vaxtlarda insanlar
həmişə elə hesab edirlər ki,
onların
yoxsul və işsiz olması söz və yığıncaq azadlığının olmaması
ilə müqayisədə daha fundamental və daha mühüm əsarət
növləridir.
4. «Hökumət problemləri həll etmir»
Prezident M ütəllibov hakimiyyətdən devriləndən sonra
bizim sosial gerçəkliyimizin bəlkə də hər bir mərhələsi tarixi
yekun kimi qavranm ağa başlamışdır. Cəmiyyət bu dövrü
hər bir ev, hər bir ailə üçün təhlükəli bir mərhələ kimi,
dövlətçilik hissinin və fədakarlığın tükəndiyi dövr hesab
edir. Ölkə anarxiya dövrünə qədəm qoyurdu. Zəruri həyat
şəraitinin dövlət tərəfindən təmin edildiyi vaxtları unut
maq olardı. A dam lara elə gəlirdi ki, bu mübarizədə qalib
gələnlər onlara başqa həyat vəd edir - axı cəbhəçi-
müsavatçılar özlərini tərəqqi (yəni modernləşmə) tərfdarları
kimi qələmə verirdilər.
İyunun 7-də seçki keçirildi və elan edildi ki, Əbülfəz El
çibəy prezident seçilmişdir. Legitim seçki prosedurları üçün
ən ləyaqətli namizəd olan Heydər Əliyevi xalq formal ba
xımdan seçə bilməzdi. Çünki Ali Sovetin deputatları hüqu
qi «şlaqbaum» - 65 yaşlıq senz müəyyən etmişdilər. Seçki
məntəqələrinə gəlmiş 76,0 % seçicidən 59,4 %-i Elçibəyə səs
vermişdi. Əlbəttə bunu zəfər adlandırmaq olmazdı və cəb-
həçilor həssaslıq göstərərək bunu başa düşdülər. Onlar bir
dən dərk etdilər ki, siyasətdə qısa müddətdə çox şey dəyişir,
hakimiyyətin şirinliyi məğlubiyyətin acısı ilə əvəz edilir.
AXC-nin bir il davam etmiş hakimiyyəti dövründə ən çox
dəbdə olan hal - özlərinin bu hakimiyyətdə müvəqqəti ol
malarım dərk etmək psixologiyası idi.
Lakin ən maraqlısı - səs qazanmaq üçün sanki sərgiyə
qoyulmuş proqram lar idi. Hərçənd siyasi bazar əxlaqının
bərqərar olmasını göstərən məqamlar hələ dəqiq nəzərə
çarpmırdı. Özlərini cəbhəçilər kimi qələmə verən partiyalar
60
Azərbaycanın inkişaf modellərində qərbləşmə variantlarına
üstünlük verirdilər. Bu partiyaların hamısı müasir demo
kratiya formalarının və azad bazar prinsiplərinin bərqərar
olunmasını tələb edirdilər; onların hamısı varlı və yaxşı təh
sil görmüş orta sinif və onlardan daha varlı sinif yarada
caqlarını vəd edirdilər. Onlar respublikanın siyasi sistemin
də milyonerlərin də, orta sinfin də üstün mövqe tutacağmı
vəd edirdilər. Hərçənd bəziləri qərbdə «insanların üçdə iki
hissəsinin cəmiyyəti» deyilən qaydanın nədən ibarət olması
nı başa düşürdü, onlar bilirdi ki, bu dəyişikliklər ölkədə
dəhşətli qütbləşməyə və qeyri-bərabərliyin dərinləşməsinə
gətirib çıxaracaq. Cəbhəçi partiyalar xaricdən kapital, tex
nologiya, əmtəə və peşə bilikləri idxal etməyi və maddi ne
mətlərin istehlakı sahəsində tədricən qərb modelinə keçməyi
təklif edirdilər.
Bu cür seçkiqabağı bəyanatlar gəlişigözəl ideoloji uy
durmalar və siyasi moda həvəskarları tərəfindən ciddi qə
bul edilmək üçün həddən artıq açıq idi. Gələcəkdə gözləni
lən obyektiv nəticələr məsələsinə gəldikdə isə cəbhəçi p ar
tiyaların «beynəlmiləl kapitalizmi» Azərbaycanı qərbləşdi-
rilmiş cəmiyyətə və ... müstəmləkəyə çevirərdi. Axı Elçibəy
elan etmişdir ki, suverenlik prinsipi Azərbaycan ərazisində
«dövlotlərarası sazişlər əsasında» xarici dövlətlərin qoşunla
rının yerləşdirilməsini inkar etmir. Elçibəyin platformasının
iqtisadi blokunda xalq təsərrüfatının
milliləşdirilməsinin
ləğv edilməsi, dövlət mülkiyyətinin dem okratik yolla özəl
ləşdirilməsi barəd m üddəalar vardır. Başqa sözlə desək öl
kə iqtisadiyyatı və ilk növbədə Azərbaycanın ən böyük sər
vəti olan neft «Ceneral M otors» üçün yaxşı olan şey Ame
rika üçün də yaxşıdır» qaydasını təbliğ edən və üçüncü
dünya ölkələrindən 12 şərtinin qabaqcadan yerinə yetiril
məsini tələb edən trans milli korporasiyaların nəzarətinə
keçəcəkdir. 1992-ci il iyunun 16-da Elçibəy prezident vəzifə
sində işə başlayarkən çox liberal, doqm atik bir fikir söylə
mişdi: «hökumət problemləri həll etmir, o, vətəndaşların
61
həmin problemləri öz qüvvələri ilə həll etməsi üçün optimal
şərait yaradır». Bu bəyanat, daim xalqın rifahı qeydinə qa
lan dövlət hakimiyyəti ənənələri olan bir ölkədə səslənirdi.
Cəbhəçilərin prezidenti bütün xalqlar üçün tətbiq oluna
biləcəyi elan edilmiş, özlərinin də başı çıxmadan əxz etdiklə
ri prinsiplər əsasında Dövlət və Cəmiyyət qurmaq barəds
doqm atik fikirlərə inanırdı. Lakin bu hələ harasıdır? Sonra
kı hadisələr göstərdi ki, cəhbəçi-müsavatçılar siyasi uydur-
maçılıqda və peşəkar utanmazlıqda lap ifrata varıblar.
Elmi dünyagörüşü ilə bağlı bir faktı qeyd edək: dövlət
xalqm birliyə və həmrəyliyə can atmasından yaranmışdır,
dövlət hakimiyyəti isə dövlətdən asılılığın dərk edilməsi ib
şərtlənən qüvvədir (Коркунов H.M. Русское государствен
ное право. Т.1. Изд. 6-е. СПб., 1908. с. 24). Cəbhəçilərin
dövləti isə eybəcər bir qurum imiş: hakimiyyətdə olduqları
bir il ərzində onlar özlərinin «partiyaları», kassaları və ya
raqlıları ilə dövlətin bir dəstə siyasətbazlar əlində parçalan
masına səbəb oldular. Bu proses o qədər sürətlə gedirdi ki,
Elçibəyin kreslosu altında bircə ovuc torpaq qalmışdı.
Dövlətin mənəvi-siyasi qüvvəsi fəlakətli şəkildə tükənirdi.
Belə dövlətdən asılı olmağı xeyirli hesab edənlər az idi.
N ə qədər təəcüblü də olsa, yalnız faktdır: dövlət adamı
olmayan, dövlətçilikdən bixəbər olan Ə.Elçibəy öz həyat
təcrübəsindən dərs almamış və öz taleyinin «miqyasını» ba
şa düşməmişdi. O, yalnız çox danışmağı xoşlayan istedadlı
natiq idi. Öz çıxışlarında dövlət işlərinin vəziyyəti barədə
söhbət açm aqdansa ele hey təəssüfləndiyini bildirirdi ki.
Azərbaycanda türk dilinin incəliklərini dərindən bilən adam
qalmayıb. Bununla əlaqədar, Robert Takerin məşhur bir
kəlamını bir qədər dəyişdirərək deyə bilərik ki, Azərbay
canda siyasi birliyin liderliyinin strukturu güclü prezident
hakimiyyətidir. Lakin bu həqiqət yalnız o halda «işləyir» ki.
ölkədə plebisitar lider olsun - «seçkilərin döyüş meydanın
da diktator» olsun (M.Veber). Bu gün biz xoşbəxtik ki.
Sosjoloq]ar P .Berger və T.Lukman yazırlar ki, sosial
Heydər Əlıyevm parlaq hakimiyyət təcrübəsinin şahıd. ol-qayda bəşəriyyolin 0VVəlki fəaliyyətinin məhsuludur və bu
62
qayda yalnız o vaxtadək mövcud olur ki, insanların fəa-
muşuq. Elçibəydə dövlətçilik təfəkkürü lazımi səviyyədə
deyildi. Məlum oldu ki, cəbhəçilər düşərgəsinin irili-xırdalı
rəhbərlərinin əksəriyyəti bu keyfiyyətdən məhrumdur.
Bununla belə, etiraf etməliyik ki, cəbhəçi-müsavatçılar
öz kadr siyasətləri sayəsində müəyyən uğurlar qazandılar:
onların sayəsində xalq anladı ki, ölkənin ümummilli,
ümumdövlət səviyyəsində düşünən məsuliyyətli və namuslu
rəhbərə, ümummilli liderə ehtiyac var. Pul hərisi, vəzifə hə
risi olan bu adam lar əvəzedilməz dövlət m əmuru ilə siyasət
çi arasında fərqi hiss etmədilər, hərçənd, addımbaşı and-
aman edirdilər ki, guya onlar A vropa dəyərlərinə, Avropa
prinsiplərinə sadiqdirlər. Onlar müəssisələrin idarə ap arat
larım bacarıqlı kadrlardan təmizlədilər və beləliklə dövlət
qulluğu sahəsində fəlakətli vəziyyət yarandı.
Amma hər halda, cəbhəçi rejimin ən böyük qüsuıu-
konseptual qüsur idi. Onların yalançı novator, özlərinin bi
xəbər olduqları dəyərləri mənimsəmək kursu «materialın»
müqavimətini artırır və nəticə etibari ilə hökum ət məhdud
məsuliyyətli hökumətə, ölkə - məhdud məsuliyyətli ölkəyə
çevrilirdi.
5. Xalqın legitim etimad prosedurundan keçmiş lider.
Xarizmatik dövlət xadimi
Əgər mən xalqıma lazım olsam,
onun iradəsini yerinə yetirəcəyəm.
Heydər Əliyevin «Комсомольская правда»
qəzetinə müsahibəsindən.
1992, 17 aprel.
63