Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Müəllim ev tapşırığı olaraq şagirdlərə aşağıdakı tapşırığı verir; bu tapşırıq şagirdlərin 

dərs zamanı istifadə etdikləri çalışma vərəqəsinin arxasına yazılmış olur:



Biz gün ərzində hansı qaydalara riayət etməliyik?

Həftənin bir gününü seçin. Gün ərzində riayət etməli olduğunuz qaydaları nəzərə almaqla, 

həmin gün üçün qrafikinizi tutun.

Məsələn, aşağıdakıları edərkən necə hərəkət etməyi və nə etməyi tələb edən qaydalara nəzər 

yetirin:

evdə ailənizlə birlikdə olduqda;



dostlarınızla görüşəndə;

mağazadan nə isə aldıqda;



şəhərdə gəzəndə;

Başqa-başqa situasiyalarda fərqli qaydalar önəmli olur.



Hansı qaydaların rəsmi qaydalar kimi haradasa təsbit olunduğunu, hansı qaydaların isə qeyri-

rəsmi qaydalar kimi heç bir yerdə yazılmadığını, sadəcə mövcud olduğunu müəyyənləşdirin. 

Məsələn, məktəb qaydaları rəsmi qaydalardır. Stol arxasında oturarkən, yaxud ailəmizlə və ya 

dostlarımızla   birlikdə   olarkən   özünü   necə   aparmağı   müəyyən   edən   qaydalar   qeyri-rəsmi 

qaydalardır.

Saat

Qayda

Rəsmi/qeyri-

rəsmi

07.00



08.00

09.00


10.00

11.00


12.00

13.00


14.00

15.00


16.00

17.00


18.00

19.00


20.00

21.00



22.00

Dərs 3: Həyatda qaydaları kimlər yaradır?



Məqsəd

Bu dərs şagirdlərin şəxsi təcrübələrinə yeni nöqteyi-nəzərdən müraciət etməklə onlarla 

ekspertlər kimi davranmaq imkanı verir. Bu imkandan necə istifadə edilə biləcəyini qabaqcadan 

dərs planında nəzərdə tutmaq mümkün deyil, ona görə biz dərsin yalnız mümkün, bəlkə də 

ehtimal edilən gedişini təsvir edirik.

Müəllim  şagirdlərdən  xahiş  edir   ki,  onların  hərəsi   öz  ev  tapşırığından   bir,  yaxud  iki 

nümunə oxusun. O, bu zaman şagirdlərin həm rəsmi, həm də qeyri-rəsmi qaydalardan nümunələr 

gətirdiyinə əmin olmalıdır.

Bütün   şagirdlər   öz   ev   tapşırıqlarından   nümunələr   oxuduqdan   sonra,   müəllim   həmin 

nümunələrdən ikisini seçir və yazı taxtasında aşağıdakı şəkildə sadə bir qrafik tərtib etməklə bu 

nümunələri ora köçürür. Aşağıdakı qrafikdə iki nümunə göstərilib, ancaq müəllim şagirdlərin 

ekspert roluna daha yaxşı girmələri üçün başqa nümunələrdən istifadə edə bilər.



Qaydanın tipi

Məzmunu

…tərəfindən yaradılıb …tərəfindən tətbiq 

olunub

Rəsmi qayda 

(məsələn, 

qanun):


İşıqforda qırmızı işıq 

yandıqda yolu keçmək 

olmaz.

Qeyri-rəsmi 



qayda

Stol arxasında 

oturarkən gəyirmək 

olmaz.


Müəllim şagirdləri bununla bağlı öz bildiklərini söyləməyə çağırır. Yol hərəkti qaydası -- 

əslində   qanun   –   kifayət   qədər   sadədir   (Nəqliyyat   Nazirliyi   tərəfindən   layihəsi   hazırlanır, 

parlamentdə   qanun   kimi   qəbul   olunur,   polis,   lazım   gəldikdə   isə,   məhkəmələr   (məsələn, 

cərimələmək yolu ilə) tərəfindən isə tətbiq olunur). Müəllim şagirdlərə ekspertlər kimi çıxış 

etmək imkanı yaratmalı, ümumi dialoqda daha çox şagirdin iştirak etməsinə çalışmalıdır. Əldə 

edilən informasiya lövhədəki qrafikin uyğun qrafalarına yazılır.

Ancaq qeyri-rəsmi qaydaların kimlər tərəfindən yaradıldığını müəyyən etməkdə şagirdlər 

çox çətinlik çəkəcəklər. Yuxarıdakı qrafikdə verilmiş nümunə ilə bağlı onlar deyə bilər ki, bu 

qeyri-rəsmi qayda bir adətdir, valideynlərin və böyüklərin israrla tələb etdiyi  bir şeydir. Ola 

bilsin, bəzi şagirdlər düşünsünlər ki, bu qaydanı pozduqları təqdirdə cəzalandırılarlar, xüsusilə də 

valideynləri və ya müəllimlərinin yanında belə etsələr. Onlardan buna görə cavab vermək və ya 

hətta stolu tərk etmək tələb oluna bilər. Daha həssas cəza növü də var, ətrafdakılarda özü ilə bağlı 

pis təəssürat oyatmaq. Məsələyə məhz bu aspektdən yanaşdıqda görürük ki, bizim hər birimiz 

yazılmamış qaydaların tətbiqində müəyyən rol oynayırıq.

Hərçənd sinifdəki dialoq bu səviyyəyə çatmaya da bilər. Ola bilsin ki, şagirdləri sadəcə 

qeyri-rəsmi qaydaları yaradanlar və tətbiq edənlər maraqlandırsın. Hər bir halda şagirdlər ekspert 

qismində   çıxış   edir   və   onların   gündəlik   həyatlarını   tənzimləyən   qaydalardan   nümunələr 

toplamaqla özləri üzərində işləyirlər.




Müəllimin istəyi üzrə şagirdlər dörd və ya beş nəfərdən ibarət qruplar təşkil edirlər. Onlar 

öz çalışma vərəqələrində qeyri-rəsmi qaydalara dair yazdıqları nümunələri qruplar daxilində bir-

birləri ilə bölüşməli və həmin qeyri-rəsmi qaydaları tətbiq etmək üçün hansı təsir tədbirləri görə 

biləcəklərini müəyyənləşdirirlər.

10 dəqiqəlik müzakirədən sonra şagirdlər gəldikləri qənaətləri sinfə açıqlayırlar.

Bu qənaət təqribən belə ola bilər: şagirdlərin təsirləri o qaydalarda hiss olunar ki, həmin 

qaydalar   onlarla   həmyaşıd   olanlara   tətbiq   olunsun.   Böyüklərlə,   məsələn,   valideynlər   və   ya 

müəllimlərlə   qarşılıqlı  münasibətdə   isə   şagirdlərin   təsirləri   daha   zəif   olur.   Onlar   həmçinin 

öyrənirlər ki, qeyri-rəsmi qaydalar danışıqlar predmeti ola bilər. Bu isə o deməkdir ki, hər hansı 

bir qeyri-rəsmi qaydanı mübahisələndirmək və  ya  ona riayət  etməmək şagirdləri daha  yaxşı 

hesab etdikləri yeni qaydaya gətirib çıxara bilər.

Yekun   müzakirədə   şagirdlər   qeyri-rəsmi   qaydaları   mübahisələndirməyin,   yəni   onları 

danışıqlar predmetinə çevirməyin, onlarla bağlı danışıqlar aparmağın cəmiyyətdə iştirakın bir 

forması olduğunu və qayda yaratmağın, yaxud onu tətbiq etməyin hakimiyyət əlaməti olduğunu 

aşkar edə bilərlər.

Dərs   4:  Qanunları   yaratmaq   ixtiyarı   kimlərə   verilməlidir?   (Qanunlar   yaratmaq   üçün 

qaydalar)

Müəllim   dərsə   şagirdlərin   ötən   dərsdə   öyrəndiklərini   onlara   xatırlatmaqla   başlayır. 

Şagirdlər ötən dərsdə qeyri-rəsmi qaydalara nəzər salmış və ola bilsin, onların yaradılması və 

tətbiqində   bəzi   problemlər   aşkar   etmişdilər.   Onlar   həmçinin   rəsmi   qaydalardan   nümunələr 

gətirmişdilər.   Bu   dərsdə   isə   onlar   qanunların   necə   yaradılmalı   olduğunu   diqqətlə   nəzərdən 

keçirəcəklər.

Müəllim bir nümunə gətirir və bütün sinfin bu nümunəni görməsi üçün onu böyük bir 

kağız və ya karton parçasına yazır.

§ 1. Aprel ayında doğulmuş bütün kişilərin 

vergi ödəməsinə ehtiyac yoxdur.

Şagirdlər sərbəst şəkildə öz fikirlərini bildirirlər, lazım gəldikdə, onların şərhlərlə çıxış 

etmələrinə  bəzi   suallar   vasitəsilə   təkan   verilir.   Şagirdlərin   fikirləri   aşağıdakı   məqamların 

üzərində cəmlənə bilər:

Bu qanun ədalətsiz bir qanundur, çünki ayrı-seçkiliyə yol verməmək prinsipini pozur.



O, hətta aprel ayında doğulmuş qadınlara da qarşı ayrı-seçkilik edir.

Bu qanun açıq-aşkar kiçik bir qrup adamın – aprel ayında doğulmuş kişilərin maraqlarına 



xidmət edir. Onlar bacarsalar, belə bir qanun yarada bilərlər.

Qanunlar hamının xeyrinə olmalıdır.  Ona görə də belə qanunların yaranmasının qarşısı 



alınmalıdır.

Ədalətsiz qanunlar cəmiyyətdə münaqişə toxumu səpər və hətta cəmiyyəti dağıda bilər.



Müəllim şagirdlərdən dörd, yaxud beş nəfərlik qruplara bölünməyi xahiş edir və onlara 

belə bir tapşırıq verir: Şagirdlər ədalətsiz qanunlardan müdafiə olunmaq üçün hansı qayda və 

prinsiplərin zəruri olduğunu müzakirə etsinlər və sonradan sinfə təqdim etmək üçün əsas element 

sayılan üçdən çox element seçməkdə razılığa gəlsinlər.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə