Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

ildə ingilis  kapitalı  Rusiya  dövləti  üçün  sərfəli  şərtlərlə  neft 

sənayesinə  buraxıldı.

M üharibə  illərində  (1914-1917)  dövlət  sənayenin  ən 

mühüm  sahələrinin  inkişafını  sürətləndirir,  özünün  birinci 

dərəcəli  böyük  dövlət  statusunu  və  siyasi  rejimi  qoruyub 

saxlamaq  naminə  istehsalın  təmərküzləşməsi  və  kapitalın 

mərkəzləşməsi  üçün  əlverişli  şərait  yaradırdı.  Dövlət  isteh­

lakçıları üçün  neft  yanacağının  bazardankənar tədarük sis­

teminin  (payçılıq  yolu  ilə  toplanmış  neftdən  ibarət  siste­

min)  yaranm ası  m ühüm   məqam  oldu.  «Çox  böyük  həcmə 

və dəyərə malik  olan  xəzinə mülkiyyəti dövlət-kapitalist neft 

təsərrüfatının  yaradılması  və  inkişafı  üçün  bünövrə  idi» 

(Ибрагимов  М.Дж.  Нефтяная  промышленность  Азербай­

джана  в  период  империализма.  Баку,  1984.  с.  34,  39,  30, 

178,  177).

Modernləşmənin  miqyası  barədə  təsəvvür  yaranması 

üçün  daha  bir  neçə  fakta  nəzər  salaq.  Neftin  sənaye  üsulu 

ilə  hasilatı  başlanandan  (1872-ci  il)  sonra  dünyada  heç  bir 

şəhər  Bakı  kimi  sürətlə  inkişaf etmirdi.  1898-1901-ci  illərdə 

neft  hasilatının  həcminə  görə  dünyada  birinci  yeri  tutan 

Bakı  güclü  modernləşmə  proseslərinin  mərkəzində  idi.  Çox 

böyük  kapitala  malik  olan  adam lar  Rusiyanın,  demək  olar 

ki,  bütün  quberniyalarından,  eləcə  də  Qərbi  Avropadan 

Bakıya  elə  axışırdılar  ki,  sanki  bura  «Kaliforniya  idi».  Çar 

məmurlarının buraya işə göndərilməsi onlar üçün çox sərfəli 

idi, çünki  burada  ağlasığmaz məbləğdə rüşvət almaqla qısa 

vaxtda  varlanm aq  olardı.  Neftli  torpaq  sahələrinin  yerli 

sahibkarları  az  bir  vaxtda  hədsiz  varlanmışdılar,  Azərbay­

canın  uyezdlərindən  və  Cənubi  Azərbaycandan  (İrandan) 

yüz  minlərlə  kəndli  nisbətən  yaxşı  qazanc  dalınca  Bakıya 

üz tuturdu.

Bakı  Rusiya  imperiyasının  beş  ən  mühüm  iqtisadi  ray­

onundan  biri  olmaqla yanaşı,  həm  də sosial  və  milli-azadlıq 

hərəkatlarının  mərkəzinə,  çoxmillətli  cəmiyyətə çevrilmişdi. 

Yerli  burjuaziya  nümayəndələri  (H.Z.Tağıyev,  M.Nağıyev,

M.Muxtarov,  B.Quliyev  və  başqaları),  Peterburq  və  Mosk­

va 

burjuaziyasını 



təmsil 

edən 


L.Nobel, 

E.Nobel, 

S.M.Şibayev,  A.  Benkendorf və  başqaları,  çar  məmurları, 

eləcə də  islahatçı  müsəlman,  liberal  və sosialist  dünyagörü­

şlərini  təmsil edən texniki və humanitar yönümlü çoxmillətli 

burjuaziya  nümayəndələri  Bakıda  ham  Asiyaya,  həm  də 

Avropaya  xas  elementlərin  ecazkar  şəkildə  birləşməsindən 

ibarət  olan  yeni  həyat  tərzi  yaratmışdılar.  Beləliklə,  mo­

dernləşmənin sosial-mədəni  təməli tam formalaşmışdı.

«Sosial-mədəni  təməl»  dedikdə  biz  nəyi  nəzərdə  tutu­

ruq?  Buraya cəmiyyətin  bütün  üzvləri  üçün eyni olan və bu 

cəmiyyəti  ideoloji  baxımdan  bütöv bir qurum   hesab etməyə 

imkan  verən,  tarixi  köklərə  malik  olan  sabit  mənəvi  dəyər­

lər və norm alar daxildir.

Məlum  olduğu  kimi,  islam  modernizminin  banisi  Cə- 

maləddin  Əfqani  (1839-1897)  olmuşdur.  Əhməd  bəy Ağay­

evin  təbirincə desək,  «istedadına və əzminə görə zəmanəmi­

zin  ən  heyrətamiz  insanlarından  biri»  olmuş  C.Əfqani 

müsəlman  ölkələrinin  geridə  qalmasının  səbəblərini  açıq­

layır  və  eynilə  Avropa  proqressizmi  ruhunda  olan  radikal 

dəyişikliklərin  reseptlərini  təklif  edirdi.  Əfqani  belə  hesab 

edirdi  ki,  Quranın  həqiqi  mənası  və  onun  oxlaqi  ayələri 

azadlığa  hörmət  ideyaları  ilə,  azadlığın  müasir  təcəssüm 

formaları  olan  şəxsiyyət  azadlığına,  mətbuat  azadlığına, 

yığıncaqlar keçirmək  azadlığına  hörmət  ideyaları  ilə uzlaşır. 

Əfqaninin  fikrincə,  müsəlman  ziyalılarının  vəzifəsi  •  avam 

və  nadan  kütlələri  avropa  təfəkkürü  ilə,  modernləşmənin 

Avropa  standartları  ilə  tanış  etməkdən  ibarət  idi.  Azərbay­

canda  Əfqaninin  Əhməd  bəy  Ağayev,  Əli  bəy  Hüseynzadə 

və Məmmədəmin  Rəsülzadə kimi layiqli şagirdləri vardı.

Ə.Ağayev  Avropanı  ideallaşdırmaq  fikrindən  uzaq  idi. 

O,  islam  dəyərlərini  müdafiə dəstəkləyir  və  belə  hesab edir­

di  ki,  islam  dəyərləri  doqmatik  yozumlardan  təmizlənməli­

dir. 


İstər 

Ə.Ağayev, 

istərsə 

də 


Ə.Hüseynzadə 

və 


M. Rəsulzadə  türkiyəli  «ultraproqressistlərə»  xas  olan  «heç

40

41




bir  hesabat  vermədən,  əlkimyaçılar  mistik  formulalara 

inandıqları  kimi,  A vropa  təsisatlarının  gücünə  ekzaltasiyalı 

inam»ı  qəbul  etmirdilər.  Ə.Ağayevin  fikrincə,  «ultraproq- 

ressistlərin»  təqsiri  ondan  ibarətdir  ki,  onlar  müsəlmanların 

«əsrlər  boyu  formalaşmış  psixoloji  və  sosioloji  xüsusiyyətlə­

rə  malik  həyat  tərzi  ilə  hesablaşmaq  istəmirlər».  Ə.Ağayev 

bu  mövqedən  çıxış  edərək,  A vropa  adətlərinin  şübhəli  cə­

hətlərini,  xüsusən  adyulteri  (ərin  arvada və arvadın  ərə xəy­

anət etməsini) və fahişəliyi pisləyir, bu naqisliklərin  Avropa 

həyat  tərzində  kök  salmasım  vurğulayır  və  buna  görə  də 

Azərbaycanın  «ikinci  Avropaya»  çevrilməsinə  qarşı  çıxırdı. 

Ə.Ağayev  və Ə.Hüseynzadə «Həyat»  qəzetinin  birinci  nöm­

rəsində  (1905-ci  il)  A vropa  modernizminə  aludəçiliyin  ide- 

olji  hədlərini 

göstərirdilər:  «Türkün  fransızlaşdırılması 

müsəlmanın tərəqqisi deyil,  fransızın tərəqqisi deməkdir».

Mahiyyət etibarilə,  onlar  siyasətin  ideoloji resursu olan 

din  uğrunda  m übarizə  aparırlar.  Azərbaycanlıların  milli 

mənafelərini  təmin  etmək  məqsədi  güdən  bu siyasət  müstə­

qil  milli  dövlətdə  həyata  keçirilməli  idi.  İslam  modernizmi- 

nin  daha  bir  xüsusiyyətini  qeyd  etməmək  olmaz:  ərlə  arva­

dın qarşılıqlı  məhəbbətinə və hüquq  bərabərliyinə əsaslanan 

ailə,  məişətin  maariflənmiş  və  tənzimlənmiş  olması  dövlət- 

ləşdirilmiş milli varlığın  əsaslan  hesab edilir.

M.Rəsulzadə  özünün  təsis  etdiyi  «Açıq  söz»  qəzetinin 

birinci  nömrəsində  (2  oktyabr  1915-ci  il)  «Biz  hansı  yolu 

seçirik»  adlı  proqram   məqaləsində  yazırdı  ki,  biz  zəmanə 

adam ları  olmalı  və  üç  əsas  dəyərə  sadiq  qalmalıyıq.  Müsəl­

man  modernizminin  əsas  şüarına  çevrilmiş  həmin  dəyərlər 

bunlardır:  «türkləşmo,  islamlaşma  və  modernləşmə».  Bu 

sosial-mədəni  amillərdən  ilk  ikisinin  -   «türkləşmə»  və  «is­

lamlaşma»  amillərinin  «modernləşmə»  amili  ilə  birləşdiril­

məsi  onu  göstərir  ki,  modernləşmənin  bu  modeli  avropa 

modernini ko rk o ran a təqlid etmək deyildir.

42

5. Azərbaycan Demokratik  Respublikası: 

etatist tipli  islahatlar təcrübəsi

H.Əliyev  deyir:  «Birinci  Dünya  Müharibəsinin  başa 

çatması, rus çarizminin  süqutu,  Oktyabr  inqilabı...  -  bunlar 

hamısı  birlikdə  Azərbaycan  Demokratik  Respublikasının 

yaradılması  üçün  əlverişli  şərait  təmin  etmişdi.  (...)  O  döv­

rdə  Azərbaycanda  böyük  ziyalılar  dəstəsi  tarix  səhnəsinə 

çıxdı.  (...) Onlar öz intellektual potensialları ilə  ...  XX əsrdə 

Azərbaycanda  baş  verən  proseslərə  xidmət  edirdilər...» 

(Azərbaycan  Demokratik  Respublikasının  80  illiyinə  həsr 

edilmiş  təntənəli  iclasda  Azərbaycan  Respublikasının  Prezi­

denti  Heydər  Əliyevin  nitqi.//Возрождение-XXI  век.  1998. 

№5.  с.3-4).

D oğrudanda,  1918-1920-ci  illərdəki  böhranlı  vəziyyə­

tin  Azərbaycan  dövlətçilik  təfəkkürü  tərəfindən  təklif edil­

miş  ən  mühüm  mənası,  Azərbaycan  Dem okratik  Respubli­

kasında  dövlət  quruculuğu  praktikası  və metodları 

bütün 

bunlar  kənardan  əxz  edilməmişdi,  bu praktika  və metodlar 



bizim  özümüzünkü  idi.  Əlbəttə,  ADR-in  baniləri 

əksə­


riyyəti  hüquqşünas,  Rusiya  universitetlərinin  məzunları 

olan 


Ə.M.Topçubaşov, 

F.Xoyski, 

M.Rəsulzadə,

X.Xasmommədov  və  başqaları 

Avropa  mədəniyyətinin 

klassik  matrisinə -   humanizm,  rasionalizm,  idrakın  tarixi  və 

obyektiv  olması  prinsiplərinə  əsaslansalar  da,  bununla  ya­

naşı,  onlar  öz  fikirlərinin  milli  nizamını  qoruyub  saxlayır­

dılar.  Azərbaycan  dövlət  xadimləri  görkəmli  islahatçı 

S.Y.Vittenin  kiçik  müasirləri  idilər.  S.Y.Vitte  deyirdi:  «Siy­

asi  iqtisad  millət  ideyasını çıxış  nöqtəsi  kimi  qəbul  etməli  və 

müəyyən  millətin...  öz  iqtisadi  vəziyyətini  nə  yolla  qoruyub 

saxlaya və yaxşılaşdıra biləcəyini öyrətməlidir»

Tarixçi  alim  L.Məmmədova  yazır:  «ADR-in  yaradıl­

ması  ...  ictimai-siyasi  fikrin  bütün  əvvəlki  inkişafının  qanu­

nauyğun  maddilaşməsi 

oldu». 

Bununla  yanaşı,  müəllif



43


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə