sosial reinteqrasiyasına kömək etmək üçün bütün lazımi tədbirləri görürlər. Bu cür bərpa və
reinteqrasiya prosesi uşağın sağlamlığına, ləyaqətinə və özünə inam hissinə stimul verən bir
mühitdə həyata keçirilir.
Maddə 40
1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, bu qanunvericiliyin
pozulmasında təqsirləndirilən və ya təqsirkar sayılan hər bir uşağın onunla elə bir rəftar
hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hissələrinin inkişafına kömək edir,
uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörməti möhkəmləndirir və bu
zaman uşağın yaşı və onun reinteqrasiyasının və cəmiyyətdə faydalı rol yerinə yetirməsinin
arzuedilən olması nəzərə alınır.
2. İştirakçı dövlətlər bu məqsədlə və beynəlxaldq sənədlərin müvafiq müddəalarını
nəzərə alaraq təmin edirlər ki:
a) heç bir uşaq milli və ya beynəlxalq hüquqla qadağan olunmayan hərəkətə və ya
hərəkətsizliyə görə cinayət qanunvericiliyini pozmaqda şübhəli hesab edilməsin, onun
pozulmasında təqsirləndirilməsin və təqsirkar bilinməsin;
b) cinayət qanunvericiliyini pozmaqda şübhəli bilinən və ya təqsirləndirilən hər bir uşaq
ən azı aşağıdakı təminatlara malik olsun:
I) onun təqsiri qanuna uyğun olaraq sübuta yetirilməyincə təqsirsiz hesab olunması;
II) ona qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zəruri hallarda isə,
onun valideynləri və ya qanuni qəyyumları vasitəsilə məlumat verilməsi və öz müdafiəsinə
hazırlaşarkən və bunu həyata kecirərkən hüquqi yardım və digər lazımi yardım göstərilməsi;
III) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə məsələyə ədalətlə
baxılması yolu ilə, səlahiyyətli, müstəqil və qərəzsiz orqan, yaxud məhkəmə orqanının uşağın
yaşını və ya onun valideynlərinin, yaxud qanuni qəyyumlarının vəziyyətini nəzərə alaraq həmin
məsələ barəsində təxirə salınmadan qərar çıxarması, əgər bu, uşağın ən yaxşı maraqlarına zidd
deyildirsə;
IV) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməmək; ittiham
şahidlərinin verdiyi ifadələrin ya özünün birbaşa iştirakı ilə, ya da diğər şəxslərin köməyilə
yoxlanılması və müdafiyə şahidlərinin verdiyi ifadələrlə ifadələrlə tanış olması;
V) əgər hesab edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna uyğun
olaraq müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı tədbirlərə səlahiyyəti, müstəqil və
qərəzsiz yuxarı orqan, yaxud yuxarı məhkəmə orqanı tərəfindən təkrar baxılması;
VI) əgər uşaq istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə,
tərcüməçinin pulsuz yardımı;
VII) icraatın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət edilməsi.
3. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmaqda şübhəli bilinən, onu pozmaqda
təqsirləndirilən və ya təqsirkar sayılan uşaqlara tətbiq olnua bilən qanunların, qaydaların,
orqanların və təsisatların yaradılmasına kömək göstərməyə çalışırlar, o cümlədən:
a) elə minimal yaş həddi müəyyən edirlər ki, bu həddən aşağı yaşda olan uşaqlar cinayət
qanunvericiliyini pozmağa qadir hesab olunmur;
b) zəruri və arzuolunan hallarda, insan hüquqlarını və hüquqi təminatları tamamilə
gözləmək şərtilə, məhkəmə icraatına baş vurmadan belə uşaqlarla rəftar üçün tədbirlər görürlər.
4. Uşağa baxılması, qəyyumluq və nəzarət haqqında əsasnamə, məsləhət xidmətləri
göstərilməsi, sınaq və peşə müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı
proqramları və tərbiyə müəssisələrində uşağa baxılmasını əvəz edən digər formalarda qayğı
göstərilməsi kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunda məqsəd uşaqla elə rəftarı təmin
etməkdir ki, bu rəftar üsulu onun rifahına, habelə onun vəziyyətinə və cinayətin xarakterinə
uyğun olsun.
Maddə 41
Bu Konvensiyanın heç bir müddəası uşağın hüquqlarının həyata keçirilməsinə daha çox
kömək edən və aşağıdakı sənədlərdə əks oluna bilən müddəalara xələl gətirmir:
a) iştirakçı dövlətin qanununda; yaxud
b) həmin dövlət üçün qüvvədə olan beynəlxalq hüquq normalarında.
II HİSSƏ
Maddə 42
İştirakçı dövlətlər lazımi və təsirli vasitələrdən istifadə edərək, Konvensiyanın prinsipləri
və müddəaları barədə istər yaşlılara, istərsə də uşaqlara geniş məlumat verməyi öhdələrinə
götürürlər.
Maddə 43
1. İştirakçı dövlətlərin bu Konvensiyaya əsasən üzərlərinə götürdükləri öhdəliklərin
yerinə yetirilməsində əldə olunan tərəqqini mütəmadi nəzarətdə saxlamaq məqsədilə Uşaq
Hüquqları Komitəsi təsis edilir. Komitə aşağıda qeyd edilən funksiyaları yerinə yetirir.
2. Komitə yüksək mənəvi keyfiyyətləri olan və bu Konvensiyanın əhatə etdiyi sahədə
səriştəliyi ilə tanınan on ekspertdən ibarət olur. Komitənin üzvləri iştirakçı dövlətlər tərəfindən
onların vətəndaşları sırasından seçilirlər, seçilən üzvlər ölkələrinin adından yox, öz adlarından
çıxış edərək fəaliyyət göstərirlər; Komitəüzvləri seçilərkən, ədalətli coğrafi bölgü və əsas hüquq
sistemləri prinsipərinə diqqət yetirilir.
3. Komitənin üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri namizədlər siyahısından gizli
səsvermə yolu ilə seçilir. Hər bir iştirakçı dövlət öz vətəndaşları sırasından bir nəfərin
namizədliyini irəli sürə bilər.
4. Komitəyə ilk seçkilər bu Konvensiya qüvvəyə mindiyi tarixdən altı aydan gec
olmayaraq, sonralar isə iki ildə bir dəfə keçirilir. Hər belə seçki gününə dörd ay qalmış Birləşmiş
Millətlər Təşkilatının Baş katibi iştirakçı dövlətlərə məktubla müraciət edərək, onlara iki ay
ərzində öz namizədlərini təqdim etməyi təklif edir. Sonra Baş katib bu yolla irəli sürülmüş bütün
şəxslərin siyasını əlifba sırası ilə tərtib edir, siyahıda həmin şəxsləri irəli sürmüş iştirakçı
dövlətləri də göstərir və siyahını bu Konvensiyanın iştirakçısı olan dövlətlərə təqdim edir.
5. Seçkilər Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahlarında Baş katib tərəfindən
çağırılan iştirakçı dövlətlərin müşavirələrində keçirilir. İştirakçı dövlətlərin üçdə iki hissəsinin
yetərsay təşkil etdiyi müşavirələrdə o namizədlər Komitənin tərkibinə seçilmiş sayılırlar ki, onlar
səsvermədə iştirak edən və səs verən iştirakçı dövlətlərin nümayəndələrinin səslərinin daha
çoxunu və mütləq əksəriyyətini qazanmış olsunlar.
6. Komitənin üzvləri dördillik müddətə seçilirlər. Onlar namizədlikləri təkrar irəli
sürüldükdə yenidən seçilmək hüququna malikdirlər. İlk seçkilərdə seçilən beş nəfər üzvün