Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

kütlələrinin  rəhbəridir.  Onun  tribun-siyasətçi  məharəti  on­

dan  ibarətdir  ki,  bütün  mürəkkəb  məsələlərə  zahirən  sada 

yanaşır,  prinsip  etibarilə  bir  məsələni  qəbul  etmədiyi  məsə­

lələri  də  kütlənin  intellektual  inkişaf səviyyəsini  nəzərə  ala­

raq  fikrini  inandırıcı  formada  açıqlayır.  90-cı  illərin  əvvəllə­

rində  tarixin  yeni  dövründə  Heydər Əliyev  kütlələri  fəth  et­

mişdir.  O,  həmin  kütləni  gələcəyə  inam  ruhu  ilə  yaşayan 

siyasi  millətə çevirmişdi.  O,  millətin  az  qala  unutm aqda  ol­

duğu  Zam an  və  Zəfərlər duyğusunu addım-addım  ona  qay­

tarmışdır.  Millətin  anladığı  qələbə  əhval-ruhiyyəsi  onun  gə­

ləcək  zəfərləri  ilə  bağlıdır.  Bu ovqat  tdaha  da  inkişaf etməli 

və  formalaşmalıdır.  Onda  bu  suala  cavab  vermək  mümkün 

olacaq:  «Xalqın  tarixi  missiyası  varmı  və  onun  milli  əzəmə­

tini göstərmək vaxtı yetişibmi?» (K.Şmitt).

Onun  insanları  inandırmasına,  təkid  etməsinə,  nəyiss 

tələb etməsinə ehtiyac yox idi. Ətrafındakı adamların  hamısı 

ona  inanır,  hörm ət  edirdilər.  Əliyevin  qərargahı  o  dövrda 

mümkün  olduğu  dərəcədə  sürətlə  və  səmərəli  şəkildə  işlə­

məyə başladı.  Bir-birinin dalınca verilən  sərəncamlar  dərhal 

öz  ünvan  sahiblərinə  çatdırılırdı.  AXC  ilə  bağlı  məmurlar 

sakitcə  öz  kabinetlərini  tərk  etdilər.  Dövlət  maşını  sürətini 

artırmağa  başladı.



7.  Diletantların bonapartizminin darmadağın edilməsi

S.Hüseynovun  Azərbaycan  Bonapartı  roluna  iddiaları­

nı  «kökündən  kəsmək» üçün  Heydər Əliyevə vaxt lazım  idi. 

İyunun  28-də  S.Hüseynov  H.Əliyevlə  görüşmək  üçün  Ba­

kıya gələndə o,  hakimiyyət barədə xülyalarına  heç də sərfəl 

olmayan  mənəvi-psixoloji  ab-havaya  düşdü.  S.Hüseynovun 

xalqın  iradəsinə  apellyasiya  etməsi  («Xalq  məni  hansı  vəzi­

fədə  görmək  istəsə  mən  həmin  vəzifəni  tutmağa  hazıram»; 

tarixən  kecikmişdi.  180  il  mülki  şəxslərin  idarə  etdiyi  Latın 

Amerikası  ölkələrinə  xas  olan  populist  diktatura  Azərbay­

can  xalqı  tərəfindən  qəbul  edilə  bilməzdi.  Xalqın  və  vətənin

72

xilaskarı  Heydər  Əliyev  idi.  Bu  inamı  onun  əvvəlki  uğurları 



barədə  yaddaşlarda  qalan  faktlar  da  gücləndirirdi.  Üstəlik, 

ölkənin  siyasi  qüvvələrinin,  yerli  hakimiyyət  orqanlarının 

böyük  əksəriyyəti  şüurlu  surətdə  və  intuitiv  şəkildə  qət  et­

mişdi  ki,  Azərbaycana  Heydər Əliyev başçılıq  etməlidir.  Su­

rət  Hüseynovun  itaətkar  davranışını  diktə  edən  bir  mühüm 

amil  də  müharibə  idi.  S.Hüseynov  vətən  müharibəsini  və­

təndaş  müharibəsinə  çevirməyə  cəsarət  etmirdi  və  çox  gü­

man  ki,  bunu  edə  bilməzdi.  1993-ci  il  iyunun  30-da  Heydər 

Əliyev  Surət  Hüseynovun  Baş  Nazir  vəzifəsinə  namizədliyi­

ni  Milli  Məclisə  təqdim  etdi  -  yuxarılarda  siyasi  sülh  əla­

mətləri  bərqərar oldu.

İyul-avqust  aylarında  H.  Əliyev  separatçıları  və  ən  odi- 

oz,  ən  mürtəce  cəbhəçiləri  darmadağın  etdi,  onlara  qarşı 

hüquqi  sanksiyalar  tətbiq  edildi.  Bu,  hakimiyyət  məkanının 

ozmkarlıqla  təmizlənməsi  idi.  Vəziyyət  hakimiyyətin  legitim 

şəkildə  cəmləşdirilməsini  tələb  edirdi  və  xalqın  nəzərində 

dövləti  şəxsən  təcəssüm  etdirən  Heydər  Əliyev  siyasi  dəyi­

şikliklərin  parametrlərini:  onların  miqyasını,  müddətini  və 

istiqamətini  müəyyən  edirdi.  Xalqın  misilsiz  dəstəyinə  gü­

vənən  H.Əliyev  dövlət  təfəkkürünə  və  xidməti  məsuliyyətə 

əsla  hazır  olmayan  özündən  bədgüman  adamların  iddiala­

rına son qoydu.

Nəcib  məqsədlər  naminə  hüquqdankənar  zorakılıq  mə­

sələsi  ayrıca  bir  mövzudur  və  dövlətçiliyə  hörmət  edənlər 

adətən  bu mövzu  barədə susmağı  üstün  tuturlar.  Zorakılıq 

ctik-siyasi  hadisədir  (bax:  Капустин  Б.  К  понятию  полити­

ческого насилия.  Фрагмент книги //http://www.politstudies. 

ru).  Zorakılığın  daxili  hədləri  var.  Bu  hədlər  zorakılıq 

obyektinin  müqavimətinin  nəticəsi  deyil,  onları  zorakılıq 

özü  müəyyənləşdirir.  Zorakılıq  əbədidir  və  hətta  demokra­

tiyaya  qarşı  da  tətbiq  edilir.  Buna  səbəb  odur  ki,  zaman 

keçdikcə  hakimiyyətin  istənilən  forması,  o  cümlədən, 

münaqişələrin  qeyri-zorakı  yolla  həll  edilməsinin  və  ya  tən­

zimlənməsinin  bir  forması  olan  demokratiya  da  «bürünclə-

73



şir».  D em okratiyanın  daşlaşmasına  qarşı  zorakılıqla  müqa­

vimət  göstərilmədikdə  (bu  müqavimətin  silahlı  şəkildə  ol­

ması vacib deyil)  demokratiya  özü cırlaşaraq  status-kvonun 

bərpa  edilməsi  formasına  çevrilir,  onun  özündən  razı  ra­

hatlığını  poza  biləcək  narazlıq  təzahürlərinin  öz  metodları 

ilə  dəf etməyə  başlayır.  Tarixi  səbəb-nəticə  əlaqələrinin  in­

qilab  və  ya  üsyan  formasında  «qırılması»  (ləğvi-müəllifin 

qeydi)  özü-özünü  istehsal  etməklə  qarşıdakı  yeniliyə 

münasibətdə  zorakılıq  edən  formaya  qarşı  zorakılıq 

aktından  başqa  bir  şey  deyildir.  1993-cü  ilin  iyun  hadisələri 

pantürkist,  etnoqratik  status-kvonun  zorakılıq  yolu  ilə 

kəsilməsi  idi.  AXC  tərəfindən  yaradılmış  qaydalar  ölkənin 

labüd  olaraq  «somaliləşdirilməsinə»,  dövlətin  parçalanma­

sına və məhvinə,  cəmiyyətin  deqradasiyasına  doğru  aparır­

dı.


Heydər  Əliyev  formal  m ənada  hələ prezident  olmasa  da 

faktiki  olaraq  ona  hələ  cavan  yaşlarından  xas  olan  polad 

iradəsini səfərbər edərək ölkəni idarə edir, əsl fədakarlıq  gö­

stərərək,  tarixi  dövrün  tələblərini  şəxsi  səfərbərlik  rejimində 

həyata  keçirmək  üçün  hədsiz  dərəcədə  çox  işləyirdi.  Onun 

hərəkətlərinin  konstitusiyaya  müvafiq  olmasına  heç  bir 

şübhə  yox  idi.  1993-cü  il  avqustun  29-da  keçirilmiş  referen­

dumda  iştirak  edənlərin  92-i  faizi  Elçibəyə  etimadsızlığını 

bildirdi.  Bundan  sonra  prezident  seçkilərinin  vaxtından  əv­

vəl keçirilməsi  imkanı yarandı.  1993-cü il  oktyabrın  3-də  bu 

cür  seçki  keçirildi  və  Heydər  Əliyev  seçicilərin  98,8%-nin 

səsini topladı.

Ölkənin  idarə edilə  bilən  olmasını  bərpa  etmək,  ordunu 

və  digər  güc  strukturlarını  ali  hakimiyyətə  tabe  etmək,  əllə­

rində silah olan  bir dəstə siyasətçini ləğv etmək, əhalidə olan 

silahları  yığmaq,  banditliyin  və  küçələrdə  cinayətkarlığın 

kökünü  kəsmək  lazım  idi.  M üvafiq  tədbirlər  nəticəsində 

həyat  fəaliyyəti  üçün  minimal  şərait  yaradıldı:  «İnsanlar 

sərbəst...  istirahət  edə  bilir,  gündüz  də,  gecə  də  sərbəst  hə­

rəkət  edə  bilirdi». 

Prezident  sonradan  deyəcək:  «ölkədə

74

qayda  yaratmaq  üçün  mənə  iki  il  yarım  vaxt  lazım  gəldi» 



(Xalq  qəzeti.  1998,  13  iyul).  Mahiyyət etibarilə  o, cəmi  bir 

neçə  ay ərzində  nizami  ordunu yenidən  yaratmalı  -   1993-cü 

ilin  payızında  respublikanın  6  rayonunu  işğal  etmiş  erməni 

silahlı qüvvələrinin  hücumlarını  dayandırmağa və hətta  əks 

hücum  əməliyyatlarını  təşkil  etməyə  müvəffəq  oldu.  Bu or­

dunun  sayəsində  1994-cü  il  oktyabrın  4-5-də  baş  vermiş 

Gəncə qiyamı yatırıldı.

Lakin  ölkədə  şəxsi  səviyyədə  ifadə  olunan  rəmzi 

ikihakimiyyətlilik  davam  edirdi. 

S.Hüseynov  cəmiyyətdə 

mövcud  ab-havanı  öz  xeyrinə  dəyişməyə  ümid  edirdi...  o, 

öz  partiyasını  yaratmış  və  parlament  seçkilərinə  hazırlaş­

mağa  başlamışdır.  O,  başa  düşmürdü  ki,  dəyərlər  seçimi 

(xalq  tərəfindən  güclü  hakimiyyətin  xeyrinə  edilmiş  seçim) 

və  elektoral  seçim  -   ayrı-ayrı  şeylərdir.  Q arabağ  problemi 

(Bişkek  sazişi,  Rusiyanın  və  NATO-nun  mövqeləri)  istər 

hakim  düşərgədən  kənarda,  istərsə  də  onun  daxilində 

müxalifətin demarş tədbirləri üçün  bəhanə oldu.

Ölkə  daxilində ciddi siyasi mübarizə başladı.  Bu müba­

rizə  Qərbin  və  Rusiyanın  diplomatik  fəallığı  ilə  müşayiət 

olunurdu.  Nəticədə  Heydər  Əliyev  xarici  siyasət  raundunda 

qalib  gəldi.  O,  Qərbdən  zəmanət  aldı  ki,  Ermənistan  tərə­

findən  hərbi  təzyiq  göstərilə  biləcəyindən  narahat  olmamaq 

mümkündür,  eləcə  də  Ermənistan-Azərbaycan  münaqişə­

sində  onun  yeritdiyi  xətt  Qərb  tərəfindən  dəstəklənəcəkdir. 

Lakin  1994-cü  ilin  may  hadisələrindən  sonra  Azərbaycanın 

on  böyük  qazancı  bu  oldu  ki,  Elçibəyin  əvəz  edilməsinin 

qeyri-legitim  olması  barədə  Vaşinqtonda  gedən  söz-söhbət 

artıq  keçmişdə qalmışdı.  Bununla bərabər Qərb,  müxalifətin 

vəziyyəti  barədə «canfəşanlıq  və nigarançılıq» nümayiş etdi­

rirdi.

İlham Əliyev  1999-cu  ildə həmin  hadisələri  xatırlayaraq 



deyirdi:  «Qoy  «Azərbaycanda  demokratiya  yoxdur»  deyə 

qışqıran  başabəla  dem okratlar  o  vaxt  özlərinin  necə  «de­

mokratiya»  yaratdıqlarını  yada  salsınlar...Gəlin  bir  anlığa

75



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə