Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

liyyəti  həmin  qaydanı doğurm aqda davam etsin.  Cəbhəçilə- 

rin  yaratdığı  sosial  qayda  əslində  sosial  nizamsızlıqla  -   qiy­

amlar və eksseslərlə  dolu  idi.  Bu qiyamların  ən  böyüyü  cəb- 

həçilərin  hakimiyyəti  üçün  fəlakətlə nəticələndi.  S.Hüseyno­

vun qiyamı  III  Respublikanın  tarixində yeni  dönüş  məqamı 

oldu.  Cəmi  yarım  ay  ərzində  mövcud  rejiminin  daxili 

çürüklüyü,  püçlüğü  üzə  çıxdı.  Cəbhəçilərin  isteblişmentini 

bürümüş  vahimə  siyasi,  iqtisadi  və  mənəvi-  əxlaqi  münasi­

bətlərin hədsiz dərəcədə dolaşıq olmasının üzvi təzahürü idi.

Məhz  belə  bir  vaxtda  ictimaiyyət  Heydər  Əliyevə  müra­

ciət  etdi.  Ə.Elçibəy  sonradan  deyəcək:  «Biz  elə  bilirdik  ki, 

Əliyev  bizə  kömək  edəcək,  o  isə  gəlib  hakimiyyəti  öz  əlinə 

keçirdi».  (Неделя.  1999,  14  июня).  Bu  bəyanatın  «sadə- 

lövlüyü»  insanı  heyrətə  gətirir.  İyunun  9-a  keçən  gecə  Ba­

kıya  gəlmiş  H.Əliyev  iyunun  13-də  Milli  Məclisə  daxil  oldu. 

O  deyirdi  ki,  «Azərbaycan  Prezidentinin və  respublika əha­

lisinin  m üxtəlif  təbəqələrinin  nümayəndələrinin  xahişi  ilə 

böhranlı  vəziyyətdən  çıxış  yollarını axtarmaq  üçün  vicdanı­

nın hökm ü  ilə  Bakıya gəlmişdir» (Бакинский рабочий.  1993, 

14  июня).  Vəziyyəti  öyrənmək  və  hərbi  münaqişəni  dinc 

yolla  tənzimləmək  üçün  son  dərəcə  gərgin  və  dramatik  iş 

başlandı,  iyunun  15-də H.Əliyev parlamentin rəhbəri seçildi, 

əslində isə  onu  “Ölkənin  Xilaskarı”  kimi qəbul  etdilər.  Mə­

sələyə  kənar  mövqedən  yanaşanda  Surət  Hüseynov  Elçi­

bəyin və onun nazirlərinin istefa verməsi barədə tələblər irəli 

sürməkdə  davam   edirdi:  «Əgər  onlar  istefa  verməsələr,  qə­

zəblənmiş  xalq  onları  devirəcəkdir»  (Бакинский  рабочий. 

1993,  18  июня).  Lakin  əslində heç bir ikihakimiyyətlilik  yox 

idi.  Bu  halda  Heydər  Əliyevin  mənəvi-siyasi  resursu  hərbi 

resursdan daha güclü çıxdı.

İyunun  18-nə  keçən  gecə  Elçibəy  bu  dəfə  təqib  edilən 

şəxs  rolu  oynam aq  üçün  Naxçıvana qaçdı.  Şəhərdə qarışıq­

lıq  idi,  sakinlər  evlərin  pəncərələrini  möhkəm  bağlayır,  hər 

ehtimala  qarşı  qapıların  rəzələrini  yoxlayır,  uşaqları  şəhər­

dən  kənarda  yaşayan  qohumlarının  yanına  göndərir,  özləri 

ərzaq  ehtiyatı  görürdülər.  Heydər  Əliyev  milli  televiziya  ilə 

çıxış  edərək  dedi:  «Mən  Azərbaycan  Respublikasının  Ali 

Sovetinin  sədri  kimi  Azərbaycan  Konstitusiyasına  müvafiq 

olaraq  bu  vəzifələri,  hakimiyyəti  və  məsuliyyəti  öz  üzərimə 

götürürəm  və  bunu  bütün  Azərbaycana  bəyan  edirəm.  G ü­

man  edirəm  ki,  bizim  xalqımız,  vətənpərvər  əhval-ruhiyyəli 

adamlar  bu  işdə  mənə  kömək  edəcəklər  ki,  biz  birlikdə  bu 

vəziyyətin  öhdəsindən  gələk  (Бакинский  рабочий.  2001,  28 

июня).


Dövlət  böhranı  şəraitində  «cəncəl  adamların»  fəallaş- 

ması  qanunauyğun  hal  idi.  Ə.Hümbətov  Lənkəranda  regio­

nal hakimiyyətə yiyələnmək  iddiasını  bəyan  etdi.  Balakəndə 

vəziyyət  son  dərəcə kəskinləşmişdi.  Gəncədə səngər qurmuş 

Surət  Hüseynov  Əbülfəz  Elçibəylə  görüşməyə  etiraz  etmir, 

lakin  onun  istefa  verməsini  tələb edirdi.  Naxçıvana,  doğma 

Kələki  kəndinə  qaçıb  getmiş  Elçibəy  də  Hüseynovla  gör­

üşməyə etiraz etmir, lakin bu arzuların  reallaşdırılması  üçün 

heç  bir  konkret  addım  atmırdı.  Eyni  zamanda  Qarabağda 

Azərbaycanın  hərbi  dəstələri  t  orpaqları  itirə-itirə  geri  çə­

kilməkdə davam edirdi.

İyunun  24-də  Milli  Məclis  faktiki  olaraq  əlində  haki­

miyyət  olmayan  Ə.Elçibəyin  legitimliyinin  ləğv  olunması 

barədə  qərar  qəbul  etdi.  O  vaxtdan  etibarən  Elçibəy  formal 

baxımdan  «qovulmuş»  sayılsa da əslində  könüllü  olaraq  bu 

vəziyyətdə  yaşayırdı.  Konstitusiyanın  121  maddəsinin  7-ci 

bəndində  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  Pre­

zidenti  səlahiyyətləri  H.Əliyevə  verildi.  Azərbaycan  tarixi­

nin dönüş məqamında bu, zamanın tələbi idi.

Ağlı  başında olan,  yaddaşını itirməyən  heç kəs  mübahi­

sə  etməz  ki,  Heydər  Əliyev  xarizmatik  dövlət  xadimidir,  bu 

keyfiyyət  onda  Allah vergisidir.  Bununla bərabər o,  seçicilə­

rin  şəxsində  bütün  xalqın  etimadını  legitim  prosedur  yolla 

qazanmış  liderdir.  Legitimləşdirilmiş  idarəçidən  fərqli  ola­

raq  «xarizmatik  lider»  öz  fəaliyyətində belə  bir  daxili  inama

65

64




əsaslanır  ki,  qarşıya  qoyulmuş  problemlərin  həlli  üsulunu 

yalnız  o  bilir.  Azərbaycanın  yaxın  keçmişi  əyani  şəkildə  gö­

stərdi  ki,  seçkilərdə  seçilmiş  liderdən  fərqli  olaraq,  Heydər 

Əliyev  hakimiyyətinin  mənbəyi  onun  davamçılarının  seçki­

lərdə  səs  verdikləri  bülletenlərin  sayında  ifadə edilmiş  əzmi­

dir.  1993-cü  ilin  yayında Milli  Məclisdə də  belə  oldu:  Hey­

dər Əliyev  öz  iradəsinin  gücü və  zəkasının  məntiqi  ilə  Azər­

baycan  dövlətçiliyinin  qərəzli və  qərəzsiz düşmənlərini  ram 

etdi.

6.  «Proqramlaşdırılan» dünya dövründə

Heydər Əliyevin modernləşdirmə layihəsi

1993-cü  ilin  iyun  ayında gənc Azərbaycan dövlətinin  ən 

çox  nəzərə  çarpan  cəhəti  ölkədə  hökm sürən  hakimiyyətsiz- 

lik  və  hərc-mərclik  idi.  Yenicə  dövriyyəyə  buraxılmış  milli 

valyuta  -   Azərbaycan  m anatı  inflyasiyanın  təzyiqi  ilə 

üzləşmişdi,  sənayedə  və  kənd  təsərrüfatında  çox  təhlükəli 

vəziyyət  yaranmışdı.  Çörək  mağazalarının  qarşısındakı 

növbələri,  kriminal  elementlərin  azğınlaşmasmı,  sıravi  və­

təndaşların  qarətlərə  məruz  qalması,  döyülməsi,  ziyalıların 

kütləvi  şəkildə  ölkəni  tərk  edib  getmələri,  hakimiyyət  iddia­

sında  olan  qruplaşmaların  çəkişmələri,  erməni  millətçi,  se­

paratçı  və  şovinistlərin  simasında  düşməninin  azğınlaşması 

onları  dəf edə  biləcək  qüvvənin  qeyri-simmetrik,  özünümü­

dafiə vasitələrinin  primitiv səviyyədə olması,  hərbi intizamın 

olmaması  üzündən  orduda  «maxnoçuluq»  hallarının  geniş 

yayılması,  cəbhə xəttində  AXC-Müsavat  hökuməti  və  Surət 

Hüseynov tərəfindən  yaradılmış  silahlı  dəstələr  arasında  su­

bordinasiyanın  gözlənilmoməsi  öz  kədərli  nəticələrini  göstə­

rirdi.

Bu tarixi şəraitdə  Heydər Əliyev xarizmatiklərin  əzminə 



və  zəkasına  müvafiq  bir  şəkildə  fəaliyyət  göstərməli  idi: 

müasir  siyasi  dünya  nizamının  indiki  mərhələsi  «proqram­

laşdırılan»  yəni  siyasi  layihələrin  şüurlu  şəkildə  təcəssümü

ilə  üzvü vəhdətdə  olan  mərhələ  kimi  xarakterizə  olunur.  İs­

tər  milli-sivilizasiya,  istərsə  də  dünya  miqyasında  müasir­

liyin  subyektiv  və  obyektiv  amillərinin  üst-üstə  düşməsi  bi­

zim  «Heydər  Əliyevin  modernləşdirmə  layihəsi»  dediyimiz 

bir fenomenin yaranmasını şərtləndirmişdi.

Heydər  Əliyevin  dəstəklənməsi  fenomeninin  bir  mən­

bəyi  hamı  üçün  aşkardır  -   o,  böyük  şəxsiyyətdir.  Lakin  bu 

fenomenin  tarixi-sosioloji əsaslan  da vardır.  Hər  hansı sosi­

al  inqilabın  (və  ya  əksinqilabm)  tərəfdarları  da  olur,  əleyh­

darları  da.  Lakin  bütün  hallarda  elə  bir  məqam  yetişir  ki, 

həmin  məqamda  «biganələr»  işə  qarışır.  Böyük  sarsıntılar 

ərəfəsində  belələrinə  adətən  fikir vermirlər,  lakin  məhz  son 

mərhələlərdə  onlar  birinci  dərəcəli  rol  oynamağa  başlayır­

lar.  Böhranları  «tufana düşmüş sürü»  kimi  qarşılayan, sosi­

al  sarsıntılardan,  sabahkı  günə  inamsızlıqdan  təngə  gəlmiş 

dinc  “obıvatef’lər  (sadə  sakinlər-  müəllifin  qeydi)  asayişə 

meyl  edir,  özlərini  sakitləşdirmək  üçün  sarsılmaz  dəyərlər 

sayılan  sistemə  üz  tuturlar.  Bunun  nəticəsində  transform a­

siyaların  gedişində  mühafizəkar  əhval-ruhiyyə  dalğası  güc­

lənir.

Xalq  həyatının  mənəvi  mənbələrinə  müraciət  dövrü  ye­



tişir.  Onda  bu  ada  nail  olan  milli  elita  iki  zehni  səyi  birləş­

dirməyə  borcludur.  Bunlardan  biri  identikliyin  və  tarixi  va­

risliyin  qorunub  saxlanması  üçün  məsul  olan  milli  mədəni 

yaddaşın  fəalaşması  ilə,  ikincisi  isə  digər  lokal  svilizasiyala- 

rın  ali  və  sanballı  məhsullarının  yaradıcı  şəkildə  mənimsə­

nilməsi  ilə bağlıdır.

«Bu gün böyük  kütlələri  planlaşdıran  və planlaşdırmağa 

cəhd  edən bütün  adam lar tarixin  fəlsəfəsi  ilə hansı  formada­

sa  məşğul  olur».  Heydər  Əliyevin  nitqlərinin  və  çıxışlarınn 

mətnlərini  dərindən  öyrəndikcə məşhur  Avropalı  Karl  Şmit- 

tin  bu  kəlamı  yada  düşür  (bax:  Шмитт  К.  Единство  мира. 

Пср.  с  нем.  Ю.  Коринца.  //http://www.nationalism.org/vw). 

Prezident  1993-cü  ilin  yay  və  payız  aylarındakı  çıxışlarında 

Azərbaycanın  modernləşdirilməsinin  əsas  mövzularım  və

66

67



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə