Uşaq hüquqlarının araşdırılması


İŞTİRAKÇI OLMAQ: BİZİM İŞTİRAK ETMƏK HÜQUQUMUZ



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

I.

İŞTİRAKÇI OLMAQ: BİZİM İŞTİRAK ETMƏK HÜQUQUMUZ

Maddə 3:

Uşaqlar olaraq bizim maraqlarımızın ən yaxşı şəkildə təmin olunması

Bizə aid hər hansı qərar verilərkən, bizim maraqlarımız ilk növbədə və ən əsas amil kimi 

nəzərə alınmalıdır. Eləcə də, hökumətlərin vəzifəsidir ki, bizim daim lazımi qayğı görməyimiz və 

müdafiə olunmağımız üçün müəyyən edilmiş standartlara əməl olunmasını təmin etsinlər.



Maddə 12:

Fikirlərimizin eşidilməsi hüququ

Bizə   aidiyyəti   olan   məsələlərlə   bağlı   qərarların   qəbulunda,   xüsusilə   də   bizim   üçün 

əhəmiyyətli   olan   məhkəmə   işlərində   və   inzibati  icraatlarda   fikirlərimizin   dinlənilməsi 

hüququmuz   var.   Biz   böyüdükcə,   bizim   fikirlərimiz   də   getdikcə   daha   artıq   dərəcədə   nəzərə 

alınmalıdır.

Cəlb olun! Gənclərin iştirak formaları haqqında öyrən.



Maddə 13:

İfadə azadlığımız

Bizim öz fikrimizi ifadə etmək və istənilən  formada, o cümlədən yazılı və ya  şifahi 

şəkildə, yaxud incəsənət vasitəsi ilə informasiya almaq və ya göndərmək hüququmuz var. Biz öz 

fikirlərimizi   başqalarının   hüquqlarına   və   nüfuzuna   xələl   gətirməyəcək   şəkildə   ifadə   etmək 

vəzifəsi daşıyırıq.

Maddə 14:

Vicdan və din azadlığımız

Bizim düşüncə, vicdan və din azadlığı hüququmuz var. Hökumətlər biz bu hüquqlarımızı 

həyata   keçirmək   istəyərkən   valideynlərimizin   və     qəyyumlarımızın   bizi   təlimatlandırmaq 

hüquqlarına və vəzifələrinə hörmət bəsləməlidirlər.



Maddə 15:

Birləşmək azadlığımız

Bizim başqaları ilə görüşmək və birliklərə daxil olmaq və ya öz birliklərimizi yaratmaq 

hüququmuz var. Biz bu hüququmuzu başqalarının hüquqlarına, sağlamlığına və təhlükəsizliyinə 

hörmət göstərməklə həyata keçirmək vəzifəsi daşıyırıq.



Maddə 16:

Şəxsi həyatımıza müdaxilə edilməməsi azadlığı

Bizim   şəxsi   həyatımıza,   ailə   və   ev   həyatımıza,   yaxud   başqaları   ilə   yazışmamıza 

müdaxilədən   azad   yaşamaq   hüququmuz   var.   Biz   həmçinin   nüfuzumuza   və   şərəfimizə   ləkə 

yaxılmasından azad olmaq hüququna malikik.



Maddə 17:

Media

Hökumətlərin vəzifəsidir ki, xüsusilə də, söhbət bizim rifahımızdan və sağlamlığımızdan 

getdikdə,   bizi  müxtəlif   mənbələrdən,   həm   ölkədaxili,   həm   də   beynəlxalq   mənbələrdən 

informasiya və materiallar almaq imkanı ilə təmin etsin.




IV.

ÖZ   POTENSİALIMIZA   ÇATMAQ:   BİZİM   ÖZÜMÜZ   KİMİ 

BÖYÜMƏK HÜQUQUMUZ

Maddə 5:

Valideynlərə hörmət

Hökumətlər   valideynlərimizin,   ailəmizin   və   qəyyumlarımızın   bizi   öz   hüquqlarımızı 

həyata keçirməkdə təlimatlandırmaq hüquqlarına və vəzifələrinə hörmət bəsləməlidir.

Maddə 7:

Adımız və vətəndaşlığımız

Biz, doğularkən bizə ad verilməsi hüququna, habelə vətəndaşlıq əldə etmək və mümkün 

olduqda, valideynlərimizin kim olduğunu bilmək, valideynlərimizin qayğısını görmək hüququna 

malikik.


Maddə 8: 

Fərdiliyin qorunub saxlanılması

Bizim   adımızı,   vətəndaşlığımızı   və   ailə   əlaqələrimizi   qorumaq   və   bərpa   etmək 

hüququmuz var.

Maddə 10:  Ailənin qovuşması

Əgər öz ailəmizlə qovuşmaq üçün bizə hər hansı ölkəyə getmək və ya hər hansı ölkəni 

tərk etmək lazım gələrsə, hökumət tez və xeyirxahlıqla bizim məsələmizin qayğısına qalmalıdır. 

Həmçinin, əgər valideynlərimiz başqa ölkədə yaşayırlarsa, bizim onlarla şəxsi və birbaşa əlaqə 

saxlamaq hüququmuz var.

Maddə 21:

Övladlığa götürmə prosesinə nəzarət edilməsi

Uşağın   övladlığa   götürülməsinə   icazə   verildiyi   ölkələrdə   övladlığa   götürülmə   uşağın 

mənafelərini ən yaxşı şəkildə əks etdirməli və səlahiyyətli orqanların nəzarəti altında həyata 

keçirilməlidir.   Əgər   övladlığa   götürülmə   ölkələr   arasında   həyata   keçirilirsə,   həmin   ölkələrin 

hökumətlərinin vəzifəsidir ki, belə övladlığa götürülmə ilə əlaqədar tətbiq edilən normaların ölkə 

daxilində   övladlığa   götürülmə   ilə   əlaqədar   tətbiq   edilən   normalara   adekvat   olmasını   təmin 

etsinlər.

Maddə 23:

Gənc əlil adamlar

Əgər biz əliliksə, bizim cəmiyyətdə özünə inam qazanmağımıza və tam dəyərli və layiqli 

həyat sürməmizə kömək edəcək xüsusi qayğı görmək və xüsusi təhsil almaq hüququmuz var.

Maddə 28:

Təhsil hüququ

Bizim   təhsil   hüququmuz   var.   Hökumətlərin   vəzifəsidir   ki,   ibtidai   təhsilin   icbari   və 

ödənişsiz olmasını, bizim hamımızın orta və ali təhsil almaq imkanımızın bərabər olmasını  və 

məktəblərimizdə tətbiq edilən intizam qaydalarının bizim ləyaqətimizə zidd olmamasını təmin 

etsin. Hökumətlər həmçinin bütün dünyada savadsızlığı və cəhaləti ləğv etmək və bizim elmə, 

texnologiyaya və müasir tədris metodlarına çıxış əldə etməyimizə yardımçı olmaq məqsədilə 

beynəlxalq əməkdaşlığı təşviq edəcəklər.



IV.

YAXŞI YAŞAMAQ: BİZİM SAĞ QALMAQ HÜQUQUMUZ

Maddə 6:

Sağ qalmağımız və inkişafımız

Uşaqlar olaraq, bizim yaşamaq hüququmuz var. Eləcə də, hökumətlərin vəzifəsidir ki, 

bizim sağ qalmağımızı və maksimum dərəcədə mümkün inkişafımızı təmin etsinlər.

Maddə 9:

Valideynlərimizdən ayrılmamaq

Bizim öz valideynlərimizlə birgə yaşamaq və onlardan ayrılmamaq hüququmuz var; bir 

şərtlə ki, bu, uşağın mənafelərinin ən yaxşı şəkildə təmin edilməsinə zidd olmasın. Ayrılma ilə 

əlaqədar hər hansı məhkəmə dinləməsində və ya icraatında bizim hüququmuz var ki, öz fikrimizi 

bildirək. Biz həmçinin hər iki valideynimizlə əlaqə saxlamaq hüququna malikik. Əgər ayrılıq 

hökumətin qərarı ilə baş verirsə, o, bizə valideynlərimizin yeri barədə məlumat verməlidir.



Maddə 18:

Valideynlərin və qəyyumların məsuliyyəti

Həm valideynlərimiz, həm də qəyyumlarımız bizim tərbiyəmizə cavabdehdirlər və bu 

məsuliyyət   hər   kəsdən   öncə   məhz   onların   üzərinə   düşür.   Hökumət   bizi   tərbiyə   etməkdə 

valideynlərimizə dəstək olmalı və işləyən valideynlərin uşağa qayğı imkanının olmasını təmin 

etməlidir.

Maddə 24:

Sağlamlığın qorunması və səhiyyə sisteminə çıxış

Bizim   mümkün   qədər  yüksək   səhiyyə   sistemi   xidmətlərindən   və   tibbi   yardım 

vasitələrindən istifadə etmək hüququmuz var. Hökumətlərin vəzifəsidir ki, uşaqlar arasında ölüm 

halları səviyyəsinin aşağı düşməsinə çalışsın, uşaqlara tibbi yardım göstərilməsini təmin etsin, 

doyunca qidalanmama  hallarına və  xəstəliklərə  qarşı mübarizə aparsın,  hamilə və  yeni  uşaq 

doğmuş qadınlara sağlamlığının qorunmasını təmin etsin, səhiyyə sahəsində təhsili cəmiyyətin 

bütün təbəqələri üçün əlçatan etsin, profilaktik səhiyyə tədbirlərini inkişaf etdirsin və sağlamlığa 

zərəri olan ənənəvi praktikaları ləğv etsinlər.



Maddə 25:  Qəyyumluq şəraitinin mütəmadi nəzarətdə saxlanması

Əgər biz baxılmaq, müdafiə və ya müalicə edilmək məqsədilə dövlət orqanı tərəfindən 

qəyyumluğa verilmişiksə, onda belə qəyyumluğun müntəzəm surətdə yoxlanılması hüququna 

malikik.


Maddə 26:

Sosial təminatımız

Bizim sosial  təminat imtiyazlarından, o cümlədən də sosial sığortadan istifadə etmək 

hüququmuz var. Bu imtiyazlar bizim, habelə valideynlərimizin və qəyyumlarımızın imkanlarına 

və ehtiyaclarına uyğun olaraq verilir. 



Maddə 27:

Yaşayış səviyyəsi

Bizim fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafımıza uyğun yaşayış səviyyəsinə malik 

olmaq   hüququmuz   var.   Bizim   yaşayış   səviyyəmizin   qənaətbəxş   olmasını   təmin   etmək 

məsuliyyəti   ilk   növbədə   valideynlərimizin   və   qəyyumlarımızın   üzərinə   düşür.   Hökumətin 




vəzifəsi   isə   öz   uşaqlarını   adekvat   yaşayış   səviyyəsi   ilə   təmin   edə   bilməyən   valideynlərə   və 

qəyyumlara kömək etməkdən ibarətdir.



Maddə 31:

İstirahət və asudə vaxt

Bizim istirahət etmək və asudə vaxt keçirmək, habelə mədəniyyət və incəsənət həyatında 

sərbəst iştirak etmək hüququmuz var.

Maddə 41:  Daha yüksək standartların tətbiqi

Əgər milli və ya beynəlxalq hüquqda uşaq hüquqları ilə bağlı müəyyən edilən standartlar 

bu Konvensiyada müəyyən edilmiş standartlardan yüksək olarsa, daha yüksək olan standartlar 

tətbiq edilir.



IV. ZORAKILIQDAN UZAQ OLMAQ: BİZİM QORUNMAQ HÜQUQUMUZ

Maddə 2:

Ayrı-seçkiliyə yol verməmə

Bu Konvensiyadakı bütün hüquqlar istisnasız olaraq bütün uşaqlara şamil olunur. Eləcə 

də, hökumətlər ailə statusumuza, mənşəyimizə, inanclarımıza və sair əlamətlərimizə görə hər 

hansı   formada   ayrı-seçkiliyə   məruz   qalmaqdan   və   cəzalandırılmaqdan   qorumaq   üçün   lazımi 

tədbirləri görməyə borcludurlar.

Maddə 11:

Gənc  adamların oğurlanması və qaçırılması

Hökumətlər  uşaqların valideynlər və ya başqa şəxslər tərəfindən oğurlanması və xarici 

ölkələrdə saxlanmasına qarşı mübarizə aparmağa borcludurlar.

Maddə 19:

Pis rəftar və laqeydlik

Biz bizə qayğı göstərilməsinə cavabdeh olan şəxslərin himayəsi altında olarkən, hər hansı 

formada pis rəftardan, psixoloji və ya fiziki zorakılıqdan, laqeydlikdən və istismardan qorunmaq 

hüququna malikik. Bizim həmçinin bu cür pis rəftar hallarının qarşısını  necə almağı və belə 

hallar zamanı necə davranmağı öyrənmək hüququmuz var.

Maddə 20:

Ailədən məhrum olmuş uşaqlar

Əgər biz ailə mühitindən məhrum olmuşuqsa, onda biz dövlət tərəfindən xüsusi müdafiə 

edilmək və yardım göstərilmək hüququna malikik və belə hallarda bizim etnik, dini və mədəni 

mənşəyimizi, habelə ana dilimizi lazımi dərəcədə nəzərə alan alternativ ailəyə və ya  tərbiyə 

müəssisəsinə verilmək hüququmuz var.

Maddə 22:

Qaçqın uşaqlar

Əgər   biz   qaçqınıqsa,   yaxud   təqibdən   yaxa   qurtarmaq   üçün   öz   ölkəmizi   tərk   etməyə 

məcbur olmuşuqsa, yaxud da qaçqın statusu almağa çalışırıqsa, onda biz hökumət tərəfindən 

xüsusi müdafiə olunmaq və kömək göstərilmək hüququna malikik.




Maddə 32:

Uşaq əməyi

Biz iqtisadi istismardan və sağlamlığımıza, təhsilimizə və inkişafımıza təhlükə törədən 

istənilən əmək fəaliyyəti ilə məşğul olmaqdan qorunmaq hüququna malikik. Biz hökumətimizin 

vəzifəsidir ki, işəgötürmə ilə bağlı minimum yaş həddini müəyyən etsin, iş saatı və əmək şəraiti 

ilə   əlaqədar  qaydalar   qəbul   etsin   və   bu   qaydaların   pozulmasına   görə   tətbiq   ediləcək   cəza 

növlərini müəyyənləşdirsin. 



Maddə 33:

Narkotik vasitələrdən müdafiə

Biz   narkotik   vasitələrdən   qanunsuz   istifadədən   və   onların   qanunsuz   istehsalına   və 

yayılmasına cəlb olunmaqdan müdafiə hüququna malikik.

Maddə 34:

Cinsi istismardan müdafiə

Biz cinsi istismardan və cinsi qısnamadan, o cümlədən fahişəlikdən və pornoqrafiyadan 

müdafiə hüququna malikik.

Maddə 35:

Satılmaqdan və alver edilməkdən müdafiə

Hökumətlər uşaqların satılmasının, alver edilməsinin və qaçırılmasının qarşısını almaq 

üçün əllərindən gələni etməyə borcludurlar.

Maddə 36:

İstismarın bütün digər formaları

Bizim bütün digər istismar formalarından müdafiə olunmaq hüququmuz var.



Maddə 37:

İşgəncə və azadlıqdan məhrum etmə

Bizim   işgəncədən,  amansızcasına   rəftardan   və   ya   cəzalandırılmadan   və   qanunsuz 

həbsdən,   yaxud   azadlığa   müdaxilənin   digər   formalarından   müdafiə   hüququmuz   var. 

Hökumətimiz uşaqlar üçün edam və ömürlük həbs cəzalarının ləğvini təmin etməyə borcludur. 

Azadlıqdan   məhrum   edildiyimiz   təqdirdə   bizim   hüququmuz   var   ki,   bizimlə   humanist 

davransınlar   və   bizə   hörmət   göstərsinlər,   bizi   məhbəsdə   yaşlılardan   ayrı   saxlasınlar,   bizə 

ailəmizlə əlaqə saxlamaq və hüquqi yardım almaq imkanı yaradılsın.

Maddə 38:

Müharibələr və silahlı münaqişələr

Əgər bizim yaşımız 15-dən aşağıdırsa, onda biz müharibələrdə və silahlı münaqişələrdə 

hər   hansı   formada   birbaşa   iştirakdan   azad   edilmək   hüququna   malikik.   Əgər   biz   silahlı 

münaqişədən əziyyət çəkmişiksə, onda hökumətimiz bizi xüsusi  müdafiə və qayğı ilə təmin 

etməyə borcludur.

Maddə 39:

Reabilitasiya üçün qayğı

Əgər   biz  silahlı   münaqişədən,   işgəncələrdən,   laqeydlikdən   və   ya   istismardan   zərar 

çəkmişiksə, onda biz reabilitasiya olunmaq üçün lazımi müalicə almaq hüququna malikik.

Maddə 40:

Uşaqlar və ədalət



Əgər   biz   qanunu   pozmaqda   ittiham   olunuruqsa,   onda   bizim   ləyaqətlə   davranılmaq, 

günahımız   sübuta   yetməyincə   günahsız   hesab   edilmək,   nədə   ittiham   olunduğumuzu   bilmək, 

lazım gəldikdə tərcüməçi ilə təmin edilmək, ədalətli mühakimə olunmaq, şəxsi həyat sirrimizi 

qorumaq və məhkəmənin qərarından şikayət vermək hüququmuz var. Hökumətlərin vəzifəsidir 

ki,   uşaqların   hansı   yaşdan   etibarən   cinayət   qanunvericiliyini   pozmağa   qadir   hesab   edildiyi 

minimum yaş həddini müəyyən etsinlər. Hökumətlər həmçinin tərbiyə müəssisələrində uşağa 

baxılmasını əvəz edən alternativ institusional qayğı tədbirlərini, o cümlədən qəyyumluq, nəzarət, 

sınaq   müddətinin   təyin   edilməsi,   tərbiyə,   təlim   və   peşə   hazırlığı   proqramlarını   nəzərdən 

keçirməlidirlər.

İştirakın formaları

İştirak müxtəlif formalarda, o cümlədən aşağıdakı formalarda ola bilər:

1. Məsələlər və liderlər haqqında oxumaq.

2. Məsələlər və liderlər haqqında yazmaq.

3. Məsələləri müzakirə etmək.

4. Hansısa xüsusi bir işin xeyrinə, yaxud hökumətin hansısa bir fəaliyyətinə qarşı icmada 

fəaliyyət göstərmək.

5. Siyasi   partiyalar   və   ya   digər   birliklər,   yaxud    özək   təşkilatlar   yaratmaq   və   ya   onlara 

qoşulmaq.

6. Siyasi və ya icma toplantılarında iştirak etmək.

7. Siyasi partiyanın, əmək təşkilatının və ya icma təşkilatının rəhbəri olmaq.

8. Seçkilərdə səs vermək.

9. Namizədliyini irəli sürənlərin xeyrinə kampaniya aparmaq.

10. Namizədliyini irəli sürmək və seçildikdə qulluq etmək.

11. Vergiləri ödəmək.

12. Lobbiləşdirmək.

13. Hərbi xidmət keçmək.

14. Hökumət rəsmiləri ilə əlaqə saxlamaq, məhkəməyə müraciət etmək və sair bu kimi mövcud 

hüquqi kanallardan istifadə etmək.

15. Nümayişlər, boykotlar, tətillər yolu ilə etiraz etmək.



Uşaq hüquqları ilə bağlı İnternet saytları 

2006-cı ilin martında yenilənmişdir

http://boes.org/justice.html

BOES.ORG   (uşaq   hüquqlarına,   o   cümlədən 

Uşaq hüquqları haqqında Konvensiyaya  dair 

müxtəlif   dillərdə   informasiya   təqdim   edən 

müstəqil, gəlir gətirməyən təşkilat)

http://www.cccf-fcsge.ca/

Kanada Uşaqlara Qayğı Təşkilatı

http://www.cfc-efc.ca

Uşaq və Ailə Kanada Təşkilatı

http://www.crin.org/

Uşaq Hüquqları İnformasiya Şəbəkəsi

http://www.child-abuse.com/childhouse/

Uşaqların Evi (Children’s House)

http://www.childwatch.uio.no/

Uşağa Nəzarət Beynəlxalq Təşkilatı 

(Childwatch International)

http://www.child-soldiers.org/

Uşaqlardan əsgər kimi istifadəyə son qoymaq 

uğrunda Koalisiya 

http://www.echr.coe.int

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi

http://www.ilo.org/

Beynəlxalq Əmək Təşkilatı

http://www.unicef-icdc.org./

UNİCEF-in Beynəlxalq Uşaq İnkişafı 

Mərkəzi

http://www.unicef.org/voy/



UNİCEF-in Gənclərin Səsi İnternet səhifəsi

http://www.unhcr.org/cgi-bin/texis/vtx/home

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı

http://www1.umn.edu/humanrts/links/children

.html

Minnesota Universitetinin İnsan Hüquqları 



Kitabxanası

http://hrw.org

İnsan Hüquqlarına Nəzarət (Human Rights 

Watch)


http://www.savethechildren.org

Uşaqların Xilası (Save the Children)

http://www.coe.int/t/dg4/education/edc

Demokratik Vətəndaşlıq və İnsan Hüquqları 



Təhsili

Uşaq hüquqları kartları

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə