barəsində şəkilli bir məqalənin dərc olunması üçün qəzet müxbirini dəvət etməyi təklif
edərdik.
7-ci sinif
MƏNİM İSTƏDİYİM MƏNƏ LAZIM OLANDIRMI?
Dərsin planı
Əsas sual / dərsin
mövzuları
Əsas tapşırıq
Əyani vasitələr
Dərs 1
Mənim arzularım
hansılardır?
Şagirdlər öz arzularını
söyləməklə bir-birlərinin
arzularından xəbərdar olurlar.
Şagirdləri qruplara
bölmək üçün şəkillər
Dərs 2
İnsanlar nəyə ehtiyac
duyurlar? Nəyə sahib
olmaq yaxşı olardı?
Şagirdlər arzularla ehtiyacları
və ən vacib ehtiyaclarla
məmnunluq ehtiyaclarını bir-
birindən fərqləndirməyi
öyrənirlər.
Ev tapşırığı olaraq,
şagirdlər evdə bunları
toplayırlar:
-- köhnə jurnallar
-- hər qrup üçün bir
cüt qayçı
-- yapışqan
-- bir neçə vərəq
-- istifadə olunmuş
böyük zərf
-- təqribən 4 metr
uzunluğunda ip
-- 10 ədəd paltar
şpilkası
Dərs 3
İstək nədir? Ehtiyac
nədir?
Şagirdlər bu kriteriyalar üzrə
ən vacib hesab etdikləri 10
istək və ehtiyac barəsində
razılığa gəlirlər.
Şagirdlərin
gətirdikləri
materiallar
Dərs 4
Uşaq hüquqları bizim
istək və ehtiyacla bağlı
fikirlərimizə uyğun
gəlirmi?
Şagirdlər öz ideyalarını uşaq
hüquqları ilə tutuşdurur və
Uşaq Hüquqları Günü üçün
təqdimat plakatları
hazırlayırlar.
Hər qrup üçün Uşaq
hüquqları haqqında
Konvensiyanın bir
nüsxəsi; flipçat
vərəqi
Dərsin məqsədləri
Uşaq və insan hüquqlarını başa düşmək üçün şagirdlər öz şəxsi ehtiyaclarını və arzularını
bildirməli, həmin an həyatdan nə gözlədiklərini özləri üçün yəqin etməlidirlər. İlk mərhələdə
onlar öz arzuları və ehtiyacları haqda, bu arzu və ehtiyacların nə dərəcədə qeyri-ciddi görünüb-
görünməyəcəyindən asılı olmayaraq, tam sərbəst düşünməli və onları açıq ifadə etməlidirlər.
İkinci mərhələdə isə onlar həyatda arzularla real ehtiyaclar arasındakı fərqi öz
düşündükləri şəkildə izah etməlidirlər. Bu cür seçim demək olar bütün hallarda şagirdləri Uşaq
hüquqları haqqında Konvensiya ilə onlara verilmiş hüquqlara aparıb çıxaracaq.
Hər iki mərhələdə müəllimin müzakirələri təşviq və idarə etməsi lazımdır. O, şagirdləri
“doğru” ideyalara inandırmaq kimi xeyirxah niyyət güdüb, öz dəyər və normaları ilə onlara
müdaxilə və təsir etməkdən özünü saxlamalıdır. Axı, yaxşı idarə olunan müzakirələrdə şagirdlər
çox vaxt bir-biri ilə ziddiyyət təşkil edən anlayışları və dəyərləri özləri aşkar edirlər.
Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar
Haqqında
Vasitəsilə
Üçün
Müəllim
Şagirdlər uşaq hüquqları
haqqında indi nə bilirlər?
Konkret sinif otağında və
ümumiyyətlə, məktəb
icmasında uşaq hüquqlarının
prinsipləri hansı yollarla
müşahidə olundu?
Məktəbdən kənarda necə
hərəkət etməyi öyrənmə:
Şagirdlər öz gələcək
həyatları üçün nə
öyrəndilər?
Bu bölmə şagirdlərə özlərinin
şəxsi arzularını və
ehtiyaclarını ifadə etməsinə
imkan yaradır. Şagirdlər
görürlər ki, onlara diqqətlə
qulaq asırlar və onların
söylədikləri ciddi qəbul
olunur. Onlar sağ qalmağımız
üçün zəruri olan əsas
ehtiyaclarla azruladığımız
şeylər arasındakı fərqi
öyrənirlər.
Şagirdlər hər gün həyatın
əsas məsələləri/problemləri
ilə qarşılaşdıqlarını və belə
məsələlərin/problemlərin
həllində cəmiyyətin öz
üzvləri üçün qeyri-bərabər
şərait yaratdığını
bilməlidirlər.
Şagirdlər öz arzularının əsiri
olmamalı, bununla belə,
onları müdafiə etməyi, öz
arzularının arxasında
durmağı öyrənməlidirlər.
Şagirdlər
Mən uşaq hüquqları
haqqında nə öyrəndim?
Mən uşaq hüquqlarını sinifdə
necə təcrübədən keçirdim?
İndi mən hansı fəaliyyətə
qadirəm?
Mən öyrəndim ki, uşaq
hüquqları əsas diqqəti mənim
ən vacib ehtiyaclarıma –
iştirak etmə, inkişaf etmə,
sağ qalma və müdafiə
olunma kimi ehtiyaclarıma
yönəldir və onlar mənim
gündəlik həyatımla çox sıx
bağlıdır.
Mən yalnız sinif yoldaşlarıma
və müəllimimə inandığım
təqdirdə öz arzularımı açıq
söyləyə bilirəm. Mən
öyrəndim ki, qapalı olmamaq
və başqalarının da belə
etdiyini görmək üçün səy
göstərməyinə dəyər.
Mən istəklər və ehtiyaclar
arasındakı fərqə daha artıq
diqqət etməyə çalışacağam.
Mən öz arzularımı və
xəyallarımı gizlətməyəcək
və ya onları inkar
etməyəcəyəm. Ancaq onları
həyata keçirərkən də
başqalarının ehtiyaclarına
xələl gətirməməyə
çalışacağam.
Əyani vasitələr
Uşaq hüquqları kartları;
Şagirdlərin gətirdikləri şeylər:
çoxlu şəkilləri olan bir neçə köhnə jurnal, məsələn, gənclər üçün jurnallar və ya moda
jurnalları
hər qrup üçün bir cüt qayçı
yapışqan
bir neçə vərəq
istifadə olunmuş böyük zərf
təqribən 4 metr uzunluğunda ip
10 ədəd paltar şpilkası.
Prosedur
Dərs 1
Müəllim qəşəng avtomobillərin, müxtəlif moda ləvazimatlarının və ya cəlbedici istirahət
yerlərinin şəkillərini götürüb onları qayçı ilə dörd hissəyə kəsir və yaranmış kağız parçalarını
qarışdırıb şagirdlər arasında paylayır. Şəklin ona düşən hissəsinə əsasən hər bir şagird şəklin
digər hissələrinin kimlərə düşdüyünü axtarıb tapmaqla öz partnyorlarını müəyyən edir və onlarla
birlikdə işçi qrupu formalaşdırır. Əgər qrupları üç, yaxud beş üzvdən ibarət formalaşdırmaq
lazımdırsa, onda müəllim şəkilləri müvafiq olaraq üç, yaxud beş hissəyə kəsir.
Qrupların iş prinsipinə dair bəzi məlumat:
Hər qrup öz sözçüsünü və rəhbərini seçir. Sözçü öz qrupu adından danışır. Onun vəzifəsi
özünün yox, qrupun rəyini – qruplar səviyyəsində iş gedərkən başqa qruplara, sinif səviyyəsində
ümumi müzakirə başlayanda isə müəllimə – çatdırmaqdır. Qrup rəhbəri isə iş prosesini təşkil
edir, bütün üzvləri bir araya gətirir və vaxta nəzarət edir.
Şagirdlər özlərinin hansı arzularını xatırlayırlar? Onlar balaca olanda ən böyük arzuları
nə olub?
Təxminən 7-10 yaşlarında olarkən nə onların xüsusilə sevincinə səbəb olub? Bəs görəsən
indi nə onların əsl sevincinə səbəb olar?
Onların fikrincə, böyüklərin nə kimi arzuları olur?
Hər qrup öz şəklini bir vərəqə yapışdırır və aşağısına yaş dövrünə uyğun arzuları yazır.
Qruplar öz işlərinə başlıq seçir və sinifdə təqdimatını keçirirlər.
Hazırlanmış mini-plakatlar sinif otağından asılır.
Gələn həftə üçün şagirdlərə aşağıdakı tapşırıq verilir:
Hər qrup aşağıdakı şeyləri gətirməlidir (qrup üzvləri öz aralarında kimin nə gətirəcəyini
razılaşdırırlar):
çoxlu şəkilləri olan bir neçə köhnə jurnal, məsələn, gənclər üçün jurnallar və ya moda
jurnalları
hər qrup üçün bir cüt qayçı
yapışqan