Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

3. İştirakçı dövlətlər uşaqların sağlamlığına mənfi təsir göstərən ənənəvi praktikanın ləğv 

edilməsi məqsədilə hər cür səmərəli və lazımi tədbirləri görürlər.

4. İştirakçı dövlətlər bu maddədə təsdiq olunan hüququn tamamilə həyata keçirilməsinə 

tədricən nail olmaq məqsədilə beynəlxalq əməkdaşlığı təşviq və inkişaf etdirməyi öhdələrinə 

götürürlər.

Maddə 25

İştirakçı dövlətlər uşağa baxılması, onun müdafiəsi və ya fiziki, yaxud psixi müalicəsi 

məqsədilə səlahiyyətli orqanlar tərəfindən qəyyumluğa verilmiş uşağın onun üzərində aparılan 

müalicənin və qəyyumluqla bağlı bütün digər şəraitin vaxtaşırı nəzərdən keçirilməsi hüququnu 

təsdiq edirlər.

 

Maddə 26

1.  İştirakçı   dövlətlər   hər   bir   uşağın   sosial   sığorta   da   daxil   olmaqla   sosial   təminatın 

imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu 

hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirləri görürlər.

2.  Bu imtiyazlar, lazım gəldikdə, uşağın və onun saxlanması üçün məhsuliyyət daşıyan 

şəxslərin imkanları və ehtiyacları, habelə belə imtiyazların verilməsi barədə uşağın etmiş olduğu 

və ya onun adından edilmiş müraciətlə bağlı olan istənilən digər mülahizələr nəzərə alınmaqla 

verilir.

Maddə 27

1.  İştirakçı dövlətlər hər bir bir uşağın fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına 

uyğun yaşayış səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan 

həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti 

daşıyılar.

3. İştirakçı dövlətlər öz şəraitinə müvafiq sürətdə və öz imkanların daxilində valideynlərə 

və uşaqları tərbiyə edən digər şəxslərə həmin hüququn həyata keçirilməsində kömək göstərilməsi 

üçün   lazımi   tədbirləri   görür   və   lazım   gəldikdə,   maddi   yardım   göstərir   və   xüsusən   ərzaqla, 

paltarla və mənzillə təminata dair prqramları dəstəkləyirlər.

4. İştirakçılar dövlətlər valideynlər və ya uşaq üçün maliyyə məhsuliyyəti daşıyan digər 

şəxslər tərəfindən istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə uşağın saxlanmasının bərpa 

olunmasını təmin etmək sahəsində bütün lazımi tədbirləri görürlər. Məsələn, əgər uşaq üçün 

maliyyə məsuliyyəti daşıyan şəxs və uşaq ayrı-ayrı dövlətlərdə yaşayırlarsa, iştirakçı dövlətlər 

beynəlxalq   sazişlərə   qoşulmağa   və   ya   belə   sazişlər   bağlanmasına,   habelə   digər   müvafiq 

razılaşmalar əldə olunmasına kömək edirlər.



Maddə 28

1. İştirakçı dövlətlər uşağın təhsil almaq hüququnu tanıyır və bərabər imkanlar əsasında 

bu hüququn həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə onlar:

a) pulsuz və icbari ibtidai təhsil sistemi tətbiq edirlər;




b) istər ümumi orta təhsilin, istərsə də orta peşə təhsilinin müxtəlif formalarının inkişaf 

etdirilməsini həvəsləndirir, bu təhsilin bütün uşaqlar üçün əlçatan və müyəssər olmasını təmin 

edir və pulsuz təhsil sisteminin tətbiq olunması və lazım gələrsə, maliyyə yardımı göstərilməsi 

kimi zəruri tədbirləri görürlər;

c) bütün lazımi vasitələrin köməyilə, hər kəsin qabiliyyəti əsasında, ali təhsilin hamı üçün 

müyəssər olmasını təmin edirlər;

d) təhsil və peşə hazırlığı sahəsində məlumat və materialların bütün uşaqlar üçün əlçatan 

və müyəssər olmasını təmin edirlər;

e) məktəbdə müntəzəm davamiyyətə kömək göstərilməsi və məktəbi tərk edən şagirdlərin 

sayının azalması sahəsində tədbirlər görürlər.

2.   İştirakçı   dövlətlər   məktəb   intizamının   uşağın   insan   ləyaqətinə   hörməti   əks   etdirən 

metodların köməyi ilə və by Konvensiyaya müvafiq sürətdə təşkil olunmasını təmin etmək üçün 

bütün lazımi tədbirləri görürlər.

3.   İştirakçı   dövlətlər   bütün   dünyada   cəhalətin   və   savadsızlığın   ləğvinə   kömək 

göstərilməsi   və   elmi-texniki   biliklərə   və   təlimin   müasir   metodlarına   yiyələnməyin 

asanlaşdırılması   məqsədilə   təhsilə   aid   məsələlərdə   beynəlxalq   əməkdaşlığı   təşviq   və   inkişaf 

etdirirlər. Bununla əlaqədar olaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına xüsusi diqqət 

yetirilməlidir.



Maddə 29

1. İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakı məqsədlərə yönəldilməlidir:

a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının onun potensialının imkan 

verdiyi qədər maksimum inkişaf etdirilməsinə;

b)   insan   hüquqlarına   və   əsas   azadlıqlara,   habelə   Birləşmiş   Millətlər   Təşkilatının 

Nizamnaməsində bəyan edilmiş prinsiplərə hörmət hissinin tərbiyə olunmasına;

c)   uşağın   valideynlərinə,   onun   mədəni   özgünlüyünə,   dilinə   və   dəyərlərinə,   uşağın 

yaşadığı ölkənin və onun əslən olduğu ölkənin milli dəyərlərinə, onun öz sivilizayasından fərqli 

sivilizasiyalara hörmət hissinin tərbiyə edilməsinə;

d)   uşağın   azad   cəmiyyətdə   anlaşma,   sülh,   dözümlülük,   kişilərlə   qadınların   hüquq 

bərabərliyi   və   bütün   xalqların,   etnik,   milli   və   dini   qrupların,   habelə   aborigenlərə   mənsub 

şəxslərin dostluğu ruhunda şüurlu həyata hazırlanmasına;

e) ətraf mühitə hörmət hissinin tərbiyə edilməsinə.

2. Bu maddənənin və ya 28-ci maddənin heç bir hissəsi ayrı –ayrı şəxslərin və orqanların 

təhsil   müəssisələri   yaratmaq   və   onlara   rəhbərlik   etmək   azadlığının   məhdudlaşdırılması   kimi 

yozulmamalıdır, bir şərtlə ki, bu maddənin 1-ci bəndində qeyd olunmuş prinsiplərə daim əməl 

edilsin   və   belə   təhsil   müəssisələrində   verilən   təhsil   dövlət   tərəfindən   qoyula   bilən   minimal 

standartlara cavab versin.



Maddə 30

Etnik və dini baxımdan, habelə dil baxımından azlıqların və ya yerli aborigenlərə mənsub 

şəxslərin yaşadıqları dövlətlərdə belə azlıqlara və ya aborigenlərə mənsub olan uşaq öz qrupunun 

digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz dininə etiqad bəsləmək və onun 

ayinlərini   yerinə   yetirmək,   habelə   ana   dilindən   istifadə   etmək   hüququndan   məhrum   oluna 

bilməz.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə