Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

bir neçə vərəq

istifadə olunmuş böyük zərf



təqribən 4 metr uzunluğunda ip

10 ədəd paltar şpilkası.



Dərs 2

Şagirdlər öz qruplarında işə davam edirlər. Onlar aşağıdakı sualları müzakirə edirlər: 

Biz   nəyimizin   olmasını   istərdik?   Bəs   nəyimizin   olması   yaxşı   olar?   Bəs   nəyə   təcili 

ehtiyacımız var?

Şagirdlər cüt-cüt ayrılıb jurnalları və digər materialları nəzərdən keçirirlər. Maddi və 

qeyri-maddi istəkləri və ehtiyacları təsvir və ya xarakterizə edən şəkillərə rast gəldikdə onları 

kəsir və toplayırlar.

Hər   cütlük   təqribən   10   şəkil   toplayır.   Hər   qrup   iki   cüt   şagirddən   ibarət   olduğundan 

qrupların hərəsi 20 şəkil toplamış olur. Şagirdlər şəkillərin üstünə 1-dən 20-yə qədər rəqəmlər 

yazmaqla onları nömrələyirlər.

Sonra qruplar öz şəkillərini istək və ehtiyacların səviyyəsinə görə iki yerə ayırırlar: ən 

vacib səviyyəli istək və ehtiyaclar və özünü məmnun etmək üçün olan yüksək səviyyəli istək və 

ehtiyaclar. Bu bölgü aşağıdakı şəkildə aparıla bilər:

Ən vacib istək və ehtiyaclar

Özünü məmnun etmək üçün olan istək və ehtiyaclar

futbol


avtomobil

ev

ərzaq



dostlar

xoşbəxtlik

valideynlər

Dərs 3


Qruplara belə bir tapşırıq verilir: Sizin üçün ən mühüm olan arzuları xarakterizə edən 10 

şəkillə bağlı öz aranızda razılığa gəlin.

Prosedur   belədir:   Nömrələnmiş   şəkillər   qrupun   stolu   üzərinə   düzülür.   Qrupun   hər 

üzvünün 10 xal vermək hüququ var. Şagird bu 10 xalı 10 şəkil arasında bərabər bölüşdürə də 

bilər (hər şəkilə 1 xal), daha az şəkil arasında paylaşdıra da bilər (məsələn, seçdiyi 5 şəkilin 

hərəsinə 2 xal). Hər şagird seçdiyi şəkillərin nömrələrini və qarşısında onlara verdiyi xalları 

yazmaqla bir siyahı tərtib edir. Ən çox səs toplamış 10 şəkil qrupun favorit şəkilləri sayılır. İki 

şəklin topladığı xallar bərabər olduqda və onluqda yalnız bir yer qaldıqda, hər iki şəkil favoritlər 

sırasına daxil edilir.

Qruplar öz şəkillərini şpilkalarla aşağıdakı ardıcıllıqla ipə taxırlar:

sol tərəfdə bizim ləyaqətlə yaşamağımız üçün lazım olan şeyləri (ən vacib ehtiyacları) 



təsvir və ya xarakterizə edən şəkillər;

sağda doğru irəlilədikcə, bizim rahat yaşamağımız üçün lazım olan şeyləri təsvir və ya 



xarakterizə edən şəkillər.

Dərs 4



Qruplar aşağıdakı materiallarla öz işlərini davam etdirirlər:

seçilmiş 10 şəkil;



10 ədəd A3 ölçülü vərəq;

Uşaq hüquqları konvensiyasının orijinal və sadələşdirilmiş versiyaları.



Tapşırıq:

Bütün uşaq hüquqlarını qrup daxilində növbə ilə ucadan oxumaq.

Hansı hüquqlar hansı ehtiyaclara istinad edir?

10 plakat hazırlayın. Kağızın sol tərəfinə 10 şəkildən birini yapışdırın, sağ tərəfdə isə 

həmin şəkildə təsvir olunmuş istək və ya ehtiyaca cavab verən hüquqları yazın. Bu şəkil, onda 

ehtiva olunan istək və ehtiyaclar və qarşısında yazdığınız uşaq hüquqları arasındakı əlaqələri 

izah etmək üçün öz şərhlərinizi də əlavə edin.

Aşağıdakı nümunəyə bax:

Yapışdırılacaq şəkil

Maddə 7 

Bizim adımız və vətəndaşlığımız 

Biz,   doğularkən   bizə   ad   verilməsi   hüququna,   habelə 

vətəndaşlıq   əldə   etmək   və   mümkün   olduqda, 

valideynlərimizin   kim   olduğunu   bilmək, 

valideynlərimizin qayğısını görmək hüququna malikik.

Maddə 8 

Fərdiliyin qorunub saxlanılması

Bizim adımızı, vətəndaşlığımızı və ailə əlaqələrimizi 

qorumaq və bərpa etmək hüququmuz var.

Maddə 10 

Ailənin qovuşması

Əgər   öz   ailəmizlə   qovuşmaq   üçün   bizə  hər   hansı 

ölkəyə getmək və ya hər hansı ölkəni tərk etmək lazım 

gələrsə,   hökumət   tez   və   xeyirxahlıqla   bizim 

məsələmizin   qayğısına   qalmalıdır.   Həmçinin,   əgər 

valideynlərimiz   başqa   ölkədə   yaşayırlarsa,   bizim 

onlarla   şəxsi   və   birbaşa   əlaqə   saxlamaq   hüququmuz 

var.


Hamı   buna   razı   olarsa,   Uşaq   Hüquqları   Günü   münasibətilə   bütün  plakatlar   məktəb 

binasında təşkil olunan sərgidə nümayiş etdirilə bilər.



8-ci sinif

MƏN ÖZ PLAKATIMI DÜZƏLDİRƏM!

Dərsin planı


Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


Biz uşaq hüquqları 

konvensiyasının 

maddələrini başa 

düşürükmü?

Şagirdlər konvensiyadan 

müəyyən maddələr seçirlər ki

sonrakı iki dərsdə həmin 

maddələri kriteriyalar üzrə 

daha dərindən öyrənsinlər.

Uşaq hüquqları 

haqqında 

Konvensiyanın 

nüsxələri

Dərs 2 və 3

Hər kəs kriteriyaları 

başa düşürmü? Müəllim 

şagirdlərin bunları başa 

düşməsinə ciddi 

müdaxilə etmədən necə 

dəstək ola bilər?

Şagirdlər kiçik qruplarda 

sərbəst işləyirlər. Onlar Uşaq 

hüquqları haqqında 

Konvensiyanın seçilmiş 

maddələrini təhlil edir, 

tamaşaçıya ünvanlanmış 

diaqramlar, qrafiklər çəkirlər.

Jurnallar, kağız, 

yapışqan, qayçı

Dərs 4


Biz nə öyrəndik? Bizim 

tapşırığımız nə dərəcədə 

mürəkkəb idi? Biz öz 

sərbəstliyimizdən necə 

faydalandıq?

Şagirdlər özlərinin iş və 

öyrənmə prosesləri barədə 

fikir yürüdür və hazırladıqları 

məhsulları necə nümayiş 

etdirməyi müzakirə edirlər.

Hazırlanıb başa 

çatdırılmış plakat



Dərsin məqsədləri

İnsan hüquqları və uşaq hüquqları  şəxsin real həyatında ifadə olunmazsa, sadəcə kağız 

parçası olaraq qalar. Ona görə də onlar dərk edilməli və konkret təcrübələrlə əlaqələndirilməli, 

yəni gündəlik həyata tətbiq olunmalıdır və onların pozuntusu halları müəyyən edilməlidir. Lakin 

elə ilk addım üçün xeyli vaxt lazımdır.

Şagirdlər uşaq hüquqlarını dərk etmək üçün onlarla işləməlidirlər. Sadəcə qulaq asmaq və 

ya oxumaq kifayət deyil.

Bu yerdə “uşaq hüquqları” termini ilə bağlı bir qeyd etmək gərəkdir. Bu termin hərdən 

yeniyetmələrdə   qıcıq   yaradır.   Onlar   haqlı   olaraq,   uşaq   adlandırılmalarından   xoşlanmırlar. 

Bununla belə, uşaq hüquqları onlara da şamil olunur, ən azı 18 yaşına çatanadək. Yeniyetmələr 

anlamalıdırlar ki, uşaq hüquqları ədalətsizlik hallarını müəyyən etməkdə və ədalət tələb etməkdə 

onlara kömək edə biləcək bir vasitədir. Hər bir dövlət Uşaq hüquqları haqqında Konvensiyanı 

ratifikasiya etməklə, bu Konvensiyada nəzərdə tutulmuş hüquqları bütün mümkün vasitələrlə 

həyata keçirməyi öz öhdəsinə götürür; bu, öz-özlüyündə hüquqların həyata keçirilməsi prosesinə 

xüsusi   diqqət   yetirildiyi   anlamına   gəlir   və   uşaqların   və   gənclərin   öz   hüquqlarından   istifadə 

etməsinin və faydalanmasının hökumət tərəfindən dəstəklənməsini nəzərdə tutur.

Səkkizinci sinfin tədris prosesi üçün təklif edirik ki, şagirdlər öz gündəlik həyatlarında 

Konvensiyadakı   hüquqların   həyata   keçirilməsi   və   pozulması   hallarını   diqqətlə   izləməklə   bu 

Konvensiya ilə daha yaxından təmasda olsunlar.

Layihənin məqsədi uşaq hüquqlarının hər birinə dair hazırlanmış  plakatların sərgisini 

keçirməkdir (əgər mümkün olsa, noyabrın 20-də, yəni Beynəlxalq Uşaq Hüquqları Günündə). 

Hər bir plakatda məzmunla bağlı elementlər, təhlillər və illüstrasiyalar əks olunmalıdır; bu isə 

analitik yanaşmadan tutmuş ta yaradıcı yanaşmayadək müxtəlif yanaşmalardan bəhrələnməyi 

tələb edir.

Didaktik   nöqteyi-nəzərdən   bu   sərgi   konvensiyanın   konkret   bir   maddəsi   ilə   məşğul 

olmağa,   onu   bilavasitə   öz   təcrübəndə   hiss   etməyə   fürsət   və   stimul   verir.   Başqa   siniflərin 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə