Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

59 


 

Bank əlavə təminat kimi fərdi zəmanətləri qəbul edə bilər. 

 

Təminatla bağlı təlimatlara dair hər hansı istisna İcraedici Şura tərəfindən təsdiqlənməlidir.  



 

Monitorinq  Qrupu  monitorinq  prosesləri  üzrə  planın  hazırlanması,  onun  yerinə  yetirilməsi  və  monitorinq 

nəticələrinin qənaətbəxş olmadığı təqdirdə müvafiq tərəflərin məlumatlandırılması və tədbirlər planı ilə bağlı 

tövsiyələrin verilməsinə görə məsuliyyət daşıyır. Monitorinq Qrupu müəyyən edilmiş məbləğdən yuxarı olan 

bütün  əməliyyatların  monitorinqini  aparır  və  bu  məbləğdən  aşağı  olan  əməliyyatları  seçmə  üsulu  ilə  

yoxlayır.  Müəyyən  edilmiş  məbləğdən  yuxarı  olan  bütün  əməliyyatlar  üzrə  monitorinq  ilk  olaraq  kreditin 

ödənildiyi aydan əvvəl və ya ən azı bir ay müddətində aparılır. Müvafiq olaraq, monitorinq cədvəlinə uyğun 

olaraq risklərə nəzarət olunur.  

 

Risklərin  İdarə  Edilməsi  Departamentinin  Statistika  Qrupu  qarşı  tərəflərin  kredit  riskləri  üzrə  bütün 



məsələlər,  o  cümlədən  bütün  limitlərə  uyğunluq,  risklər  üzrə  konsentrasiyalar,  portfel  üzrə  tendensiyalar, 

vaxtı keçmiş kreditlər və öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı statistika, kreditlər üzrə ehtiyatlar və girov 

statistikasına  dair  məlumatların  toplanması  və  təqdim  edilməsinə  görə  cavabdehdir.  Müntəzəm  aylıq 

hesabatlardan  başqa,  həmin  departament  seçilmiş  kredit  prosedurlarına  riayət  edilməsinə  dair  hesabatlar 

tərtib edir. 

 

Əlaqəli tərəflərə verilmiş kreditlər 

 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  “əlaqəli  tərəflər”  kateqoriyası  ilə  bağlı  dəqiq  anlayışlar  müəyyən 

etmişdir.  Bu  kateqoriyaya  əsasən  səhmdarlar  və  ya  fiziki  şəxslər  və  yaxud  onların  yaxın  ailə  üzvlərinin 

mülkiyyətində olan/nəzarət etdiyi hüquqi şəxslər daxildir. Buraya həmçinin Qrupda baş rəhbərlik/səlahiyyətli 

vəzifələrdə  çalışan  fiziki  şəxslər  daxildir.  Fiziki  şəxs  olan  əlaqəli  tərəfə  verilən  ən  böyük  kreditlər  Qrupun 

konsolidasiya  edilmiş  kapitalının  3%-dən  artıq  ola  bilməz.  Müvafiq  hüquqi  şəxslər  üzrə  isə  bu  limit  10% 

təşkil edir. Əlaqəli tərəflərə verilmiş kreditlər üzrə risklər üçün ümumi limit 20%-dir. Qiymətləndirmə və digər 

şərtlər tərəflərin müstəqilliyi prinsipi əsasında müəyyən edilməlidir.  

 

Vaxtı keçmiş, problemli kreditlər

 

 

Qrup  vaxtı  keçmiş  və  problemli  kreditlərin  vaxtının  keçdiyi  və  işləmədiyi  ilk  gündən  belə  kreditlər  barədə 

hesabat vermə və onların idarə edilməsi prosedurlarına malikdir.  10 gündən artıq vaxtı keçmiş təminatsız 

pərakəndə  kreditlər  avtomatik  olaraq  Problemli  Kreditlər  Şöbəsinə  ötürülür.  Şöbə  kreditlərin 

xüsusiyyətlərinə əsasən onları aşağıdakı kateqoriyalar (statuslar) üzrə təsnifləndirir:  

   


SOFT10 statusu 10– Belə kreditlərə növündən asılı olaraq kredit müddəti ərzində ödənişi 10-20 gün 

gecikdirilmiş və ödənişi 60 gündən çox gecikdirilməyən kreditlər daxildir.  

 

HARD STATUSU - Belə kreditlərə növündən asılı olaraq kredit müddəti ərzində ödənişi 21-59 gün 

gecikdirilmiş və ödənişi 60 gündən çox gecikdirilməyən kreditlər daxildir.  

 

PROBLEM STATUSU -  Belə kreditlərə kredit müddəti ərzində ödənişi ən azı bir dəfə 60 günə qədər 

gecikdirilmiş və ödənişi 1 gündən artıq gecikdirilmiş kreditlər daxildir.  

 

60  gündən  artıq  vaxtı  keçmiş  korporativ  kreditlər  də  bu  şöbəyə  ötürülür.  Bütün  kreditlər  90  gün  vaxtı 



keçdikdən sonra şübhəli kreditlər kimi yerləşdirilir. Əgər Problemli Kreditlər Şöbəsi bu kreditləri toplamağa 

müvəffəq  olmazsa,  o  halda  hüquqi  tədbirlər  görülür.  Kredit,  yığılması  mümkün  olmayan  hesab  edildikdə 

belə  məbləğin  silinməsi  barədə  tövsiyələr  Kredit Komitəsinə  və  İcraedici Şuraya  təqdim  olunur.  Silinməyə 

dair son qərar Nəzarət Şurası tərəfindən qəbul edilir.

 

 

Bütün  vaxtı  keçmiş  kreditlər  üzrə  məlumatlar  ən  azı  ayda  bir  dəfə  Kredit  Komitəsinə  təqdim  edilir.  Bütün 



korporativ  kreditlərin  vaxtında  ödənilməməsi  məsələləri  barədə  fərdi  olaraq  Kredit  Komitəsinə  hesabat 

verilir. 

 

Kredit zərəri üzrə ehtiyat – ehtiyatın yaradılması siyasəti 

 

Qrup kredit zərəri üzrə ehtiyat yaradır ki, buraya da risklə üzləşməsindən yaranan təxmini zərərlər daxildir. 




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

60 


 

Bundan  əlavə,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  banklar  üçün  minimum  standart  sayılan  ehtiyat 

siyasəti müəyyən etmişdir. Bu ehtiyat tələbləri üzrə kateqoriyalar aşağıda göstərilir: 

 

Standart aktivlər 



2% 

Nəzarət edilə bilən aktivlər 

10% 

Qeyri-qənaətbəxş aktivlər 



30% 

Riskli aktivlər 

60% 

Ümidsiz aktivlər 



100% 

 

 



Bu kateqoriyalar dəqiq müəyyən edilmişdir.  

 

MHBS-ə  uyğun  hesabatların  hazırlanması  məqsədilə,  Qrup  39  saylı  MUBS-a  uyğun  metodologiyadan 



istifadə edir. 

 

 



Kredit riskinə maksimum məruzqalma 

 

Qrupun  balans  üzrə  məruz  qaldığı  kredit  riskinin  maksimum  səviyyəsi,  adətən  konsolidə  edilmiş  maliyyə 

vəziyyəti  haqqında  hesabatda  maliyyə  aktivlərinin  balans  dəyərində  əks  olunur.  Potensial  kredit  riskinin 

azaldılması üçün aktiv və öhdəliklərin əvəzləşdirilməsi imkanı böyük əhəmiyyət kəsb etmir.  

 

Balansdankənar  maddələr,  xüsusilə  akkreditivlər  və  zəmanətlər  üzrə  kredit  riskinin  maksimum  səviyyəsi 



öhdəliyin ümumi məbləğini əks etdirir. Qrupun balansdankənar maddələr üzrə kredit riski 27 saylı Qeyddə 

açıqlanır.  

 

 

Balansdankənar maliyyə alətləri üzrə kredit riski həmin maliyyə aləti üzrə əməliyyatların digər iştirakçısının 



müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində zərərin yaranması ehtimalı kimi müəyyən 

edilir.  Qrup  kreditlərin  təsdiqlənməsi  prosesinə,  riskə  nəzarət  hədlərinə  və  monitorinq  prosedurlarına 

əsasən  şərti  öhdəliklərin  yerinə  yetirilməsi  zamanı  balansdakı  maliyyə  alətləri  üçün  istifadə  olunan  eyni 

kredit siyasətlərini tətbiq edir. 

 

 

Kredit riskinin maksimum həddi 

 

Qrupun  kredit riskinə maksimum məruzqalma  həddi əhəmiyyətli dərəcədə dəyişir, fərdi risklərdən  və  ümumi 



bazar iqtisadiyyatı risklərindən asılı olur.  

 

Aşağıdakı  cədvəldə  balansdakı  və  balansdankənar  maliyyə  aktivləri  üzrə  kredit  riskinə  maksimum 



məruzqalma təqdim edilir. Balansdakı maliyyə aktivləri üçün maksimum hədd həmin aktivlərin əvəzləşdirməyə 

və  ya  girova  qədərki  balans  dəyərinə  bərabərdir.  Əks  iddiaların,  girov  və  ya  təminatın  dəyərini  itirməsi  ilə 

nəticələnən  digər tərəfin  öz  öhdəliklərini  yerinə  yetirməməsi halı ilə  bağlı, kreditverməyə  dair  şərti  öhdəliklər 

və  təəhhüdlər  üzrə  Qrupun  kredit  riskinə  maksimum  məruzqalma  həddi  müvafiq  alətlərin  müqavilə 

məbləğlərində əks olunur.  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə