Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

49-cu maddəyə müvafiq olaraq, 1990-cı il sentyabrın 2-də qüvvəyə minmişdir

Preambula

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilmiş prinsiplərə uyğun olaraq, 

cəmiyyətin bütün üzvlərinin ləyaqətlərinin, bərabər və ayrılmaz hüquqlarının tanınmasını Yer 

üzündə azadlığın, ədalətin və sülhün təmin edilməsinin təməli hesab edərək,

Birləşmiş Millətlər Təşkilatının üzvü olan xalqların onun Nizamnaməsində insanın əsas 

hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə inamlarını təsdiq etdiklərini və geniş 

azadlıq zəminində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərməkdə 

qətiyyətli olduqlarını nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannamədə və İnsan 

hüquqları haqqında beynəlxalq paktlarda irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi, yaxud digər 

əqidəsi,   milli   və   ya   sosial   mənşəyi,   əmlak   vəziyyəti,   doğum   və   yaxud   başqa   statusu   kimi 

əlamətlərə   heç   bir   fərq   qoyulmadan,   hər   bir   insanın   bu   sənəddə   göstərilən   bütün   hüquq   və 

azadlıqlara malik olmasını bəyan etdiyini və bunula razılaşdığını təsdiq edərək,

Birləşmiş   Millətlər   Təşkilatının   İnsan   hüquqları   haqqında   Ümumi   Bəyannamədə 

uşaqların xüsusi qayğı və kömək göstərilmək hüququ olduğunu bəyan etdiyini xatırladaraq, 

cəmiyyətin əsas özəyi kimi və onun bütün üzvlərinin, xüsusilə də uşaqların böyüməsi və 

rifahı üçün təbii bir mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələri tam həcmdə öz üzərinə 

götürə bilməsi üçün onun lazımi şəkildə müdafiə edilməsinin və ona yardım göstərilməsinin 

zəruriliyinə əmin olaraq,  

uşağın şəxsiyyətinin tam və ahəngar inkişafı üçün onun ailə mühitində, xöşbəxtlik, sevgi 

və anlaşma mühitində böyüməsinin vacibliyini qəbul edərək,   

uşağın cəmiyyətdə müstəqil həyata tam hazırlanmalı və Birləşmiş Millətlər Təşkilatının 

Nizamnaməsində bəyan olunmuş ideallar ruhunda və xüsusilə sülh, ləyaqət, dözümlük, azadlıq, 

bərabərlik və həmrəylik ruhunda tərbiyə edilməli olduğunu nəzərə alaraq,

uşağın xüsusi müdafiə olunması zəruriliyinin Uşaq hüquqları haqqında 1924-cü il tarixli 

Cenevrə Bəyannaməsində və 1959-cu il noyabrın 20-də Baş Məclis tərəfindən qəbul edilmiş 

Uşaq   hüquqları   Bəyannaməsində   nəzərdə   tutulduğunu   və   İnsan   hüquqları   haqqında   ümumi 

Bəyannamədə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (xüsusən  23 və 24-cü 

maddələrədə), İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (xüsusən 10-cu 

maddədə), habelə uşaqların rifahı məsələləri ilə məşğul olan ixtisaslaşdırılmış qurumların və 

beynəlxalq   təşkilatların   nizamnamələrində   və   müvafiq   sənədlərində   təsdiq   edildiyini   nəzərə 

alaraq,

Uşaq  hüquqları   Bəyannaməsində   göstərildiyi   kimi,   «fiziki   və   əqli   cəhətdən   yetkin 



olmadığına   görə   uşağın   istər   doğulmazdan   əvvəl,   istərsə   də   doğulduqdan   sonra   xüsusi 

qorunmaya və qayğıya, o cümlədən lazımi hüquqi müdafiəyə ehtiyacı olduğunu» nəzərə alaraq,

Uşaqların   milli   və   beynəlxalq   səviyyələrdə   xüsusi   tərbiyə   olunmağa   verilməsi   və 

övladlığa götürülməsi zamanı onların müdafiəsinə və rifahına aid sosial və hüquqi prinsiplər 

haqqında   Bəyannamənin   müddəalarına,   Yetkinlik   yaşına   çatmayanlar   barəsində   ədalət 

mühakiməsinin   icrasına   aid   Birləşmiş   Millətlər   Təşkilatının   minimal   standartdlar   barədə 




Qaydalarına («Pekin qaydaları») və Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə 

qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin müddəalarına istinad edərək,

dünyanın bütün ölkələrində son dərəcə çətin şəraitdə yaşayan uşaqlar olduğunu və belə 

uşaqların xüsusi qayğıya möhtac olduğunu təsdiq edərək,

uşağın   müdafiəsi   və   ahəngdar   inkişafı   üçün   hər   bir   xalqın   ənənələrinin   və   mədəni 

dəyərlərinin əhəmiyyətini lazımınca nəzərə alaraq,  

hər   bir   ölkədə,   xüsusən   inkişaf   etməkdə   olan   ölkələrdə   uşaqların   həyat   şəraitini 

yaxşılaşdırmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini qəbul edərək,

aşağıdakılar barədə razılığa gəldilər: 

 

I HİSSƏ



Maddə 1

Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir 

şərtlə ki, həmin uşağa tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına 18 yaşından daha əvvəl 

çatmamış olsun.

 

Maddə 2

1.  İştirakçı   dövlətlər   onların   yuridiksiyası   daxilində   olan   hər   bir   uşaq   üçün   bu 

Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir,  bu zaman 

uşağın,   onun   valideyinlərinin   və   ya   qanuni   qəyyumlarının   irqindən,   dərisinin   rəngindən, 

cinsindən,   dilindən,   siyasi   əqidəsindən   və   ya   digər   əqidələrindən,   milli,   etnik,   yaxud   sosial 

mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğulduğu şəraitdən və ya hər hansı başqa 

əlamətindən asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermirlər.

2. İştirakçı dövlətlər uşağın, onun valideyinlərinin, qanuni qəyyumlarının və ya digər ailə 

üzvlərinin statusu, fəaliyyəti, ifadə etdikləri fikirləri, yaxud əqidələri əsasında uşağın hər hansı 

ayrı-seçkilik və ya cəza formalarına məruz qalmaqdan müdafiə olunmasını təmin etmək üçün hər 

cür lazımi tədbirləri görürlər.

Maddə 3 

1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə 

məhkəmələr,   inzibati   orqanlar,   yaxud   qanunvericilik   orqanları   tərəfindən   həyata   keçirilib-

keçirilməməsindən   asılı   olmayaraq,   uşaqlar   barəsində   görülən   bütün   tədbirlərdə   uşağın 

maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

2. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə 

məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahi üçün zəruri 

olan   müdafiə   və   qayğı   ilə   uşağı   təmin   etməyi   öhdəyə   götürür   və   bu   məqsədlə   bütün 

qanunvericilik tədbirlərinin və inzibati tədbirləri görürlər.

3.   İştirakçı   dövlətlər   təmin   edirlər   ki,   uşaqlara   qayğı   göstərilməsinə   və   ya   onların 

müdafiəsinə   cavabdeh   olan   idarələr,   xidmətlər   və   orqanlar   xüsusilə   uşağın   təhlükəsizliyi   və 

sağlamlığı sahəsində, belə idarə, xidmət və orqanların işçi heyətinin say tərkibi və yararlılığı, 

habelə mötəbər nəzarət məsələsi ilə bağlı səlahiyyətli orqanların qoyduqları normalara cavab 

versinlər.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə