Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

Müəllim bu kontekstdə qruplar şəklində işləmək üçün şagirdlərə aşağıdakı tapşırığı verir: 

Hadisəni ümumi nəzərdən keçirərkən kifayət qədər mürəkkəb problemlər ortaya çıxır və hadisəni 

yaxşı başa düşmək üçün həmin problemləri detallı şəkildə araşdırmaq lazımdır. Müəllim hər 

şagirdə çalışma vərəqəsi verir. Vərəqədə şagirdlərin artıq cavab vermiş olduqları suallarla yanaşı 

bir neçə yeni suallar da yer alır. Yeni suallarda əsas diqqət hadisənin kökündə dayanan problemə 

və sözügedən məktəb qaydasının funksiyasına yönəldilir.

Qrup üzvləri hadisə ilə bağlı öz məlumatlarını bölüşməli, çalışma vərəqəsində yazmalı və 

xüsusən 4-cü və 7-ci sualları müzakirə etməlidirlər, çünki həmin suallara veriləcək cavablar 

hadisənin kökünə aparıb çıxarır. Qrupların təqdimatçıları bu iki suala öz qruplarının cavablarını 

sinfə bildirməlidirlər. Dərsin qalan hissəsi bu tapşırığı etməyə həsr olunur. Təqdimatlar ikinci 

dərsin əvvəlində ediləcək.

Hadisənin öyrənilməsi: çətin durumda olan 

bir şagird 

1. Nə baş verib? 

2. Hadisəni kim aşkar edib, yaxud kim bu 

barədə məlumat verib?

3. Hadisədə kim iştirak edib?

4. Problem nədən ibarətdir? (Məktəbdə işi 

və həyatı qorumaq niyə vacibdir?)

5. Bu hadisədə hansı məktəb 

qaydası/qaydaları tətbiq olunur?

6. Əgər ümumiyyətlə cəza verilibsə, hansı 

cəza verilib? 

7. Verilən cəzanın günahkar şagirdə və 

başqa şagirdlərə hansı təsiri olub?

8. …


Əlbəttə   ki,   lazım   gəldikdə,   bu   çalışma   vərəqəsində   dəyişikliklər   edilə,   yaxud   o 

genişləndirilə bilər.

Dərs 2: Nəyə görə məktəbin qaydaları olur?

Öyrənilən hadisənin ümumiləşdirilməsi: Həmin hadisədə problem nədən ibarət olub?

(Ümumi dialoq və mühazirə)

Dərs qrupların təqdimatları ilə başlayır. Təqdimatlar iki mərhələdə keçirilir: əvvəlcə 4-cü 

(Hadisənin təməlində duran problem nədən ibarətdir?), sonra isə 7-ci sualla (Verilən cəzanın 

günahkar şagirdə və başqa şagirdlərə hansı təsiri olub?) bağlı təqdimatlar olur.

Şagirdlər təqdimatlara diqqətlə qulaq asmalı və qrupların hansı məqamlarda eyni fikirdə 

olduğu,   hansı   məqamlarda   isə   fərqli   düşündüyünü   müəyyən   etməlidirlər.   Təqdimatları 

dinlədikdən sonra şagirdlərdən bir neçəsi həmin təqdimatlar barədə  nə başa düşdüyünü ifadə 



edir.   Müəllim   lazım   gəldikdə   onların   söylədiklərinə   düzəliş   edir,   yaxud   məsələnin   əlavə 

aspektləri barəsində bəzi məlumatları çatdırır.

Təkcə dərsə gecikən şagirdlə bağlı hadisədə deyil, ümumilikdə, araşdırılan hadisələrdə 

şagirdlərin   gəldiyi   qənaət   belə   olacaq:   Biz   hamımız   əsas   insan   və   vətəndaş  hüquqlarından 

faydalanırıq və bu hüquqlara məktəbdə də hörmət olunmalıdır. Məktəbin bu hüquqlara xidmət 

etməsi üçün müəyyən şərtlərə riayət etmək lazımdır. Müəllim və ya şagird bu ideyaya belə yekun 

vura bilər: Məktəb elə bir yerdir ki, orada çoxlu insanlar, gənclər və yaşlılar bir araya gəlib 

birlikdə işləyirlər. Bunun təşkil edilməsi üçün isə qaydaların olması lazımdır. Belə qaydalardan 

biri də budur ki, dərs hamı üçün, o cümlədən sinifdəki müəllim üçün eyni vaxtda başlayır.

Bundan əlavə, məktəb uşaqların və yeniyetmələrin çox mühüm hüquqlarına, hər şeydən 

öncə onların təhsil hüququna xidmət edir.

Bunları müəllim şagirdlərə mühazirə şəklində oxumamalıdır. Hər bir şagird məktəbin 

bunun üçün olduğunu artıq bilir. Onlar təhsil almaq hüququndan faydalandıqlarını dərk etməyə 

bilərlər,   ancaq   məktəbə   nə   üçün   getdiklərini   və   yaxşı   məktəbin   necə   fəaliyyət   göstərməli 

olduğunu dəqiq bilirlər.

Bu hüquq harada təsbit olunub? Şagirdlər bu hüququ uşaq hüquqları konvensiyasında 

axtarırlar; tapmadıqları halda, müəllim özü konvensiyanın müvafiq maddəsini onlara göstərir.

Sonra   müəllim   şagirdlərin   məktəb   həyatında   çox   mühüm   əhəmiyyət   kəsb   edən   uşaq 

hüquqları haqqında mühazirə deyir. Onun mühazirəsi flipçatla dəstəklənir; bu flipçat bir qədər 

sonra   uşaqlara   verilən   tapşırıqda   istifadə   ediləcək   çalışma   vərəqəsinin   böyüdülmüş   forması 

şəklində   olur.   Flipçatda  və   çalışma   vərəqəsində   müəllimin   istinad   etdiyi   uşaq   hüquqları   əks 

olunur və aşağıdakı kimi tərtib edilir:



Nəyə görə məktəbin qaydaları olur?

Uşaq və yeniyetmə hüquqları 

(1989-cu il konvensiyası)

Bizim məktəbdə bu hüquqlara hansı 

qaydalar xidmət edir?

Maddə 13: İfadə azadlığı

Maddə 14: Düşüncə, vicdan və din azadlığı

Maddə 24: Sağlamlığın qorunması

Maddə  28:   Təhsil   hüququ,   o   cümlədən   ali 

təhsilin   müyəssərliyi   və   məktəbdə 

davamiyyətin təmin olunması üçün tədbirlər

Maddə  31: Uşağın istirahət etmək və asudə 

vaxt keçirmək hüququ

Maddə 33: Narkotik vasitələrdən müdafiə

Maddə 37: Amansız rəftardan müdafiə

Məktəbimizin qaydalarının uşaq hüquqları prizmasından  təkrar oxunması: bu qaydalar 

nəyə görə yaradılıb?

İndi sinif öyrəndiyi hadisədən kənara çıxaraq, məktəb qaydalarına müxtəlif cəhətlərdən 

nəzər yetirir.



Müəllim   dərsin   mövzusunu   lövhəyə   yazır:   “Nəyə  görə   məktəbin   qaydaları   olur?”   O, 

tapşırığı sinfə izah edir:

Şagirdlər dörd nəfərdən ibarət qruplar yaradırlar. Bu, təqribən 10-15 dəqiqə vaxt aparır.

Müəllim hər şagirdə uşaq hüquqlarının bir nüsxəsini verir.

Hər qrupa bir flipçat və bir marker verilir.

Tapşırıq isə belədir:

1.

Əvvəlcə   ayrı-ayrılıqda   işləyin.   Məktəbin   qaydalarını   oxuyun.   Mümkün 



olduqda, bu qaydaları uşaq hüquqları ilə əlaqələndirin.

2.

İndi isə komanda şəklində işləyin. Öz fikirlərinizi bölüşün və hansı məktəb 



qaydasının hansı uşaq hüququna xidmət etdiyi barədə ortaq məxrəcə gəlməyə 

çalışın. Gəldiyiniz qənaəti çalışma vərəqənizə yazın.

3.

Hansısa bir məktəb qaydasına heç bir uşaq hüququnu aid edə bilmirsinizsə, 



onda həmin qaydanı bir daha diqqətlə oxuyun.

4.

Öz aranızdan iki təqdimatçı seçin.



Qruplar işləyərkən müəllim onlara göz qoymalı, amma heç bir halda onların işinə dair 

rəyini bildirməməli, onların səhvlərini düzəltməməlidir.

Sonra şagirdlər öz işlərinin təqdimatını keçirirlər. Müəllim  həm təqdimatların, həm də 

meydana çıxa biləcək müzakirələrin sağlam məntiqə əsaslanmasını və mənalı keçməsini təmin 

edir.

Dərsin son beş dəqiqəsində müəllim sinfin diqqətini bir daha dərsin mövzusuna, yəni 



lövhədə yazmış olduğu “Nəyə görə məktəbin qaydaları olur?” sualına yönəldir.

Şagirdlərin   dərsə   yekun   vuraraq,   həmin   suala   bu   cür   cavab   verəcəyi   təxmin   olunur: 

Məktəbin   məqsədi   hər   bir   uşağın   və   yeniyetmənin   təhsil   almaq   hüququnu   təmin   etməkdir. 

Məktəb qaydaları bu məqsədin həyata keçirilməsi üçün məktəbin rəvan və səmərəli fəaliyyət 

göstərməsini təmin etmək üçündür. Çox güman ki, bəzi şagirdlər hələ dərsin sonuna çatmamış bu 

yekun qənaəti özlərində hasil etmiş olacaqlar, belə olduqda, müəllim bunu yazı taxtasında qeyd 

etməlidir.

Vaxt qalarsa, müəllim dərsin yekun qənaətini lövhəyə yazır. Eyni zamanda, müəllim tələb 

edir   ki,   şagirdlər   də   öz   növbəsində   dərsin   əsas   sualını   və   bu   sualın   cavabını   öz   tapşırıq 

dəftərlərinə yazsınlar.

Müəllimin yazı taxtasındakı qeydləri aşağıdakı kimi görünə bilər:

Bəzi ilk fikirlər

Nəyə görə məktəbin qaydaları olur?

Qaydalarsız heç nə 

işləməz.

Biz istədiyimiz vaxt 

gələr, istədiyimiz vaxt 

gedərdik.

Gərək bizə necə etməli 

olduğumuzu 

söyləsinlər.

Bütün uşaqların və yeniyetmələrin təhsil almaq hüququ vardır.

Məktəbimizin   şagirdlərə   mümkün   olan   ən   yaxşı   təhsili   vermək 

məqsədilə lazımi qaydada fəaliyyət göstərə bilməsini təmin etmək 

üçün məktəb qaydalarının olması vacibdir.

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə