Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Hökumətlər Konvensiyanı ratifikasiya etməklə, yaşı 18-dən aşağı olan adamların onlara 

təsiri olan qərarların qəbulunda iştirak etmək, sağ qalmaq və zərərli hərəkətlərdən qorunmaq 

hüququna hörmət etmək öhdəliyi götürürlər. 4-cü maddədə deyilir ki,  bu Konvensiyanı qəbul 

edərkən,   hökumətlər   onu   həyata   keçirmək   üçün   “bütün   lazımi   tədbirləri”   görəcəklər.   Orada 

həmçinin   qeyd   olunur   ki,   hökumətlər   belə   tədbirləri   bizim   iqtisadi,   sosial   və   mədəni 

hüquqlarımızla   bağlı   gördükdə,   onlar   imkanları   daxilində   olanın   maksimumunu   etməyə 

razılaşırlar.  Bir   halda  ki,   Konvensiyada  nə  deyildiyini  və   nəyin  nəzərdə  tutulduğunu  bilirik, 

deməli, biz bu hüquqların uşaqlarla rəftar qaydalarına çevrilməsini təmin etmək istiqamətində 

çalışa bilərik.

Uşaq hüquqları insan hüquqları prosesinin tərkib hissəsi kimi

Uşaqların   insan   hüquqları   və   bütün   hökumətlərin   bu   hüquqların   həyata   keçirilməsi 

sahəsində   nail   olmağa   can   atdıqları   standartlar   beynəlxalq   bir   müqavilədə,   daha   dəqiqi, 

beynəlxalq insan hüquqları müqaviləsində konkret, aydın və tam şəkildə ifadə olunmuşdur. Bu, 

Uşaq   hüquqları   haqqında   Konvensiyadır.   Bu   Konvensiya   tarixdə   ən   universal   şəkildə,   yəni 

hamılıqla qəbul edilmiş insan hüquqları sənədidir – o, dünyanın iki ölkəsindən savayı bütün 

ölkələri   tərəfindən   ratifikasiya   olunub.   Hökumətlər   bu   sənədi   ratifikasiya   etməklə,   uşaq 

hüquqlarını qorumaq və təmin etmək öhdəliyini üzərilərinə götürüblər və bu öhdəliyin yerinə 

yetirilməsinə görə beynəlxalq ictimaiyyət qarşısında cavabdehlik daşımağa razılaşıblar.

Müxtəlif hüquqi sistemlər və mədəni dəyərlər üzərində qurulmuş bu Konvensiya  alver 

predmetinə çevrilməsi mümkün olmayan standartların və öhdəliklərin razılaşdırılmış toplusudur. 

Uşaq  hüquqları  haqqında  Konvensiyada  harada  olmasından  asılı  olmayaraq  və  heç  bir ayrı-

seçkilik qoyulmadan bütün uşaqların malik olduqları təməl insan hüquqları yer alıb:

sağ qalmaq hüququ;



hərtərəfli tam inkişaf etmək hüququ;

zərərli təsirlərdən, pis rəftardan və istismar edilməkdən qorunmaq;



ailədə, mədəni və sosial həyatda tam iştirak etmək hüququ.

Uşaq hüquqları haqqında Konvensiyada ifadə olunan hər bir hüquq uşaqların ləyaqətlə və 

ahəngdar   inkişafına   aiddir.   Konvensiya   səhiyyə,   təhsil,   habelə   hüquqi,   mülki   və   sosial 

xidmətlərdə standartlar yaratmaqla, uşaq hüquqlarını qoruyur. Bu standartlara əsasən hüquqların 

nə   dərəcədə   təmin   olunduğu   qiymətləndirilir.   Konvensiyanın   iştirakçısı   olan   dövlətlər   bütün 

fəaliyyətlərini   və   siyasətlərini   uşaqların   maraqlarını   mütləq   şəkildə   nəzərə   almaqla 

planlaşdırmağa və həyata keçirməyə məcburdurlar.

Uşaq  hüquqları   haqqında   Konvensiya   məcburi   hüquqi   qüvvəyə   malik   ilk   beynəlxalq 

sənəddir ki, bütün növ insan hüquqlarını – mülki və siyasi hüquqları, eləcə də iqtisadi, sosial və 

mədəni hüquqları özündə ehtiva edib. İki fakültativ protokol – Uşaqların silahlı münaqişələrə 

cəlb   edilməsinə   dair   Fakültativ   Protokol   və   Uşaq   alverinə,   uşaq   fahişəliyinə   və   uşaq 

pornoqrafiyasına   dair   Fakültativ   Protokol   Konvensiyanın   bu   sahələrə   aid   müddəalarını 

gücləndirmək məqsədilə qəbul edilib. Onlar müvafiq olaraq 2002-ci il fevralın 12-də və yanvarın 

18-də qüvvəyə minib.

Müasir   cəmiyyətlərin   inkişafı   başqa   bir   məsələni   aktuallaşdırır:   Azadlıq   hüquqları 

plüralist cəmiyyətlərin inkişafını dəstəkləyir və bununla da maksimum səviyyədə ictimailəşməyə 

və fərdiləşmiş həyat tərzinə ruhlandırır. Belə cəmiyyətlər bütün vətəndaşlar üçün məcburi olan 

təməl dəyərlər arasında minimum konsensusu necə saxlaya bilər?



Dünyanın daha təhlükəsiz və yaşamaq üçün daha rahat bir yer halına gətirilməsində, 

habelə   bütün   dünyadakı   siyasi,   iqtisadi   və   mədəni   sistemlərin   müasirləşməsində   insan 

hüquqlarının   və   uşaq   hüquqlarının   misilsiz   töhfəsi   olub.  Ancaq   bu   sistemlər   də   heç   vaxt 

mükəmməl, son məqsəd kimi qəbul edilməməli, hər nəsil onların inkişafına öz töhfəsini verməli, 

onları yenidən müzakirə obyektinə çevirməli, insan və uşaq hüquqlarını gələcəkdə də həyata 

keçirmək üçün mübarizə aparmalıdır.

Uşaq hüquqlarının əsasında duran insan hüquqları uzun bir ənənəyə sahibdir, böyük dini 

və fəlsəfi təlimlər dünyasında onun sələfi kimi və ona bənzər çoxlu ideyalar olub. Müasir insan 

hüquqları maarifçilik dövründə elan edilib və Amerika və Fransa inqilablarından ilhamlanıb. Bu 

gün   onlar   yazılı   şəkildə   qanunlarda,   müasir   demokratik   ölkələrdə   isə   yazılmamış 

konstitusiyalarda   əks   olunurlar.   Bütün   tarixi   boyu   insan   hüquqları   zəifi   güclüdən   qorumaq 

baxımından   xüsusi   əhəmiyyətə   malik   olub.   Məhz   bu   yerdə   uşaq   hüquqları   önəm   qazanır: 

icraedici hakimiyyət qarşısında hüquqi statusları ən zəif olan qruplardan biri də məhz yetkinlik 

yaşına çatmayanlardır.

İnsan hüquqları prosesi – inqilabi, yoxsa təkamül yolu ilə getməsindən asılı olmayaraq –

insan   hüquqlarının   bir-birinin   ardınca   gələn   nəsillərini   yetişdirib:   əvvəlcə,   klassik   azadlıq 

hüquqları, sonra bərabərlik dəyərinə söykənən sosial hüquqlar, daha sonra hələ də müzakirə 

obyekti olan hüquqlar – getdikcə daha sürətlə qloballaşan dünyada inkişaf və qarşılıqlı asılılıq 

məsələləri ilə əlaqədar olan ekoloji və sosietal (ictimai) hüquqlar və lap sonrakı uşaq hüquqları.

İnsan və uşaq hüquqlarının inkişafı və yayılması hələ də davam etməkdədir və bəlkə də 

bu proses daim davam edəcək. Çünki dünyanın diktatura və avtoritar rejimləri insan və uşaq 

hüquqlarının universallığını hələ də şübhə altına alır, həmin hüquqları təmin etməkdən yayınırlar. 

Üstəlik, müasir cəmiyyətin dinamik inkişafı qaşıya yeni problemlər çıxarır. Misal üçün, hazırkı 

İnternet dövründə kommunikasiya məxfiliyi necə qoruna bilər?

İnsan   hüquqları   “bəşəri   əxlaqın”   bir   çərçivəsi   kimi  –   BMT-nin   Nizamnaməsində   və 

Avropa Şurasının insan hüquqlarına dair konvensiyalarında məhz bu cür kodifikasiya olunur – 

getdikcə böyük əhəmiyyət qazanır. İnsan hüquqları elə dəyərləri ifadə edirlər ki, yalnız həmin 

dəyərlərin dünya ictimaiyyəti tərəfindən hamılıqla qəbul edilmək şansı vardır.

Hərçənd belə də ola bilər ki, hər hansı bir dövlət vətəndaşlarının əsas insan hüquqları və 

uşaq hüquqları pozularkən, bu hüquqları qorumaq kimi suveren hüququndan düzgün istifadə 

etməsin. Ümumiyyətlə, həm demokratik və həm də diktatura rejimli suveren dövlətlərdən ibarət 

dünyada insan və uşaq hüquqlarının necə tətbiq və müdafiə edilməsinin vacibliyi məsələsi açıq 

qalır. Belə görünür ki, təkcə dövlətlər arasında deyil, həm də dövlətlərin öz daxilində əmin-

amanlığı qorumaq məqsədilə BMT-nin Nizamnaməsini daha da təkmilləşdirmək lazımdır.



Uşaq hüquqları təbii hüquqlar kimi

İnsan hüquqları universaldır. Onlar bölünməzdir, nə alver obyekti ola bilər, nə də onlara 

“qərb dünyasının siyasi folkloru” yarlığı yapışdırılıb tətbiq dairəsi məhdudlaşdırıla bilər.

İnsan hüquqları təbii hüquqlardır – onlar insandan ayrılmazdır, yəni o, doğulan andan bu 

hüquqlara malikdir. Ona görə də heç bir dövlət hakimiyyətinin vətəndaşa insan hüquqları vermək 

və ya onu bu hüquqlardan məhrum etmək səlahiyyəti yoxdur, əksinə, hər bir dövlət hakimiyyəti 

insan hüquqlarını qəbul etməli və qorumalıdır. İnsan hüquqlarında fərdin dövlətə yox, dövlətin 

fərdə   xidmət   etdiyi   nəzərdə   tutulur.   Bu   hüquqlar   yaşından,   cinsindən,   etnik   mənşəyindən, 

milliyyətindən və sair əlamətlərindən asılı olmayaraq, bütün insanlara şamil edilir.

Ancaq insan hüquqları təkcə hüquqları yox, məsuliyyətləri, öhdəlikləri də nəzərdə tutur. 

Məsələn, fərdin azadlıq hüquqları gərək onun yoldaşının azadlıq hüquqları ilə balanslaşdırılsın: 

Mənim   azadlıq   çərçivəm   başqasının   azadlığı  hesabına   genişləndirilə   bilməz.   Misal   üçün,   öz 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə