Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Məktəblə siyasi cəmiyyət arasındakı fərqlər:

Qanunların   yaradılması   və   məcburi   tətbiqi  hakimiyyətin   həyata   keçirilməsi   üsuludur. 



Hakimiyyətə  isə mütləq nəzarət edilməlidir. Ona görə də  qanunlar  insan hüquqlarına 

əsaslanmalı, qanunları yaratmaq və onları məcburi tətbiq etmək hakimiyyəti/səlahiyyəti 

isə demokratik cəmiyyətdə bölüşdürülməli və nəzarətdə saxlanmalıdır.

Məktəb icmasında məktəb qaydalarını müəyyən etmək və onları tətbiq etmək vəzifəsi 



məktəb   direktorunun   və  müəllim   heyətinin   üzərinə   düşür.   Hərçənd   cəmiyyətdəki 

qanunlarda   olduğu  kimi,  məktəb  qaydaları   da  uşaq  hüquqları   prizmasından  müzakirə 

edilməyə açıq olmalıdır və şagirdlər gərək məktəb qaydalarının zəruriliyini başa düşsün 

və dərk etsinlər. 



Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Uşaq hüquqları dövlət 

hüququnun tərkib hissəsidir 

və buna görə də hər kəs üçün 

məcburidir. Buna 

baxmayaraq onlar dünyanın 

hər yerində tam tətbiq 

olunmur.

Şagirdlər hakimiyyətin qeyri-

bərabər bölgüsü ilə 

üzləşdikdə necə hərəkət 

etməyi öyrənirlər. Onlar öz 

hüquqlarından faydalanır, 

lakin qadir olduqları şeylərə 

məhdudiyyətlər qoyulduğunu 

aşkar edirlər.

Bu təcrübə şagirdlər üçün 

çox vacibdir, çünki bu

onların mülki cəmiyyətdə 

yetkin vətəndaşlar olaraq, 

danışıqlar və ya siyasi 

məğlubiyyətlər zamanı 

çətinliklərin öhdəsindən 

gəlməsinə yardımçı olacaq.

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?


Mən bilirəm ki, hüquq və 

vəzifə bir-birinin 

mövcudluğu üçün zəruridir. 

Mən həmçinin bilirəm ki, 

uşaq hüquqları bu tandemin 

tərkib hissəsidir.

Mən hüquqlar və vəzifələrə 

dair mürəkkəb danışıqlar 

prosesindən keçməyi 

öyrəndim. Mən məyusluq və 

məğlubiyyət hisslərinin 

öhdəsindən necə gəlməyi 

öyrəndim.

Mən öz biliyimdən 

faydalanmaqla hüquqları və 

vəzifələri müzakirə edirəm. 

Mən hakimiyyət 

nümayəndələri ilə danışıqlar 

və müzakirələr apara, həm 

onlarla mübahisə edə, həm 

də onları dinləyə bilərəm.

Didaktik yanaşma

Dərslər diqqət mərkəzində saxlanılan dairənin tədricən genişlənməsi metodu ilə aparılır. 

Belə ki, 1-ci dərsdə məktəbdə qaydanın pozulması və sonradan məcburi tətbiqi ilə bağlı konkret 

bir hadisə öyrənilir. 2-ci dərsdə məktəb qaydalarının hansı məqsədlərə xidmət etdiyi araşdırılır və 




belə qənaət hasil edilir ki, məktəb müəyyən uşaq hüquqlarının təmin olunmasına xidmət edir və 

məktəbin   yaxşı   fəaliyyət   göstərməsi   üçün   məktəb   qaydalarının   olması   vacibdir.   3-cü   dərsdə 

məktəbin sərhədindən kənara çıxılır və həyatın digər sahələrindəki qaydalara nəzər salınır. 4-cü 

dərsdə   nəhayət   ki,   qaydalarla   qanunlar   əlaqələndirilir   və   bizim   hamımızın   tabe   olmalı 

olduğumuz qanunları yaratmaq səlahiyyətinin kimlərə aid olmalı olduğu sorulur.

Hazırlıq

Birinci   dərsdən   təxminən   bir   həftə   əvvəl   müəllim   şagirdlərə   belə   bir   tapşırıq   verir: 

məktəb  qaydasının  bir  şagird tərəfindən  pozulması  və  buna görə  həmin  şagirdin  məzəmmət 

edilməsi və ya cəzalandırılması ilə bağlı ən son hadisə haqqında məlumat toplamaq. Şagirdlər 

müəyyən   olunmuş   standart   sualların   bələdçiliyi   ilə   bəzi   qeydlər   aparırlar.   Xoşbəxtlikdən 

məktəbdə şagirdlərin cəzalandırılması ilə bağlı hadisələrə çox nadir hallarda rast gəlinir. Ona 

görə də şagirdlər hansı hadisəni seçməkdə razılığa gəlməyi bacarmalıdırlar.

Əyani vasitələr

Əsas suallar

1. Nə baş verib?

2. Hadisədə kim iştirak edib?

3. Əgər ümumiyyətlə cəza verilibsə, hansı cəza verilib? 

Dərs 1: Çətin durumda olan bir şagird (hadisənin öyrənilməsi)

Şagirdlərin   sinifdə   əyləşmə   qaydası:  Şagirdlər   ayrı-ayrı   qruplarda   işləməyə   imkan 

verəcək şəkildə əyləşirlər.

Tapşırığa giriş

Şagirdlərdən bəziləri sözügedən hadisə ilə bağlı topladığı informasiyanı sinfə danışır.

İndi şagirdlər həmin hadisənin təməlində duran problemi müəyyən etməlidirlər, bunun 

üçün isə yenidən məktəb qaydasına və onun tətbiqinə qayıtmaq lazım gəlir. Müəllim şagirdləri 

öz fikirlərini bildirməyə dəvət edir. Hər 10 şagirddən ən azı 5-nin öz fikrini bildirməsinə imkan 

yaradılmalıdır. Şagirdlərin fikirləri bir-birindən fərqlənə və ya üst-üstə düşə bilər, bu, əsasən, 

müzakirə  edilən  hadisədən  asılı  olur  (məsələn  belə  fikirlər   ola  bilər:  “Nəsə  bir   cəza   tədbiri 

görməkdə çox düz eləyiblər”, yaxud “Məncə, bu cəza bir qədər ədalətsiz / bir xeyli sərt olub”).

Müəllim şagirdlərdən birindən bu fikirləri ümumiləşdirməyi xahiş edir, yaxud elə özü 

bunu edir. Fərz edək ki,  səhərlər tez-tez dərsə gecikən və müəllimin onunla bir neçə dəfə bu 

barədə söhbət etməsindən sonra cəza olaraq dərsdən sonra əlavə vaxta saxlanılan bir şagirdin 

vəziyyəti müzakirə olunur.

Bu vəziyyəti müzakirə edərkən şagirdlərin fikirləri müxtəlif aspektləri ehtiva edə bilər: 

məktəb   yalnız   o   halda   yaxşı   fəaliyyət   göstərə   bilər   ki,   bütün   müəllimlər   və   şagirdlər   vaxt 

cədvəlinə riayət etsinlər; həmin şagirdin hərəkəti yalnız başqa şagirdlərin deyil, elə onun özünün 

də maraqlarına xələl gətirir; bəlkə bu şagirdin belə hərəkət etməsinin hansısa bir şəxsi səbəbi var 

və ona görə də onu cəzalandırmaq yox, ona kömək etmək lazımdır.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə