ildə ingilis kapitalı Rusiya dövləti üçün sərfəli şərtlərlə neft
sənayesinə buraxıldı.
M üharibə illərində (1914-1917) dövlət sənayenin ən
mühüm sahələrinin inkişafını sürətləndirir, özünün birinci
dərəcəli böyük dövlət statusunu və siyasi rejimi qoruyub
saxlamaq naminə istehsalın təmərküzləşməsi və kapitalın
mərkəzləşməsi üçün əlverişli şərait yaradırdı. Dövlət isteh
lakçıları üçün neft yanacağının bazardankənar tədarük sis
teminin (payçılıq yolu ilə toplanmış neftdən ibarət siste
min) yaranm ası m ühüm məqam oldu. «Çox böyük həcmə
və dəyərə malik olan xəzinə mülkiyyəti dövlət-kapitalist neft
təsərrüfatının yaradılması və inkişafı üçün bünövrə idi»
(Ибрагимов М.Дж. Нефтяная промышленность Азербай
джана в период империализма. Баку, 1984. с. 34, 39, 30,
178, 177).
Modernləşmənin miqyası barədə təsəvvür yaranması
üçün daha bir neçə fakta nəzər salaq. Neftin sənaye üsulu
ilə hasilatı başlanandan (1872-ci il) sonra dünyada heç bir
şəhər Bakı kimi sürətlə inkişaf etmirdi. 1898-1901-ci illərdə
neft hasilatının həcminə görə dünyada birinci yeri tutan
Bakı güclü modernləşmə proseslərinin mərkəzində idi. Çox
böyük kapitala malik olan adam lar Rusiyanın, demək olar
ki, bütün quberniyalarından, eləcə də Qərbi Avropadan
Bakıya elə axışırdılar ki, sanki bura «Kaliforniya idi». Çar
məmurlarının buraya işə göndərilməsi onlar üçün çox sərfəli
idi, çünki burada ağlasığmaz məbləğdə rüşvət almaqla qısa
vaxtda varlanm aq olardı. Neftli torpaq sahələrinin yerli
sahibkarları az bir vaxtda hədsiz varlanmışdılar, Azərbay
canın uyezdlərindən və Cənubi Azərbaycandan (İrandan)
yüz minlərlə kəndli nisbətən yaxşı qazanc dalınca Bakıya
üz tuturdu.
Bakı Rusiya imperiyasının beş ən mühüm iqtisadi ray
onundan biri olmaqla yanaşı, həm də sosial və milli-azadlıq
hərəkatlarının mərkəzinə, çoxmillətli cəmiyyətə çevrilmişdi.
Yerli burjuaziya nümayəndələri (H.Z.Tağıyev, M.Nağıyev,
M.Muxtarov, B.Quliyev və başqaları), Peterburq və Mosk
va
burjuaziyasını
təmsil
edən
L.Nobel,
E.Nobel,
S.M.Şibayev, A. Benkendorf və başqaları, çar məmurları,
eləcə də islahatçı müsəlman, liberal və sosialist dünyagörü
şlərini təmsil edən texniki və humanitar yönümlü çoxmillətli
burjuaziya nümayəndələri Bakıda ham Asiyaya, həm də
Avropaya xas elementlərin ecazkar şəkildə birləşməsindən
ibarət olan yeni həyat tərzi yaratmışdılar. Beləliklə, mo
dernləşmənin sosial-mədəni təməli tam formalaşmışdı.
«Sosial-mədəni təməl» dedikdə biz nəyi nəzərdə tutu
ruq? Buraya cəmiyyətin bütün üzvləri üçün eyni olan və bu
cəmiyyəti ideoloji baxımdan bütöv bir qurum hesab etməyə
imkan verən, tarixi köklərə malik olan sabit mənəvi dəyər
lər və norm alar daxildir.
Məlum olduğu kimi, islam modernizminin banisi Cə-
maləddin Əfqani (1839-1897) olmuşdur. Əhməd bəy Ağay
evin təbirincə desək, «istedadına və əzminə görə zəmanəmi
zin ən heyrətamiz insanlarından biri» olmuş C.Əfqani
müsəlman ölkələrinin geridə qalmasının səbəblərini açıq
layır və eynilə Avropa proqressizmi ruhunda olan radikal
dəyişikliklərin reseptlərini təklif edirdi. Əfqani belə hesab
edirdi ki, Quranın həqiqi mənası və onun oxlaqi ayələri
azadlığa hörmət ideyaları ilə, azadlığın müasir təcəssüm
formaları olan şəxsiyyət azadlığına, mətbuat azadlığına,
yığıncaqlar keçirmək azadlığına hörmət ideyaları ilə uzlaşır.
Əfqaninin fikrincə, müsəlman ziyalılarının vəzifəsi • avam
və nadan kütlələri avropa təfəkkürü ilə, modernləşmənin
Avropa standartları ilə tanış etməkdən ibarət idi. Azərbay
canda Əfqaninin Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə
və Məmmədəmin Rəsülzadə kimi layiqli şagirdləri vardı.
Ə.Ağayev Avropanı ideallaşdırmaq fikrindən uzaq idi.
O, islam dəyərlərini müdafiə dəstəkləyir və belə hesab edir
di ki, islam dəyərləri doqmatik yozumlardan təmizlənməli
dir.
İstər
Ə.Ağayev,
istərsə
də
Ə.Hüseynzadə
və
M. Rəsulzadə türkiyəli «ultraproqressistlərə» xas olan «heç
40
41
bir hesabat vermədən, əlkimyaçılar mistik formulalara
inandıqları kimi, A vropa təsisatlarının gücünə ekzaltasiyalı
inam»ı qəbul etmirdilər. Ə.Ağayevin fikrincə, «ultraproq-
ressistlərin» təqsiri ondan ibarətdir ki, onlar müsəlmanların
«əsrlər boyu formalaşmış psixoloji və sosioloji xüsusiyyətlə
rə malik həyat tərzi ilə hesablaşmaq istəmirlər». Ə.Ağayev
bu mövqedən çıxış edərək, A vropa adətlərinin şübhəli cə
hətlərini, xüsusən adyulteri (ərin arvada və arvadın ərə xəy
anət etməsini) və fahişəliyi pisləyir, bu naqisliklərin Avropa
həyat tərzində kök salmasım vurğulayır və buna görə də
Azərbaycanın «ikinci Avropaya» çevrilməsinə qarşı çıxırdı.
Ə.Ağayev və Ə.Hüseynzadə «Həyat» qəzetinin birinci nöm
rəsində (1905-ci il) A vropa modernizminə aludəçiliyin ide-
olji hədlərini
göstərirdilər: «Türkün fransızlaşdırılması
müsəlmanın tərəqqisi deyil, fransızın tərəqqisi deməkdir».
Mahiyyət etibarilə, onlar siyasətin ideoloji resursu olan
din uğrunda m übarizə aparırlar. Azərbaycanlıların milli
mənafelərini təmin etmək məqsədi güdən bu siyasət müstə
qil milli dövlətdə həyata keçirilməli idi. İslam modernizmi-
nin daha bir xüsusiyyətini qeyd etməmək olmaz: ərlə arva
dın qarşılıqlı məhəbbətinə və hüquq bərabərliyinə əsaslanan
ailə, məişətin maariflənmiş və tənzimlənmiş olması dövlət-
ləşdirilmiş milli varlığın əsaslan hesab edilir.
M.Rəsulzadə özünün təsis etdiyi «Açıq söz» qəzetinin
birinci nömrəsində (2 oktyabr 1915-ci il) «Biz hansı yolu
seçirik» adlı proqram məqaləsində yazırdı ki, biz zəmanə
adam ları olmalı və üç əsas dəyərə sadiq qalmalıyıq. Müsəl
man modernizminin əsas şüarına çevrilmiş həmin dəyərlər
bunlardır: «türkləşmo, islamlaşma və modernləşmə». Bu
sosial-mədəni amillərdən ilk ikisinin - «türkləşmə» və «is
lamlaşma» amillərinin «modernləşmə» amili ilə birləşdiril
məsi onu göstərir ki, modernləşmənin bu modeli avropa
modernini ko rk o ran a təqlid etmək deyildir.
42
5. Azərbaycan Demokratik Respublikası:
etatist tipli islahatlar təcrübəsi
H.Əliyev deyir: «Birinci Dünya Müharibəsinin başa
çatması, rus çarizminin süqutu, Oktyabr inqilabı... - bunlar
hamısı birlikdə Azərbaycan Demokratik Respublikasının
yaradılması üçün əlverişli şərait təmin etmişdi. (...) O döv
rdə Azərbaycanda böyük ziyalılar dəstəsi tarix səhnəsinə
çıxdı. (...) Onlar öz intellektual potensialları ilə ... XX əsrdə
Azərbaycanda baş verən proseslərə xidmət edirdilər...»
(Azərbaycan Demokratik Respublikasının 80 illiyinə həsr
edilmiş təntənəli iclasda Azərbaycan Respublikasının Prezi
denti Heydər Əliyevin nitqi.//Возрождение-XXI век. 1998.
№5. с.3-4).
D oğrudanda, 1918-1920-ci illərdəki böhranlı vəziyyə
tin Azərbaycan dövlətçilik təfəkkürü tərəfindən təklif edil
miş ən mühüm mənası, Azərbaycan Dem okratik Respubli
kasında dövlət quruculuğu praktikası və metodları
bütün
bunlar kənardan əxz edilməmişdi, bu praktika və metodlar
bizim özümüzünkü idi. Əlbəttə, ADR-in baniləri
əksə
riyyəti hüquqşünas, Rusiya universitetlərinin məzunları
olan
Ə.M.Topçubaşov,
F.Xoyski,
M.Rəsulzadə,
X.Xasmommədov və başqaları
Avropa mədəniyyətinin
klassik matrisinə - humanizm, rasionalizm, idrakın tarixi və
obyektiv olması prinsiplərinə əsaslansalar da, bununla ya
naşı, onlar öz fikirlərinin milli nizamını qoruyub saxlayır
dılar. Azərbaycan dövlət xadimləri görkəmli islahatçı
S.Y.Vittenin kiçik müasirləri idilər. S.Y.Vitte deyirdi: «Siy
asi iqtisad millət ideyasını çıxış nöqtəsi kimi qəbul etməli və
müəyyən millətin... öz iqtisadi vəziyyətini nə yolla qoruyub
saxlaya və yaxşılaşdıra biləcəyini öyrətməlidir»
Tarixçi alim L.Məmmədova yazır: «ADR-in yaradıl
ması ... ictimai-siyasi fikrin bütün əvvəlki inkişafının qanu
nauyğun maddilaşməsi
oldu».
Bununla yanaşı, müəllif
43