olmalıdırlar. Heç kim məktəbdə problemlərin öhdəsindən gələrkən bu günü qabaqcadan görə
bilməz. Ona görə də gərək şagirdlərimiz kooperativ öyrənmə, layihə işi, prosesi qiymətləndirmə
və problemin həlli sahələrində mütəxəssis olsunlar. Bu dərslikdə uşaqların öyrənən olaraq
həyatlarının ilk çağlarında atması təklif edilən bəzi addımlar təsvir olunub.
Müəllimə köməkçi vasitə kimi, hər bölmənin təsviri hissəsində cədvəl verilmişdir. Həmin
cədvəllərdə müəllimin fikir yürütmə mərhələsində yararlana biləcəyi əsas suallar yer alıb.
İstifadəçi hər bölmənin əvvəlində bu köməkçi vasitəyə rast gələcək.
Bu köməkçi vasitənin sinifdə uşaq hüquqlarını öyrənmə prosesinin hər üç kateqoriyasını
əks etdirən strukturu aşağıda verilir.
Şagirdlərin nə öyrəndiyi barədə həm müəllim, həm də şagirdlər özləri düşünməlidirlər.
Birinci sıradakı suallar müəllim üçün, ikinci sıradakı suallar isə şagirdlər üçün nəzərdə tutulub.
Həm müəllim, həm də şagirdlər üçün olan suallar öyrənmə prosesinin hər üç kateqoriyasını əhatə
edir. Öz şagirdlərinin həmin suallara cavab olaraq nə söyləyəcəklərini təxmin etməyə çalışmaq
müəllim üçün faydalı olar.
Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar
Haqqında
Vasitəsilə
Üçün
Müəllim
Şagirdlər uşaq hüquqları
haqqında indi nə bilirlər?
Konkret sinif otağında və
ümumiyyətlə, məktəb
icmasında uşaq hüquqlarının
prinsipləri hansı yollarla
müşahidə olundu?
Məktəbdən kənarda necə
hərəkət etməyi öyrənmə:
Şagirdlər öz gələcək
həyatları üçün nə
öyrəndilər?
Şagirdlər
Mən uşaq hüquqları
haqqında nə öyrəndim?
Mən uşaq hüquqlarını sinifdə
necə təcrübədən keçirdim?
İndi mən hansı fəaliyyətə
qadirəm?
İstifadəçinin hər bölmənin təsviri hissəsində rast gələcəyi bu cədvəldə müəllim və
şagirdlərin həmin suallara verə biləcəyi potensial cavablar göstərilib. Bu, cədvəldən istifadəni
asanlaşdırmaq və dərsdən hansı nəticələrin gözləndiyini istifadəçiyə göstərmək məqsədi daşıyır.
Əlbəttə, müəllim suallara cədvəllərdə göstəriləndən fərqli cavablar verməkdə sərbəstdir, eləcə də
şagirdlərin öz təcrübələri (“vasitəsilə”) barədə düşünərkən verdikləri cavablar, yaxud
öyrəndiklərini necə tətbiq edəcəkləri (“üçün”) barədə söylədikləri fikirlər cədvəldəki cavablara
uyğun gəlmədiyi halda “yanlış” sayıla bilməz. Onların cavabları istənilən halda dərsin
qiymətləndirilməsinə öz töhfəsini verəcək və müəllimin öz iş keyfiyyətini yaxşılaşdırmasına
yardım edəcək. Fikir yürütmək
üçün olan bu köməkçi vasitə sayəsində əldə edilən materialdan
müəllimin və ya şagirdin portfoliosunda istifadə oluna bilər.
Tapşırıqlarla öyrənmə və müəllimlərin yeni rolları
Bölmələr kiçik layihələr şəklində tərtib olunub; yəni şagirdlərin qarşısına layihə işinə
xarakterik olan problemlər – predmetlə bağlı, habelə işin təşkili, ünsiyyət, vaxta qənaət və sair ilə
əlaqədar problemlər qoyulur. Bu problemləri müəyyən edib, onları çözməklə şagirdlər çoxlu
müxtəlif qabiliyyətlərə yiyələnirlər (tapşırıqlarla öyrənmə).
1-ci bölmədə şagirdlərə üzərində adı və şəkli olan çiçək yaratmaq tapşırığı verilir. Çiçəyi
necə təsvir etmək, bunun üçün materialları haradan əldə etmək, şəkli haradan tapmaq və bunları
etmək üçün iş vaxtını (vaxt bölgüsünü) necə planlaşdırmaq kimi məsələlər şagirdlərin öz
ixtiyarına buraxılır. Bu yolla şagirdlər “iş haqqında” çox şey öyrənəcəklər. Ancaq müəllim gərək
tapşırığı müəyyən edərkən diqqətli olsun, bu kimi suallara özü üçün cavab tapsın: Uşaqların bu
tapşırığı etmək üçün nə qədər vaxtı olacaq? Onları hansı materiallarla təmin etməliyəm? Onları
çiçəyin bəzi hazır hissələri ilə təchiz edimmi? (1-ci bölmədə təsvir olunmuş layihədəki
variantlara bax).
Bu nümunə onu göstərir ki, uşaqlar ən erkən yaşlarından sinifdə öz işlərinə görə
məsuliyyət daşımağa həvəsləndirilir və mahiyyət etibarilə, bu məsuliyyəti müəllimlə bölüşürlər.
Bu cür öyrənmə təcrübəsindən istifadə, daha sonrakı mərhələlərdə şagirdlərə öz işlərini daha
müstəqil şəkildə planlaşdırmaq lazım gəldikdə, xüsusilə vacibdir.
Uşaq hüquqlarının DVT-nin bir qanadı kimi tədris olunmasında müəllim çox müxtəlif
rollarda çıxış edir.
Uşaq hüquqları “haqqında” tədris öyrətməyin və informasiyanın klassik funksiyasına –
mühazirə, oxu tapşırığı, video klip və sair – uyğun gəlir. Uşaq hüquqları “vasitəsilə” və uşaq
hüquqları “üçün” tədris müəllimdən həm də tələb edir ki, uşaqlarla rəftar edərkən və öz
xarakterini nümayiş etdirərkən müəyyən mənada təqlidçi rola girsin. Axı uşaqlar böyüklərin
sözlərinə o vaxt inanırlar ki, həmin sözlər böyüklərin nümayiş etdirdiyi xarakterə, məsələn, səs
tonuna, anlayış göstərməsinə, dözümlü və ədalətli olmasına, arxa durma və ruhlandırma
xarakterinə uyğun gəlsin. Bu kitabdakı bütün bölmələrdən göründüyü kimi, öyrətmə və öyrənmə
üsulları predmetlə sıx uzlaşır. Tapşırıqlarla öyrənmə müəllimdən dərslə bağlı dəqiq planlaşdırma
və hazırlıq tələb edir, bilavasitə dərsin gedişində isə müəllim o qədər də aktiv olmur. Ancaq
şagirdlər işləyərkən müəllim onları diqqətlə müşahidə etməlidir, çünki o, bilik, bacarıq və
dəyərlər baxımından şagirdlərin nələri mənimsəyib, nələri mənimsəmədiyini müəyyən etməli
olacaq.
Müəlliflərdən minnətdarlıq
Bu kitabın ilk nəşri Bosniya və Herseqovinanın Banya Luka şəhərindəki bir pedaqoji
institutun təşəbbüsü ilə hazırlanmışdır. Bir qrup müəllim Bosniya və Herseqovinanın Srpska
Respublikasının məktəblərində bu kitabda təsvir olunan proqramın layihə versiyasını sınaqdan
keçirmişlər. Həmin layihə sonra silsilə treninq-seminarlarda müzakirə olunaraq daha da
təkmilləşdirilmişdir. Ona görə də biz ilk növbədə Banya Luka şəhərinin pedaqoji institutunun o
vaxtkı prorektoru cənab Zdravko Sunkiçə öz minnətdarlığımızı bildiririk. Onun təşəbbüsü və
inadkarlığı olmasaydı, indi kitab halına gəlmiş həmin layihə də həyata keçirilməzdi.
Daha sonra biz bu kitabın bilavasitə sinif otağında dərs deyənlərin tələblərinə
uyğunlaşdırılmasına özlərinin qətiyyətli və şövqlü fəaliyyətləri ilə böyük töhfə vermiş Srpska
Respublikasının müəllimlər heyətinə təşəkkür edirik. Bu müəllimlər aşağıdakılardır: xanım
İliyana Vidakoviç, xanım Daniça Kruniç, xanım Lyilyana Maystoroviç, xanım Mira Kuruzoviç,
cənab Zoran Blaqoyeviç, cənab Lyubomir Umiçeviç, xanım Sandra Novakoviç, xanım Zora