 



tərəfindən  hazırlanır.  Ərizələr  müəyyən  edilmiş  limitlər  çərçivəsində  filiallar  və  ya  müvafiq  biznes  vahidləri 

tərəfindən təsdiqlənir. Təsdiq olunmuş sənədlərin surətləri nəzarət prosesi, o cümlədən reytinqin müəyyən 

edilməsi və monitorinq cədvəlinə daxil edilməsi üçün Risklərin İdarə Edilməsi Departamentinə təqdim edilir. 

Müəyyən  edilmiş  risk  limitlərindən  yuxarı  olan  ərizələr  Risklərin  İdarə  Edilməsi  Departamentinin  Kredit 

Qrupuna göndərilir. Kredit Qrupu ikinci dəfə təhlili aparır və hesabat, reytinq və rəy təqdim edir. Əgər tələb 

olunan  kredit  məbləği  müəyyən  edilmiş  limitdən  aşağı  olarsa  və  Risklərin  İdarə  Edilməsi  Departamenti 

tərəfindən müsbət rəy verilərsə, eləcə də müvafiq işçilər tərəfindən imzalanarsa, kredit ərizəsi təsdiqlənmiş 

hesab  edilir.  Əgər  Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  mənfi  rəy  verilərsə,  kredit  ərizəsi 

yenidən  baxılmaq  üçün  Kredit  Komitəsinə  təqdim  edilir.  Təsdiqlənmiş  kredit  ərizəsində  nəzərdə  tutulan 

məbləğ  Kredit Komitəsinin  səlahiyyətindən  yuxarı  olarsa,  həmin  ərizə təsdiqlənmək  üçün İcraedici  Şuraya 

təqdim  edilir.  Yuxarıda  qeyd  edildiyi  kimi,  böyük  məbləğdə  kreditlər  üçün  ərizələr  təsdiqlənmək  üçün 

Müşahidə Şurasına təqdim edilir.

 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

58 


 

Qrup  kiçik  və  orta  ölçülü  müəssisələrə  verilən  kreditlər  üçün  100  ballıq  şkaladan  istifadə  edir.  Böyük 

məbləğdə  korporativ  kreditlər  üçün  isə  120  ballıq  şkaladan  ibarət  reytinq  sistemindən  istifadə  edir.  

Müştərinin  reytinqi  dörd  əsas  meyarın  təhlilinə  əsasən  müəyyən  edilir:  ödəmə  qabiliyyəti,  maliyyə 

göstəriciləri, kredit tarixçəsi və digər risklər. 

 

Balansdankənar  maliyyə  alətləri  üzrə  kredit  riski  həmin  maliyyə  aləti  üzrə  əməliyyatların  digər  iştirakçısı 



tərəfindən  müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsi  nəticəsində  zərərin  yaranması  ehtimalı 

kimi  müəyyən  edilir.  Qrup  şərti  öhdəlikləri  və  balans  üzrə  maliyyə  alətləri  ilə  əlaqədar  əməliyyatların 

təsdiqlənməsi  prosedurları,  riskləri  məhdudlaşdıran  limitlərdən  istifadə  və  monitorinq  prosedurlarına 

əsaslanan eyni kredit siyasətini tətbiq edir.

 

 

Fiziki şəxslərə verilmiş bəzi kredit məhsulları üçün 6 pilləli (STOP, NEGATIVE, STANDARD, STANDARD+, 



POSITIVE və SUPER) kredit tarixçəsinin qiymətləndirilməsi sistemindən və 100 ballıq şkaladan, potensial 

riskli  müştərilərin  müəyyən  edilməsi  üçün  öz  daxili  məlumat  bazasından  və  Azərbaycan  Respublikası 

Mərkəzi Bankının idarə etdiyi məlumat bazasındakı məlumatlardan istifadə edir.  

 

Kreditlər  portfel  üzrə  qiymətləndirilir  və  bu  zaman  kreditin  məbləği  və  müddət  limitləri,  təsdiqləmə 



prosedurları,  məhsulların  növləri,  öhdəliklərin  yerinə  yetirilməməsi  ilə  bağlı  məlumatlar,  kredit/girov 

əmsalları (əgər tətbiq edilərsə) və qiymətləndirmə kimi amillərə daha çox diqqət yetirilir.

 

 

Girov və digər kredit təminatları 



 

Kredit  riski  həmçinin  əmlak  üzrə  ipoteka  tələbi  formasında  girovun,  girov  qoyulmuş  aktiv  və  qiymətli 

kağızların,  eləcə  də  depozitlər,  hüquqi  və  fiziki  şəxslərə  verilmiş  zəmanətlər  daxil  olmaqla  digər  girov 

növlərinin əldə olunması, nəzarəti və monitorinqi vasitəsilə qiymətləndirilir və idarə edilir. 

 

Kredit  riskinin  qiymətləndirilməsində  girovun  əsas  faktor  olmasına  baxmayaraq,  Qrupun  kredit  siyasəti 



kreditləri  müştərilərin  yalnız  təklif  etdiyi  girova  deyil,  onların  ödəniş  qabiliyyətinə  əsasən  müəyyən 

etməkdən  ibarətdir.  Girov  kreditin  qaytarılması  üçün  ikinci  ödəniş  mənbəyi  hesab  edilir.  Kreditlər  nadir 

hallarda  müştərinin  maliyyə  vəziyyətindən  və  ya  kredit  məhsulunun  növündən  yaxud  həcmindən  asılı 

olaraq təminatsız ola bilər. Qrup risk portfelinin təminatsız kreditləri üzrə müxtəlif limitlər müəyyən etmişdir. 

 

Qrupun qəbul etdiyi əsas girov növləri aşağıdakılardır: 



  Kommersiya əmlakı 

  Yaşayış binaları 

  Korporativ kapital aktivləri 

  Korporativ likvid aktivlər  

  Nəqliyyat vasitələri 

  Müddətli depozitlər 

  Digər, o cümlədən qiymətli metallar  

 

Qrupda  qəbul  edilmiş  bütün  girov  növləri  üzrə  dəqiq  qiymətləndirmə,  sənədləşdirmə  və  tətbiq  edildikdə 



qeydiyyat  prosedurları  mövcuddur.  Kreditlərin  girova  nisbəti  İcraedici  Şura  tərəfindən  təsdiqlənir  və 

Risklərin İdarə Edilməsi Departamenti tərəfindən nəzarət edilir: 31 dekabr 2013-cü il tarixinə kredit-təminat 

nisbəti üzrə limitlər aşağıdakılardır:  

 

 



Girovun növü 

Kredit məbləğinin girovun likvid dəyərinə nisbəti 

 

 

Daşınmaz əmlak 

70%-ə qədər 

Qiymətli metallar 

80%%-ə qədər 

Maşın, avadanlıqlar 

50%%-ə qədər 

Inventar 

60%%-ə qədər 

Avtomobillər, nəqliyyat 

70%%-ə qədər 

Müddətli depozit 

90%%-ə qədər 

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə