Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

olunması məsələsi müzakirə edilərkən, uşağın tərbiyəsinin varisliyinin məqsədəuyğunluğu və 

onun   etnik   mənşəyi,   dini   və   mədəni   mənsubiyyəti,   habelə   ana   dili   lazımi   dərəcədə   nəzərə 

alınmalıdır.

Maddə 21

Övladlığa götürmə sistemini qəbul edən və yaxud bu sistemin həyata keçirilməsinə icazə 

verən iştirakçı dövlətlər uşağın ən yaxşı maraqlarının ilk növbədə nəzərə alınmasını təmin edirlər 

və onlar:

a)   təmin   edirlər   ki,   uşağın   övladlığa   götürülməsinə   ancaq   səlahiyyətli   orqanlar   icazə 

versinlər. Bu orqanlar tətbiq edilən qanun və qaydalara uyğun olaraq və işə aid bütün səhih 

məlumata   əsaslanaraq,   uşağın   onun   valideynləri,   qohumları   və   qanuni   qəyyumları   ilə   bağlı 

statusuna görə övladlığa götürülmənin mümkün olub-olmadığını və tələb olunduğu təqdirdə, 

əlaqədar şəxslərin övladlığa götürməyə öz dərk edilmiş razılığını bildirib-bildirmədiyini – lazım 

gələrsə, bu razılıq məsləhətləşmə əsasında alına bilər – müəyyən edirlər;

b)   təsdiq   edirlər   ki,   uşağın   başqa   bir   ölkədə   övladlığa   götürülməsi   ona   baxmağın 

alternativ üsulu hesab oluna bilər, bir şərtlə ki, uşaq onun tərbiyə olunmasını və ya övladlığa 

götürülməsini təmin edə bilməyəcək ailəyə tərbiyə edilməyə, yaxud saxlanmağa verilməsin və 

uşağın doğulduğu ölkədə ona münasib qaydada baxılmasının təmin edilməsi mümkün olmasın;

c)   təmin   edirlər   ki,   uşaq   başqa   bir   ölkədə   övladlığa   götürüldükdə   ölkənin   daxilində 

övladlığa götürülmə ilə əlaqədar tətbiq edilən eyni təminat və normalar tətbiq olunsun;

d) bunu təmin etmək məqsədilə bütün lazımi tədbirləri görürlər ki, başqa ölkədə övladlığa 

götürmə   bununla   bağlı   şəxslərin   əsassız   olaraq   maliyyə   mənfəəti   əldə   etməsinə   gətirib 

çıxarmasın;

e) zəruri hallarda ikitərəfli və çoxtərəfli razılaşmalar, yaxud sazişlər bağlamaq yolu ilə bu 

maddənin məqsədlərinə nail olmağa kömək edir və bunun əsasında təmin edirlər ki, uşağın başqa 

bir   ölkədə   yerbəyer   edilməsi   səlahiyyətli   hakim   dairələr   və   ya   orqanlar   tərəfindən   həyata 

keçirilsin.

 

Maddə 22

1.  İştirakçı dövlətlər qaçqın statusu almaq istəyən və ya tətbiq edilə bilən beynəlxalq, 

yaxud daxili hüquq və qaydalara müvafiq sürətdə qaçqın sayılan, valideynləri və ya hər hansı 

digər   şəxs   tərəfindən   istər   müşayiət   edilən,   istərsə   də   müşayiət   edilməyən   uşağın   bu 

Konvensiyada,   eləcə   də   aidiyyəti   dövlətlərin   iştirakçısı   olduqları   digər   beynəlxalq   insan 

hüquqları sənədlərində və ya humanitar sənədlərdə əksini tapmış hüquqlardan faydalanmasını 

lazımi şəkildə mudafiə etmək və ona humanitar yardım etmək üçün zəruri tədbirləri görürlər.

2. Bu məqsədlə iştirakçı dövlətlər belə uşağın müdafiəsi və ona kömək göstərilməsi üçün, 

hər hansı qaçqın uşağın öz valideynlərini və ya digər ailə üzvlərini axtarıb tapmasından və öz 

ailəsinə qovuşmasından ötrü görəkli məlumat alması üçün Birləşmiş Millətlər Təşkilatının və 

onunla   əməkdaşlıq   edən   digər   səlahiyyətli   hökumətlərarası   təşkiltların   və   ya   qeyri-hökumət 

təşkilatlarını bütün səylərinə, lazım bildikdə, kömək edirlər. Valideynlər və ya digər ailə üzvləri 

tapıla bilmədikdə belə uşaq, eləcə də hansı səbəbdənsə öz ailə mühitindən daimi və ya müvəqqəti 

məhrum olmuş istənilən digər uşaq, bu Konvensiyada nəzərdə tutulduğu kimi, eyni qaydada 

müdafiə edilir.



Maddə 23


1.  İştirakçı   dövltlər   təsdiq   edirlər   ki,   əqli   və   ya   fiziki   çatışmazlığı   olan   uşaq   onun 

ləyaqətini   təmin   edən,   onun   özünə   inamını   artıran   və   cəmiyyətin   həyatında   fəal   iştirakını 

asanlaşdıran şəraitdə dəyərli və ləyaqətli həyat sürməlidir.

2.   İştirakçı   dövlətlər   əqli   və   ya   fiziki   çatışmazlığı   olan   uşağın   ona   xüsui   qayğı 

göstərilməsi hüququnu təsdiq edir və belə uşağa və ona qayğı göstərilməsinə cavabdeh olan 

şəxslərə   mövcud   imkanlar   daxilində   yardım   göstərilməsini   həvəsləndirir   və   təmin   edirlər. 

Xahişlə müraciət edilmiş bu yardım uşağın vəziyyətinə və onun valideyinlərinin, yaxud uşağa 

qayğını təmin edən digər şəxslərin vəziyyətinə müvafiq olmalıdır.

3. Əqli və ya fiziki çatışmazlığı olan uşağın xüsusi ehtiyacları olduğu təsdiq edildikdə bu 

maddənin 2-ci bəndinə müvafiq sürətdə ona imkan daxilində pulsuz yardım göstərilir və bu 

zaman valideynlərin, yaxud uşağa qayğını təmin edən digər şəxslərin maliyyə imkanları nəzərə 

alınır. Bunda məqsəd əqli və ya fiziki çatışmazlığı olan uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, 

sağlamlığın bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini 

və istirahət vasitələrindən bəhrələnməsini elə təmin etməkdir ki, bunlar uşağın sosial həyata 

imkan   daxilində   daha   geniş   cəlb   edilməsinə   və   uşağın   mədəni   və   mənəvi   inkişafı   da   daxil 

olmaqla şəxsiyyətinin püxtələşməsinə nail olmağa gətirib çıxarsın.

4. İştirakçı dövlətlər profilaktiki səhiyyə sahəsində, eləcə də əqli və fiziki çatışmazlığı 

olan   uşaqların   tibbi,   psixoloji   və   funksiolnal   müalicəsi   sahəsində   müvafiq   məlumat 

mübadiləsinə, o cümlədən də sağlamlığın bərpası metodları, ümumtəhsil və peşə hazırlığı barədə 

məlumatların yayılmasına, habelə bu məlumatlardan istifadə olmasına beynəlxalq əməkdaşlıq 

ruhunda   kömək   edirlər   ki,   iştirakçı   dövlətlərə   bu   sahələrdə   öz   imkanlarını   yaxşılaşdırmağa, 

məlumatlarını zənginləşdirməyə və öz təcrübələrini artırmağa şərait yaratsınlar. Bunula əlaqədar 

olaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına xüsusi diqqət yetirilməlidir.

Maddə 24

1.  İştirakçı   dövlətlər   uşağın   ən   təkmil   səhiyyə   sistemi   xidmətlərindən,   müalicə   və 

reabilitasiya  imkanlarından istifadə etmək hüququ olduğunu təsdiq edirlər. İştirakçı dövlətlər 

təmin   etməyə   çalışırlar   ki,   heç   bir   uşaq   səhiyyə   sisteminin   belə   xidmətlərindən   istifadə 

hüququndan məhrum olmasın.

2.  İştirakçı   dövlətlər   həmin  hüququn   tamamilə   həyata   keçirilməsinə   çalışır   və   lazımi 

tədbirlər görürlər ki:

a) körpələr və uşaqlar arasında ölüm hallarının səviyyəsi aşağı düşsün;

b) ilkin tibbi-sanitar yardımının inkişafına birinci növbədə diqqət yetirmək şərtilə bütün 

uşaqlara lazımi tibbi yardım göstərilməsi və onların zağlamlığının mühafizəsi təmin edilsin;

c) xəstəliklərə və doyunca yeməməyə qarşı mübarizə aparılsın, o cümlədən ətraf mühitin 

çirklənməsi təhlükəsini və riskini nəzərə alaraq, ilkin tibbi-sanitar yardımı çərçivəsində,  inter 



alia, asanlıqla əldə olunan texnologiyanın tətbiq edilməsi, kifayət qədər kalorili ərzaq və təmiz 

içməli su verilməsi yolu ilə mübarizə aparılsın;

d) analara doğumdan əvvəl və sonrakı dövrlərdə səhhətin qorunması sahəsində lazımi 

xidmət göstərilsin;

e)   uşaqların   sağlamlığı   və   yedizdirilməsi,   əmizdirməni   üstünlükləri,   gigiyena,   uşağın 

yaşadığı mühitin sanitariyası və bədbəxt hadisələrin qarşısının alınması barədə cəmiyyətin bütün 

təbəqələrinə,   xüsusən   valideynlərə   və   uşaqlara   məlumat   verilməsi,   habelə   bu   barədə 

məlumatların   onlar   üçün   əlçatan   olması   və   belə   biliklərdən   istifadə   etməkdə   onlara   kömək 

göstərilməsi təmin edilsin;

f)   profilaktiki   tibbi   yardım   və   ailənin   böyüklüyünün   planlaşdırılması   sahəsində 

maarifçilik işi və xidmətlər inkişaf etdirilsin.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə