bir neçə vərəq
istifadə olunmuş böyük zərf
təqribən 4 metr uzunluğunda ip
10 ədəd paltar şpilkası.
Dərs 2
Şagirdlər öz qruplarında işə davam edirlər. Onlar aşağıdakı sualları müzakirə edirlər:
Biz nəyimizin olmasını istərdik? Bəs nəyimizin olması yaxşı olar? Bəs nəyə təcili
ehtiyacımız var?
Şagirdlər cüt-cüt ayrılıb jurnalları və digər materialları nəzərdən keçirirlər. Maddi və
qeyri-maddi istəkləri və ehtiyacları təsvir və ya xarakterizə edən şəkillərə rast gəldikdə onları
kəsir və toplayırlar.
Hər cütlük təqribən 10 şəkil toplayır. Hər qrup iki cüt şagirddən ibarət olduğundan
qrupların hərəsi 20 şəkil toplamış olur. Şagirdlər şəkillərin üstünə 1-dən 20-yə qədər rəqəmlər
yazmaqla onları nömrələyirlər.
Sonra qruplar öz şəkillərini istək və ehtiyacların səviyyəsinə görə iki yerə ayırırlar: ən
vacib səviyyəli istək və ehtiyaclar və özünü məmnun etmək üçün olan yüksək səviyyəli istək və
ehtiyaclar. Bu bölgü aşağıdakı şəkildə aparıla bilər:
Ən vacib istək və ehtiyaclar
Özünü məmnun etmək üçün olan istək və ehtiyaclar
futbol
avtomobil
ev
ərzaq
dostlar
xoşbəxtlik
valideynlər
Dərs 3
Qruplara belə bir tapşırıq verilir: Sizin üçün ən mühüm olan arzuları xarakterizə edən 10
şəkillə bağlı öz aranızda razılığa gəlin.
Prosedur belədir: Nömrələnmiş şəkillər qrupun stolu üzərinə düzülür. Qrupun hər
üzvünün 10 xal vermək hüququ var. Şagird bu 10 xalı 10 şəkil arasında bərabər bölüşdürə də
bilər (hər şəkilə 1 xal), daha az şəkil arasında paylaşdıra da bilər (məsələn, seçdiyi 5 şəkilin
hərəsinə 2 xal). Hər şagird seçdiyi şəkillərin nömrələrini və qarşısında onlara verdiyi xalları
yazmaqla bir siyahı tərtib edir. Ən çox səs toplamış 10 şəkil qrupun favorit şəkilləri sayılır. İki
şəklin topladığı xallar bərabər olduqda və onluqda yalnız bir yer qaldıqda, hər iki şəkil favoritlər
sırasına daxil edilir.
Qruplar öz şəkillərini şpilkalarla aşağıdakı ardıcıllıqla ipə taxırlar:
sol tərəfdə bizim ləyaqətlə yaşamağımız üçün lazım olan şeyləri (ən vacib ehtiyacları)
təsvir və ya xarakterizə edən şəkillər;
sağda doğru irəlilədikcə, bizim rahat yaşamağımız üçün lazım olan şeyləri təsvir və ya
xarakterizə edən şəkillər.
Dərs 4
Qruplar aşağıdakı materiallarla öz işlərini davam etdirirlər:
seçilmiş 10 şəkil;
10 ədəd A3 ölçülü vərəq;
Uşaq hüquqları konvensiyasının orijinal və sadələşdirilmiş versiyaları.
Tapşırıq:
Bütün uşaq hüquqlarını qrup daxilində növbə ilə ucadan oxumaq.
Hansı hüquqlar hansı ehtiyaclara istinad edir?
10 plakat hazırlayın. Kağızın sol tərəfinə 10 şəkildən birini yapışdırın, sağ tərəfdə isə
həmin şəkildə təsvir olunmuş istək və ya ehtiyaca cavab verən hüquqları yazın. Bu şəkil, onda
ehtiva olunan istək və ehtiyaclar və qarşısında yazdığınız uşaq hüquqları arasındakı əlaqələri
izah etmək üçün öz şərhlərinizi də əlavə edin.
Aşağıdakı nümunəyə bax:
Yapışdırılacaq şəkil
Maddə 7
Bizim adımız və vətəndaşlığımız
Biz, doğularkən bizə ad verilməsi hüququna, habelə
vətəndaşlıq əldə etmək və mümkün olduqda,
valideynlərimizin kim olduğunu bilmək,
valideynlərimizin qayğısını görmək hüququna malikik.
Maddə 8
Fərdiliyin qorunub saxlanılması
Bizim adımızı, vətəndaşlığımızı və ailə əlaqələrimizi
qorumaq və bərpa etmək hüququmuz var.
Maddə 10
Ailənin qovuşması
Əgər öz ailəmizlə qovuşmaq üçün bizə hər hansı
ölkəyə getmək və ya hər hansı ölkəni tərk etmək lazım
gələrsə, hökumət tez və xeyirxahlıqla bizim
məsələmizin qayğısına qalmalıdır. Həmçinin, əgər
valideynlərimiz başqa ölkədə yaşayırlarsa, bizim
onlarla şəxsi və birbaşa əlaqə saxlamaq hüququmuz
var.
Hamı buna razı olarsa, Uşaq Hüquqları Günü münasibətilə bütün plakatlar məktəb
binasında təşkil olunan sərgidə nümayiş etdirilə bilər.
8-ci sinif
MƏN ÖZ PLAKATIMI DÜZƏLDİRƏM!
Dərsin planı
Əsas sual / dərsin
mövzuları
Əsas tapşırıq
Əyani vasitələr
Dərs 1
Biz uşaq hüquqları
konvensiyasının
maddələrini başa
düşürükmü?
Şagirdlər konvensiyadan
müəyyən maddələr seçirlər ki,
sonrakı iki dərsdə həmin
maddələri kriteriyalar üzrə
daha dərindən öyrənsinlər.
Uşaq hüquqları
haqqında
Konvensiyanın
nüsxələri
Dərs 2 və 3
Hər kəs kriteriyaları
başa düşürmü? Müəllim
şagirdlərin bunları başa
düşməsinə ciddi
müdaxilə etmədən necə
dəstək ola bilər?
Şagirdlər kiçik qruplarda
sərbəst işləyirlər. Onlar Uşaq
hüquqları haqqında
Konvensiyanın seçilmiş
maddələrini təhlil edir,
tamaşaçıya ünvanlanmış
diaqramlar, qrafiklər çəkirlər.
Jurnallar, kağız,
yapışqan, qayçı
Dərs 4
Biz nə öyrəndik? Bizim
tapşırığımız nə dərəcədə
mürəkkəb idi? Biz öz
sərbəstliyimizdən necə
faydalandıq?
Şagirdlər özlərinin iş və
öyrənmə prosesləri barədə
fikir yürüdür və hazırladıqları
məhsulları necə nümayiş
etdirməyi müzakirə edirlər.
Hazırlanıb başa
çatdırılmış plakat
Dərsin məqsədləri
İnsan hüquqları və uşaq hüquqları şəxsin real həyatında ifadə olunmazsa, sadəcə kağız
parçası olaraq qalar. Ona görə də onlar dərk edilməli və konkret təcrübələrlə əlaqələndirilməli,
yəni gündəlik həyata tətbiq olunmalıdır və onların pozuntusu halları müəyyən edilməlidir. Lakin
elə ilk addım üçün xeyli vaxt lazımdır.
Şagirdlər uşaq hüquqlarını dərk etmək üçün onlarla işləməlidirlər. Sadəcə qulaq asmaq və
ya oxumaq kifayət deyil.
Bu yerdə “uşaq hüquqları” termini ilə bağlı bir qeyd etmək gərəkdir. Bu termin hərdən
yeniyetmələrdə qıcıq yaradır. Onlar haqlı olaraq, uşaq adlandırılmalarından xoşlanmırlar.
Bununla belə, uşaq hüquqları onlara da şamil olunur, ən azı 18 yaşına çatanadək. Yeniyetmələr
anlamalıdırlar ki, uşaq hüquqları ədalətsizlik hallarını müəyyən etməkdə və ədalət tələb etməkdə
onlara kömək edə biləcək bir vasitədir. Hər bir dövlət Uşaq hüquqları haqqında Konvensiyanı
ratifikasiya etməklə, bu Konvensiyada nəzərdə tutulmuş hüquqları bütün mümkün vasitələrlə
həyata keçirməyi öz öhdəsinə götürür; bu, öz-özlüyündə hüquqların həyata keçirilməsi prosesinə
xüsusi diqqət yetirildiyi anlamına gəlir və uşaqların və gənclərin öz hüquqlarından istifadə
etməsinin və faydalanmasının hökumət tərəfindən dəstəklənməsini nəzərdə tutur.
Səkkizinci sinfin tədris prosesi üçün təklif edirik ki, şagirdlər öz gündəlik həyatlarında
Konvensiyadakı hüquqların həyata keçirilməsi və pozulması hallarını diqqətlə izləməklə bu
Konvensiya ilə daha yaxından təmasda olsunlar.
Layihənin məqsədi uşaq hüquqlarının hər birinə dair hazırlanmış plakatların sərgisini
keçirməkdir (əgər mümkün olsa, noyabrın 20-də, yəni Beynəlxalq Uşaq Hüquqları Günündə).
Hər bir plakatda məzmunla bağlı elementlər, təhlillər və illüstrasiyalar əks olunmalıdır; bu isə
analitik yanaşmadan tutmuş ta yaradıcı yanaşmayadək müxtəlif yanaşmalardan bəhrələnməyi
tələb edir.
Didaktik nöqteyi-nəzərdən bu sərgi konvensiyanın konkret bir maddəsi ilə məşğul
olmağa, onu bilavasitə öz təcrübəndə hiss etməyə fürsət və stimul verir. Başqa siniflərin